Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə45/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   41   42   43   44   45   46   47   48   ...   131

1 7 8
BİRİNCİ KİTAB
ifadə  edə  bilir  ki,  bu  da  sual  əvəzliyinin  təkrarı  ilə  əmələ  gəlir, 
məsələn,  ki-ki  bstən  biyand  (Q.)  -   kimlər  gələcəklər?  bıkar  ki-ki 
mebrand  (M.)  -   işə  kimlər  gedəcəklər?  bsən  b  Şmaxi  ki-ki  bure 
(Məl.)  -   Şamaxıya  kimlər  gedəcəklər?  ki-ki  bistən  burand  (Q.)  -  
kimlər  gedəcəklər?  kiləmən  tiinə  beritın  çi-çi  avard  (M.)  -   qızım 
sənin  üçün  nələr  gətirib?  Təhviləddin  ə  Boki  çi-çi  ovorde  (Məl.)  -  
Təhviləddin Bakıdan nələr gətirib?
Cəm halda işlənən sual əvəzliyi ilə fel həmişə uzlaşmalı  oldu­
ğu  halda,  sual  əvəzliyinin  təkrarı  ilə  yaradılan  və  cəmlilik  bildirən 
sual əvəzliyi ilə cümlənin feli  uzlaşmaya da bilər.  Yəni əvəzlik cəmi 
ifadə etdiyi  halda fel  təki (vahidi) bildirə bilər.  Məs.  Bəvoyankumat 
ki-ki  raft  (Q.,  Məl.)  -   hərbi  komissarlığa  kimlər  getdilər?  (hərfən: 
getdi);  ki-ki  bistən buray  (Q.) -  kimlər gedəcək? Uşun çü-çü tapşir- 
miş  saxt  (Q.) -  onlar  nələr tapşırırdılar  (hərfən:  tapşırdı).  Təkcə bu­
nu  göstərmək  kifayətdir  ki,  sonuncu  cümlədəki  sual  əvəzliyi  təkrar 
yolu ilə deyil,  cəm  şəkilçisini qəbul etməklə cəm sual  əvəzliyi  yara­
dırsa  fel  daha  tək  deyil,  yalnız  cəm  halda  deyilməlidir.  Deməli 
isimlə  fel  mütləq  uzlaşmalıdır,  yəni  uşun  çüha  (çiho,  çia)  tapşirmiş 
saxtund -  onlar nələr tapşırdılar?
Cəm  bildirən  sual  əvəzlikləri  əvəzliyin  əvvəlinə  “b”,  “ber”, 
“bi”  qoşmalarını  artırmaqla  da  əmələ  gəlir.  Bu  zaman  vurğu  əsasən 
sual  əvəzliyinin  deyil,  önqoşmanın  üzərinə  düşür:  berrki  (M.),  beki 
(Q.),  bekiyi  (Məl.) -  kiminçün? berçi  (M.),  beçü  (Q.),  beçi  (Məl.) -  
nə  üçün?  beçücə  (Q.,  Məl.,  M.)  -   hara?  Burada  önqoşmadan  sonra 
çü, çi  sual  əvəzliyi, sonra isə  yer, məkan mənası verən  “cə” ismi gə­
lir.  Bu  halda,  bəzən  önqoşmadan  sonra  sual  əvəzliyi  tamam  düşür, 
yerdə  qalan  iki  komponent  hara?  haraya?  harada  mənalarını  verən 
əvəzliyi  yaradaraq becə, bicə şəklini ala bilir.
Mədrəsə  ləhcəsində qoşma ilə yaranan  “berçi”  (nə üçün),  ber- 
ki  (kimin  üçün)  sual  əvəzliklərindən  fərqli  olaraq  həmin  funksiyanı 
daşıyan  “kirə  beıiyi” ,  “çirə  beriyi”  kimi  geniş  işlənən  xüsusi  sual 
əvəzliyi  forması  da  vardır  ki,  tədqiq  olunan  başqa  tat  dili  ləhcə­
lərində buna  ya  əsla  təsadüf olunmur,  yəni  sual  əvəzliyinin  bu  şəkli
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 7 9
yoxdur,  ya da bəzi  ləhcəvi  fonetik  dəyişikliklə işlədilməsi istisna hal 
daşıyır.
Qayıdış  əvəzliyi  “xiştən”  (ştən  variantı  ilə).  Bu  qayıdış 
əvəzliyi  enklitik -  şəxs əvəzlikləri ilə aşağıdakı  şəkildə işlədilir:
Tək halda:
1. Xiştənmə  (Q.), xiştənmən (Məl., M.)
2.  Xiştəntü (Q.), xiştənti  (Məl.), xiştəntın (M.)
3. Xiştən  (Q.),  xiştəni  (Məl., M.)
Cəm halda:
1.  Xiştənmu (Q.),  xiştənimu (Məl., M.)
2. Xiştənşmun  (Məl., M.), xiştənşmu (Q.)
3.  Xiştənün (M.),  xiştənişun  (Məl.),  xiştənşun (Q.).
Misallar:  xiştənmə  raftüm  (Q.)  -   özüm  getdim,  xiştənşmun
mudunind (Məl.),  xiştənşmun mudustanind (M.) -  özünüz bilirsiniz; 
xiştənşun  təqsirkar  bürund  (Q.)  -   özləri  günahkar  idilər.  Belə  bir 
qayda  nəzəri  cəlb  edir  ki,  bu  qayıdış  əvəzliyi  bütün  ləhcələrdə 
əvəzliyin  birinci  hecasmdakı  “xi”  hissəsi  çox  vaxt  ixtisara  da  düşə 
bilir və qayıdış  əvəzliyi  bizim variant adlandırdığımız “ştən” şəklini 
alaraq  öz sələfi  kimi  eyni  qaydada enklitik  əvəzlikləri  qəbul edə  bi­
lir,  yəni  ştənmə  (Q.),  ştənmən  (Məl.,  M.),  ştəntü  (Q.),  ştənti  (Məl.), 
ştəntın  (M.)  və  s.  İstər  “xiştən”  qayıdış  əvəzliyinin  özü,  istərsə  də 
onun  variantı  olan  “ştən” müstəqil  şəkildə tat dilinin bütün  ləhcələri 
içərisində  yalnız  Qonaqkənd  ləhcəsində  3-cü  şəxsin  təkində  işlədi­
lir.1 Məsələn:  xiştən  əxo  vəxişt raft -   özü  yuxudan  durub  getdi,  xiştən 
vədi mənə -  o özü məni itələdi, əyəl ştən  vaçirist -  uşaq özü yıxıldı və 
s.  Məl.  ləhcəsində  də  həmin  şəxsdə,  bəzən  bu  qayıdış  əvəzliyinin 
müstəqil  işləndiyinə  təsadüf edilsə  də,  bu,  həmin  ləhcə  üçün  xarak­
terik  hal deyildir və qayıdış əvəzliyi, əsasən, 3-cü şəxs təkin enklitik 
əvəzliyini qəbul edərək xiştəni  (ştəni) variantı ilə olur.
Tat  dilinin  Quba,  Dəvəçi  və  Abşeron  ləhcələrində  bu  qayıdış 
əvəzliyi  “xuştən”  kimi  işlənir və  bir qayda olaraq şəxslər üzrə dəyi­
şilərkən  qayıdış  əvəzliyi  özü  ilə  enklitik  əvəzliklər  arasında  bir  “i”
1 M .İ.H acıyev.  T at  d ilin in   Q o n a q k ən d   lə h c ə s i,  sə h .  6 5


180
BİRİNCİ KİTAB
səsi  də qəbul  edərək  xuştənimə  və  s.  olur.  Çox  güman  ki,  bu  ləhcə­
lərdə  təsadüf olunan  həmin  hal,  yəni  iki  əvəzlik  arasında  müəyyən 
tarixi  dövrdə  bütün  tat  dili  ləhcələri  üçün  (Məl.  ləhcəsindəki  3-cü 
şəxs cəm əvəzliyinə bax) xarakterik olmuşdur ki,  sonralar dil  vahid­
lərinin  mürəkkəbdən  sadəyə doğru formalaşması  ilə  əlaqədar olaraq 
tələffüzü,  bununla da ünsiyyət vasitəsi  olan dili  və bu dilin daşıyıcı­
larının danışığını  ağırlaşdırdığı üçün  bəzi  ləhcələrdə  tamam  düşmüş 
(Q.,  M.),  bəzilərində  isə  (Məl.),  tamamilə,  düşmək  üzrədir.  Bunun 
parlaq  nümunəsini  fars  dilindəki  eyni  mənalı  qayıdış  əvəzlikləri 
olan  “xodəm”  və  “xode  mən”in  (hər  ikisi  “özüm”)  də  vəziyyəti  sü­
but  edir.  Lap  yaxın  keçmişə  qədər  istər  yazılı  ədəbiyyat,  istərsə  də 
danışıqda geniş  təsadüf olunmuş  “xod-e  mən”  formasındakı  e  izafət 
əlaməti  dili  ağırlaşdırdığı  üçün  tədricən  mürəkkəbdən  sadəliyə  doğ­
ru inkişaf edərək düşmüş,  öz  düşməsi  ilə tərkibin ikinci komponenti 
olan  “mən”  hissəsini  də  dəyişikliyə  uğramağa  vadar  edərək  “xode 
mən” -  “xodəm”  stadiyalarından  keçərək  indiki  sadə formasına  gə­
lib çatmışdır.
Həmələ, həımııə,  həmme  təyini əvəzliyi  özlüyündə topluluq, 
çoxluq,  kütlə,  hamısı  məfhumlarını  ifadə  edir.  Bu  təyini  əvəzlik 
(bunun birincisi  mürəkkəb  olub  “həmə”  və  “lə”  komponentlərindən 
ibarətdir)  enklitik  əvəzliklərin  yalnız  cəm  formalarını  qəbul  edir. 
“Həmələ”  təyini  əvəzliyi  enklitikləri  qəbul  edəndən  sonra  olduğu 
şəkildə qaldığı kimi  sonuncu saiti  “ə” formasından “e” formasına da 
düşə  bilir.  Lakin  enklitikləri  qəbul  etmədikdə  olduğu  kimi  qalır. 
Onun  qalan  iki  variantı  isə  (həmmə,  həmme)  enklitik  əvəzlikləri 
qəbul etdikdən sonra da tərkibi dəyişikliyə uğramırlar.
Misallar:  həmələ  kura burund  (Q.) -   hamı  yığışdı;  həməlemu 
amarim  (Q.)  -   hamımız  gəldik;  uvara  həmmeyi  dimuna  yolonymd 
(M.),  uşunə  həmməşun  dihmuna elhoyrund  (Məl.),  həməleyşun di- 
munə  əyəlunurund  (Q.)  -   onların  hamısı  bizim  kəndin  uşaqlandır. 
Semantik məna və cümlədəki roluna görə,  tat dilindəki  “həmələ” tə­
yini  əvəzliyi  Azərbaycan  dilindəki  hamılıqla  təyini  əvəzliyi  ilə  ey­
niyyət  təşkil  edir.  Bu  əvəzliyin  kökü  olan  həme,  həmə  özəyinin bü­
tün  İran  dilləri  üçün  müştərək  olduğu  şübhə  doğurmur.  Lakin  bu
AZƏRBAYCAN  TATLARININ  DİLİ
181
əvəzliyə  qoşulub  onu  mürəkkəbləşdirən  (beləliklə  də  iki  kom- 
ponentli  sözə  çevirən)  “lə”,  “le”  şəkilçisi,  bizcə,  Azərbaycan  dilin­
dəki “hamılıqla”  (Təbriz və İsfahan şəhəri  yaxınlığındakı  Zərrinşəhr 
şəhəri  Azərbaycanlılarının  dilində  “hamili” 1)  sözündəki  “lı”  şəkil­
çisidir ki, tat dilinə keçərək fonetik dəyişikliyə uğramışdır.
Qeyri-müəyyən  əvəzliklər.  Qeyri-müəyyən  əvəzliklər  aşağı­
dakılardır:  hər,  hər  ki,  hər kəs,  bəzi,  yəkəm,  bə ’zişi.  Bu  əvəzliklər, 
demək olar ki,  bütün  tat dili  ləhcələri  üçün xarakterikdir.  Adami  hər 
karə  namxan  (M.),  idomi  hər  çirə  nəmxori  (M.),  ədəmi  hər  çizə 
namxarü  (Q.)  -   adam  hər  şeyi  yeməz;  hər  kəsə  mənə  bədrən  dan­
lamış  bsoxtən  (Məl.),  mənə  hər ki  mıdirən  rumənə  mınxtan  (M.) -  
hər kim  məni  görür,  danlayır;  yəkəm xardi  vəxi  (Q.) -  bir qədər ye­
din, dur.
Qeyri-müəyyən  əvəzliklər  təklikdə  işləndikləri  kimi,  cəm  şə­
kilçilərini  də  qəbul  edərək  işlədilə  bilirlər.  Bə’ziya  həç  basdanund 
mən  hiçiz nabastanum  (Q.) -  bəziləri  elə bilirlər ki,  mən  heç nə  bil­
mirəm; yekəma (Q.),  yekəmiho (Məl.) -  bəziləri,  bir para adamlar.
Qeyri-müəyyən  əvəzlik  kimi  (qeyri-müəyyən  şəxsli  cümlə­
lərdə):  ou  ədəmi  (Q.),  idomi-midomin  (Məl.),  adamin-madamin 
(M.)  əvəzlikləri  də  işlədilir.  Bə  yə  ou  ədəmi  guftireyi?  (Q.),  tü  biyə 
adamin-madamin  guftirey?  (M.)  -  kiminləsə  məsləhətləşmisən?  Ye 
idomi-midomin  in karə(bastanmi? (Məl.) -  bu işi kimsə bilirmi?
İnkar əvəzlikləri. Tat dilinin inkar əvəzlikləri  aşağıdakılardır: 
hiç,  hey,  hişkəs,  hiçkəs,  hişki,  hiçiz,  hiççiyi,  hey  zad.  Mənə  hiç  kəs 
nədi.  (M.Q.) -  məni  heç kəs görmədi;  hiç  bə biyarmə nist (Q.) -  heç 
yadımda deyil;  sovxuz direktoru imən heyzad nəgufti  (M.) -  sovxoz 
direktoru mənə heç nə demədi;  qəy cəhd saxdum,  hiş ki  nə ama (Q.)
-  çox  çalışdım,  heç  kəs  gəlmədi;  qalxuz  sədri  bemən  hiççi  nəgufti 
(Məl.) -  kolxoz sədri mənə heç  nə demədi.
Tat  dilində  inkar  əvəzlikləri,  adətən,  inkar  cümlələrdə,  yəni 
xəbərin  inkar şəklində olan cümlələrdə işlənir.
1 Müəllifin keçən əsrin 60-cı illərinin oıtalannda Təbrizdə şəxsi müşahidələri.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə