Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə39/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   35   36   37   38   39   40   41   42   ...   131

1 5 4
BİRİNCİ KİTAB
(təkdə)  qoşulduqda  “ra”  olur.  Məs.:  dirum  tura  cəmaltura  -   sənin 
camalını  gördüm;  bəgəm  saxtum  kamaltura  -   sənin  kamalını  bə­
yəndim.
Q.  ləhcəsində “ə”  sonqoşması  şəxs əvəzliklərindən başqa  sait­
lə  bitən  bütün  sözlərə  bitişdikdə  özü ilə  sözün qurtardığı  sait  arasın­
da bir “y” birləşdirici  samitini  tələb edir.  Məs.,  “o”  saiti ilə qurtaran 
sözlərdə:  soya  ki  xürd  saxt?  -   səhəngi  kim  sındırdı?  Goyə  şiqəm- 
bəyi  varzi  -  Öküzün  qamı  yırtıldı.  M.  və  Məl.  ləhcələrində  isə  “o” 
saitinə qoşulan “ə”  sonqoşması qeyd etdiyimiz kimi  “rə”  olur. Məs.: 
Sora ki,  xürd sad (M.) -  Səhəngi kim  sındırdı? Mərəgorə şiqəmbey- 
rə bxori  dəxorustand (Məl.) -  İnəyin  qarnını  yerə basdırıblar;  Moyə 
yer cirə stən ginavü (M.) -  Ananı uşaqdan ayırmaq günahdır və s.
“a” saiti  ilə qurtaran sözlərə qoşulduqda:  danayə bezir mərəgo 
ki  raha  dəre?  (Q.),  danarə  mərəgovə  bziri  ki  ra  dəre  (M.),  danarə 
bəzir  mərəgəü  ki,  roho  dore?  (Məl.)  -   Buzovu  inəyin  altına  kim 
buraxıb?  Kağata  tertarə  bürrən  çak  nistu  (M.)  -   kitabın  varağım 
cırmaq yaxşı deyil.
Ə  saiti  ilə  qurtaran  sözlərdə:  Gülləyə  (Q.),  güllərə  (Məl.), 
şundum  bədar  (Q.),  bdar,  güllərə  dara  bsəri  tirə  kündüm  (M.)  -  
Gülləni  ağaca  atdım;  şilləyə  çini  zərum  bədhunu  ki  (Q.),  şillərə 
badhuni  çini  zarum  ki  (Məl.),  şillərə  a  duhuni  intərun  naharum  ki 
(M.) -  şilləni ağzına elə vurdum ki.
Ə  saiti  ilə qurtaran  sözlərdə:  döyə  ki  dire  ki  şikilürə bəkəşirə- 
nund  (Q.),  dörə  ki,  dire  ki,  şikiluriş  bəkəşrənund  (Məl.),  dövrə  ki 
dirə  ki,  şikiliş  mikeşranınd  (M.)  -   devi  kim  görüb  ki  şəklini  də 
çəkirlər?  Lərzərə  əcun  kəndənə  beriyi  ərəq  stəm  dəryost  (M.),  Lər- 
zərə  ə  bədən  be  dərərdən  gərək  ərəq  sozi  (Məl.),  töyə  be  əcan  kən­
dən  gərək  ərəq  sani  (Q.)  -   titrətməni  bədəndən  çıxartmaq  üçün  tər­
ləmək lazımdır.
İ  saiti  ilə  qurtaran  sözlərə  qoşulduqda:  Səməniyə  (Q.),  Səmə- 
nirə (M.,  Məl.),  xardüm (Q.),  xardım (M.),  xordum (Məl.) -  səməni- 
ni yedim; bəstirə  xürd sad (Məl.) -  səhəngi sındırdı.
Müasir fars  dilində  olan be,  dər,  öz  önqoşmalarının  funksiya­
sını  ifadə etmək üçün tat dilində aşağıdakı  önqoşmalar işlədilir:
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 5 5
Fars  dilindəki  be  (Azərbaycan  dilindəki  yönlük  hal  şəkilçisi), 
dər  (Azərbaycan  dilindəki  yerlik  hal  şəkilçisi)  və  ba  (Azərbaycan 
dilindəki  ilə  qoşması)  ön  qoşmaları  tat  dilində  bə,  bı,  bu,  b,  vo,  va 
önqoşmaları  şəklində ifadə olunmuşdur: mən bə xunə bartani paymə 
fıcamust (Q.) -  mən evə gedəndə ayağım sürüşdü;  məmə bə birormə 
tapşirmiş  soxt  (Məl.),  moymə  bıbrarmə  tapşur  saxt  (M.)  -   anam 
qardaşıma  tapşırdı;  bətən  xuvarmə  buro  (Məl.),  xuvarmə  bıkineyi 
bırav  (M.)  -  bacımın  yanına  get;  maragova  tar-tapunurə  bzir ənxak 
daxarundand (M.) -  İnəyin qarm-bağırsağı yerə basdırılıb.
Bə,  bı, bu, b önqoşmaları tat dilində I şəxs (tək) əvəzliyinə qo­
şulub  istiqamət  bildirdikdə,  fars  dilinin  bəzi  dialektlərində,  məs.: 
Tehran,  Kaşan  və  s.  dialektlərdə  olduğu  kimi,  bu  önqoşmalar  düşə 
də  bilir,  yəni  cümlə  önqoşma ilə  işləndiyi  kimi  önqoşmasız  da  işlə­
nə  bilir.  Beləliklə  də,  fars  dilinin bu  ləhcələri bəzi  fars  dili  ləhcələri 
ilə yaxınlaşır.  Məs.:  Əgər fars  ədəbi  dilində “mənə  ver” ifadəsi  “be- 
deh  be  mən”  kimi  işlənirsə,  Tehran  dialektində  “bede  mən”  kimi 
olursa  tat  dilində  də  həmin  ifadə  tin  bəmən  (Q.),  ti  bemən  (Məl.) 
şəklində deyildiyi  kimi,  önqoşmasız,  yəni  “ti  mən”  şəklində  də  işlə­
nir.  Hələ  V.A.Jukovski  də  vaxtilə  Kaşan  vilayəti  ləhcələrini  tədqiq 
edərkən  həmin  ləhcələrdə  rast gəldiyi  bu  formanı  “heç  bir əlamətlə 
ifadə  olunmayan  yönlük  hal”  adlandırmışdı.1 Bu  müasir  əfqan  dili 
üçün indi də xarakterikdir.
Tat  dilinin  yəhudi  ləhcəsində  başqa  tat  dili  ləhcələrindən 
fərqli  olaraq  fars  dilindəki  “be”  önqoşma  funksiyasını  bütünlüklə 
“ö”  önqoşması  ifa  edir.2 Məs.:  məlum  saxdənum  ə  işmu  ki  -   sizə 
məlum  edirəm  ki.  Tat  dilinin  bu  ləhcəsində  təsadüf olunan  həmin 
önqoşma  İran  dillərindən  olan  bəluc  dilindəki  eyni  funksiyalı  “ə” 
önqoşması ilə eyniyyət təşkil edir.3
Bə // bı // bu // b  önqoşmaları  fars dilindəki  yer,  məkan  bildi­
rən  “dər”  funksiyasında:  dənişirüm  dürüm  yə  mərd  bə  xunə  nişte
1 В.А.Жуковски. Göstərilən əsəri , səh, 232.
2
 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı,  1971, səh. 51 
В.С.Соколова. Белуджский язык. В сборн.  «Современный Иран», М.,  1957,
стр. 91.


156
BİRİNCİ KİTAB
(Q.),  dənşirum  dirum  bıxune  ye  mərteyfə  niştə  (Məl.)  -   baxdım, 
gördüm  bir  kişi  evdə  oturub;  bə  bazar  hər  çi  mıxastəni  bu  (M.)  -  
bazarda hər nə keyfın istəyirdi  vardı;  rava bziri  ye nal aftara bu (M.) 
-   yolun  alt  tərəfmə  bir  nal  düşmüşdü;  üdəmi  ben  üşə  azmiş  imbu 
(Məl.),  adamın  bıin  vişə  azmiş  ımbu  (M.)  -   adam  bu  meşədə  azar; 
bıçıin  bıram  (M.)  -   xırmanda  idim,  tü  xastə  kitabə  bəkitabxanə 
aftum (Q.) -  Sən istəyən kitabı kitabxanada tapdım.
Maraqlıdır ki,  klassik xalq ədəbiyyatında  fars  dilinin “be” ön- 
qoşması  istiqamət  bildirməkdən  başqa,  tat  dilində  indi  də  özünü 
saxlayan  yerlik,  məkanlıq  funksiyasında  işlənmişdir.  Məs.,  “Şe'rəş” 
be  divan-e  Ənvəri  yaftənd” -   şeirini  Ənvərinin  divanında  tapdılar.1 
Didəm  be  Bəsre  doxtərək-e  ə'cəmi  nəsəb”2 -   Bəsrədə  bir  fars  qızı 
gördüm  və  s.  Müasir  fars  dilindən  çıxmış  və  bu  dil  üçün  artıq 
arxaikləşmiş  bu  forma,  yəni  istiqamət  bildirən  “be”  önqoşmasımn 
yerlilik,  məkanlılıq  mənasının  tat  dilinin  morfoloji  qanunlarından 
biri  şəklində  indi  də  bu  dildə  saxlanması  arxaizmləri  tədqiq  etmək 
nöqteyi-nəzərdən maraqlıdır.
Bu  önqoşmalara,  bəzən,  Məl.  ləhcəsində  “bu”  kimi  də  (məs.: 
bu  bazar  hər  çi  hi  -   bazarda  hər  şey  var)  təsadüf olunur  ki,  bu  da 
istisna təşkil edir və başqa tat dili ləhcələri üçün xarakterik deyildir.
Tat  dilində  bu  önqoşmalar  yuxarıda  göstərdiyimiz  yer  və 
məkanlıqdan  başqa  müxtəlif  məna  və  funksiyalar  da  daşıyırlar  ki, 
bunların ən mühümləri  aşağıdakılardır:
a)  İstiqamət  bildirirlər:  Sovxoza  direktori  bııayun  raft,  mə- 
niş  nə'rə  saxt  (M.)  -   sovxozun  direktoru  rayona  getdi,  məni  də  ça­
ğırdı;  ərü  ədəmi  ədiqqətaz  mədəniş  (Q.)  -   adamın  üzünə  diqqətlə 
baxma, yel  topə zə bidər (M.) -  yel topu qapıya vurdu.
Tat  dilinin  Quba  ləhcəsində  “bo”  kimi  özünü  göstərən  bu 
önqoşmalar istiqamət bildirərkən özü ilə qoşulduğu  söz arasında bir 
“tən”  (Q. Məl.), “kinə” (M.) şəkilçisini də qəbul edir və beləliklə də, 
mürəkkəb  önqoşma  yaradır.  Məs.:  bətən  piyərmə  raftüm  (Q.), 
raftum (Məl.), Bıkinə piyərmə raftım (M.) -  atamın yanma getdim.
1 Saadi. Qulistan, M.,  1959. səh.45
2 М.Ваһаг. Divan, Tehran,  1342, səh, 210
AZƏRBAYCAN  TATLARININ  DİLİ
157
“Bə”  önqoşması  haqqında  danışarkən  tədqiqatlarımızın  birin­
də  tat  dilinin  Abşeron  ləhcəsində  (Qala-Zirə  şiv.)  təsadüf  olunan 
pkey  önqoşmasından  “başqa  tat  dili  ləhcələrində  rast  gəlinməyən 
xüsusi  forma”  kimi  bəhs  etmişdik.1 Sonrakı  tədqiqatlar  göstərdi  ki, 
Abşeron  ləhcəsində  təsadüf olunan  pkey  önqoşması  sadə  deyil,  mü­
rəkkəb  önqoşmadır  və  yuxarıdakı  ləhcələrdəki  kimi  iki  tərkibdən 
(p+key)  ibarətdir.  Bu  tərkibdən  “p”  önqoşması  tədqiqat obyekti  olan 
ləhcələrdəki  bə,  bi,  b önqoşmalan  ilə eyni  funksiyanı  ifadə etdiyi  ki­
mi, “key” şəkilçisi də “tən”, “kinə” şəkilçiləri ilə eyniyyət təşkil edir.
b)  “dad  zərən”2 (çığırmaq,  dad  eləmək),  “küftən”  -   döy­
mək,  avardən  -  gətirmək  və  s.  fellərinin  qarşısında  yönlük  halı 
bildirən  tamamlıq  əmələ  gətirir:  tirə  bəkileti  qey  küftürüm  mara, 
raft  (Məl.),  dad  zərüm  bə  düxtərtü  ki  mara,  raft  (Q.),  tünə  bıkıletin 
bol  kufturum  mara,  raft  (M.)  -   Sənin  qızına  çox  dedim  ki,  getmə, 
getdi;  şunərə  bıkiletin  darum  bərd  (M.)  -   darağı  qızma  verdim, 
apardı;  qucəyə  mərd  bə  un  cayilə  kuk  qəy  nəsiət  saxt guş  nəvəkard 
(Q.)  -   qoca  kişi  o  cavan  oğlana  çox  nəsihət  elədi,  qulaq  asmadı; 
Gülsəhər  cün  mənə  bə  qurdmə  ovord  (Məl.)  -   Gülsəhər  canımı 
boğazıma yığdı  və s.
c)  içəri, daxil  məfhumunu yaradır:  kurişkəyə əngəst bə çalə 
(Q.), quruşkərə bu çal porund (Məl.) -  su qabını quyuya saldı.
ç)  müəyyən  vəziyyətdə  oxşarlığı  təyin edir:  vay,  bəyaş (Q.), 
byoş (Məl.),  bıyaş piyərmənü (Q.) piyərməni (Məl., M.) -  vay,  bu ki 
atam yaşındadır.
d)  zaman  bildirir:  bəvasal  biya  bədimu  (Q.)  -   yazda  kəndi­
mizə  gəl,  bıhamin  biyə  bigərmov  bırink  (M.),  bəhomi  biyə  bgərmo 
braym  (Məl.)  -   yayda  gəl,  İstisuya  gedək;  sala  bıverçi  (bıaxırı)  bı 
Baku  mibram  -   ilin  sonunda  Bakıya  gedəcəyəm;  bə  axir  cihin 
gəndümtürə mütünüm (Q.) -  xırmanın sonunda buğdanı verəcəyəm. 
Cümlənin  əvvəlində  gələn  və  sözlərə  qoşularaq  zaman  əmələ  gəti­
rən  bi,  bə  önqoşmalan  fars  dilindəki  “dər”  funksiyasında  işlənərək
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı,  1971, səh. 52.
Göründüyü  kimi,  f.d.  olan  “d”  t.d.  bəzən  “r”-yə  çevrilir.  Farsca  zədən,  tatca 
zərən -  vurmaq, farsca coda, tatca cürə -  ayn və s.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə