Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə51/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   47   48   49   50   51   52   53   54   ...   131

2 0 2
BİRİNCİ  KİTAB
Mədrəsə  ləhcəsində  indiki  zamanın  əmələ  gəlməsində  daha 
xüsusi  bir  forma  da  vardır.  Felin  və  onun  sonuna  gələn  şəxs 
sonluqları  yuxarıdakı  qayda  üzrə  olsa  da,  feldən  əvvəl  sözə  iki 
önqoşma, məsələn,  “im”  və “bə”, eyni  zamanda qoşulur və beləliklə 
də,  eyni  funksiyalı  ikili  önqoşma  forması  yaranır.  Bu  halda  birinci 
önqoşmanm  bir  hissəsi  (samiti)  düşür  və  “ibə”  formasım  alır. 
Məsələn,  ibəguftanım  (bir  önqoşma  ilə:  imguftanım)  -   tutaram, 
ibəbərdanım -  aparıram və s.
Qonaqkənd ləhcəsinin bəzi  şivələrində  fellərə  indiki  zamanda 
nisbətən  fərqli  şəkildə  təsadüf olunur.  Məsələn,  “raftən”  -   getmək 
felinin  indiki  zaman  forması  bartanüm,  bartəni  və  s.  olur.  Görün­
düyü  kimi,  burada məsdər bütün  şəxslərdə  dəyişməz  qalır.  Cimi  şi­
vəsinə aid olan bu xüsusiyyət Dəvəçi rayonunun Qazmalar, Xəliç  və 
Fındığalə  kimi  tat  kəndlərinə  və  Lahıc  ləhcəsinə  də  məxsusdur. 
Məs.:  Qazmalar və  Fındığalə  tatları  dilində  həmin  məsdər  indiki  za­
manda muraftanum,  müraftani və  s.,  Lahıc  ləhcəsində isə braftənüm, 
bıaftəni  və  s.  kimidir.  Bir  sıra  İran  dillərində,  o  cümlədən,  fars  və 
tacik dillərində bu maraqlı hadisəyə rast gəlmək mümkün deyildir.
Əlbəttə,  göstərməliyik ki,  bu  hal  Qonaqkənd  ləhcəsi  üçün  xa­
rakterikdir.  Belə ki, dirən,  xardən, zərən  və s.  məsdərlər bu ləhcənin 
bütün  şivələrində  indiki  zamanda  təsrif  olunarkən  dəyişməz  qalır. 
Bəzən  məsdərlər  “bə”,  “ba”,  “bo”,  “mı” ,  “mi”  və  s.  önqoşmalannt 
və  şəxs  sonluqlarını  qəbul  edərkən  müəyyən  dəyişikliklərə  düşür. 
Bu hal  aşağıdakı məsdərlərdə müşahidə edilmişdir:
a) 
məsdər  “a”  saiti  ilə  başlayarsa  (məsələn,  avardən  -   gətir­
mək,  amarən  -   gəlmək,  aftən  -   tapmaq  və  s.),  indiki  zamanda  ön­
qoşma qəbul edərkən məsdərin ilk “a”  saiti düşür. Məsələn,  avardən
-   gətirmək məsdərinin indiki  zamanda şəxslər üzrə təsrifi  aşağıdakı 
kimi olur:
Təkdə:
I şəxs -  bəvardənüm (Q.), bordanum (Məl.), mıvardanım (M.)
-  gətirirəm.
II  şəxs -  bavəıdəni  (Q.), bordəni  (Məl.),  mıvardəni  (M.) -  gə­
tirirsən.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
203
III  şəxs -  bavərdən (Q.), bordən (Məl.), mıvardən (M.) -  gətirir.
Cəmdə:
I şəxs -  Bəvardənim  (Q.),  bordənim  (Məl.),  mıvardəning (M.) 
-  gətiririk
II  şəxs  -   Bavərdənind  (Q.),  bordənind  (Məl.),  mıvardənind 
(M.) -  gətirirsiniz
III  şəxs  -   bıvardənund  (Q.),  bordanund  (Məl.),  mıvardənund 
(M.) -  gətirirlər.
b)  və,  va,  vo,  ve  hecalan  ilə  başlayan  bütün  məsdərlər  indiki 
zamanda  önqoşma  qəbul  etdikdə  onların  ilk  hecalan  düşür,  önqoş­
ma  ikinci  hecanın  samitinə  bitişir,  vədərən  (Q.),  vədorən  (Məl.)  -  
itələmək,  vəguftən  (Q.),  vəgiftən  (Məl.),  vaguftən  (M.) -  götürmək, 
vamuxtən  (Q.),  vamuxtən  (M.),  vomuxtan  (Məl.) -  öyrənmək  (həm 
də  “öyrətmək”),  vaxıştan  (Məl.),  vaxıştən  (M.),  vəxiştən  (Q.) -  dur­
maq,  vəceystən  (Q.),  vozidaraftən  (M əl.)- oynamaq  (rəqs),  vəzərən 
(Q.),  vərixtən  (Məl.) -  asmaq,  vaxtən  (Q.),  vozi  saxtən  (Məl.),  vazi 
satən  (sitən  M.)  -   oynamaq  (oyun)  və  s.  kimi  məsdərlər  bu  qəbil­
dəndirlər.  Bu halda önqoşmanm saiti uzun tələffüz olunur.
“Vəzərən” -  asmaq (bir şeyi) məsdərinin indiki zamanda təsri­
fini nəzərdən keçirək (Məl.  “vərixtən”):
Təkdə:
I şəxs -  bəzəıənüm  (Q.), bərixtanum (Məl.) -  asıram
II şəxs -  bəzərəni (Q.), bərixtəni (Məl.) -  asırsan
III şəxs -  bəzərən (Q.), bərixtən (Məl.) -  asır
Cəmdə:
I şəxs -  bəzərənim (Q.), bərixtənim (Məl.) -  asmq
II şəxs -  bəzərənind (Q.), bərixtənind (Məl.) -  asırsız
III şəxs -  bəzərənund (Q.), bərixtənund (Məl.) -  asırlar.
Tat  dilində  “a”  səsi  və  “va”,  “vo”,  “və”  hissəcikləri  ilə  başla­
yan bir  sıra  fellərin  indiki  zamanda  şəxslər  üzrə  təsrifində  aldıqları 
xüsusi  forma  (“a”,  “va”,  “və”  və  s.-nin  düşməsi)  müasir İran  dillə­
rində  vardırmı?  Bu  forma  müasir  İran  dillərində  nadir  rast  gəlinən 
formadır.  Müasir İran  dillərində  “a”,  “o”  səsləri  və  “va”,  “və”  his­
səcikləri ilə başlayan fellərə bu səslər və hissəciklər dilin  sonrakı  in­


2 0 4
BİRİNCİ  KİTAB
kişaf mərhələlərində qoşulmuş prefikslərdir.  İndi  bu  hissəcikləri  qə­
bul  edən  fellər  qədim  fars  dili  abidələrində  həmin  hissəciklərsiz  iş­
lənmişdir.  Tat  dilində  isə  həmin  hissəciklərlə  başlayan  fellər  indiki 
zamanda  təsrif  olunarkən  həmin  fellərin  təsrifi  nəticəsində  alman 
xüsusi  forma  qədim  fars  dili  abidələrinə  yaxınlaşır  və  sanki,  tat di­
lində bu fellərin qədim  İran dillərində təsadüf olunan ilkin formaları 
bərpa olunur.1
v)  Bəzi  məsdərlər  də  vardır ki,  indiki  zamanda önqoşma  şəxs 
sonluqlarını  qəbul  etdikdə  onların  kök  hissəsi  -   yəni  məsdər  kökü, 
əsasən,  tamamilə,  bəzən  də  qismən  düşür,  məsdər  sonluqları  olan 
“tan”,  “tən”,  “dən”,  “ən”  hissələri  müstəqil  məsdər kökü  kimi  işlə­
nərək  özündən  əvvəl  önqoşma,  özündən  sonra  isə  şəxs  sonluqları 
qəbul edir.
Belə  fellərə  danistən  (Q.),  dunustan  (Məl.),  dustən  (Məl.)  -  
bilmək, güftirən (M., Q.), güftirən (Məl.) və s. məsdərləri misal  gös­
tərmək olar.
Məsələn,  güftirən  (Q., M.),  güftirən (Məl.) -  demək məsdərini 
şəxslər üzrə təsrif edək:
Təkdə:
I  şəxs  -   Mitranum  (M.),  bəfrənum  (Məl.),  bətənüm2  (Q.)  -  
deyirəm
II şəxs -   mitrəni (M.), bəfrəni (Məl.), bətəni (Q.) -  deyirsən
III şəxs -  mitrən (M.), bəfrən  ( Məl.), bətən (Q.) -  deyir
Cəmdə:
I şəxs -  Mitrəning (M.), bəffənim (Məl.), bətənim (Q.) -  deyirik
II  şəxs  -   Mitrənind  (M.),  bifrənind  (M.),  bətənind  (Q.)  -   de­
yirsiniz
III  şəxs  -   Mitrənund  (M.),  bətənund  (Q.),  bəfrənund  (Məl.)  -  
deyirlər
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı,  1971, səh. 78
2  Qonaqkənd  ləhcəsində,  bəzən  bu  məsdərə  indiki  zamanda  şəxslər  üzrə 
“boktənum” (deyirəm), boktəni (deyirsən) və s.  şəklində də təsadüf olunur.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
205
Yaxud:  danistən (Q.), dunustan  (Məl.) -  bilmək məsdərini  gö­
türək:

Təkdə:
I şəxs -  Bəstənüm (Q.), bastanum (Məl.) -  bilirəm
II  şəxs -  Bəstəni (Q.), bastani (Məl.) -  bilirsən
III şəxs -  Bəstən (Q.), bastan (Məl.) -  bilir
Cəmdə:
I şəxs -  bəstənim (Q.), bastanim (Məl.) -  bilirik
II şəxs -  bəstənind (Q.),  bastanid (Məl.) -  bilirsiniz
III şəxs -  bəstənund (Q.), bastanund (Məl.) -  bilirlər.
Tat dilində  indiki  zaman,  bəzən  felin  əvvəlinə  önqoşmalar ar­
tırılmadan  da  əmələ  gələ  bilir  və  fel  özünün  indiki  zaman  funk­
siyasını  ifadə  edə  bilir.  Lakin  bu  çox  az  fellərdə  özünü  göstərir  və 
demək olar ki,  istisna hal  təşkil  edir.  Belə  fellərə narən  (Q.),  nohran 
(Məl.),  narən  (hiştən,  M.)  -   qoymaq.,  amarən  (Q.,  M.),  moran 
(Məl.)  -   gəlmək.,  avardən  (M.,  Q.),  ordan  (Məl.)  -   gətirmək  və  s. 
kimi  məsdərləri  misal  gətirmək  olar.  Amarən  (M.,  Q.),  moran 
(Məl.) -  gəlmək məsdəri indiki zamanın əmələ gəlməsi  qaydası üzrə 
bəmaranüm  (Q.),  mımaranım  (M.,),  bumoranum  (Məl.) -   gəlirəm., 
astarən  (Q.,  M.),  ustoran  (Məl.)  -   almaq.,  bəstəranum  (Q.), 
mımastaramm (M.), bastaranum (Məl.) -  alıram., narən (Q.), nohran 
(Məl.),  narən  (hiştən,  M.)  -  qoymaq,  bənarənüm  (Q.),  benohranum 
(Məl.),  mmaranım  (mıhiştanım)  (M.)  -  qoyuram  və  s.  şəklində  ol­
duğu  halda  önqoşmalar  düşdükdən  sonra  bu  fellər  amarənüm  (Q.), 
umoranum  (Məl.),  maramm  (M.)  -   gəlirəm.,  astaranüm  (Q.),  stara- 
num  (Məl.),  mastaranım  (M.) -  alıram.,  nohranum  (Məl.),  narənüm 
(Q.),  narənım  (M.)  -   qoyuram  formalarında  işlənir  və  önqoşmasız 
indiki zaman anlayışını  ifadə edirlər.
Qeyd etməliyik ki, ümumiyyətlə əksər müasir İran dilləri  üçün 
xarakterik  morfoloji  hadisə  olmayan  bu  hal  tat  dilində  geniş  yayıl­
mış  dil  hadisəsi  olub,  bu  dilin  başqa  ləhcələrində  də  (Məs.:  Abşe­
ron,  Lahıc,  Quba  və  s.)  təsadüf olunur.  Belə  ki,  məsələn,  Abşeron 
ləhcəsində fellər indiki  zamanda  “bə”,  “ba”  önqoşmalan  ilə  işləndi­


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə