Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə44/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   40   41   42   43   44   45   46   47   ...   131

1 7 4
BİRİNCİ  KİTAB
şübhəsiz,  tat dilinə  Azərbaycan dilindən  keçmiş,  tat dilində bu  dilin 
təsiri ilə yaranmışdır.
Ə V Ə ZLİK LƏ R 
Şəxs əvəzlikləri
t ə k
c ə m
Mən
imu (Q.), umun (Məl.), imun (M.)1
tü (Q.), ti (Məl.), tün (M.)
işmu (Q.), işmun (Məl.), uşmun (M.)
ü (Q.), i (Məl.), u (M.)
uşun (Q.), uşun (Məl.), uoa,  uv, oa M.)2 3
Bu  şəxs  əvəzlikləri  (M.  ləhcəsi,  cəmdə  3-cü  şəxs  əvəzliyi  is­
tisna olmaqla)  tədqiq olunan  ləhcələrdə  yalnız bir variantlı olub heç 
bir başqa forma qəbul etmirlər.  Q.  ləhcəsində, bəzən (Ördüç, Gümür- 
Dəhnə  və  s.  kəndlərdə)  3-cü  şəxsin  cəminə3 “uha”  şəklində  də  rast 
gəlmək  olar.  Bu  şəxs  əvəzliyinin  “uşun”  şəxs  əvəzliyindən  daşıdığı 
vəzifəyə  görə  fərqi  ondadır  ki,  uşun  əvəzliyi  nisbətən  yaxınlıqda 
olan  hər  hansı  “onlar”  haqqında  işləndiyi  halda,  “uha”  nisbətən 
uzaqda  olan  “onlar”  haqqında  işlədilir.  Məs.,  uşunə  əhvalşun  qəy 
xubu  (Q.)  -   onlann  vəziyyəti  çox  yaxşıdır;  yenə  həmin  ləhcədə: 
uhaya  əhvalşun  qəy  xubu  -   onlann  vəziyyəti  çox  yaxşıdır.  İlk  nə­
zərdə  bunlann  ikisi  də  eyni  şeydir.  Lakin  söhbət  iki  növ  “onlar” 
haqqında  gedir:  haqqında  söhbət  gedən  şəxslərin  birincisi  haradasa 
yaxında, ikincisi  haradasa uzaqdadır.
Müasir fars dilində şəxs əvəzlikləri  məlum olduğu kimi, təkdə 
mən,  to,  u,  cəmdə ma,  şoma,  anha  (işan)  formalanndadır.  Göründü-
1 Müq. Et: Mazandaran dilində də əmu, gilək dilində əme, lar dialektində әшо, əmu.
2  Gilək dilində də fars,  tacik və başqa dillərdən fərqli olaraq, cəmdə şəxs əvəzlik­
ləri  “u”  səsi  ilə  başlayır  və  “uman”  və  s.  olur.  Bax:  В.С.Соколова, 
Т.Н.Пахалина.  Гилекский  язык.  В  Сборы.  «Современный  Иран».  М.,  1957, 
стр.77
3 “Tat dilinin Qonaqkənd ləhcəsi”  monoqrafiyamızda səhv olaraq 3-cü şəxsin təki 
kimi  getmişdir.  Bax:  həmin monoqrafiya. Səh.62
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 7 5
yü  kimi  tat  dilində  şəxs  əvəzliklərinin  cəm  formalarının  (I,  II  şəxs) 
əvvəlində  olan  “i”  səsi  müasir  fars  dilinin  şəxs  əvəzliklərində  III 
şəxsin cəmində özünü göstərir. Tat dilində III şəxs cəm əvəzliyi,  gö­
ründüyü kimi,  fars  ədəbi  dilində  olan  “işan”  formasında deyil,  uşun 
formasındadır.  Fars  dilinin  Tehran  dialektində  də  həmin  əvəzliyin 
sonundakı  “an”,  “un”-a  çevrilir  və  bu  əvəzlik  “işun”  olur.1  Fars 
dilinin bəzi  dialektlərində  isə bu şəxs əvəzliyi  “uşun”  olur ki,  bu  tat 
dilindəki  “uşun” şəxs əvəzliyi ilə eynidir.  Həmin  hadisə təsadüfi  de­
yildir.  Fars  ədəbi  dilində  bir çox  sözlərdə  olan  “a”  səsi Tehran  dia­
lektində “u”-ya çevrilir. Bu hal tat dilində də bu şəkildədir. Məsələn:
F a r s   ə d ə b i  d i l i n d ə
T e h r a n   d i a l e k t i n d ə
T a t d i l i n d ə
Nan (çörək)
Nun
Nun (Q.), nu (Məl.)
Xane (ev)
Xune
Xunə (Q.), xune (Məl.)
Lane (yuva)
Lune
Nuna (Məl.), lüvə (Q.)
Danestən
(bilmək)
Dunestən
Danustan (Məl.), du- 
nustan, danustən (Q.)
Geran (bahalı)
gerun
gürün (Məl.), güıun (Q.)
Bitişən  əvəzliklər.  Tat  dilindəki  isimlər  aşağıdakı  bitişən 
əvəzlikləri qəbul edir.
t ə k
c ə m
Mən (mə)
mu (Q.), mun (Məl.M.)
TU (Q.), ti (Məl.), tin (M.)
şmu (Q.), şmun (Məl., M.)
Ü (Q.), i (Məl., M.)
şun (Q., Məl.), ı (M.)
Bitişən  əvəzliklər  tat  dilində  yalnız  mənsubiyyət  bildirir. 
Məs.,  Asmən bı  goudını  (M.),  əsmə  (n) bgodini  (Məl.),  əsmə  (n) bə 
godunu  (Q.)  -   atım  tövlədədir;  kitabmə  bə  sər mizü  (Q.) -  kitabım 
stolun  üstündədir;  elmən  bu  Bakı  buxundan  (Məl.),  mənə  yermə  bu 
Bakuyu  (M.)  -   uşağım  Bakıdadır  (oxuyur);  yelə  velsipetirə  biyər 
(M.)  -   uşağın  velosipedini  gətir;  dasaramun  gərmı  (M.)  -   sinfimiz 
istidir;  həyətmu  bə  dəru  gül-gugutü  (Q.)  -   həyətimiz  gül-çiçəklik-
1 Л.С.Пейсихов. Тегеранский диалект, M.,  1960, стр.  14


1 7 6
BİRİNCİ KİTAB
dir;  bı  həyətşmun  bol  gül  histı  (M.)  -   həyətinizdə  çoxlu  gül  var; 
Sergeyə küspəndüni  (M.) -  Sergeyin qoyunları və s.
3-cü  şəxsin  təkini  bildirən  ü,  i  bitişən  əvəzlikləri  saitlə  bitən 
sözlərə qoşularsa özü  ilə  bitişdiyi  söz  arasında bir qayda olaraq bir­
ləşdirici  у  samitini  tələb  edir.  Məs.:  ura  xuveyi  aftərə  vərfə  bidəri 
(bidər  vərf,  M.) -  onun  kürəyi  qarın  içinə  düşüb;  Həsənə  lapatkəyü 
bədərü  lamad  bü  (Q.)  -   Həsənin  beli  palçığın  içində  idi;  irə  lapat- 
keyi xırd bi  (Məl.),  ura lapatkeyi xırd bu (M.) -  onun beli sındı.
İşarə əvəzlikləri. Əsas işarə əvəzlikləri  aşağıdakılardır:
a) Sadə əvəzliklər: in, un (Q.), ü (Məl.), u (M.), bon (Məl.) -  o
b)  Düzəltmə əvəzliklər:  həmin,  həmən -  həmin; intərzini  (Q.), 
çanki  (Məl.),  intərün  (M.),  intə  (Q.)  -   belə;  untə  (Q.),  həçi  (M.), 
çunni,  çunü,  çuni  (Məl.)  untərzini  (Q.)  -   elə.  Bu  işarə 
əvəzliklərindən bəziləri bütün İran dilləri üçün müştərək olsa da (in, 
həmin və s.), bəziləri  tat dilinin ya özünə məxsusdur (intərzini,  həçi, 
çuni  və  s.),  ya da başqa  dillərdən  (məs.  ərəb  dilindən)  alınmış  işarə 
əvəzlikləri 
ilə 
İran 
dillərinə 
məxsus 
işarə 
əvəzliklərinin 
birləşməsindən  əmələ  gəlmiş,  tat  dilinə  məxsus  fonetik  dəyişikliyə 
uğramışdır  (Məs.:  intərün,  intərin  -   İran  dillərindəki  “in”  ilə  ərəb 
dillərindəki  “tour”  sözündən  tərün,  intərzini,  untərzini  -   un,  in  ilə 
ərəb dilinə məxsus  “tərz”  sözündən tərzini  və s.).  Misallar:  in mərdə 
bətən biri? (Q.) -  bu kişini  deyirdin?.,  u dara ki bürrə (M.) -  o ağacı 
kim kəsib? Mən  bə  tü  intərün nə  guftirə  binm  (M.) -  mən  sənə belə 
deməmişdim,  mən  bon  di  braftanum  (Məl.)  -   mən  o  kəndə 
gedirəm.,  Cavid  Beçi  çünni  bsoxtani  (Məl.)  -   Cavid,  niyə  elə 
edirsən,  çinni  ’elə  nə  küfı,  çisozi  (Məl.)  -   belə  uşağı  döyməsən, 
neyləyəsən,  intərün  guftirən çak nistı  (M.) -  belə demək yaxşı deyil, 
çunu  kor  girifte  ki,  bexoturi  mənə  ərmə  umoran  (Məl.)  -   elə  iş 
tutdun ki, onun üçün mən utanıram,  intərzini  zənə bə qızıl  gərək giri 
(Q.) -  belə arvadı qızıla gərək tutasan.
Tat dilində  in,  un sadə işarə əvəzlikləri, bəzən daha da sadələ­
şərək bir səslə -  i,  u  kimi  işlənir:  Əz  i  nemetski  lüstir,  gəlsənə astü- 
niim  betü  -   bu  alman  çilçırağından,  gəlsənə,  alım  sənin  üçün.  Bu, 
tat  dilində  qeyri-adi  hal  deyil,  bəlkə  də,  başqa  İran  dillərində  də
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 7  7
təsadüf olunan  adi  və  qanunauyğun  haldır.  Belə  ki,  məsələn,  bəluc 
dilində  də  bütün  İran  dillərində  təsadüf  olunan  “in”  —  bu  işarə 
əvəzliyi  təkcə “e”  ilə ifadə olunur.1
Tat dilinin  Abşeron  ləhcəsində  “in”  -- bu  işarə  əvəzliyi  “i”  ki­
mi  işlənərək  özündən  sonra  “rə”  (fars  dilindəki  “ra”)  sonqoşrııasmı 
qəbul  etdikdə  irə  -   “bunu”  olur  ki,  bu  da  yuxanda  qeyd  etdiyimiz 
tat  dili  normalanna  uyğun  olub,  bəluc  dili  ilə  eyniyyət  təşkil  edir, 
(bəluc dilində “bunu” -  erə)
Sual  əvəzlikləri.  Ən çox  işlənən  sual  əvəzlikləri  aşağıdakılar­
dan ibarətdir:
a)  sadə  sual  əvəzlikləri:  ki  -   kim?,  çənəm  (Q.)  -   necə?,  çi 
(Məl.,  M.),  çü  (Q.)  -   nə?,  ke  (Q.,  Məl.),  key  (M.)  -   nə  vaxt?,  Beş 
(Məl.), bol  (M.), qəy (Q.) -  niyə?
b)  düzəltmə  və  ya  mürəkkəb  sual  əvəzlikləri:  beçi  (M.),  çibi, 
çibü  (Məl.)  -   niyə?  cüvəxt  (Q.),  civəxt  (Məl.),  civaxt  (M.)  -   nə 
vaxt?, çinəmnə (Məl.) -  necə?,  çitəvər (Məl.), çitər (M.),  çütə (Q.) -  
necə?,  becə,  cüça  (Q.),  bicə  (Məl.),  biçücəa  (M.)  -   hara?  və  s.  Bu 
sual  əvəzlikləri  “a”,  “ha”,  “ho”  cəm  şəkilçilərini  qəbul  etdikdə  aşa­
ğıdakı  şəkildə olur:  kiya (Q.),  kiho  (Məl.),  kia  (M.) -  kimlər?,  çüha, 
çüya  (Q.),  çiho  (Məl.),  çia  (M.) -  nələr? Misallar:  bətü ki  gufti  (Q.) 
-  sənə kim dedi?,  çi  bire (Məl.),  çü bire (Q.), çi  birə (M.) -  nə  olub; 
’el  biçə  raft  (Məl.),  ye}  biçə  raft  (M.)  -   uşaq  hara  getdi?  şkolamu 
çirə  beıiyi  vlov  bu  (M.),  məktəbınun  beçi  çariste  (Məl.)  -  
məktəbimiz  niyə  dağılıb?,  əceho  umarani  (Məl.),  əcəha  bemarani 
(Q.)  -   haralardan  gəlirsən?  bıkia  xəbər  dari  (M.)  -   kimlərə  xəbər 
verdin?  Sonuncu  cümlələrdən  göründüyü  kimi,  cəm  şəkilçisinə 
qoşulan  sual  əvəzliyi  təkliyi,  fərdi  deyil,  yalnız  çoxluğu  bildirəndə 
işlədilir.  Sual  əvəzliyinin  sonuna  “a”  (  qeyd  etdiyimiz  kimi,  “y” 
saitlə  bitən  sözlə  şəkilçi  arasında  birləşdirici  samitdir),  ho,  ha  cəm 
əlamətlərini  artırmaqla  əvəzliyin  cəmi  düzəlir.  Lakin,  bəzən  sual 
əvəzliyi  cəm  əlamətini qəbul  etmədən  də işlədilərək cəmi -  çoxluğu
В.С.Соколова. Белуджкий язык.  В.Сборн. «Современный Иран». М.,  1957, 
стр.39


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə