MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
197
Bu həqiqəti nəzərə aldıqda yer üzündəki canlıların necə mövcud olduğu
sualının cavabının “təsadüflər” olmadığı açıq şəkildə görünür.
Həyatın mənşəyi ilə bağlı
təkamülçü səylər
Hər şeydən əvvəl, əsas cəhəti yadda saxlamaq lazımdır: təkamül prosesinin
hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun üzə çıxması nəzəriyyənin
kökündən səhv olduğunu və əsassızlığını göstərməsi üçün kifayətdir. Məsələn,
sadəcə zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünün sübut
edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da
təkzib etmiş olur. Bundan sonra insan və meymun kəllə sümükləri üzərində
fərziyyələr qurmağın da heç bir mənası qalmaz.
Canlıların cansız maddələrdən necə əmələ gəlməsi uzun müddət təkamül
nəzəriyyəsi tərəfdarlarının üzərində çox durmaq istəmədikləri problem idi.
Ancaq daima görməməzliyə vurduqları bu problem getdikcə gizlədilməyəcək
problemə çevrildi və bu problemi XX əsrin ikinci rübündə başlayan bir sıra
tədqiqatla həll etməyə çalışdılar.
İlk sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə meydana gəlmişdi?
Daha doğrusu, təkamülçülər bu suala necə açıqlama gətirməliydilər?
Bu mövzuya ilk dəfə müraciət edən şəxs “ kimyəvi təkamül” anlayışını
ortaya atan rus bioloq Aleksandr İ.Oparin oldu. Oparin bütün nəzəri
fəaliyyətlərinə baxmayaraq, həyatın mənşəyini açıqlama baxımından heç bir
nəticə əldə edə bilmədi. 1936-cı ildə nəşr etdirdiyi “Həyatın mənşəyi” (Origin
of life) adlı kitabında belə deyirdi:
Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini tamamilə əhatə edən
ən qaranlıq cəhəti təşkil edir.
251
Oparindən sonra təkamülçülər hüceyrənin təsadüflərlə əmələ gələcəyini
sübut etmək üçün saysız-hesabsız təcrübə, tədqiqat və müşahidə apardılar.
Ancaq aparılan hər tədqiqat hüceyrədəki kompleks yaradılışı daha hərtərəfli
üzə çıxararaq təkamülçülərin fərziyyələrini daha da təkzib etdi. Almaniyadakı
İohannes Qutenberq Universitetinin Biokimya İnstitutunun rəhbəri prof. dr.
Klaus Douz bu barədə belə deyir:
Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi mövzusunda
otuz ildən çox davam etdirilən bütün təcrübələr həyatın mənşəyi probleminə
cavab tapmaqdansa, problemin nə qədər böyük olduğunun qavranmasına
səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya
çıxılmaz vəziyyətlə bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir.
252
Təkamülçü elmi yazıçı Con Horqan da “Elmin sonu” (The end of science)
adlı kitabında həyatın mənşəyi mövzusu haqqında: “Bu, müasir biologiyanın
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
198
əsasını təşkil edən ən zəif hissədir”, - deyir.
253
San Diyeqo Skripps İnstitutundan geokimyaçı Cefri Badanın aşağıdakı
sözləri isə XX əsrin sonunda təkamülçülərin bu dərin çıxılmaz vəziyyət
qarşısındakı çarəsizliklərinin ifadəsidir:
Bu gün XX əsri geridə qoyarkən hələ də XX əsrə daxil olduqda üzləşdiyimiz
ən böyük həll olunmamış problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə
necə başlamışdır?
254
İndi təkamül nəzəriyyəsin bu “ən böyük həll edilməmiş problemini”
təfərrüatı ilə
nəzərdən keçirək. Əvvəlcə, məşhur Miller eksperimentini təhlil edək.
Miller təcrübəsi
Həyatın mənşəyi ilə bağlı təkamülçü mənbələrin ən çox etibar etdikləri
tədqiqat isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən
Miller eksperimentidir. (Təcrübə Millerin Çikaqo Universitetindəki müəllimi
Harold Yureyin köməyinə görə “Yurey-Miller eksperimenti” kimi də tanınır).
Təkamül prosesinin ilk mərhələsi kimi irəli
sürülən “kimyəvi təkamül” tezisinə “dəlil” kimi
irəli sürülən yeganə cəhd elə bu təcrübədir.
Aradan təxminən yarım əsr keçməsinə və
böyük texnoloji irəliləyişlər əldə edilməsinə
baxmayaraq, bu məsələdə heç bir yeni cəhd
edilməmişdir. Bu gün hələ də dərsliklərdə
canlıların ilk dəfə əmələ gəlməsinin təkamül
baxımından açıqlaması kimi Miller eksperimenti
öyrədilir. Çünki bu cür səylərin nəzəriyyələrini
dəstəkləmədiyini, əksinə daima təkzib etdiyini
anlayan təkamül tədqiqatçıları buna bənzər
təcrübələrə əl atmaqdan xüsusilə çəkinirlər.
Stenli Millerin məqsədi milyard illər əvvəlki
cansız dünyada zülalların tərkib hissələri olan
amin turşularının “təsadüfən” əmələ gəldiklərini
göstərən təcrübi dəlil ortaya qoymaq idi. Miller
təcrübəsində ibtidai dünya atmosferində mövcud
olduğunu fərz edilən (daha sonralar isə mövcud olmadığı məlum olan)
ammonyak, metan, hidrogen və su buxarından ibarət qaz qarışığından istifadə
etdi. Bu qazlar təbii şərtlər daxilində bir-biri ilə reaksiyaya girmədiklərinə
görə təcrübəyə kənardan enerji müdaxiləsi edildi. İbtidai atmosfer mühitində
ildırımlardan əmələ gəldiyi düşünülən enerjini süni elektrik mənbəyi vasitəsilə
təmin etdi.
Stanley Miller təcrübə
aparatı ilə birlikdə
MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
199
Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı,
bir tərəfdən də qarışığa elektrik axını verdi. Həftənin sonunda Miller sınaq
şüşəsinin dibindəki qarışıqda əmələ gələn kimyəvi maddələri ölçdü və zülalların
tərkib hissələrini təşkil edən 20 növ amin turşusundan üçünün sintezləndiyini
müşahidə etdi.
Təcrübə təkamülçü dairələrdə böyük sevinc yaratdı və çox böyük uğur
kimi təqdim edildi. Hətta müxtəlif KİV-lər hadisədən məst olaraq “Miller həyatı
yaratdı” başlığı altında fərziyyələr dərc etdilər. Lakin Millerin sintezlədiyi ancaq
“cansız” molekullar idi.
Bu təcrübədən topladıqları cəsarətlə təkamülçülər dərhal yeni ssenarilər
uydurdular. Amin turşularından sonrakı mərhələlər də dərhal uyduruldu.
Ssenariyə əsasən amin turşuları daha sonra təsadüflər nəticəsində uyğun
ardıcıllıqda birləşmiş və zülalları əmələ gətirmişdilər. Təsadüf nəticəsində
meydana gələn bu zülalların bəziləri də özlərini bir şəkildə (!) əmələ gəlmiş
hüceyrə qılafına bənzər formaların içinə yerləşdirərək hüceyrəni meydana
gətirmişdilər. Hüceyrələr də zaman ərzində yan-yana gəlib birləşərək canlı
orqanizmləri əmələ gətirmişdilər.
Halbuki bu ssenarinin ən böyük əsası olan Miller eksperimenti hər cəhətdən
əsassızlığı sübut edilmiş bir cəhddən başqa bir şey deyildi.
Miller təcrübəsini əsassız edən dörd səbəb
Millerin ibtidai dünya mühitində amin turşularının öz-özünə əmələ
gəldiklərini sübut etmək məqsədi ilə keçirdiyi təcrübə bir çox cəhətdən
əsassızdır. Bunları belə sıralaya bilərik:
1- Miller təcrübəsində “ soyuq tələ” (cold trap) adlı bir mexanizmdən
istifadə edərək amin turşularını əmələ gəldikləri anda dərhal həmin
mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə amin turşularını əmələ gətirən
mühitin amilləri bu molekulları əmələ gəldikdən dərhal sonra məhv
edəcəkdi.
Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür şüurlu mexanizmlər yox
idi və bunlar olmadan hər hansı amin turşusu əmələ gəlsə belə, bu molekullar
eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyaçı Riçard Blissin bildirdiyi kimi,
“bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv
ediləcəkdi”.
255
Belə ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə
bircə amin turşusu da əldə edə bilməmişdi.
2- Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti
həqiqi deyildi. 1980-ci illərdə elm adamları ibtidai atmosferdə metan və
ammonyak əvəzinə azot və karbondioksid olduğu haqqında ortaq fikrə
Dostları ilə paylaş: |