M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə58/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   54   55   56   57   58   59   60   61   ...   108

182
M
OLEKULYAR BİOLOGİYA
VƏ HƏYATIN MƏNŞƏYİ
K
itabın  əvvəlki  bölmələrində  fosil  qeydlərinin  və  müqayisəli 
anatomiyanın  təkamül  nəzəriyyəsinin  iddialarını  təkzib  etdiyini 
nəzərdən keçirmişdik. Ancaq təkamül nəzəriyyəsinin iddiaları əslində 
növlər arasındakı bu əlaqəni təhlil etməyə ehtiyac qalmadan elə ilk mərhələdə 
çıxılmaz vəziyyətə düşür. Bu ilk mərhələ yer üzündə ilk canlının necə əmələ 
gəlməsi sualıdır.
Təkamül nəzəriyyəsi bu suala cavab olaraq canlıların təsadüflər nəticəsində 
meydana gələn ilk hüceyrə ilə başladığını iddia edir. Ssenariyə əsasən, bundan 
dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr 
reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və ilk 
canlı hüceyrə meydana gəlmişdir.
Halbuki  cansız  maddələrin  birləşərək  canlı  əmələ  gətirməsi  iddiası  bu 
günə qədər heç bir təcrübə və ya müşahidə ilə təsdiqlənməmiş elmdənkənar 
iddiadır. Əksinə, bütün kəşflər bir canlının ancaq başqa bir canlıdan törədiyini 
sübut edir. Hər canlı hüceyrə başqa bir hüceyrənin çoxalması ilə əmələ gəlir. 
Dünyada  heç  kim  ən  yaxşı  təchizatlı  laboratoriyalarda  belə  cansız  kimyəvi 
maddələri birləşdirərək canlı hüceyrə əmələ gətirməyi bacarmamışdır.
Təkamül  nəzəriyyəsi  isə  insan  ağlı,  biliyi  və  texnologiyası  nəticəsində 
belə  əldə edilə bilməyən canlı  hüceyrəsinin ibtidai  dünya  şərtləri daxilində 
təsadüflərlə  əmələ  gəldiyini  iddia  edir.  Sonrakı  səhifələrdə  bu  iddianın  nə 
üçün elmin və ağılın ən əsas prinsiplərinə zidd olduğunu təhlil edəcəyik.


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
183
“Təsadüf” məntiqinə bir nümunə
Bir  canlı  hüceyrəsinin  təsadüflərlə  əmələ  gəldiyini  düşünən  bir  insan 
aşağıda  izah  edəcəyimizə  bənzər  hekayəyə  də  asanlıqla  inanmalıdır.  Bu,  bir 
şəhər haqqında hekayədir.
Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış 
bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş 
çıxdıqda qayalarında arasında quruyub bərkiyir və forma alır. Daha sonra onun 
üçün qəlib vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün, 
formalı, möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü 
kimi başqa kərpiclərin əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni 
yerdə yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə davam edir. 
Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb 
pozulmur. Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına, 
dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə 
sovrulub  dağılmır,  eyni  yerdə  və  eyni  möhkəmlikdə  digər  kərpiclərin  əmələ 
gəlməsini gözləyirlər.
Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin 
təsiri  ilə  sovrulur  və  təsadüf  nəticəsində  yan-yana  və  üst-üstə  planlı  şəkildə 
düzülüb bir bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, 
suvaq kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində 
kərpiclərin  arasına  girir  və  onları  bir-birinə  bərkidirlər.  Bütün  bu  proseslər 
başlayarkən  torpağın  altındakı  dəmir  filizləri  də  “təbii  amillərlə”  formaya 
düşüb torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini 
qoyurlar. Nəticədə hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv 
bir bina ortaya çıxır.
Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə 
isə digər çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı 
olan hər cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik 
kabelləri üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s. 
üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.
Bütün  bu  məmulatların  formalaşıb  binanın  içinə  yerləşmələri  də  “təbii 
amillərin” hünəri ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı 
təkanın da köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında 
yerli-yerində  oturur.  İşlər  o  qədər  yolunda  getmişdir  ki,  kərpiclər  sonradan 
təbii şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi 
pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə 
meydana  gələn  su,  elektrik,  mərkəzi  istilik  sistemi  qurğuları  üçün  yerləri  də 
qoymağı unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər” 
və “təbii amillər” qüsursuz dizayn meydana gətirmişdir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
184
Bu hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra şəhərdəki digər 
binaların, qurğuların, tikililərin, yolların, xiyabanların, kanalizasiya sisteminin, 
rabitə və nəqliyyat sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər. 
Hətta mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya sisteminin təkamül 
prosesi və mövcud tikililərlə uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı 
bir neçə cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə görə akademik 
mükafata  belə  layiq  görülə  bilər,  özünü  bəşəriyyət  tarixini  aydınladan  düha 
olduğunu zənn edə bilər.
Canlıların təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi elə 
bu  qədər,  bəlkə  bundan  daha  çox  həqiqətdənkənardır.  Çünki  tək  başına  bir 
hüceyrə bütün iş sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir 
şəhərə  bənzəyən  kompleksliyə  malikdir.  Məşhur  molekulyar  bioloq  Maykl 
Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı 
kitabında hüceyrənin bu kompleks quruluşundan belə bəhs edir:
Həyatın molekulyar biologiyası tərəfindən üzə çıxarılan reallığını qavramaq 
üçün bir hüceyrəni təqribən bir milyon dəfə böyütməliyik, ta ki diametri 
20 km-ə çatsın. Belə olduqda hüceyrə Nyu York və ya London kimi böyük 
şəhər  qədər  nəhəng  ölçüdəki  kosmik  gəmiyə  bənzəyəcəkdir.  Qarşımızda 
bənzərsiz dərəcədə kompleks sistem və qüsursuz dizayn olduğunu görərik. 
Hüceyrəni  lap  yaxından  nəzərdən  keçirsək,  üzərindəki  milyonlarla  kiçik 
qapı  ilə  qarşılaşarıq.  Eynilə  kosmik  gəmidəki  avtomatik  qapılar  kimi  bu 
qapılar  daima  açılıb-bağlanaraq  hüceyrənin  içinə  və  ya  xaricinə  keçən 
maddə  axınını  tənzimləyirlər.  Əgər  bu  qapıların  hər  hansı  birindən  içəri 
girsək,  qeyri-adi  texnologiya  və  heyrətamiz  kompleksliklə  qarşılaşarıq. 
İnsanların istehsal etdiyi hər şeydən çox üstün olan bu texnologiya bizim 
yaradıcı zəkamızın həddindən artıq fövqündə durur. Bu sistem “təsadüf” 
anlayışının hər mənada tamamilə “antitezisini” təşkil edir.
238


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə