226
BİRİNCİ KİTAB
2. “Əgər” bağlayıcısı şərt budaq cümləsini əmələ gətirir: rayə
piyərə bura əgər duru, duxtərə ə qunşi xay əgər kurii - Yolun əgər
uzaqdırsa, piyada get, əgər qız almaq istəyirsənsə, kor da olsa qonşu
qızın al. “Əgər” bağlayıcısı tək işləndiyi kimi, onunla eyni funksiyada
olan “na” bağlayıcısı ilə də birləşərək “əgər na” formasını alır, be
ləliklə də, baş cümlədə ifadə olunmuş fikrin əksini bildirir. Məs.: Mən
əgər türə birartürüm bə kafmə dəniş, əgər na yad hisab bəstəni hiç bə
mən “səbəh xeyr” məsan - əgər sən məni özünə qardaş hesab edirsənsə
sözümə qulaq as, yox əgər, yad hesab edirsənsə heç salam vermə
(hərfən: heç “sabahın xeyir” demə). Tat dilində işlədilən “əgər”
bağlayıcısı, bəzən “r” səsinin düşməsi ilə “əgə” formasında da ifadə
olunur. Bu bağlayıcı maraqlıdır ki, sonda göstərilən şəkildə İran dil və
ləhcələrindən ancaq fars dilinin Tehran dialektində təsadüf olunur.1
Tat dilinin Qonaqkənd ləhcəsində həmin bağlayıcıya “gəma”
kimi xüsusi formada da rast gəlinmişdir.
3. “Hiııtəki” (“həçiki”) bağlayıcısı zaman budaq cümləsini
əmələ gətirir: Hiııtəki ə dər daraftüm mənə şünaxt - Mən qapıdan
girən kimi məni tanıdı.
4. “Çünki” bağlayıcısı səbəb budaq cümləsini əmələ gətirir:
Mən diyə bətü sır nəmtünüm, çünki nəbastani bədültü daştən - Mən
daha sənə sin* vermərəm, çünki sənə deyilmiş sözü gizli saxlamağı
bacannırsan.
5 “Vəxtəki” bağlayıcısı zaman budaq cümləsini əmələ gətirir:
Mən vəxtəki xiştənmənə uncə rasundüm godun Cabara suxtebü -
Mən özümü ora çatdıranda, Cabbargilin tövləsi yanmışdı.
6. “Madamki” bağlayıcısı səbəb budaq cümləsini əmələ gəti
rir: Tü madamki, əzin kar xəbərdari, beçü bemu nəguftiri? - Sən ki
bu işdən xəbərdarsan, niyə bizə deməmisən?
7. “Taki” bağlayıcısı zaman budaq cümləsini əmələ gətirir:
Mən bə ruzü unqədə raftiim taki rasirüm - Mən ona çatana qədər ar
dınca yüyürdüm.
Tabeli mürəkkəb cümlələrdə bağlayıcısız işlənən budaq cüm
lələr də olur. Bu halda baş cümlə ilə budaq cümlə yalnız məna ilə
1 L.S.Peysikov. Göstər, əsəri, səh. 16
AZƏRBAYCAN TATLARININ DİLİ
227
ayrılır, baş cümlə ilə budaq cümlə arasında hətta fasilə belə özünü
göstərir. Məs.: Mən bətü diyə kaf nəmgünüm, xuştü nəmarən (M.) -
Mən daha sənə söz demərəm, (çünki) acığın gəlir; Ü bemu mə'əlim
ama, həməlemu ə'laçi birim - O, (ki) bizə müəllim təyin olundu, ha
mımız əlaçı olduq və s.
Tabesiz mürəkkəb cümlələr
Tat dilində tabesiz mürəkkəb cümlələr əmələ gətirmək üçün
çox vaxt bağlayıcı işlənmir və ümumiyyətlə, buna heç ehtiyac da
hiss olunmur. Biz burada tərkib hissələri intonasiya və ya fasilə ilə
bir-birindən fərqlənən tabesiz mürəkkəb cümləyə təsadüf edirik ki,
bu da çox təbiidir. Çünki yazısız dil olan tat dilində danışan bu et
nos - tatlar bu dildə tabesiz mürəkkəb cümlə yaradan müxtəlif bağ-
layıcılara ehtiyac hiss etməmişlər.
Tat dilində tabesiz mürəkkəb cümlələrdə az-çox işlənən bağ
layıcı varsa, o da ya fars dili ilə müştərək bağlayıcıdır, ya da onlar
Azərbaycan dilindən tat dilinə keçmişdir. Təkcə bunu qeyd etmək
kifayətdir ki, fars dilində tabesiz mürəkkəb cümlə əmələ gətirən bir
çox bağlayıcılara tat dilində əsla təsadüf olunmur. Bunlara misal
olaraq fars dilində geniş işlənən “və”, “xah-xah”, “çe-çe” və s. bağ-
layıcıları göstərmək olar. Bununla belə tat dilində də, əsasən, Azər
baycan dilindən bu dilə keçmiş olan bir neçə bağlayıcı vardır ki,
bunlar bu dildə tabesiz mürəkkəb cümlə əmələ gətirirlər:
1. “həm, həmdəyiş, həmiş” (həm də). Həm betü alat astaram,
həmiş // həm də // həmdəyiş mənə bəşmərdəni - həm sənə paltar al
mışam, həm də məni söyürsən; həm cirəyə vəgi biyar, həmiş // həm
dəyiş // həm də təvər mənə - həm kəndiri götür, gətir, həm də mə
nim baltamı; həm bura əsmənə suvar baş, həmiş // həm də // həmiş
də vərəhayə gal san - həm get mənim atımı min, həm də quzuları
sür gətir.
Fars dilində “həm-həm” kimi çıxış edən bu
bağlayıcınm
ikinci hissəsi tat dilində fars dilindən fərqli olaraq “həmiş “ şəklində
də işlənir (həm də, həmiş də variantları ilə yanaşı). Bunların
228
BİRİNCİ KİTAB
Azərbaycan dilindən tat dilinə keçməsi şübhə doğurmur, xüsusilə,
əvvəldə gələn “həm də” bağlayıcısınm Azərbaycan dilinə məxsus
olması mübahisəsizdir. Beləliklə, “həmiş” bağlayıcısı tat dilinin
spesifik bağlayıcısı kimi çıxış edir. Qeyd etməliyik ki, bu bağlayıcı-
dakı “iş” hissəciyi Azərbaycan dilinin “da”, “də” bağlayıcısınm tat
dilinə tərcüməsindən başqa bir şey deyildir. Maraqlıdır ki, tat dilin
dəki “iş” hissəciyi də Azərbaycan dilinə məxsus olan “da”, “də”
bağlayıcısı kimi çıxış edərək tat dilinin bütün qrammatik kateqori
yalarına artırıla bilir və beləliklə də, Azərbaycan dilində olduğu ki
mi, əşya və ya hərəkətin təkrarını yaradır. Məs.: Kitabiş - kitab da
(kitabı da), raftəniş-amarəniş - getmək də, gəlmək də (çətindir); tü-
riş - sən də; sürxiş - san da, çahariş - dörd də və s.
2. “ya, ... ya”. Eynilə Azərbaycan və fars dillərində olduğu
kimidir. Ya tü biya kitab türə bər, ya mən biyarüm - ya sən gəlib öz
kitabını apar, ya mən gətirim. Bu bağlayıcı, bəzən sonuncu
bağlayıcıya “nist” - yox sözünü əlavə etməklə də işlənir və “yanist”
formasını alır ki, bu da özlüyündə mürəkkəb bağlayıcıdır. Aynlıqda
müstəqil məna verən “nist” - yox, yoxdur sözü ya bağlayıcısma
qoşulduqdan sonra heç bir konkret məna vermir. Yalnız bağlayıcı
rolunu oynayır. Tat dilində həmin bağlayıcı Azərbaycan dilinə
məxsus olub, həmin funksiyada işlənən “ya yox” inkar əlamətinin
tat dilinə kalka olunmuş şəklindən başqa bir şey deyildir.
3. “istər, ... istər”. Azərbaycan dilindən tat dilinə keçmiş bağ
layıcıdır və fars dilində həmin funksiyada işlənən “xah, xah” bağla-
yıcısını, tamamilə, əvəz edə bilir. İstər ü pis başü, istər xub, ü mənə
birarmənü - O istər yaxşı olsun, istər pis, mənim qardaşımdır.
4. “nə, ... nə” . İnkar bildirir. Azərbaycan dilində eyni vəzifə
daşıyan “nə” bağlayıcısmdan başqa bir şey deyildir (fars dilində bu
bağlayıcı “ne” kimidir). Nə mən bətü kaf günüm, nə tü, bə mən sa
taş baş - nə mən sənə söz deyəcəyəm, nə sən mənə sataş. Bu bağla-
yıcının ikinci tərəfi, tamamilə, səıbəstdir. Qeyd etdiyimiz “iş” şəkil
çisini qəbul edərək “nəyiş” formasında həmin vəzifədə işlənir ki, bu
da Azərbaycan dilinin “nə də” bağlayıcısınm tərcüməsi - kalkasıdır.
AZƏRBAYCAN TATLARININ DİLİ
229
5. “Əncaq”. Azərbaycan dilindəki “ancaq” bağlayıcısı ilə, de
mək olar ki, eynidir (cüzi fonedk fərqlə). Tat dilinə Azərbaycan di
lindən keçmişdir. Mən ürə qəy çüm daştüm, əncaq ü nəama - Mən
onu çox gözlədim, ancaq o gəlmədi; Mən ürə qəy dus daştüm,
əncaq ü bəsər nəafta - Mən onu çox sevirdim, ancaq o, bunu başa
düşmədi.
6. “Ama”. Tat dilindəki bu bağlayıcının rolu fars dilindəki
“əmma”, Azərbaycan dilindəki “amma” bağlayıcılannın daşıdıqları
vəzifəyə müvafiqdir. Tat dilində bu bağlayıcı heç vaxt şiddətlə -
təşdidlə deyilmir və ancaq “ama” şəklində təsadüf olunur. Bə mən
gufti ki, betü bistən alat astünüm, ama ə biyoru dürma - Mənə
demişdir ki, sənə paltar alacağam, amma yadından çıxdı.
Bir sıra İran dillərində işlənən və tabesiz mürəkkəb cümlələr
əmələ gətirən bir sıra bağlayıcılar, məsələn, “bəlke”, “leykən”, “və
li” və s. tat dilində, bir qayda olaraq, işlənmir. Tat dilində bu və ya
başqa bağlayıcının vəzifəsini pauza ifadə edir. Tat dilində bağ-
layıcısız işlənən mürəkkəb cümlələr olduqca geniş yayılmışdır. Bu
rada da Azərbaycan dilinin təsiri əhəmiyyətli rol oynamışdır.
Dostları ilə paylaş: |