HƏYATIN GERÇƏK MƏNŞƏYİ
144
(
Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir.
Hər cür ara keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər
arasında keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin
əslində eyni dövrdə yaşamış müasir növlər olduği məlum olmuşdur.
“İnsan təkamülü” tezisi nəyə əsaslanır?
Təkamülçülər əllərində olan çoxlu
fosillər üzərində fərziyyələr qurmuş
və insanın təkamülü tezisini əsasını bu
fərziyyələrilə əsaslandırmışlar. Tarix
boyu 6000-dən çox meymun növü
yaşamışdır. Bunların böyük qisminin
nəsli kəsilmişdir. Bu gün yer üzündə
cəmi 120-yə yaxın meymun növü
yaşayır. Məhz bu 6000-dən çox nəsli
kəsilmiş meymun növünün fosilləri
təkamülçülər üçün “dəlil” mənbəyi
təşkil edir.
Digər tərəfdən, müxtəlif insan
irqləri arasında da böyük fərqlər var.
Qədim dövrdəki insan irqləri arasında
fərqlər daha böyükdür. Zaman ərzində
insan irqləri müəyyən qədər bir-
biri ilə qarışmış və assimilyasiyaya
uğramışdır. Buna baxmayaraq, bu
gün dünyada yaşayan skandinavlar,
zəncilər, piqmeylər, eskimoslar və ya
Avstraliya aborigenləri arasında böyük fərqlər mövcuddur.
Təkamülçü paleoantropoloqlar tərəfindən “insanabənzər” (hominid)
adlandırılan fosillərin əslində müxtəlif meymun növlərinə və ya itmiş insan
irqlərinə aid olmadığını göstərən heç bir sübut yoxdur. Başqa cür desək, insan
ilə meymunlar arasında heç bir “ara keçid növ” nümunəsi yoxdur.
Bu ümumi izahlardan sonra “insanın təkamülü” ssenarisinin elmi kəşflərlə
necə ziddiyyət təşkil etdiyini birlikdə təhlil edək.
İnsanın xəyali nəsil ağacı
Darvinist nəzəriyyə bu gün yaşayan insanın meymunabənzər varlıqlardan
törədiyini iddia edir. 5-6 milyon il əvvəl başlandığı güman edilən bu prosesdə
bugünkü insan ilə “əcdadları” arasında bəzi “ara keçid növ”lərin yaşadığı iddia
edilir. Tamamilə xəyal olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:
İnsanın təkamülü iddiasının
əslində elmi sübutu yoxdur. Sübut
olaraq göstərilənlər bəzi fosillərin
qərəzli şərh edilməsindən ibarətdir
İNSANIN MƏNŞƏYİ
145
1 -
Australopithecines (Australopithecus cinsinə aid növlər)
2 - Homo habilis
3 -
Homo erectus
4 - Homo sapiens
Təkamülçülər insanların “ibtidai meymunabənzər əcdad”ını “cənub
meymunu” mənasını verən
Australopithecus adlandırırlar. Bu canlılar əslində
nəsli kəsilmiş qədim meymun növüdür. Australopithecus cinsinin müxtəlif
növləri mövcuddur. Bunların bəziləri iri, bəziləri isə daha kiçik və incə quruluşa
malik meymunlardır.
İnsanın təkamülünün daha sonrakı mərhələsini isə Homo, yəni insan
adı altında təsnif edirlər. İddiaya əsasən, Homo seriyasındakı canlılar
Australopithecusdan daha
təkmil canlılardır. Bu növün təkamülünün ən son
mərhələsində isə
Homo sapiens, yəni bugünkü insanın meydana gəldiyi irəli
sürülür.
Təkamülçü KİV-lərdə və dərs kitablarında nəşr olunan, mediada tez-tez adı
çəkilən
Pitekantrop (Yava adamı),
Sinantrop (Pekin adamı), “Lusi” kimi fosillər
yuxarıda sadaladığımız dörd növdən birinə aid edilirlər. Bu növlər də həmçinin
öz daxilində yarımnövlərə bölünür.
Bir vaxtlar çox iddialı olan
Ramapithecus kimi ara keçid növ namizədlərinin
adi meymun olduğu aşkar edilməsiylə birlikdə insanın xəyali nəsil ağacından
səssiz-səmirsiz çıxarılıblar.
185
Təkamülçülər “
Australopithecus > Homo habilis > Homo erectus > Homo
sapiens” ardıcıllığını tərtib edərkən bu növlərin hər birinin özündən sonrakının
əcdadı olduğu kimi təsəvvür verirlər. Halbuki paleoantropoloqların son
kəşfləri Australopithecus, Homo habilis və Homo erectusun dünyanın müxtəlif
yerlərində eyni dövrlərdə yaşadıqlarını göstərir. Hətta
Homo erectusa aid
insanların bir qismi çox yaxın tarixə qədər yaşayıblar.
“Yava (adası)nın sonuncu Homo erektusu: Cənub-şərqi Asiyadakı Homo sapienslər
ilə potensial çağdaşlığı” (Latest Homo erectus of Java; Potential contemporaneity
with Homo sapiens en Southeast Asia) başlıqlı məqalədə Yavada tapılan
Homo
erectus fosillərinin ortaq yaşının 27±2-dən 53,3±4 min il əvvəl” olduğu və onun
“H. erectusun Cənub-şərqi Asiyanın dövrümüzdəki insanlar (H. sapiens) ilə
anatomik cəhətdən eyni dövrdə yaşadığı ehtimalını artırdığı”nı ifadə edir.
186
Bundan əlavə,
Homo sapiens neandertalensis və
Homo sapiens sapiens (müasir