M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə64/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   60   61   62   63   64   65   66   67   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
200
gəldilər.
Bəs  Miller  nə  üçün  bu  qazlar  məsələsində  israr  etmişdi?  Cavab  sadədir: 
ammonyak  olmadan  heç  bir  amin  turşusunun  sintezlənməsi  mümkün  deyil. 
Kevin MakKin “Discover” jurnalında dərc etdirdiyi məqalədə bu vəziyyəti belə 
izah edir:
Miller  və  Yurey  dünyanın  qədim  atmosferini  metan  və  ammonyakı 
qarışdıraraq  süni  şəkildə  əvəz  etdilər...  Lakin  son  elmi  tədqiqatlarda  o 
zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından 
meydana gəldiyi məlum olmuşdur. Beləliklə, o dövrdəki kimyəvi atmosfer 
tərkibi  daha  çox  azot,  karbondioksid  və  su  buxarından  ibarət  olmalıdır. 
Halbuki bunlar üzvi molekulların əmələ gəlməsi üçün ammonyak və metan 
qədər uyğun deyillər.
256
Belə  ki,  amerikalı  elm  adamları  C.P.Ferris  və  Ç.T.Çen  karbondioksid, 
hidrogen,  azot  və  su  buxarından  ibarət  qarışıqla  Millerin  təcrübəsini  təkrar 
həyata keçirdilər və tək bir amin turşusu molekulu da əldə edə bilmədilər.
257
3- Millerin təcrübəsini əsassız edən digər mühüm cəhət də amin turşularının 
əmələ  gəldiyi  irəli  sürülən  dövrdə  atmosferdə  amin  turşularının  hamısını 
parçalayacaq  sıxlıqda  oksigen  olması  idi.  Millerin  görməməzliyə  vurduğu 
bu  həqiqət  yaşı  3.5 
milyard  il  olan  daşlardakı 
oksidləşmiş  dəmir  və  uran  qalıqları  ilə  məlum 
oldu.
258
Oksigen miqdarının bu dövrdə təkamülçü 
nəzəriyyəçilərin iddia etdiklərindən çox fərqli 
olduğunu  göstərən  başqa  tapıntılar  da  üzə 
çıxdı. Araşdırmalar  o  dövrdə  dünya  səthinə 
təkamülçülərin təxmin etdiklərindən 10 min 
dəfə  çox  ultrabənövşəyi  şüalar  çatdığını 
göstərdi.  Bu  sıx  ultrabənövşəyi  şüalar 
atmosferdəki  su  buxarı  və  karbondioksidi 
parçalayaraq oksigeni ayırırlar.
Bu  vəziyyət  oksigen  nəzərə  alınmadan 
keçirilmiş  Miller  eksperimentini  tamamilə 
əsassız  edirdi.  Əgər  təcrübədə  oksigendən 
istifadə  edilsəydi,  metan  karbondioksid  və 
suya, ammonyak isə azot və suya çevriləcəkdi. 
Digər 
tərəfdən, 
oksigenin 
olmadığı 
mühitdə-hələ  ozon  təbəqəsi  olmadığı  üçün 
–  ultrabənövşəyi  şüualara  birbaşa  məruz 
qalan  amin  turşuları  dərhal  parçalanacaqdı. 
Millerin  təcrübəsində  təşkil 
et-diyi  şəraitin  əslində  ibtidai 
dünya  şərtləri  ilə  heç  bir 
oxşarlığı yox idi.


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
201
Nəticədə,  ibtidai  dünyada  oksigenin 
olması  da,  olmaması  da  amin  turşuları 
üçün məvhedici mühit deməkdir.
4-  Miller  eksperimenti  nəticəsində 
canlıların  quruluş  və  funksiyalarını 
pozan xüsusiyyətlərə malik çox miqdarda 
üzvi  turşular  da  əmələ  gəlmişdi. Amin 
turşuları  təcrid  edilməyib  bu  kimyəvi 
maddələrlə  eyni  mühitdə  qaldıqda 
isə  onlarla  kimyəvi  reaksiyaya  girərək 
parçalanacaq  və  müxtəlif  birləşmələrə 
çevriləcəkdilər. 
Bundan  əlavə,  təcrübə  nəticəsində 
ortaya bol miqdarda sağ əlli amin turşusu 
çıxmışdı.
259
 Ancaq bu amin turşularının 
varlığı  belə  təkamül  nəzəriyyəsini  öz 
məntiqi içində batırmaq üçün kifayət idi. 
Çünki  sağ  əlli  amin  turşuları  canlıların 
orqanizmində 
istifadə 
edilməyən 
amin  turşularıdır.  Beləliklə,  Millerin 
təcrübəsindəki  amin  turşularının  əmələ 
gəldiyi  mühit  canlılar  üçün  əlverişli 
deyil,  əksinə,  meydana  gələn  yararlı  molekulları  parçalayan,  yandıran  turşu 
qarışığından ibarət idi.
Bütün bunların göstərdiyi yeganə konkret həqiqət var: Miller eksperimenti 
canlıların  ibtidai  dünya  şərtləri  daxilində  təsadüfən  meydana  gəldiyini 
dəstəkləmir. Təcrübə amin turşusu sintezləməyi hədəfləyən şüurlu və nəzarətli 
laboratoriya  işidir.  İstifadə  edilən  qazların  cinsləri  və  tərkibi  nisbətləri  amin 
turşularının  əmələ  gəlməsi  üçün  ən  ideal  ölçülərdə  müəyyən  edilmişdir. 
Mühitə  verilən  enerjinin  miqdarı  nə  əksik,  nə  də  artıqdır,  tamamilə  lazımi 
reaksiyaların  baş  verməsini  təmin  edən  şəkildə  tənzimlənmişdir.  Təcrübə 
aparatı ibtidai dünya şərtlərində mövcud olan hər hansı zərərli, məhvedici və 
ya amin turşusunun əmələ gəlməsinin qarşısını alan ünsür ehtiva etməyəcək 
şəkildə  izolyasiya  edilmişdir.  İbtidai  dünyada  mövcud  olan  və  reaksiyaların 
gedişatını  dəyişdirən  heç  bir  element,  mineral  və  ya  birləşmə  sınaq  şüşəsinə 
qoyulmamışdır. Oksidləşmə səbəbi ilə amin turşularının varlığına mane olan 
oksigen  bunlardan  sadəcə  biridir.  Hazırlanan  ideal  laboratoriya  şərtlərinə 
gəlincə, “soyuq tələ” (cold trap) adlı mexanizm olmadan amin turşularının eyni 
mühitdə parçalanmadan qalmaları mümkün deyil.
Millerin özü də 1953-cü ildə apar-
dığı təcrübənin həyatın mənşəyini 
izah edə bilmədiyini qəbul etdi.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
202
Əslində,  Miller  eksperimenti  ilə  təkamülün  “həyatın  şüursuz  təsadüflər 
nəticəsində meydana gəlməsi” iddiasını təkzib etmişdir. Çünki təcrübə amin 
turşularının  ancaq  bütün  şərtləri  xüsusi  şəkildə  tənzimlənmiş  laboratoriya 
mühitində, şüurlu müdaxilələrlə əldə edilə bildiyini göstərir. 
Miller  eksperimenti  Türkiyədəki  bəzi  mənbələrdə  hələ  də  mühüm  elmi 
kəşf kimi göstərilsə də, əslində təkamülçü dairələr tərəfindən müdafiə edilmir. 
Son illərdə qərbin elmi jurnallarında təcrübənin həyatın mənşəyini açıqlamaq 
baxımından bir məna ifadə etmədiyi bildirilir. Məsələn, 1998-ci ilin fevral ayında 
dərc edilən məşhur təkamülçü elmi jurnalı “Yer”dəki (Earth) “Həyat küpü” adlı 
məqalədə bu cümlələr işlədilir:
Bu gün Millerin ssenarisi şübhəylə qarşılanır. Bir səbəbi geoloqların ibtidai 
atmosferin  əsasən  karbondioksid  və  azotdan  ibarət  olduğunu  qəbul 
etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller eksperimentində) 
istifadə  edilənlərdən  daha  az  aktivdirlər.  Millerin  fərz  etdiyi  atmosfer 
mövcud olsaydı belə, amin turşuları kimi bəsit molekulları daha mürəkkəb 
birləşmələrə-zülallar kimi polimerlərə çevirəcək lazımi kimyəvi dəyişikliklər 
necə əmələ gələ bilərdi ki? Miller özü belə problemin bu yerində əllərini 
irəli uzadıb: “bu bir problemdir”, - deyərək dərindən ah çəkir: “Polimerləri 
necə əmələ gətirəcəksiniz? Bu, o qədər asan deyil...”.
260
Göründüyü kimi, Millerin özü belə bu gün təcrübəsinn həyatın mənşəyini 
açıqlamaq  baxımından  bir  məna  ifadə  etmədiyini  anlayır.  “National 
geographic”in 1998-ci il mart sayındakı “Yer üzündəki həyatın mənşəyi” adlı 
məqaləsində isə bu mövzuyla bağlı belə sətirlər yazılmışdır:
Bir  çox  elm  adamı  bu  gün  ibtidai  atmosferin  Millerin  irəli  sürdüyündən 
fərqli  olduğunu  təxmin  edir.  İbtidai  atmosferin  hidrogen,  metan  və 
ammonyakdan çox karbondioksid və azotdan ibarət olduğunu düşünürlər. 
Bu  isə  kimyaçılar  üçün  pis  xəbərdir!  Karbondioksid  və  azotu  reaksiyaya 
saldıqda əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdardadır. Böyük 
üzmə hovuzuna atılan bir damla qida boyası ilə eyni nisbətdə olan sıxlığa 
bərabərdir... Elm adamları bu qədər duru şorbada həyatın əmələ gəlməsini 
təsəvvür etməyi belə çətin hesab edirlər.
261
Qısaca desək, nə Miller eksperimenti, nə də başqa heç bir təkamülçü səy yer 
üzündə həyatın necə əmələ gəlməsi sualını cavablaya bilmir. Bütün tədqiqatlar 
həyatın  təsadüflərlə  əmələ  gəlməsinin  qeyri-mümkün  olduğunu  sübut  edir 
və  beləliklə,  həyatın  yaradıldığını  göstərir.  Təkamülçülərin  bu  açıq  həqiqəti 
qəbul etməmələri isə elmə tamamilə zidd ön mühakimələrə malik olduqlarına 
görədir. Belə ki, Miller eksperimentini tələbəsi Stenli Miller ilə birlikdə təşkil 
edən Harold Yurey bu mövzu ilə bağlı belə etiraf edir:
Həyatın  mənşəyi  mövzusunu  araşdıraraq  nə  qədər  çox  tədqiq  etsək  də, 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə