208
BİRİNCİ KİTAB
III.
Gələcək zamanın tat dilində şərtlə bağlı olan şərti gələcək
zaman forması da vardır1 ki, bu da bütün ləhcələrdə, demək olar ki,
Azərbaycan dilindən alınmış formada “gərək” köməkçi sözünün fe
lin əvvəlinə qoşulması ilə yaranır. (Fars dilində bu forma “bayəd”
köməkçi sözü ilə yaranır).
Məsələn: gərək buram - gərək gedəm, gərək burayi - gərək
gedəsən, gərək buray - gərək getsin və s.
Bu zaman formasının əmələ gəlməsinə, bəzən Qonaqkənd və
Məlhəm ləhcələrində başqa şəkildə, yəni felin əvvəlinə vurğu qəbul
edən me (Q., Məd.) və mi (Məd.) önqoşmalannın artırılması ilə
yaranır ki, bu da, xüsusi forma kimi diqqəti cəlb edir. Məs.: me
bgrovi (Məd.), megirarü (Q.) - gərək keçsin, mevaxarüm (Q.) -
gərək dəyim, mevəxizüm (Q.) - gərək durum, mevəxan (Məl.) -
gərək dəysin, miqabul buyu (Məl.) - gərək qəbul olunsun, mibuyu
(Məl.) - gərək olsun və s.
Mədrəsə ləhcəsində bu formanın başqa bir şəklinə, yəni həmin
zaman formasını yaradan önqoşmamn həm ismin, həm də felin əv
vəlinə artırılması və təkrarı ilə işlənməsi formasına da təsadüf etmi
şik. Məs.: dili yel xastakara midəsi gagə bdəri mibuyu - bala istə
yən (gərək) bəlasın da istəsin gərək, ... migaudunu kala mibuyu -
(gərək) tövləsi gərək geniş olsun. Tat dilinin Ərüsküş-Daqquşçu
ləhcəsində bu forma özünü raftəniyüm dirəniyüm - gərək gedəm ki
mi xüsusi şəkildə göstərir.
ZƏRFLƏR
Tat dilində olan zərflərin əksəriyyəti tərkibinə görə, əsasən tat
dilinin öz sözləridir. Zərflər tat dilində mənasına görə, aşağıdakı
qruplara ayrılırlar:
a)
Zaman zərfləri. Tat dilində zaman zərfləri “ke”? (nə vaxt?
nə zaman?) sualına cavab verirlər.
Üzüm (Q.), izüm (Məl.), izim (M.) - indi
1 Qonaqkənd ləhcəsinə həsr olunmuş monoqrafiyamızda tat dilinin bu zaman
formasından bəhs etməmişəm. Müəllif.
AZƏRBAYCAN TATLARININ DİLİ
2 0 9
dedi (Q.), deydi (Məl.), di (M.) - dünən (“e”
uzun tələf, olunur),
dedi şö (Q.), şon (Məl.), di şov (M.) - dünən gecə
imruz - bu gün
imşö (Q., Məl.), imşov (M.) - bu gecə
keyü, dekeyü (Q.), züynə (Məl.), zudən azu (M.) - çoxdan
xuruz mungi (M.) - səhər tezdən, lap ertədən və s.
Tat dilindəki bəzi zərflər Azərbaycan dili ilə müştərək olduğu
kimi (hərdən, hərdəm), Azərbaycan dilinə məxsus olub bu dildən
eynilə tat dilinə keçənləri də vardır (arabir, tezdən, çoxdan və s.)
Tat dilində ərəb dilindən keçmiş zərflər də (məs.: bə'də - son
ra və s.) vardır. Zərflər quruluşuna görə, sadə olduğu kimi, mürək
kəb və ya düzəltmə də olurlar. Alınma mürəkkəb zərflər tat dilinə
keçərək müəyyən dəyişikliyə uğrayır. Məsələn: “əzansəhəri” zərfi
ərəb dilində tat dilinə keçərək əzünsəri (Q.), azunsər (M.) olur və
ərəb dilində ifa etdiyi mənanı eynilə ifa edir. Məs.: Qonaqkənd ləh
cəsi üzrə misallar:
1. üzüm - indi; cəməət xarde varaste, üzüm miyand? - hamı
yeyib qurtanb, indi gələrlər?
2. bə’də - sonra; yegəm davam san, bə’də mugunüm - bir az
döz, sonra deyərəm.
3. dedi - dünən, ünqədə gəştüm ki, dedi betü türə - dünən o
qədər sənin üçün gəzdim ki...
4. dedişöy yə var tik bü ki, məhşər bü - dünən gecə bir külək
qalxdı ki, qiyamət idi.
5. bəqadmuniş hərdən (arabir) biyəyind - arabir bir bizə də gəlin.
6. imruz be yə əs cəzan - fəzan bürüm - bu gün bir atdan ötrü
əldən düşdüm.
7. imşöy qusbandə gürg za - bu gecə qoyuna qurd gəlmişdi.
8. de keyü ki, mən amaram - mən ki, lap çoxdan gəlmişəm.
9. əzünsəri xərə bar san, bər bə əsyou - tezdən eşşəyi yüklə,
dəyirmana apar.
10. xeyr başü invəxti amarəntü - bu vaxt gəlməyin xeyir olsun.