M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə67/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   63   64   65   66   67   68   69   70   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
208
ikincisi qeyri-mümkündür.
266
Uzun  illər  molekulyar  təkamül  nəzəriyyəsini  müdafiə  edən  Frensis  Krik 
belə DNT-ni kəşf etdikdən sonra bu cür kompleks molekulun təsadüfən, öz-
özünə  təkamül  prosesi  nəticəsində  əmələ  gəlməyəcəyini  etiraf  etmiş  və  belə 
demişdir:
Bu günkü mövcud məlumatlar işığında səmimi bir insan ancaq bunu deyə 
bilər: həyat möcüzəvi şəkildə ortaya çıxmışdır.
267
Təkamülçü  bioloq  prof.  dr.  Əli  Dəmirsoy  da  DNT-nin  meydana  gəlməsi 
haqqında bu etirafı etməyə məcbur olmuşdur:
Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə şansı təxminlərin 
çox  fövqündə  duran  bir  ehtimaldır.  Hətta  müəyyən  bir  zülal  zəncirinin 
Beta-qlobin geninin DNT şifrələri. Bu şifrələr qanda oksigen daşıyan hemoq-
lobin  geninin  parçalarından  birini  meydana  gətirir.  Mühüm  olan  əgər  bu 
şifrələrdən  bele  xətalı  olarsa,  istehsal  olunacaq  zülalın  tamamilə  yararsız 
vəziyyətə düşəcək olmasidir.


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
209
əmələ gəlmə şansı astronomik deyiləcək qədər azdır.
268
Burada çox maraqlı bir paradoks da var: DNT ancaq zülalın tərkibindəki 
bəzi fermentlərin köməyi ilə köçürülə bilər. Amma bu fermentlərin sintezi də 
ancaq DNT-dəki məlumatlar əsasında baş verir. Bir-biri ilə əlaqədar olduqlarına 
görə, köçürülmə prosesi üçün ikisi də eyni anda mövcud olmalıdır. Elmi yazıçı 
Con Horqan bu dilemmanı belə açıqlayır:
DNT  katalitik  zülalların  və  fermentlərin  köməyi  olmadan  etdiyi  işi  yeni 
DNT hazırlamaq da daxil olmaqla edə bilməz. Qısaca desək, DNT olmadan 
zülallar mövcud olmaz, amma DNT də zülallar olmadığı halda, əmələ gələ 
bilməz.
269
 
Bu vəziyyət canlıların təsadüfən əmələ gəlməsi ssenarisini bir daha təkzib 
edir. Amerikalı kimyaçı prof. Homer Ceykobson bu mövzuda belə deyir:
İlk canlı meydana gəldiyi zaman çoxalma planlarının, ətraf mühitdən maddə 
və enerji təmin etmənin, böyümə sırasının, məlumatları böyüməyə çevirən 
mexanizmlərin hamısına aid əmrlərin o anda və birlikdə olması labüddür. 
Bunların hamısının kombinasiyası təsadüfən baş verə bilməz.
270
Prof. Ceykobson bu ifadələri Ceyms Vatson və Frensis Krik tərəfindən DNT-
nin quruluşunun müəyyən edilməsindən iki il sonra yazmışdı. Ancaq elmdəki 
bütün irəliləyişlərə baxmayaraq, bu problem təkamülçülər üçün hələ də həllini 
tapmamışdır. Bu səbəbdən, alman biokimyaçı Duqlas R.Hofstadter belə deyir:
Necə oldu ki, genetik məlumat onu şərh 
edən mexanizmlərlə (ribosomlar və RNT 
molekulları ilə) birlikdə ortaya çıxdı? Bu 
sual  qarşısında  özümüzü  cavabla  deyil, 
heyranlıq  və  təəccüb  hissləri  ilə  qane 
etməliyik.
271
San Diyeqo Kaliforniya Universitetindən 
Stenli Millerin və Frensis Krikin həmkarı olan 
məşhur  təkamülçü  dr.  Lesli  Orqel  isə  1994-
cü  il  tarixli  bir  məqaləsində  həmin  həqiqət 
qarşısında belə deyir:
Olduqca  kompleks  quruluşa  malik  olan 
zülalların  və  nuklein  turşularının  (RNT 
və  DNT)  eyni  yerdə  və  eyni  zamanda 
təsadüfən  əmələ  gəlmələri  həddindən 
artıq  ehtimaldan  kənardır.  Amma 
bunların  biri  olmadan  digərini  əldə 
etmək  də  mümkün  deyil.  Ona  görə, 
insan həyatın kimyəvi yollarla meydana 
DNT-dəki 
bu 
fövqəladə 
məlu-mat  canlılar  aləminin 
təsaduf  nəticəsində  əmələ 
gəlmədiyinin 
və 
şüurlu 
şəkildə    yaradıldığının  aşkar 
sübututur. Heç bir təbii proses 
DNT-nin  mənşəyini  açıqlaya 
bilmir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
210
gəlməsinin əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətindədir.
272
Bütün  bunlarla  bərabər  nəinki  müəyyən  informasiya  ardıcıllığına  malik 
olan DNT, RNT kimi nuklein turşularının təsadüflər nəticəsində əmələ gəlməsi, 
onları  əmələ  gətirən  nukleotidlərdən  tək  birinin  belə  təsadüflər  nəticəsində 
meydana gəlməsi və ibtidai dünya şərtləri daxilində mövcud olması kimyəvi 
cəhətdən mümkün deyil. Təkamülçü səpkidə fəaliyyət göstərən məşhur elmi 
jurnal “Scientific american”da dərc edilmiş bu sətirlər təkamülçülərin bu mövzu 
ilə bağlı etiraflarını ifadə edir: 
İbtidai  dünya  şərtlərinin  təqlid  edildiyi  həqiqi  təcrübələrdə  ən  sadə 
molekullar  belə  az  miqdarda  əldə  edilmişdir.  Daha  pisi  budur  ki,  bu 
molekullar  əsasən  üzvi  molekulların  ikinci  dərəcəli  tərkib  hissələridir. 
Normal halda daha mürəkkəb üzvi qarışıqları əmələ gətirən geokimyəvi 
reaksiyalar nəticəsində onların necə ayrıldığı və saflaşdığı hələ də problem 
olaraq  durur.  Daha  kompleks  molekullarda  vəziyyət  daha  da  çətinləşir. 
Xüsusilə  nukleotidlərin  tamamilə  geokimyəvi  mənşəyi  qarşımıza  böyük 
çətinliklər çıxarır.
273 
Buraya  qədər  bəhs  edilənlərdən  də  göründüyü  kimi,  həyatın  kimyəvi 
yollarla meydana gəlməsi əsla mümkün olmadığına görə həyatı sonsuz qüdrət 
sahibi Allahın yaratdığı açıq-aşkar üzə çıxır. Təkamülçülərin əsrin əvvəllərindən 
bəri bəhs etdikləri “kimyəvi təkamül” əsla baş verməmiş bir nağıldır.
Amma bir çox təkamülçü bu və buna bənzər elmdənkənar nağıllara həqiqət 
kimi inanırlar. Çünki canlıların yaradıldığını qəbul etmək bütün canlılara hakim 
olan Uca Allahın varlığını qəbul etmək deməkdir. Onlar isə özlərini bu həqiqəti 
qəbul etməmək üçün şərtləndirmişlər. Maykl Denton “Təkamül: Böhran içində 
nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında bu qəribə vəziyyəti belə 
təsvir edir:
Ali canlıların genetik proqramlarının quruluşu milyardlarla bit (kompyuter 
informasiya  vahidi)  informasiyaya  və  ya  1000  cildlik  kiçik  kitabxananın 
içindəki  bütün  hərflərin  düzülməsinə  bərabərdir.  Bu  cür  kompleks 
orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyən edən, 
əmr edən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın tamamilə 
təsadüfə əsaslanan proses nəticəsində əmələ gəldiyini iddia etmək isə insan 
ağlına təcavüzdür. Ancaq bir darvinist bu düşüncəni heç şübhə etmədən 
qəbul edər!
274
“RNT dünyası” tezisinin əsassızlığı
70-ci  illərdə  ibtidai  dünya  atmosferinin  tərkibində  olan  qazların  amin 
turşusu  sintezini  qeyri-mümkün  etdiyinin  məlum  olması  kimyəvi  təkamül 
nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə