M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə49/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   45   46   47   48   49   50   51   52   ...   108

İNSANIN MƏNŞƏYİ
153
paleoantropoloji  qeydlərdəki  məhdudiyyətlər  növləri  Homo  cinsinə  daxil  etmək 
üçün istifadə edilən meyarları etibarsız hala salıb... Praktikada fosilləşmiş hominid 
növlər Homo kateqoriyasına dörd əsas meyardan biri və ya daha çoxuna əsasən daxil 
edilir... Halbuki indi daha da aydın olmuşdur ki, bu meyarların heç biri qənaətbəxş 
deyil. Kəllə həcmi problemlidir, çünki mütləq beyin həcminin bioloji əhəmiyyətinin 
olduğu fərziyyəsi mübahisəlidir. Eyni şəkildə nitq funksiyasının beyinin ümumi 
görünüşünə əsaslanaraq izah edilməsinin qeyri-mümkünlüyünə dair olduqca tutarlı 
sübutlar var və beyinin nitq ilə əlaqədar hissələrinin daha əvvəlki araşdırmaların 
eyham etdiyinin əksinə, lokalizə olmadığına dair dəlillər var...”
 
Bir  sözlə,  H.habilis  və  H.rudolfensisə  aid  fosil  kəşflərini  də  əlavə  etsək, 
Homo  cinsi  yaxşı  cins  deyil.  Dolayısı  ilə,  H.habilis  və  H.rudolfensis  Homo 
cinsindən çıxarılmalıdır... Bu an üçün, həm H.habilisin, həm də H.rudolfensisin 
Australopithecus cinsinə keçirilməsini təklif edirik”.
197
Vud və Kolardın gəldiyi nəticə qeyd etdiyimiz həqiqəti təsdiqləyir: tarixdə 
“insanın  ibtidai  əcdadları”  olmamışdır.  Bu  cür  göstərilən  canlılar  əslində 
Australopithecus  kateqoriyasına  aid  olan  meymunlardır.  Fosillər  bu  nəsli 
tükənmiş  meymunlar  ilə  fosil  qeydlərində  birdən-birə  üzə  çıxan  Homo-yəni 
insan növü arasında heç bir təkamül 
əlaqəsinin olmadığını göstərir.
Homo erectus
Təkamülçülərin xəyali sxeminə görə Homo növünün təkamülü (növdaxili 
təkamülü)  belədir:  Əvvəlcə,  Homo  erectus,  sonra  Homo  sapiens  archaic  və 
Neandertal (Homo sapiens neanderthalensis)  insanı,  sonra  da  Cro-magnon 
(Kromanyon)  adamı  (Homo sapiens sapiens)...  Halbuki  bu  siniflərin  hər  biri 
əslində ayrı-ayrı insan irqləridir və aralarındakı fərq eskimos ilə zənci və ya 
piqmey ilə avropalı arasındakı fərqdən çox deyil.
 Əvvəlcə, təkamülçülərin ən ibtidai insan növü hesab etdiyi Homo erectus
təhlil edək. “Erect” termini “dik” deməkdir. Homo erectus isə “dik yeriyən insan” 
mənasını verir. Təkamülçülər bu insanları “erect” xüsusiyyəti ilə əvvəlkilərdən 
fərqləndirmək  məcburiyyətində  qalmışdılar.  Çünki  mövcud  Homo erectus 
fosilləri Avstralopitek  və ya Homo habilis fosillərində müşahidə olunmayan dik 
yerimə qabiliyyətini göstərir. Bugünkü insanın skeleti ilə Homo erectus skeleti 
arasında heç bir fərq yoxdur.
Təkamülçülərin Homo erectusu “ibtidai” hesab etməsinin səbəbi isə beyin 
həcminin  (900-1100  sm
3
)  bugünkü  insanın  beyin  həcmindən  nisbətən  kiçik 
olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da dünyada Homo erectusla 
eyni kəllə həcminə malik bir çox insan yaşayır. (Məsələn, piqmeylər) və bu gün 
də müxtəlif irqlərdə qaş çıxıntıları var. (Məsələn, Avstraliya yerliləri).
Kəllə  həcmindəki  fərqin  zəka  və  bacarıqla  əlaqəsi  yoxdur.  Zəka  beyinin 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
154
həcminə görə deyil, beyindaxili mütəşəkkilliyə uyğun olaraq dəyişir.
198
Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış Sinantrop 
(Pekin  adamı)  və  Yava  adamı  fosilləri  idi.  Ancaq  bir  müddət  sonra  hər  iki 
fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli itmiş 
modellərdən  ibarət  idi,  Yava  adamı  isə  bir  kəllə  sümüyü  parçası  ilə  ondan 
metrlərlə uzaqda tapılmış çanaq sümüyündən ibarət idi və bunların eyni canlıya 
aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən, Afrikada tapılan Homo 
erectus  fosilləri  getdikcə  daha  çox  əhəmiyyət  qazandı.  (Bu  məqamda  Homo 
erectus  adlandırılan  fosillərdən  bir  qisiminin  bəzi  təkamülçülər  tərəfindən 
Homo  ergaster  adlı  ikinci  sinfə  daxil  edildiyini  də  qeyd  etmək  lazımdır.  Bu 
barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin hamısını Homo 
erectus sinfi daxilində araşdıracağıq). 
Homo erectus kəllə sümüklərində olan qaş 
çıxıntıları, geriyə doğru meyilli alın quru-
luşu kimi xüsusiyyətlər hal-hazırda yaşa-
yan bəzi irqlərdə də mövcuddur. Şəkildəki 
Malayziya yerlisində olduğu kimi


İNSANIN MƏNŞƏYİ
155
10 min illik Homo erectuslar
10 Oktyabr 1967-ci ildə Avstraliya
Viktoriadakı Kou Svamp gölü 
yaxınında tapılan bu iki kəllə 
sümüyünə Kou Svamp I və Kou 
Svamp V adları verildi.  
Qalıqları tapan Alan Thorne və 
Filip Macumber, bunları adi homo 
sapiens kəlləsi kimi şərh etdilər. 
Halbuki bu kəllə sümükləri demək
olar tamamilə homo erectus xüsu-
siyyətlərini daşıyırdı. Homo sapi-
ens olaraq adlandırılmasının yega-
nə səbəbi isə, yaşının 10 min il olaraq 
hesablandığı idi. Təkamülçülər, bu 
günkü insandan 500 min əvvəl ya-
şamış primitiv növ olaraq təyin et-
dikləri Homo erectusların, bundan 
10 min il əvvəl yaşayan bir insan ir-
qi olduğu həqiqətini qəbul etmək 
istəmirdilər.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
156
Afrikada  tapılan  Homo erectus  nümunələrinin  ən  məşhuru  Keniyadakı 
Turkana gölü yaxınlığında tapılan “Turkana uşağı” fosilidir. Bu fosilin 12 yaşında 
bir uşağa aid olduğu və böyüdükdə təxminən 1.83 sm boyu olacağı müəyyən 
olundu.  Fosilin  özünəməxsus  dik  skelet  quruluşu  dövrümüzdəki  insandan 
fərqlənmir.  Amerikalı  paleoantropoloq  Alan  Uolker:  “bu  skelet  ilə  bugünkü 
insan skeletini bir-birindən fərqləndirmək çox çətindir”, - deyir. Uolker kəllə 
sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün Neandertal kəlləsinə 
həddən artıq bənzədiyini yazır.
199
 
HOMO ERECTUS və ABORİGEN 
Şəkildəki Turkana uşağı skeleti, bu 
günə qədər tapılmış ən qüsursuz Homo 
erectus nümunəsidir. Maraqlı olan  1.6
milyon illik bu qalığın skeleti ilə gü-
nümüzdəki insan arasında heç bir nə-
zərə çarpan fərqin olmamasıdır. Xüsu-
silə yuxarıdakı Aborigen qalığı, Turka-
na  uşağına cox bənzəyir. Bu vəziyyət
Homo erectusun hər hansı bir “primitiv”
xüsusiyyəti olmayan xüsusi bir insan 
irqi olduğunu bir daha sübut edir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə