M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə56/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   52   53   54   55   56   57   58   59   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
176
of  deep  time”  adlı  kitabında:  “İnsanın  təkamülü  ilə  əlaqədar  5-10  milyon  il 
əvvələ aid bütün fosillər kiçik bir qutuya sığa biləcək qədər azdır”,- deyir. Cinin 
buradan gəldiyi nəticə də çox maraqlıdır:
“Əcdad-xələf  əlaqələrinə  əsaslanan  insanın  təkamül  sxemi  tamamilə 
həqiqətdən  uzaq  insan  icadıdır  və  insanların  ön  mühakimələrinə  görə 
formalaşdırılmışdır...  Bir  yığın  fosil  götürmək  və  bunların  qohumluq 
əlaqələrini  iddia  etmək  təcrübi  yolla  sübut  ediləcək  elmi  fərziyyə 
deyil,  nağıllarla  eyni  mahiyyət  daşıyan  iddiadır  -  əyləndirici,  bəlkə  də 
yönləndiricidir, amma elmi deyil”.
230
Göründüyü kimi, təkamül nəzəriyyəsinin əsası bu nəzəriyyəni dəstəkləyən 
hər  hansı  elmi  nailiyyət  deyil,  bu  nəzəriyyəyə  kor-koranə  inanmış  bəzi  elm 
adamlarıdır. Bu elm adamları heç bir elmi əsası olmasa da, təkamül əfsanəsinə 
həm özləri inanır, həm də onlarla əməkdaşlıq edən mediadan istifadə edərək 
kütlələri inandırırlar. 
Rekonstruksiya xətası
Təkamülçülər  nəzəriyyələrini  sübut  edəcək  elmi  nəticələr  əldə  edə 
bilməsələr də, başqa məsələdə olduqca mahirdirlər: təbliğat. Bu təbliğatın ən 
əsas elementi isə “rekonstruksiya” adı verilən saxta şəkillərdir.
Rekonstruksiya rəsmləri sadəcə təkamülçülərin fantaziyasını əks etdirir, elmi tapıntılar deyil...


İNSANIN MƏNŞƏYİ
177
Rekonstruksiya  “yenidən  inşa”,  “bərpa”  deməkdir  və  ancaq  kiçik 
bir  sümüyü  tapılmış  canlının  şəklinin  və  ya  maketinin  düzəldilməsidir. 
Qəzetlərdə, jurnallarda, filmlərdə gördüyünüz “meymun adam”ların hər biri 
rekonstruksiyadır.
Ancaq insanın mənşəyi ilə əlaqədar fosil qeydləri çox vaxt yarımçıq olduğu 
üçün  bunlara  əsaslanaraq  hər  hansı  ehtimal  vermək  tamamilə  təxəyyülə 
əsaslanır. Buna görə də təkamülçülər tərəfindən fosillərə əsaslanaraq düzəldilən 
rekonstruksiyalar  tamamilə  təkamül  ideologiyasının  əsaslarına  uyğun  olaraq 
hazırlanır.  Harvard  Universiteti  antropoloqlarından  Devid  Pilbim:  “Mənim 
məşğul  olduğum  paleoantropologiya  sahəsində  daha  əvvəl  aldığım 
təəssüratlardan meydana gəlmiş nəzəriyyə daim həqiqi məlumatlara üstün 
gəlir”, - deyərkən bu həqiqətə diqqət çəkir.
231
 İnsanlar əyani vasitələrdən daha 
tez  təsirləndikləri  üçün  məqsəd  bu  insanları  təxəyyül  yolu  ilə  bərpa  edilmiş 
varlıqların keçmişdə həqiqətən yaşadığına inandırmaqdır.
Burada bir cəhətə diqqət yetirmək lazımdır: sümük qalıqlarına əsaslanaraq 
görülən bu cür işlərdə yalnız əldə olan predmetin olduqca ümumi xüsusiyyətləri 
ortaya çıxarıla bilər. Halbuki əsl müəyyənedici detallar zaman ərzində məhv 
olan yumşaq toxumalardır. Təkamülə inanan hər hansı bir insanın bu yumşaq 
toxumalara  istədiyi  kimi  forma  verib  xəyali  varlıq  uydurması  çox  asandır. 
Harvard Universitetindən Ernst A.Huten bu vəziyyəti belə izah edir:
“Yumşaq hissələrin rekonstruksiyası (yenidən bərpası) olduqca riskli işdir. 
Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altındakı sümüklə heç 
bir əlaqəsi yoxdur. Məsələn, Neandertal kəlləsini meymuna və ya bir filosofa 
bənzədə bilərsiniz. Qədim insanların fosillərinə əsaslanaraq edilən bu cür 
rekonstruksiya  işlərinin  heç  bir  elmi  dəyəri  yoxdur  və  cəmiyyəti    idarə 
etmək  məqsədiylə  istifadə  edilirlər...  Bu  səbəbdən  də  rekonstruksiyalara 
çox güvənmək olmaz”.
232
Təkamülçülər  bu  məsələnin  o  qədər  “ağını  çıxardıbar”  ki,  eyni  kəllə 
sümüyünə  bir-birindən  olduqca  fərqli  simalar,  üz  cizgiləri  yapışdırırlar. 
Australopithecus robustus  (Zinjanthropus)  adlı  fosil  üçün  edilən  bir-birindən 
tamamilə fərqli üç ayrı rekonstruksiya buna misaldır.
Fosillərin birtərəfli şərh olunması və ya xəyali rekonstruksiyalar edilməsi 
təkamülçülərin  təbliğatdan  hansı  tərzdə  istifadə  etdiklərini  göstərən  faktdır. 
Lakin  bunları  təkamül  nəzəriyyəsi  tarixində  rast  gəlinən  bəzi  konkret 
saxtakarlıqlarla müqayisə etdikdə çox adi görünür.
Mediyada və akademik nəşrlərdə mütəmadi olaraq təlqin edilən “meymun-
insan” imicini dəstəkləyən heç bir konkret fosil yoxdur. Təkamülçülər əllərinə 
fırça götürüb xəyali varlıqlar çəkirlər, amma bu canlıların daşlaşmış qalıqlarının 
olmaması onlar üçün böyük problemdir. Bu problemi “həll etmək” üçün istifadə 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
178
etdikləri maraqlı üsullardan biri isə tapa bilmədikləri fosilləri “düzəltmək”dir. 
Elm tarixinin ən böyük qalmaqalı olan Piltdaun adamı bunun bir nümunəsidir.
Piltdaun adamı qalmaqalı
Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 
1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı çuxurda  çənə sümüyü və kəllə 
parçası  tapdığını    iddia  etdi.  Çənə  sümüyü  meymun  çənəsinə  bənzəməsinə 
baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu nümunələrə “Piltdaun 
adamı”  adı  verildi,  500  min  il  yaşı  olduğu  deyildi    və  müxtəlif  muzeylərdə 
insan  təkamülünə  konkret  dəlil  olaraq  nümayiş  etdirildi.  40  ildən  çox  bu 
qalıq  haqqında    elmi  məqalələr  yazıldı,  müxtəlif  fikirlər  söyləndi  və  şəkillər 
çəkildi.  Dünyanın  müxtəlif  universitetlərindən  500-dən  çox  alim  Piltdaun 
adamı  üzərində doktorluq müdafiə etdi.
233
 Məşhur amerikalı paleoantropoloq 
H.F.Osborn da 1935-ci ildə  “British museum”i ziyarət edəndə demişdi: “Təbiət 
sürprizlərlə  doludur;    bu,  insanlıq  tarixindən    əvvəlki  dövrlər    haqqında 
əhəmiyyətli  faktdır”.
234
Rekonstruksiyalar  sadəcə  təkamülçülərin  təxəyyülünü  əks  etdirir,  elmi 
kəşfləri deyil...
1949-cu ildə isə “British museum”in paleontologiya fakültəsindən Kennet 
Oakley yaş təyin etmək  üçün əsas metodlardan “flor testi” metodunu bəzi qədim 
Piltdoun adamı qalığı, 
40 il boyunca insanın 
təkamülü iddiasının 
ən böyük dəlili olaraq 
qəbul edildi. Təka-
mülçü paleontoloqlar 
kəllə sümüyündə 
təkamülə bir 
sıra sübut tap-
dıqlarını iddia 
edirdilər Qalığın 
saxtakarlıq 
olduğu isə 
sonradan 
ortaya çıxdı.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə