Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə47/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   43   44   45   46   47   48   49   50   ...   131

1 8 6
BİRİNCİ KİTAB
bir-birdən)  gördüm  dağ  üstümə  uçur  (tökülür);  yə  birdən  əxo  aga 
bürüm  dürüm  qusbandu  rafte  (Q.)  -   nagəhan  yuxudan  oyanıb 
gördüm, sürü (qoyunlar) gedib və s.
Sıra  sayları.  Tat  dili  ləhcələrində  sıra  saylan,  məsələn:  ye- 
kanci -  birinci,  düinci  -   ikinci,  səinci -  üçüncü,  çarinci -   dördüncü 
və  s.  morfoloji  qurul uşca sırf tat  sözündən  ibarət olmayıb,  tat dilinə 
məxsus miqdar sayı ilə Azərbaycan dilinə məxsus sıra sayları  əmələ 
gətirən “inci” şəkilçisinin birləşməsi ilə əmələ gəlir.
Bu  halda,  bəzən  “bir”  sıra  sayı  ilə  Azərbaycan  dilinə  məxsus 
şəkilçi  arasına  “üm”  //  “om”  şəkilçiləri  də  gəlir  ki,  bu  da  mənşəcə 
İran dillərinə məxsus olub (məsələn:  fars,  tacik və s.) sıra sayı əmələ 
gətirən  “om”  (məsələn:  yekkom,  sevvom  və  s.)  şəkilçisini  də  tələb 
edir  və  beləliklə  də,  sayda  eyni  funksiyalı,  lakin  müxtəlif  dillərə 
məxsus iki  şəkilçinin birləşməsindən ibarət mürəkkəb sıra sayı  əmə­
lə  gəlir.  Saitlə  qurtaran  bəzi  tat dili  (düvominci  -   ikinci,  səvominci 
-  üçüncü  və s.) miqdar saylarına “om”  şəkilçisi  qoşulduqda  fars di­
lində  olduğu  kimi  iki  sait  arasına bir “v”  birləşdirici  samiti  də  tələb 
olunur.
Tat  dilinin  öz  saylarından başqa bu dildə Azərbaycan dilindən 
keçmiş  sıra  saylan  da çox  geniş  şəkildə  işlənməkdədir.  Azərbaycan 
dilinin  sıra  saylan  tat  dilində  həm  bu  sözlərin  müasir  (məsələn:  bi­
rinci,  ikinci,  üçüncü  və  s.),  həm  də  nisbətən  klassik  (məsələn:  biri- 
minci,  ikiminci,  üçüminci,  altıminci  və  s.) şəklində işlənərək bu dil­
də bəzi fonetik dəyişikliyə uğrayır.
Misallar:  Umorum  dirum  ki,  bəxunemen  otuz  səkkizinci 
nümrə  zərond  -   gəlib  gördüm  ki,  evimə  otuz  səkkizinci  nömrə 
vurublar;  mənə  nümmən  bü  dapanşto,  umorum  dirum  ki,  ambordor 
mənə  nöşte  yeddinci  (Məl.) -   mənim  adım on beş,  yəni  (onbeşinci) 
idi, gəlib görürəm ki,  ambardar adımı  (hərfən: məni) yeddinci yazıb; 
raftüm  bə  kino,  bə  səkkizinci  cərgə  türə  çüm  bədaştənüm  (Q.)  -  
getdim kinoya,  səni  səkkizinci  cərgədə gözləyirəm və  s.
Bəzən,  sıra  saylarını  miqdar  saylarının  sonuna  “küm”  şəkilçi­
sini  artırmaqla  da  (Məs.:  Qonaqkənd,  Lahıc,  Abşeron,  Ərüsküş  -
AZƏRBAYCAN  TATLARININ  DİLİ
187
Daqquşçu  və  s.  ləhcələrində)  əmələ  gətirmək  olur.  Məs.:  yəküm  -  
birinci,  düküm -  ikinci,  səküm -  üçüncü və s.
Fars  dilində  yalnız  “birinci”  (yekkom)  sözündə  “kom”  kimi 
çıxış  edən bu sıra  sayı  yaradan  şəkilçi  başqa miqdar saylanna qoşu­
la bilmədiyi  halda,  heç  şübhəsiz,  İran mənşəli  olan bu  şəkilçi  tat di­
lində  müstəqil  şəkilçi  kimi  özünü  qoruyub  saxlaya  bilmişdir.  Bura­
dan  belə  güman  etmək  olar  ki,  İran  dillərində  “kom”  (tat  dilindəki 
küm)  şəkilçisi  mənşəcə  daha  qədim  olub  çox  güman  ki,  özünün 
“om” variantından əvvəl  bu  dillərdə sıra sayı  əmələ gətirən müstəqil 
şəkilçi  olmuşdur.  Tat dilində  də  artıq  “kom”  şəkilçisi  ilə  sıra  sayla- 
rına getdikcə daha çox yaşlı  nəslin dilində təsadüf olunur.
Kəsr  sayları.  Tat dilində  kəsr saylan  da  vardır.  Bütün  ləhcə­
lərdə  bu  saylarda  məxrəcdəki  rəqəmə  “ə”  (Azərb.  dilindəki  çıxışlıq 
hal  şəkilçisi)  önqoşması  artırmaqla  əvvəl  məxrəc,  sonra  surət  deyi­
lir.  Ə səta yeki  (Q.),  ə  seti  yeki  (M.) -  üçdə bir,  ə düyü yeki  (M.) -  
ikidə bir.
Əgər  kəsr  sayının  tamı  da  varsa,  o  zaman  əvvəl  tam,  sonra 
məxrəc,  ondan  sonra  isə  surət  deyilir.  Məsələn:  düta  ə  düta  yeki  -  
iki  tam  ikidə  bir.  Bunun  “düta  büto  ye parayi” -   yəni  iki  tam  ikidə 
bir forması da vardır.
Tat  dilində  girvənkə  -  400  qram,  çərək  -  200  qram,  mən -  8 
kq,  put  -   16  kq,  sentinir  -   yüz  kq,  tağar  -   400  kq  kimi  çəki 
vahidləri də vardır.
FELLƏR
Felin təsrifi, zamanlar, şəxs sonluqları
Əsas.  Tat dilində  hər  bir felin  iki  əsası  vardır:  Keçmiş  zaman 
əsasında felin  keçmiş  zaman  formalan  (keçmiş,  yaxın  keçmiş,  uzaq 
keçmiş  və davam keçmiş  formalan),  felin  indiki  zaman əsasında  isə 
indiki  və  gələcək  zaman  formalan  əmələ  gəlir.  Keçmiş  zamanın 
əsası  kar  samitlərdən  sonra  t,  saitlərdən  və  cingiltili  samitlərdən 
sonra r ilə qurtanr.  Tən,  dən ilə qurtaran məsdərlərdən “ən”,  məsdər 
əsaslan  “r”  ilə  qurtaran  məsdərlərdə  “rən”  hissəciyini  atdıqdan


188
BİRİNCİ  KİTAB
sonra  yerdə  qalan  hissə  tat  dilində  keçmiş  zamanın  fel  əsası  olur. 
Məsələn,  dirən  -   görmək  felindəki  “rən”  hissəsi  atılır,  yerdə  qalan 
hissə,  yəni  “di”  keçmiş  zaman  fel  əsası  olur.  Yaxud  vəgüftən  (Q.), 
vəgiftən  (Məl.),  vaguftən  (M.)  -   götüımək,  qaldırmaq,  “ən”  hissəsi 
atıldıqdan  sonra  yerdə  qalan  vəgüft,  vəgift,  vaguft  hissəsi  keçmiş 
zaman felinin  əsasıdır.  Bu prinsip mürəkkəb  fellərə də  aiddir.  Məs.: 
adət  saxtən  (adət  etmək)  -   adət  saxt  (keçmiş  zaman  əsası),  güzət 
saxtən  (gözləmək)  -   güzət  saxt  (keçmiş  zaman  əsası)  və  s.  Bundan 
başqa  fars  dilindən  fərqli  olaraq  tat  dilində  keçmiş  zaman  əsası 
saitlə  də  qurtara  bilər.  Tat  dilində  bu  mürəkkəb  felin  “küzətləmiş 
saxtən”  forması  da  geniş  yayılmışdır.  Məsələn:  təmizləmiş  saxtən -  
təmizləmək,  qızışdirmiş  saxtən  -   qızışdırmaq,  qarişdirmiş  saxtən  -  
qarışdırmaq və s.  Bizcə,  tat dilindəki  felin  bu forması  Azərb. dilinin 
qədim  fel  forması  olub  Azərb.  dilindən  tat  dilinə  keçmişdir  və 
müasir  Azərbaycan  dilindən  çıxsa  da  tat  dilində  qalmışdır.  Belə  ki, 
VII  əsrlərə  aid olan  qədim  türk  (uyğur)  şerində  indi  Azərbaycan  və 
başqa  türk  dillərindəki 
“bərkimək”  sözü  əvəzinə  “bərkişləmiş” 
şəkli  işlənilmişdir.1 Bu  fel  indi  də  tat  dilində  eynilə  həmin  mənada 
bərkişləmiş  şəklində  qalmışdır.  Maraqlıdır  ki,  qədim  uyğur  dilində 
(VII  əsr)  “bardaş  vurub  oturmaq”  mənasında  bağdaşin,  bağdaşinu2 
(Müasir  Azərbaycan  dilində  “bardaş”)  felinin  bağ  komponenti  tat 
dilinin  “çartabaqi  zəıən”  (bardaş  vurmaq)  felində  eynilə  qalmışdır 
ki, bu da yuxarıdakı fikrimizi  təsdiq edir.
Müasir fars dilində  felin  keçmiş zaman  əsası  bir qayda olaraq 
“t”  və “d” samitləri  ilə qurtarır. Tat dilində də bu qayda qalır.  Məs.: 
“t”  ilə  doyist,  çapıst,  dost -  yüyürdü,  qaçdı;  kuft,  küft -  döydü  və  s. 
Keçmiş zaman əsası “d”  ilə:  avard  (M.),  ord (Məl.) -  gətirdi;  rasund 
(Q.,  M.),  rasind  (Məl.)  -   çatdırdı.  Tat  dilində  felin  keçmiş  zaman 
əsası  saitlərlə də qurtarır. Məsələn:  “a”  ilə:  za (Q.) -  vurdu,  da (M.)
-  verdi,  asta  (Q.)  -   aldı;  “ ə”  ilə:  zə -  döydü;  “o”  ilə:  usto  (Məl.) -  
aldı;  “i”  ilə:  gufti  (Q.,  M.),  kufti  (Məl.) -   dedi;  vəçi  (Q.),  vaçi  (M.)
-  yığdı,  di -  gördü  və  s.  Beləliklə də,  tat dilində fellərin  keçmiş za-
1 ЈТК.Тугушева Древнеуйгурские стихи. «Советск.тюркол» журн., № 2,1970, сгр. 105
2 Yenə orada, səh.  106
AZƏRBAYCAN  TATLARININ  DİLİ
189
man  əsaslarının  təkcə  samitlərlə  -   (qapalı  heca)  deyil,  sait  səslərlə 
də  (açıq  heca)  qurtardığını  görürük  ki,  bu  da  qədim  və  orta  fars 
dillərində mövcud olmuş sözün açıq heca ilə qurtarması kimi aıxaik 
formadan  başqa  bir şey  deyildir və  bu  mühüm  fakt da bir  sıra qədim 
qrammatik ünsürlərlə bərabər, tat dilini bir çox müasir İran dillərindən 
fərqləndirir.
Fel  əsaslarının düzəldilməsinə  görə,  tat dilində fellər üç qrupa 
ayrılır:
1.  Keçmiş zaman əsasları “i”  və ya  “d”  ilə qurtaran fellər.
məsələn:  rasirən -  çatmaq felinin  indiki  zaman əsası ras,  keçmiş za­
man əsası  “rasi”, “xundən” -  oxumaq məsdərinin indiki zaman əsası 
“xun”,  keçmiş zaman əsası  “xund”,  şundən,  şündən,  şundan  (atmaq, 
tullamaq)  məsdərinin  indiki  zaman  əsası  şun,  şün,  keçmiş  zaman 
əsası şünd, şund və s. olur.
Bu qaydanı  daha qabanq  görmək üçün həmin  felləri  cədvəldə 
nəzərdən keçirək:
Felin məsdər şəkli
İndiki zaman əsası
Keçmiş zaman əsası
Rasirən (çatmaq)
Ras
Rasi
Xundən (oxumaq)
Xun
Xund
Şundən,  şündən, 
şundan (atmaq,  tul­
lamaq)
Şun,  şün
/
şund
2. 
Keçmiş  zaman  əsasları  yalnız  son  səsləri  ilə  fərqlənən 
fellər. Bu qrup  fellərdə fel əsaslarının son səsləri  dəyişilir. Məsələn: 
saxtrən,  soxtən,  satən -  etmək,  düzəltmək felinin  indiki zaman əsası 
“san”,  “soz,  “sa”  olduğu  halda,  keçmiş  zaman  əsası  saxt  (Q.),  soxt, 
sat  (M.).,  suxtən  (Q.,  M.),  suxtan  (Məl.)  -   “yanmaq”  felinin  indiki 
zaman  əsası  “suz”  olduğu  halda,  keçmiş  zaman  əsası  suxt.,  küftən, 
küftən  (döymək)  felinin  indiki  zaman  əsası  “k u f’  (Q.),  ku  (M.),  küf 
(Məl.),  keçmiş  zaman  əsası  kuft,  küft.,  purustan  (Ərüsküş-  Daqquş- 
çu) -  soruşmaq felinin indiki  zaman  əsası purus,  keçmiş zaman əsa­
sı -  purusi  kimi  olur.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə