Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə41/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   37   38   39   40   41   42   43   44   ...   131

1 6 2
BİRİNCİ  KİTAB
getdim;  may  mən  bı  jığov  raftə  (M.),  maymə  bə  iclas  rafte  (Q.)  -  
anam  iclasa gedib;  keçimən  bıbüstun  deşire  (Məl.) -  keçim  bostana 
girib;  tor-mori  bı  beyrə  ov  dəsuru  mənə  ə  şüştən  sir  nəimbaranum 
(M.) -  sübh tezdən  soyuq (hərfən:  buzlu) su ilə  əl-üzümü yumaqdan 
doymuram  və s.
2.  Yer  bildirirlər.  Fars  dilindəki  yer bildirən  “dər”  funksiya­
sında:  məmən  qalxozə  bə  idareyiri  (Məl.)  -   anam  kolxoz  ida- 
rəsindədir;  piyərmən  bıkala  xuneyu  (M.)  -   atam  böyük  otaqdadır; 
qələm  mən  bə dərü küşkə qutiyu (Q.) -  qələmim kiçik qutunun için­
dədir;  bə  çimbə  pul  nist  -   cibimdə  pul  yoxdur;  pəqobimən  bçoli 
(Məl.)  -   ayaqqabım  çaladadır;  paspurtmən  bıçamadanü  (M.)  -  
pasportum çamadandadır.
Klassik  fars  ədəbi  dilində  istiqamət,  tərəf  bildirən  “be” 
önqoşması,  yerlik,  məkan  bildirən  “dər”  önqoşması  funksiyasında 
da  işlənmişdir.  Məs.:  didəm  bə  Bəsre-Bəsrədə  gördüm;  yaxud  şerəş 
be divan-e Ənvəri yaftənd-şe'rini Ənvəri divanında tapdılar.1
3.  Z am an  bildirirlər.  İmruzə  karürə  bə  səbəh  meli  (Q.) -  bu 
günün  işini  sabaha  qoyma,  bı  hafti  əxov  şiney  ımbıranum,  bı  həşti 
bıkar  ımbıranum  (M.)  -   saat  yeddidə  yuxudan  dururam,  səkkizdə 
işdə oluram; bi çor cəhət minosi (Məl.) -  dörd saata yazarsan və s.
4. Məqsəd  bildirirlər:  kileti btə'til  umrəni  urə bedirən miyom 
(Məl.),  kiletm  bıqaniqul  amarəngi  ura  bıdirən  miyom  (M.)  -   qızın 
tətilə  gələndə  onu  görməyə  gələrəm;  beərsi  küşkə  gedəytü  miyam 
(Q.)  -   kiçik  oğlunun  toyuna  gələrəm;  kala  kiletə  bı  ərüsiyi  miyom 
(M.) -  böyük qızının toyuna gələrəm.
5.  Səbəb  bildirirlər.  Beri  hər  kar xuntə  amıç  makın  (M.),  be 
hər kar bihələvati mənkən  (Q.),  be hər kor xuntirə  siyəh məni  (Məl.) 
-   Hər  şeydən  ötrü  qanım  qaraltma;  be  yə  kinorə  bileti  incimiş 
birənti nəmərzi  (Məl.) -  kino biletindən ötrü inciməyinizə dəyməz.
6.  Aidiyyət  bildirirlər.  İn  tufli  bə  paytu  nammaşü  (Q.), 
inporə  qabi  bı  potun  nəmdeşü,  (nəimbu,  M.)  -   bu  ayaqqabı  sənin 
ayağına  olmaz;  in  tirox  beti  vəçələ  əmboşi  (Məl.)  -   bu  çanq  sənə 
kiçik  olar;  in  dire  xaliçeti  be  kiləməni  (Məl.),  tünə  dirə  in  xalçə ber
1 Саади.  Гклустан.  M.,  1959, с. 45
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 6 3
kileməni  (M.)  -   bu  gördüyün  xalça  qızım  üçündür;  ousar  be  xəıli 
(Q.) -  noxtə eşşəyindir.
7.  Ö lçü  bildirirlər.  İn  bağə  bə  həzar  manat  xıram  (Q.)  -   bu 
bağı  min  manata  satın  almışam;  in  tüfəngə  bse  ıneşok  gəndüm 
ustorom  (Məl.),  in  tüfəngə  bı  sə  meşok  gəndüm  astorom  (M.)  -   bu 
tüfəngi  üç kisə buğdaya almışam.
8.  Başirən  (Məl.  xunə,  M.,  xumanə) -  oxşamaq  feli  vasitəsi 
ilə  bir şəxsin  başqa  şəxsə  oxşayışını  bildirir:  in  şəkil  bə  səlim  başi­
rən  (Q.)  -   bu  şəkil  Səlimə  oxşayır,  in  gedə  b  piyər  xiştəıı  xunəyi 
(Məl.),  in  kuk bı  piyər xiştan  xumaneyı  (M.) -  bu  oğlan  atasına ox­
şayır.
9.  Əyib  başu,  lıamot  buyu  (başı) -  əyb  olsun feli  ilə gələrək 
məzəmmət  bildirirlər:  əyib  başü  betü  (Q.),  hamoıı  buyu  (başı)  ber 
(beri) tin (M.), bə ti eyb boşi (Məl.) -  ayıb olsun sənə.
10.  Əvəzi  bildirirlər:  bə  cikeymən  duxtərmə  bistən  buıay 
(Q.) -  Mənim əvəzimə qızım gedəcək;  Mol  çorundan b cömə piyər- 
mə  sən  bırey  (Məl.) -  naxırı  otarmağa mənim yerinə atam  gedəcək; 
mənə  bı  cəmən  bə  ərüsü  bararmən  mıbrav  (M.) -  toya  mənim  əvə­
zimə qardaşım gedəcək.
11.  Birlikdə  bildirirlər.  Sarkis  bı  moy  nəmıraftən  (M.),  Hə- 
sənquli  və  mö  xiştən  brah  nabraftən  (Məl.)  -   Sərkis  (Həsəııqulu) 
anası  ilə yola getmir; Ü vo xər bə uşə raft (Məl.),  u bı xər bevişə raft 
(M.) -  o,  eşşəklə meşəyə  getdi;  Sarkis  bı  səg  bı  ovçigeri  raft (M.) -  
Sarkis  itlə  ova  getdi.  Q.  ləhcəsində  biıgəlik  funksiyasında  işlədilən 
“bə”  önqoşması  sözə  qoşulduqda,  qoşulan  söz  özündən  sonra  “az” 
hissəciyi  tələb  edir  ki,  yalnız  bundan  sonra  bu  öııqoşma  birgəlik 
məfhumu kəsb edərək Azərbaycan dilinin  “la” qoşması  funksiyasını 
daşıyır.  Məs.:  mən  bə  Aslanaz  nə  bartanüm  -   Mən  Aslanla  get­
mirəm,  Böyükağa  bə  zənaz bə ra nabartən -  Böyükağa  arvadla yola 
getmir.
Birlikdə bildirən  bı, vo, bə,  be önqoşmaları  funksiyasında,  bə­
zən  sonqoşma da çıxış edərək  həmin vəzifəni  yerinə yetirir.  Mədrə­
sə ləhcəsində  təsadüf olunan  “əmçe”  önqoşması  tamamilə  bu  ləhcə- 
dəki  “bı” önqoşmasını  əvəz edir.  Məs.:  Sərkis bı  moy yola namııəf-


164
BİRİNCİ  KİTAB
tən  -   Sərkis  anası  ilə  yola  getmir -  cümləsindəki  “bı”  önqoşmasını 
“əmçe” sonqoşması ilə əvəz etsək cümlədəki məna eynilə saxlanılır: 
Sərkis moyə əmçe  yola namıraftan. Göründüyü kimi, burada sonqoş- 
ma  qoşulduğu  söz  ilə  özü  arasında  bir  “ə”  saitini  tələb  etmişdir  ki, 
bununla da söz ilə sonqoşma arasında qırılmaz əlaqə yaranmışdır.
Mədrəsə  ləhcəsində  “beri”  önqoşması  sonqoşma kimi  də  işlə­
nir  və eyni  cümlədə  həmin  önqoşmanın  sonqoşmaya çevrilməsi  ilə, 
yəni  sadəcə  olaraq  cümlədəki  yerini  dəyişməsi  ilə  onun  morfoloji 
mənası  dəyişilmir.  Burada kiçik bir fonetik fərq  əmələ  gəlir  ki,  o  da 
budur:  önqoşma  rolunda  çıxış  edərkən,  bu  önqoşma  sonqoşmaya 
çevrildikdə  özündən  sonra bir “yi”  sonluğu  da  tələb edərək  “beriyi” 
olur ki, bu da  fars dilindəki “bəraye”  formasına çox  yaxınlaşır.  Sözə 
qoşulan  sonqoşma  özü  ilə  söz  arasında mütləq  bir birləşdirici  və  ya 
rabitə  yaradıcı  “ə”,  “a”,  “ü”  saitlərini  tələb edir.  Sonqoşma  kimi  çı­
xış etdikdə  isə özü ilə qoşulduğu söz  arasında heç bir rabitə  yaradan 
əlamət  tələb  etmir.  Önqoşmanın  sonqoşmaya  çevrilərək  həmin  mə­
nanı  hifz  etməsi  hadisəsi  Mədrəsə  ləhcəsindən  başqa,  Qonaqkənd, 
Məlhəm,  Abşeron,  Lahıc,  Daqquşçu-Ərüsküş  və  s.  tat  dili  ləhcələ­
rində  də  təsadüf olunur.  Lakin  əsaslı  bir fərqi  qeyd  etmək  lazımdır: 
fars  dilində  “bəraye”  yalnız  önqoşmadır  və  heç  vaxt  həmin  və  ya 
başqa  funksiyada  sonqoşma  ola  bilmir.  Mədrəsə  ləhcəsində,  məs., 
beri  ye  istikan  ov  giristən  çak  nistı  -   bir  stəkan  su  üçün  ağlamaq 
yaxşı  deyil  -   cümləsindəki  “beri”  önqoşması  eynilə  həmin  məna 
funksiyasında  sonqoşmaya  çevrildikdə,  aşağıdakı  kimi  olur:  ye 
istikan  ovə  beriyi  giristən  çak  nist.,  yaxud  başqa  bir  misal:  adamin 
beri  hər kar naraz,igeri  nəimvəngənü -  adam hər şeydən ötrü narazı­
lıq  salmaz -  cümləsində  “beri”  önqoşması  sonqoşmaya çevrildikdə, 
aşağıdakı  kimi  olur:  adamin hər karə beriyi narazigeri nəimvəngənü, 
eyni  şəkildə:  beri  hər  kar  xuntə  amıç  makm,  hər  karə  beriyi  xuntə 
amıc  makm  -   hər  şeydən  ötrü  qanını  qaraltma,  beri  xırran,  xırrana 
beriyi -  almaq üçün, ber xısran-xısrana beriyi -  yatmaq üçün və s.
Bir  çox  İran  dillərində,  o  cümlədən  fars  dilində  təsadüf olun­
mayan  bu  forma  tat  dilinin  bütün  ləhcələri  üçün  də  xarakterikdir. 
Tat dilində “beri”  sonqoşma kimi işləndikdə, bəzən,  özündən qabaq,
AZƏRBAYCAN  TATLARININ  DİLİ
165
yəni  qoşulduğu  sözdən  əvvəl  önqoşma  da  tələb  edir.  Beləliklə  də, 
önqoşma  ilə  sonqoşma  vahid  vəhdətdə  vahid  mənanı  ifadə  edirlər. 
Məs.:  Be  o  nəavərdənə  beriyi  əyələ  məkuf  (Q.)  -   su  gətirmədiyi 
üçün  uşağı  döymə.  Nadir  hallarda,  hətta  “beri”  önqoşması  özündən 
qabaq  eyni  funksiyalı  iki  önqoşma da  tələb  edə  bilir:  be,  bə məktəb 
nəraftənə  beriyi  duxtərə  cəzaləndirmiş  məsan  (Q.)  -   məktəbə  get­
mədiyi  üçün qızı cəzalandırma və s.
“ Tə” ,  “ta”  önqoşmaları.  Bu  önqoşmalar  hərəkətin,  təsirin, 
vaxtın  son  həddini  bildirir:  şale  hüzümə  vəküftiim,  tə  bə  kinar  ara- 
kərə  bərdüm  (Q.),  çurə  şəleyrə  vaguftum  ta  baçaya bıkinoreyi  bəı- 
dım  (M.)  -   odun  şələsini  götürüb  çayın  qırağına  qədər  apardım;  tə 
bsər  kişmə  ü  voruzmə  çapıst  (Məl.)  -   bulağa  qədər  ardımca  qaçdı; 
kaşkən  ya  dünə  təsir  birinmə  xordan  bürüm  (Məl.),  kişkə  ta  ba  sir 
birənmən xardə birə binm -  kaş bir dəfə doyunca yeyəydim; a rukə- 
rə bəgriştəni  şalvormə  tə  bqeyişkəh  tar bi  (Məl.),  çaya  kiraştənkiııə 
balağamən  taba kiştmən (kiştimə)  daxsi  (M.) -  çaydan  keçəndə şal­
varım  belimə qədər islandı;  ə tərsi  tə be  dih  viruxdum  (Məl.),  ə tərs 
ta ba di  doustım (M.) -  qorxudan kəndə qədər qaçdım.
Başqa,  bəşqə,  boşqa,  üzgə  önqoşmaları.  Tat  dilində  bu  ön­
qoşmalar  Azərbaycan  dilindəki  “başqa”  və  “özgə”  önqoşmalannın 
ya  eyni,  ya  da  fonetik  dəyişikliyə  uğramış  şəkli  olub,  eyni  mənanı 
ifadə  edirlər:  həç  dan  əztü  başqa  bin  dünya  mərd  nist  (Q.) -  elə  bil 
ki,  bu  dünyada  səndərl  başqa  kişi  yoxdur;  əztüıı  (azutüıı)  başqa  hiç 
kəs  nadarım  (M.),  əz  tü  boşqa  hiç  kəsmən  nisti  (Məl.)  -   səndən 
başqa  kimsəm  yoxdur;  əzin  üzgə  kaf nəbastani  (Q.) -   bundan  özgə 
söz  bilmirsən.  Qonaqkənd  ləhcəsində  Mədrəsə  və  Məlhəm 
ləhcələrindən  fərqli  olaraq,  bəzən  bu  önqoşamlanıı  ikisi  də  yanaşı 
işlənir.  Məs.:  əzin  nəqül  bəşqə  üzgə  nəğül  nəbastani? -  bu  nağıldan 
başqa nağıl  bilmirsən?  Başqa  İran  dillərində  təsadüf olunmayan  bu 
forma  tat  dilində  Azərbaycan  dilinin  təsirindən  başqa  bir  şey 
deyildir.
Bə'də,  pəs,  pəstə  sonqoşmaları.  Tat  dilində  zaman  bildirən 
bu  sonqoşmaların  biri  ərəb  dilindəki  bə'd,  o  biri  isə  İran  dillərinə 
məxsus  pəs  (“sonra”,  bəzən  də  pəstə — bir qədər  sonra,  daha  sonra)


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə