198
BİRİNCİ KİTAB
III
şəxs - dire bürund (Q.), dirə bürund (Məl.), dirə binnd (M.)
- görmüşdülər.
Felin təsrifindən göründüyü kimi, əsas fel dəyişilməz qalır,
köməkçi fel şəxs sonluqları qəbul edərək dəyişilir. Köməkçi felin
dəyişilməsi də xüsusi formada olur. Belə ki, bəzi İran - fars, tacik,
puştu və s. dillərindən fərqli olaraq tat dilində köməkçi felin
(“birən”) kökü belə sabit qalmır, qəbul etdiyi şəxs sonluqlarından
asılı olaraq bir, bür, bur, bu, bü və s. kimi şəkillərə düşərək dəyişilir,
bir növ köməkçi felin sait səsi ona qoşulan şəxs sonluğunun sait
səsinin təsiri altına düşərək ahəngə tabe olur.
Köməkçi fel şəxs sonluğundan asılı olaraq müxtəlif cür işlə
nir. I şəxsin təkində şəxs sonluğunun saiti “U” olduğu üçün köməkçi
fel də öz “i” saitini “ü”-yə, III şəxsin cəmində şəxs sonluğu “u” qa
lın sait olduğu üçün köməkçi fel də öz “i” saitini u-ya çevirir. II
şəxs tək, I şəxs cəm və II şəxs cəmin şəxs sonluqları köməkçi felin
saiti ilə eynicinsli (yəni “i”) olduğu üçün dəyişilmir.
3-cü şəxsin təkində köməkçi felin şəxs sonluğu qəbul etməsi
istisna olaraq başqa şəkildə gedir. Bütün şəxslər üzrə keçmiş felin
kök səsləri eynilə qaldığı halda, 3-cü şəxs təkdə dəyişilir. Bu şəxsdə
şəxs sonluğunun qoşulması kök hərflərdən ikisinin atılmasına səbəb
olur. Bu halda kökün yalnız “b” səsi qalır və şəxs sonluğu yalnız
ona qoşulur.
IV.
Davam keçmiş zaman. Davam keçmiş zaman iş, hal və
hərəkətin keçmişdə baş verdiyini, özü də qısa müddətdə baş verib
qurtardığını deyil, bu prosesin müəyyən müddət davam etdiyini bil
dirir. Keçmiş zamanın davam keçmiş formasının özü də iki cürdür:
a) iş, hal, hərəkətin icrasının ardıcıl, çoxlu davam etdiyini bildirən
müntəzəm davam keçmiş; b) iş, hal, hərəkətin icrasının ardıcıl
olmayaraq davam etdiyini bildirən qeyri-müntəzəm davam keçmiş.
I.
Tat dilində müntəzəm davam keçmiş forması fel kökünün
əvvəlinə mı, mi, mu, mə önqoşmalarım və fel kökündən sonra isə
şəxs sonluqlannı artırmaqla əmələ gəlir. Məsələn: “raftən” - getmək
məsdəri müntəzəm davam keçmiş formasında aşağıdakı kimi təsrif
olunur:
AZƏRBAYCAN TATLARININ DİLİ
199
Təkdə:
I şəxs - mıraftüm (Q.), mıraftum (Məl.), mıraftım (M.) -
gedərdim.
II şəxs - mırafti (Q., Məl., M.) - gedərdin
III şəxs - mıraft (Q., Məl., M.) -- gedərdi
Cəmdə:
I şəxs - mıraftim (Məl., Q.), mırafdng (M.) -gedərdik
II şəxs - mıraftind (Məl., Q., M.) - gedərdiniz
III şəxs - mıraftund (Q., Məl.), mıraftind (M.) - gedərdilər.
Misallar: Mən umhəli ba şumrundan manftum (Məl.) - mən o
zamanlar şum şumlamağa gedərdim; hər səbəh bə kinar arakərə mı-
raftüm, sino mübürüm (Q.) - hər səhər çayın kənarına gedərdim, çi
mərdim; Mən əxov mıvaxıştım asbuna (asbara) bıçərrən mıbardım
(M.) - mən yuxudan durardım, atlan otarmağa aparardım.
Bu cümlələrin fellərindən göründüyü kimi, hərəkət, iş qısa
müddətdə deyil, uzun müddət (bir neçə gün, bir neçə ay, hətta il bo
yu və ya illərlə) müntəzəm olaraq davam edir. Bəzən bu zaman for
masında yuxanda göstərilən önqoşmalann sait səsi ilə samit səsi ye
rini dəyişərək, məsələn; “mi” əvəzinə “im”, “mı” əvəzinə “ım” və s.
şəklini alaraq felə qoşulur. Məs.: mıvaxıştım (dudardım) əvəzinə
imvaxıştım, midirüm (görərdim) əvəzinə “imdirüm” və s.
2.
Tat dilində qeyri-müntəzəm davam keçmiş zaman müntə
zəm davam keçmişdən'fərqli olaraq, fel kökündən deyil, eynilə (ya
xud kiçik dəyişikliklə) məsdərin əvvəlində bə, ba (Q., Məl.), be
(Q.), bı (Məl.) və mı, mi (M.) önqoşmalannı artınnaq və məsdərdən
sonra birən, buran (olmaq) köməkçi felinə şəxs sonluqlarını qoşmaq
yolu ilə əmələ gəlir, yəni formula halında bu aşağıdakı şəkildə olur:
önqoşma + məsdər + köməkçi fel + şəxs sonluğu. Məsələn, “dirən”
(görmək) məsdərini şəxslər üzrə qeyri-müntəzəm davam keçmiş za
manda təsvir edək:
Təkdə:
I şəxs - bədirən bürüm (Q.), bədirən burum (Məl.), mıdirən
binm (M.) - görərdim
II şəxs - bədirən biri (Q., Məl.), mıdirən biri (M.) - görərdin
2 0 0
BİRİNCİ KİTAB
III şəxs - bədirən bü (Q., Məl.), mıdirən bu (M.) - görərdi
Cəmdə:
I şəxs - bədirən birim (Məl., Q.), mıdirən biring (M.) -
görərdik
II şəxs - bədirən birind (Məl., Q.), mıdirən birind (M.) -
görərdiniz
III şəxs - bədirən bürund (Q., Məl.), mıdirən birund (M.) - gö
rərdilər.
Yaxud təkdə:
I şəxs - Baraftən bürüm (Q.), bıraftən burum (Məl.), mıraftən
binm (M.) - gedərdim
II şəxs - baraftən biri (Q., Məl.), mıraftən biri (M.) - gedərdin
III şəxs - bıraftən bü (Məl., Q.), mıraftan bu (M.) - gedərdi.
Cəmdə:
I şəxs - baraftən birim (Məl., Q.), mıraftən biring (M.) -
gedərdik
II şəxs - baraftan birind (Məl., Q.), mıraftən birind (M.) - ge
dərdiniz
III şəxs - baraftən bürund (Məl., Q.), mıraftən birund (M.) -
gedərdilər.
Misallar: bə bazar baıtəni hərdən ürə bədirən bürüm (Q.), bı
hər bazar raftən ura mıdirən binm (M.) - bazara gedəndə ara bir onu
görərdim; uşun hərdən-birdən bə Quba bıraftan birund (Məl.) - on
lar ara-bir Qubaya gedərdilər; a vagaştən pəstə həmmişə mıraftən
binm ura vinım (M.) - qayıdandan sonra həmişə onu görməyə ge
dərdim.
Cümlələrin fellərindən göründüyü kimi, hadisə, iş, mətləb ar
dıcıl - müntəzəm deyil, ara-bir, qeyri-müntəzəm baş verir və davam
edir.
İndiki zaman. Tat dilində indiki zamanın aşağıdakı şəxs son
luqları vardır:
Təkdə:
I şəxs - üm (Q.), um (Məl.), ım (M.)
AZƏRBAYCAN TATLARININ DİLİ
201
II şəxs - i (hər üç ləhcədə)
III şəxs - yoxdur.
Cəmdə:
I şəxs - im (Q.,), ing (M.)
II şəxs - ind (hər üç ləhcədə)
III şəxs - und (hər üç ləhcədə)
Tədqiq olunan ləhcələrdə mövcud olan indiki zamanın şəxs
sonluqları kiçik fərqlərlə tat dilinin, demək olar ki, bütün ləhcələri “
üçün (Abşeron, Quba, Lahıc və s.) müştərəkdir. İndiki zaman tat di
lində felin əvvəlinə “bə”, “ba” (Q„ Məl.), mı və mi (M.) önqoşmala-
nnı, sonuna isə şəxs sonluqlan artırmaqla əmələ gəlir. III şəxs təkin
sonluğu olmadığı üçün felin əvvəlinə yalnız önqoşması qoşulur.
“Dirən” görmək felinin indiki zaman şəxslər üzrə təsrifi aşağı
dakı şəkildədir:
Təkdə:
I şəxs - bədirənüm (Q.), bədirənum (Məl.), mıdirənım (M.) -
görürəm
II şəxs - bədirəni (Q., Məl.), mıdirəni (M.) - görürsən
III şəxs - bədirən (Q., Məl.), mıdirən (M.) - görür
Cəmdə:
I şəxs - bədirənim (Q., Məl.), mıdirəninig (M.) - görürük
II şəxs - bədirənind (Q., M.), mıdirənind (M.) - görürsünüz
III şəxs - bədirənund (Q., M.), mıdirənund (M.) - görürlər
Yaxud: birən - olmaq məsdərini təsrif edək:
Təkdə:
I şəxs - bəbirənüm (Q.), bəbirənum (Məl.), imbirənım (M.) -
oluram
II şəxs - bəbirəni (Q., Məl.), imbirəni (M.) - olursan
III şəxs - bəbirən (Q., Məl.), imbirən (M.) - olur
Cəmdə:
I şəxs - bəbirənim (Q., Məl.), imbirəning (M.) - oluruq
II şəxs - bəbirənind (Q., Məl.), imbirənind (M.) - olursuz
III şəxs - bəbirənund (Q., Məl.), imbirənund (M.) - olurlar.
Dostları ilə paylaş: |