2 0 2
BİRİNCİ KİTAB
Mədrəsə ləhcəsində indiki zamanın əmələ gəlməsində daha
xüsusi bir forma da vardır. Felin və onun sonuna gələn şəxs
sonluqları yuxarıdakı qayda üzrə olsa da, feldən əvvəl sözə iki
önqoşma, məsələn, “im” və “bə”, eyni zamanda qoşulur və beləliklə
də, eyni funksiyalı ikili önqoşma forması yaranır. Bu halda birinci
önqoşmanm bir hissəsi (samiti) düşür və “ibə” formasım alır.
Məsələn, ibəguftanım (bir önqoşma ilə: imguftanım) - tutaram,
ibəbərdanım - aparıram və s.
Qonaqkənd ləhcəsinin bəzi şivələrində fellərə indiki zamanda
nisbətən fərqli şəkildə təsadüf olunur. Məsələn, “raftən” - getmək
felinin indiki zaman forması bartanüm, bartəni və s. olur. Görün
düyü kimi, burada məsdər bütün şəxslərdə dəyişməz qalır. Cimi şi
vəsinə aid olan bu xüsusiyyət Dəvəçi rayonunun Qazmalar, Xəliç və
Fındığalə kimi tat kəndlərinə və Lahıc ləhcəsinə də məxsusdur.
Məs.: Qazmalar və Fındığalə tatları dilində həmin məsdər indiki za
manda muraftanum, müraftani və s., Lahıc ləhcəsində isə braftənüm,
bıaftəni və s. kimidir. Bir sıra İran dillərində, o cümlədən, fars və
tacik dillərində bu maraqlı hadisəyə rast gəlmək mümkün deyildir.
Əlbəttə, göstərməliyik ki, bu hal Qonaqkənd ləhcəsi üçün xa
rakterikdir. Belə ki, dirən, xardən, zərən və s. məsdərlər bu ləhcənin
bütün şivələrində indiki zamanda təsrif olunarkən dəyişməz qalır.
Bəzən məsdərlər “bə”, “ba”, “bo”, “mı” , “mi” və s. önqoşmalannt
və şəxs sonluqlarını qəbul edərkən müəyyən dəyişikliklərə düşür.
Bu hal aşağıdakı məsdərlərdə müşahidə edilmişdir:
a)
məsdər “a” saiti ilə başlayarsa (məsələn, avardən - gətir
mək, amarən - gəlmək, aftən - tapmaq və s.), indiki zamanda ön
qoşma qəbul edərkən məsdərin ilk “a” saiti düşür. Məsələn, avardən
- gətirmək məsdərinin indiki zamanda şəxslər üzrə təsrifi aşağıdakı
kimi olur:
Təkdə:
I şəxs - bəvardənüm (Q.), bordanum (Məl.), mıvardanım (M.)
- gətirirəm.
II şəxs - bavəıdəni (Q.), bordəni (Məl.), mıvardəni (M.) - gə
tirirsən.
AZƏRBAYCAN TATLARININ DİLİ
203
III şəxs - bavərdən (Q.), bordən (Məl.), mıvardən (M.) - gətirir.
Cəmdə:
I şəxs - Bəvardənim (Q.), bordənim (Məl.), mıvardəning (M.)
- gətiririk
II şəxs - Bavərdənind (Q.), bordənind (Məl.), mıvardənind
(M.) - gətirirsiniz
III şəxs - bıvardənund (Q.), bordanund (Məl.), mıvardənund
(M.) - gətirirlər.
b) və, va, vo, ve hecalan ilə başlayan bütün məsdərlər indiki
zamanda önqoşma qəbul etdikdə onların ilk hecalan düşür, önqoş
ma ikinci hecanın samitinə bitişir, vədərən (Q.), vədorən (Məl.) -
itələmək, vəguftən (Q.), vəgiftən (Məl.), vaguftən (M.) - götürmək,
vamuxtən (Q.), vamuxtən (M.), vomuxtan (Məl.) - öyrənmək (həm
də “öyrətmək”), vaxıştan (Məl.), vaxıştən (M.), vəxiştən (Q.) - dur
maq, vəceystən (Q.), vozidaraftən (M əl.)- oynamaq (rəqs), vəzərən
(Q.), vərixtən (Məl.) - asmaq, vaxtən (Q.), vozi saxtən (Məl.), vazi
satən (sitən M.) - oynamaq (oyun) və s. kimi məsdərlər bu qəbil
dəndirlər. Bu halda önqoşmanm saiti uzun tələffüz olunur.
“Vəzərən” - asmaq (bir şeyi) məsdərinin indiki zamanda təsri
fini nəzərdən keçirək (Məl. “vərixtən”):
Təkdə:
I şəxs - bəzəıənüm (Q.), bərixtanum (Məl.) - asıram
II şəxs - bəzərəni (Q.), bərixtəni (Məl.) - asırsan
III şəxs - bəzərən (Q.), bərixtən (Məl.) - asır
Cəmdə:
I şəxs - bəzərənim (Q.), bərixtənim (Məl.) - asmq
II şəxs - bəzərənind (Q.), bərixtənind (Məl.) - asırsız
III şəxs - bəzərənund (Q.), bərixtənund (Məl.) - asırlar.
Tat dilində “a” səsi və “va”, “vo”, “və” hissəcikləri ilə başla
yan bir sıra fellərin indiki zamanda şəxslər üzrə təsrifində aldıqları
xüsusi forma (“a”, “va”, “və” və s.-nin düşməsi) müasir İran dillə
rində vardırmı? Bu forma müasir İran dillərində nadir rast gəlinən
formadır. Müasir İran dillərində “a”, “o” səsləri və “va”, “və” his
səcikləri ilə başlayan fellərə bu səslər və hissəciklər dilin sonrakı in
2 0 4
BİRİNCİ KİTAB
kişaf mərhələlərində qoşulmuş prefikslərdir. İndi bu hissəcikləri qə
bul edən fellər qədim fars dili abidələrində həmin hissəciklərsiz iş
lənmişdir. Tat dilində isə həmin hissəciklərlə başlayan fellər indiki
zamanda təsrif olunarkən həmin fellərin təsrifi nəticəsində alman
xüsusi forma qədim fars dili abidələrinə yaxınlaşır və sanki, tat di
lində bu fellərin qədim İran dillərində təsadüf olunan ilkin formaları
bərpa olunur.1
v) Bəzi məsdərlər də vardır ki, indiki zamanda önqoşma şəxs
sonluqlarını qəbul etdikdə onların kök hissəsi - yəni məsdər kökü,
əsasən, tamamilə, bəzən də qismən düşür, məsdər sonluqları olan
“tan”, “tən”, “dən”, “ən” hissələri müstəqil məsdər kökü kimi işlə
nərək özündən əvvəl önqoşma, özündən sonra isə şəxs sonluqları
qəbul edir.
Belə fellərə danistən (Q.), dunustan (Məl.), dustən (Məl.) -
bilmək, güftirən (M., Q.), güftirən (Məl.) və s. məsdərləri misal gös
tərmək olar.
Məsələn, güftirən (Q., M.), güftirən (Məl.) - demək məsdərini
şəxslər üzrə təsrif edək:
Təkdə:
I şəxs - Mitranum (M.), bəfrənum (Məl.), bətənüm2 (Q.) -
deyirəm
II şəxs - mitrəni (M.), bəfrəni (Məl.), bətəni (Q.) - deyirsən
III şəxs - mitrən (M.), bəfrən ( Məl.), bətən (Q.) - deyir
Cəmdə:
I şəxs - Mitrəning (M.), bəffənim (Məl.), bətənim (Q.) - deyirik
II şəxs - Mitrənind (M.), bifrənind (M.), bətənind (Q.) - de
yirsiniz
III şəxs - Mitrənund (M.), bətənund (Q.), bəfrənund (Məl.) -
deyirlər
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı, 1971, səh. 78
2 Qonaqkənd ləhcəsində, bəzən bu məsdərə indiki zamanda şəxslər üzrə
“boktənum” (deyirəm), boktəni (deyirsən) və s. şəklində də təsadüf olunur.
AZƏRBAYCAN TATLARININ DİLİ
205
Yaxud: danistən (Q.), dunustan (Məl.) - bilmək məsdərini gö
türək:
,
Təkdə:
I şəxs - Bəstənüm (Q.), bastanum (Məl.) - bilirəm
II şəxs - Bəstəni (Q.), bastani (Məl.) - bilirsən
III şəxs - Bəstən (Q.), bastan (Məl.) - bilir
Cəmdə:
I şəxs - bəstənim (Q.), bastanim (Məl.) - bilirik
II şəxs - bəstənind (Q.), bastanid (Məl.) - bilirsiniz
III şəxs - bəstənund (Q.), bastanund (Məl.) - bilirlər.
Tat dilində indiki zaman, bəzən felin əvvəlinə önqoşmalar ar
tırılmadan da əmələ gələ bilir və fel özünün indiki zaman funk
siyasını ifadə edə bilir. Lakin bu çox az fellərdə özünü göstərir və
demək olar ki, istisna hal təşkil edir. Belə fellərə narən (Q.), nohran
(Məl.), narən (hiştən, M.) - qoymaq., amarən (Q., M.), moran
(Məl.) - gəlmək., avardən (M., Q.), ordan (Məl.) - gətirmək və s.
kimi məsdərləri misal gətirmək olar. Amarən (M., Q.), moran
(Məl.) - gəlmək məsdəri indiki zamanın əmələ gəlməsi qaydası üzrə
bəmaranüm (Q.), mımaranım (M.,), bumoranum (Məl.) - gəlirəm.,
astarən (Q., M.), ustoran (Məl.) - almaq., bəstəranum (Q.),
mımastaramm (M.), bastaranum (Məl.) - alıram., narən (Q.), nohran
(Məl.), narən (hiştən, M.) - qoymaq, bənarənüm (Q.), benohranum
(Məl.), mmaranım (mıhiştanım) (M.) - qoyuram və s. şəklində ol
duğu halda önqoşmalar düşdükdən sonra bu fellər amarənüm (Q.),
umoranum (Məl.), maramm (M.) - gəlirəm., astaranüm (Q.), stara-
num (Məl.), mastaranım (M.) - alıram., nohranum (Məl.), narənüm
(Q.), narənım (M.) - qoyuram formalarında işlənir və önqoşmasız
indiki zaman anlayışını ifadə edirlər.
Qeyd etməliyik ki, ümumiyyətlə əksər müasir İran dilləri üçün
xarakterik morfoloji hadisə olmayan bu hal tat dilində geniş yayıl
mış dil hadisəsi olub, bu dilin başqa ləhcələrində də (Məs.: Abşe
ron, Lahıc, Quba və s.) təsadüf olunur. Belə ki, məsələn, Abşeron
ləhcəsində fellər indiki zamanda “bə”, “ba” önqoşmalan ilə işləndi
Dostları ilə paylaş: |