2 1 2
BİRİNCİ KİTAB
4. Son feldə ifadə olunan hal-vəziyyətin arzu olunmazhğım,
təəssüfü bildirir. Bu halda həmişə cümlə sual bildirən söz olan
“axir” ilə qurtanr: ina, vəziyyətşmu in nist axir? - bax, vəziyyətiniz
bu deyilmi?
5. Birinin keçən, baş verən və ya baş verməkdə olan hadisəyə
pis münasibətini bildirir: ina, in xətt, in nişan, bil burand, hər ke
lava saxtüm ki, vagardind - bax, qoy getsinlər, nə vaxt yalvardım
ki, qayıdın.
Əxi. Bu hissəcik aşağıdakı vəzifələrdə işlənir:
1. İş tapşırılan şəxs sözü yerinə yetirilmədikdə xahiş və ya
rica bildirir (həm iş tapşıran, həm də icra edən üçün): əxi vəxi, türə
tə bəke çiim darüm ki, bəkəfaz bistən vəxizi - axı dur, səni nə vaxta
qədər gözləyəcəyəm ki, keflə ayağa duracaqsan (qulluq buyuran):
əxi kələ variş baristən bu, nədanistum bəvəxtü biyam - axı, bərk
yağış yağırdı, vaxtında çatdıra bilmədim (icra edən);
2. Tərəflərdən birinin həyəcanlandığı zaman sualı daha da
ciddiləşdirmək və ya rəy sorğusundan ötrü: mən beçi buram, hə tü
xiştəntü tanə burayi xun maftanü? - axı mən niyə gedim, sən özün
tək getsən məyər qan düşər?
Han, hun, hey. Bu hissəciklər aşağıdakı vəzifələrdə işlənir:
1. Sualın cavabında təsdiq bildirir: tü amari? - han, amaram -
sən gəldinmi? - bəli, gəldim. Tü xundey? - sən oxumusan? Hun,
xundam
(M .) -
bəli, oxumuşam.
2. Müraciət bildirir: han birarunmə, məpayind! - hey, qardaş
larım, dayanmayın!
3. Çağırışa cavab bildirir: Əliəmu - hən, çü betəni? - Əli əmi,
-b ə li! nə deyirsən?
4. “Güftirən” - “demək” feli ilə işlənərək, bu hissəcik narazı
lıq, son hədd bildirir: hən güftürüm, güş nədoşt, guş nəvakard (Q .)-
hey dedim, qulaq asmadı.
Hə. Bu hissəcik feldən qabaq işlənir və aşağıdakı vəzifələri
daşıyır:
1.
Hərəkətin intensivliyini, olduqca çox təkrannı bildirir: hə
girəst, hə kuft bəsər zanu xiştən - hey ağladı, hey dizinə döydü;
AZƏRBAYCAN TATLARININ DİLİ
213
2.
Güman, təsəvvür bildirir: səhət ə düta giraşte, həmiyand
kastə çü - saat ikidən geçeb, bəlkə də, gəlmiş olarlar.
Bu. Emosional, şiddətiəndirici hissəcik olub, cümlənin
axınnda işlənərək intensivlik bildirir. Bu hissəciyin işləndiyi
cümlənin əvvəlinə “yə” ideomatik sayı, intensivliyi daha da artıran
“çini” tərzi-hərəkət zərfi gəlir. Hissəcikdəki “i” saiti uzun tələffüz
olunaraq, həm də cümlənin məntiqi vurğusunu qəbul edir. Yə çini
vaçarist ki, xuda uşun nətünü - elə yıxıldı ki, Allah göstərməsin; Yə
çini cıra kəşi ki, güşmə güft - elə çığırdı ki, qulağım tutuldu; çini
bamarən bu ki, aqasde dürə - elə gəlirdi ki, tüstü kimi.
“K i” hissəciyi bundan başqa aşağıdakı vəzifələrdə də işlənir:
1. Həyəcan bildirir: dül - canmunə xardim ki, in bəcə rafte -
ürək-göbəyimizi yedik ki, bu hara gedib; tü rafte biri ki, uşun yəra-
yiş çü bəxastənund - sən (ora) getmişdin ki, onlar (səndən) yenə nə
istəyirlər? Çən şöüyü çüm nəbəbəstənüm ki - neçə gecədir ki
gözümü yummuram.
2. Hər hansı bir məlumatın doğruluğunu möhkəmlətmək üçün
istifadə olunur: dü ruz pişa ü
inca bu ki - iki gün qabaq o, burada idi ki.
3. İş, hərəkətin, faktın artıq baş verdiyi haqqında məlumatı
qeyd etmək (bu işlə əlaqədar olan, lakin ondan xəbərsiz qalan şəxsi
çəkindirmək) məqsədilə işlədilir: uşun raftand ki - onlar gediblər ki
(siz isə onlara getməyə hazırlaşırsınız).
4. Danışan şəxs üçün gözlənilməz olan faktı qeyd etməkdən
ötrü istifadə olunur: tü bartani ki? - sən gedirsən?
ƏDATLAR
Tat dilində ya, a ədatlan ifadəni qüvvətləndirmək, müraciət
olunan şəxsin diqqətini mətləbə daha çox cəlb etmək üçün işlədilir.
Bu ədatlar, əsasən, xəbərdarlıq, müraciət və təkidetmə məqamında
işlənir. Məs,: bura əzincə rad baş a - get burdan rədd ol, a., gədə lap
gij bire ya - gədə lap dəli olub a. Müqayisə et: Azərb. dili ilə: Alın
a, yana-yana qalın a (Makayovski); Bu sözü bizə atır a (C.Cabbarlı).
“taki” istək, arzu, razılıq bildirmək məqamında işlənərək müstəqil