Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə43/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   39   40   41   42   43   44   45   46   ...   131

1 7 0
BİRİNCİ KİTAB
Müqayisə  dərəcəsi  xüsusi  suffıksin köməyi  olmadan  bol,  qəy, 
qe,  kəm,  kalah,  kala,  kələhə,  küçük,  vəçə,  bit  sözlərinin  köməyi  ilə 
yaranır.  Müqayisə dərəcəsini  əmələ gətirən bu  sözlər  əki  -  kimdən, 
əçü,  əçi  -   nədən  suallarına  cavab  verən,  müqayisə  olunan  sözdən 
əvvəl bir “ə”,  (əz), “a” (az) önqoşmalanm  da tələb edir:  İn pul əz un 
pul  qəyü  (Q.),  in pul əz u pul bolu (M.) -  bu pul o puldan çoxdur;  in 
durbi az un  durbi  guruni  (Məl.) -  bu kisə o kisədən ağırdır;  in  güyo- 
rə doyəyi  az un yekin  güyorə  doyəyi kalayu (M.) -  bu ot tayası  o bi­
ri  ot  tayasından  böyükdür.,  in  pömən  əz  un  yeki  pömən  durozi 
(Məl.) -  bu  ayağım  o biri  ayağımdan  uzundur;  u poyi  az u po dırazı 
(M.)  -  bu ayağın o ayağından uzundur.
Sifətin  bu  dərəcəsində  əz,  az  önqoşmalan  funksiyasını  “ə”, 
“a”  önqoşmalan  demək olar ki,  əsasən,  əvəz  edə  bilir  və  bu  funksi­
yam,  tamamilə,  daşıya bilirlər.  İn  əyəl  ə un’ əyəl  zehinlüyü  (Q.) -  bu 
uşaq o uşaqdan  qabiliyyətlidir;  u  meşok  a  in  meşok guruni  (M.) -  o 
kisə bu  kisədən  ağırdır;  in  xiyə  ə  un  xiyə  gudəyü  (Q.) -  bu  kürək  o 
kürəkdən qısadır və s.
Üstünlük dərəcəsi
Adətən,  üstünlük dərəcəsi  “tə”,  “tər”  suffıkslərinin  köməyi  ilə 
düzəldilir.  Bu  dərəcədə  də  müqayisə  olunan  sözdən  əvvəl  ə(əz),  a 
(az)  önqoşmalan  artırılır.  Həmin  sözdən  sonra  isə  “tə”,  “tər”  suf- 
fıksləri  gəlir ki, bununla da,  sifətin üstünlük dərəcəsi  əmələ gətirilir. 
Fars dilində həmin  vəzifədə  “tər”  şəkilçisi  işlənir. Misallar:  in  qus- 
pand  əz  in  küktəyü  (Q.)  -   bu  qoyun  ondan  (daha)  kökdür;  in  xuna 
az  un  xuna  kalahtəri  (Məl.)  -   bu  ev  o  evdən  (daha)  böyükdür;  pi- 
yərmə  ə  piyərtü  yaşlütəyü  (Q.) -   atam  atandan  (daha)  yaşlıdır.,  və- 
cehin  biıor  az  kalahin  biror  aqillitəri  (Məl.)  -   kiçik  qardaş  böyük 
qardaşdan (daha) ağıllıdır; piyərmən az piyərtın bol  çakı  (M.) -  mə­
nim  atam sənin atandan (daha) yaxşıdır.
Üstünlük  dərəcəsində  də  müqayisə  dərəcəsində  olduğu  kimi 
əz,  az önqoşmalanm eynilə ə,  a əvəz edə bilir və tam mənalı  funksi­
ya daşıyırlar.  Məs.:  Vəçehin  biror aqilliteri  (Məl.),  bitlə bırar a kala
AZƏRBAYCAN  TATLARININ  DİLİ
171
bırar  digə  //  diyə  aqilbəndı  (M.)  -   kiçik  qardaş  böyük  qardaşdan 
(daha)  ağıllıdır;  mən  ə  piyərtü  kijtəyüm  (Q.)  -  Mən  atandan  (daha) 
dəlisovam.
Kiçiltmə dərəcəsi
Tat dilində sifətin kiçiltmə dərəcəsi  in,  lə suffıkslərinin  kömə­
yi  ilə  əmələ  gəlir.  Bu  suffıkslər  sifətin  müqayisə  dərəcəsini  əmələ 
gətirən  qəy,  kəm,  bitlə,  küçük,  kala,  vəçələ  və  s.  sözlərin  sonuna 
artmlır  ki,  bununla  da,  kiçiltmə  dərəcəsi  yaranır.  Məs.,  küşk  // 
küçük -   balaca  sözünü  götürək.  Bu  sözə  in,  lə  şəkilçisini  artırdıqda 
“küşkin”,  küçüklə  -   ən  kiçik  şəkillərini  alır  və  sifətin  kiçiltmə 
dərəcəsini  əmələ  gətirir.  Mən  küşkin  əyəlmənə  əhəmmələ  qəy  dus 
bədaştənüm  (Q.)  -   Mən  ən  kiçik  uşağımı  hamıdan  çox  istəyirəm; 
bitlə  səgmənə  ə  cunməniş  bol  mıxastanım  (M.),  vəçələ  kuçik  mənə 
ə  çunmöniş  qe  bxostanum  (Məl.)  -   ən  kiçik  itimi  canımdan  da çox 
istəyirəm;  mən  veçein  xuvarmənə  ə  xiştənməniş  qe  bxostanum 
(Məl.) -  mən kiçik bacımı özümdən də çox istəyirəm və s.
İn  şəkilçisi  sözə  qoşulduqda  sözün  tərkibində  müəyyən  dəyi­
şiklik edir,  söz  kökündəki  bu  və ya başqa  səsin dəyişilməsinə  səbəb 
olur.  Yuxarıdakı  göstərdiyimiz  “küçük”  sözünə  qoşulan  “in”  şəkil­
çisi söz kökündəki  “ç” səsini, məsələn,  Q.  ləhcəsində ş-ya çevirir ki, 
bu  halda  ş  səsi  də  ç-d^n  sonra  gələn  “ü”  səsinin  düşməsinə  səbəb 
olur,  yəni  “küşkin”  şəklini  alır.  Sifətin kiçiltmə dərəcəsində  şəkilçi 
qoşulandan sonra sözdən  səsdüşümü hadisəsi  istisna haldır.  Belə  ki, 
Q.  ləhcəsinin  özündə  belə,  bəzən  həmin  söz  in  şəkilçisini  qəbul 
etdikdən sonra da tam halda, yəni  küçükin şəklində də işlənə bilir.
Tədqiqatlarımızın  birində  sifətin  kiçiltmə  dərəcəsindən  bəhs 
edərkən  bu  dərəcəni  əmələ  gətirən  müstəqil  şəkilçilərdən  biri  kimi 
“kin”  şəkilçisindən  bəhs  olunmuşdur.1 Sonrakı  tədqiqatlar  göstərdi 
ki,  “kin”  tat  dilində  kiçiltmə  dərəcəsi  əmələ  gətirən  şəkilçi  deyil, 
yalnız  istisna hal  təşkil  edir.  Belə ki,  bu dildə  “kin”  şəkilçisi  yalnız 
“kəm”  (az)  sözünə  əlavə  olunaraq  sifətin  kiçiltmə  dərəcəsini  yara-
1 M.İ.  H a cıy ev .  T at d ilin in   Q o n a q k ən d   lə h c ə s i,  səh .  5 9


172
BİRİNCİ KİTAB
dan  “kəmkin”  (lap  az,  ən  az)  formasına  düşür.  Bu  şəkilçi,  əslində 
çoxluq  bildirən  “qəy”  sözünə  qoşulduqda  “qəykin”  olur  ki,  bu  da 
üstünlük dərəcəsinə yaxın məna kəsb edir.
İstər  ədəbi,  istərsə  də  şifahi  müasir  fars  dilində,  qismən,  ara­
dan  çıxmış  sifət  dərəcəsi  əmələ  gətirən  “in”  şəkilçisi  klassik  fars 
ədəbi  dilində bir sabit şəkilçi  kimi işlənmişdir.  Məs.,  XIV  əsrin ədə­
bi  nümunəsi  Rəşidəddinin  “Came-ət-təvarix”  əsərində bu  şəkilçi  si­
fətə  qoşularaq  aşağıdakı  şəkildə  işlədilmişdir:  tu  bəradəre  bozorgin 
ra mikoşi,  kuçekin  ra  həlak mikoni  -   Sən  böyük  qardaşı  öldürür  və 
kiçik qardaşı həlak edirsən.1
Klassik  fars dili  nümunəsi  olan yuxarıdakı  misaldan göründü­
yü  kimi,  bu  şəkilçi  klassik  fars  dilində  sabit  şəkilçi  olmuş,  müasir 
fars  dilində  isə  aradan  getmişdir.  Bu  şəkilçi,  ümumiyyətlə,  tat  dili 
üçün  xarakterikdir,  tədqiqat obyektimiz  olan  tat  dili  ləhcələrində  də 
eynilə  qalmışdır.  İran  dillərindən  olan  bəluç  dilində  kiçildən, 
azaldan şəkilçi kimi “in” və “kin” şəkilçisinin qalması maraqlıdır ki, 
həmin vəzifədə bu şəkilçilər qoşulduğu  sözün mənasını  azaldır.2 Tat 
dilində  sifətin  kiçiltmə  dərəcəsini  yaradan  “lə”  şəkilçisinə  (yu­
xarıdakı  misallara  bax)  İran  dillərindən  olan  talış  dilində  “li”  kimi 
təsadüf olunur.  Lakin  bu  şəkilçi  həmin  dildə  müxtəlif semantik  və­
zifələrdə çıxış edir. Tat dilində  sifətin kiçiltmə  dərəcəsini  əmələ  gə­
tirən  bu  şəkilçi  talış  dilində  bitişdiyi  sözə  nəvaziş,  mərhəmət,  mə­
həbbət  mənasını  verir.  Göstərilən  şəkilçi  talış  dilindən  Azərbaycan 
dilinin  Lənkəran  dialektinə  daxil  olmuş,  həmin  mənada  (balali,  nə- 
nəli, papali, marnali, bacıli  və s.  sözlərdə) işlədilir.
Ümumiyyətlə,  tat  dilində sifətin  müxtəlif dərəcələrinin  xüsusi 
suffıkslərlə  ifadə  olunması  tat  dilini  başqa  İran  dillərindən  əsaslı 
fərqləndirən  qrammatik  formalarındandır  və  bu  da,  bu  və  ya  başqa 
formalar  kimi  tat  dili  qrammatikasını  İran  dilləri  qrammatikaları 
içərisində fərqləndirməyə səbəb olur. Tat dilindən fərqli olaraq, baş­
qa  İran dillərində, məsələn, talış dilində sifətin dərəcələrini ifadə et­
1 Rəşidəddin.  Came-ət-təvarix.  Akad.  Ə.Əlizadənin  hazırladığı  tənqidi  mətn.  Bu 
haqda ətraflı bax: M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, səh. 60
2 B.A.Фролова. Белуджский язык.  M.,  1960, стр.62
AZƏRBAYCAN  TATLARININ  DİLİ
173
mək  üçün  xüsusi  suffıkslərdən  də  istifadə  olunur.  Bu  məqsəd  üçün 
təsviri  üsuldan  istifadə  olunur  ki,  burada  da  əsas  rolu  önqoşma  və 
sonqoşmalar oynayırlar.  Məsələn,  tat dilindəki  “birarmə  əz  mən  kə- 
lətəyü”  -  qardaşım  məndən  daha böyükdür (bəhsin  “Üstünlük dərə­
cəsi”  hisəssinə  bax)  cümləsi  talış  dilində  “Simi  vo  imi  ki  yo'be” 
kimi  özünü göstərir ki,  burada da müqayisəni əmələ gətirən  isimdən 
sonra  gələn  “ki”  son  qoşmasıdır.  Tat  dilindən  fərqli  olaraq,  talış 
dilində  üstünlük  dərəcəsi  də  təsviri  üsulla  əmələ  gələrək  sifətdən 
əvvəl  “ve”  (çox),  yaxud  “xayli” 
(olduqca  çox)  zərflərinin 
işlədilməsi ilə yaradılır.1
Şiddətlənmə (intensiv) dərəcəsi
Sifətin  intensiv  (şiddətləndirmə)  forması  kök  sözün  əvvəlki 
iki  səsinin  təkran  ilə  əmələ  gəlir.  Sözlə  təkrar  olunan  bir  və  ya  iki 
səsin  sonuna  “p”,  “m”,  nadir  hallarda  “b”  səsləri  artırılır  və  əsas 
sözlə  təkrar  olunan  birinci  heca  (birhecalı  sözlərdə  isə  birinci  səs) 
arasında  yarım  pauza  əmələ  gətirilməklə  kök  sözdən  əvvəl  deyilir 
və  yazılır:  opo  (Q.),  çimçimov  (M.)  -   yamyaş;  zeb-zərd  (Q.),  zip- 
zərd  (Məl.),  zıpzərd  (M.)  -   sapsan;  sipsiyə  (Q.),  sipsiyəh  (M.)  -  
qapqara;  sipsibi  (Məl.),  ipispi  (M.)  -   ağappaq,  xüpxüşk  (Q.), 
xıpxişk  (M.)  -   qupquru;  kopkour  (Q.),  kıpkour  (M.)  -   gömgöy; 
dimdirist (Məl.) -  dümdüz və s.
Bəzən  təkrar olunan hissə ilə söz arasındakı artmlan səs özün­
dən  sonra  əsas  sözün  tərkibində  olmayan  bir  “ə”  saitini  tələb  edir. 
Bu  halda  şiddətləndirmə  formasını  yaradan  samit  səs  təşdidlə  -  
şiddətlə  deyilir:  düppədüz  (Q.,  Məl.,  M.)  -   dümdüz.  Bu  sözün 
həmin  mənada  olan  “düpdüz”  sözündən  fərqi  odur  ki,  ikinci  sözə 
nisbətən 
birinci 
sözün 
mənasında 
daha 
çox 
intensivlik 
(şiddətləndirmə)  vardır.  Əvvəlki  ehtimalımızdan  fərqli  o laraq 2 
tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  sifətin  bu  forması,  heç
I Б.В.
М иллер.  Т алы ш ский  язык.  M .,  1 9 5 3 ,  ст р .7 3
M .İ.H a cıy ev .  T at d ilin in   Q o n a q k ən d   lə h c ə s i,  s ə h .61


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə