17
can atır. Digər Xəzəryanı blkələrdən fərqli olaraq bu ölkədə qayıqların sayı-hesabı
yoxdur və genişmiqyaslı qanunsuz balıq ovu baş alıb gedir.
Rusiyanın cənub dənizlərində qanunsuz balıq ovunun artmasını sübut edən
faktlardan biri də Krasnodar diyarının nisbətən əlverişli hesab olunan Azov dənizi
sahillərindəki vəziyyətidir. Son bir il ərzində qanunsuz balıq ovu nəticəsində
nərəkimilərinin həcmi burada 10 dəfə azalmışdır. Xəzər dənizinin Rusiyaya aid
olan hissəsində vəziyyət daha acınacaqlıdır. Müxtəlif mənbələrə görə, burada hər il
qanunsuz olaraq bir neçə min ton nərəkimilər ovlanır. Əlbəttə, qanunsuz balıq ovu
Xəzərin digər bölgələrində də müşahidə olunur. Lakin onun həcmi Rusiya
bölgəsində aparılan qanunsuz ovdan xeyli azdır.
Nərəkimilər qədim və nadir balıq növlərindən olduğu üçün və bu
populyasiyanın sayının azalması beynəlxalq təşkilatları da narahat edir. Yox olma
həddinə çatmış nərəkimilərinin sayına nəzarət və onların mühafizəsi üçün Xəzərin
fauna və florasını daim diqqət mərkəzində saxlayan xüsusi beynəlxalq konvensiya
(CİTES) mövcuddur. Onlar Xəzəryanı dövlətlərə hər ildə nərəkimilərin
ovlanmasına və kürünün eksportuna kvotalar müəyyən edir. Hər bir Xəzəryanı
ölkəyə kvotanın həcmi müəyyən edildikdə başlıca olaraq bu ölkənin süni
balıqartırma məntəqələrindən dənizə buraxılan balıq körpələrinin sayı və dəniz
sahili ərazidərin mühafizəsinin təmin edilmə səviyyəsi nəzərə alınır.
Dənizə buraxılan körpə balıqların sayına görə Rusiya və İran xeyli irəlidədir.
2013-cü ildən etibarən Rusiya bölgəsindən dənizə 42,2 mln. ədəd balıq körpəsi
buraxılmışdır. Rusiyanın əsas balıq artımına müəssisələri Volqa çayı deltasında
yerləşdirilmişdir.
Qazaxıstanda nərəkimiləri artırma zavodları Atırau vilayətindədir. Burada 2
iri balıqartırma zavodu fəaliyyət göstərir ki, onların da hər biri ildə 3 mln körpə
balıq yetişdirmə gücünə malikdir.
2003-cü ildə Neftçalada istifadəyə verilmiş yeni balıqartırma müəssisəsi
buradan dənizə hər il 15 mln. körpə balıq buraxmağa imkan yaratmışdır. Hazırda
dənizə buraxılan körpə nərəkimilərin 15-20%-ni Azərbaycan bölgəsi təmin edir.
18
Bunu nəzərə alaraq CITES 2004-cü ildən ölkəmizə ayrılan qara kürünün
kvotasını 9 tona qaldırmışdır. Lakin Xəzərdə qanunsuz balıq ovlanmasının həcmi
artdığı üçün 2006-cı ildə bu göstərici 6,5 tona endirilmiş və sonradan (Rusiya,
Qazaxıstan, Türkmənistan ölkələri ilə birlikdə) buna da qadağa qoyulmuşdur.
Balıqların ovlanmasına, süni artırılmasına və dənizə buraxılmasına uyğun olaraq
CITES beynəlxalq təşkilatı qara kürünün eksportuna 2006-cı ildə yalnız İran
tərəfinə (44,7 ton həcmində) icazə vermişdir. Qara kürünün eksport həcmini
tənzimləyən CITES beynəlxalq təşkilatı eyni zamanda nərəkimilərin ovunu da
Xəzəryanı dövlətlər arasında bölüşdürür. Buna uyğun olaraq, 2006-cı ildən
nərəkimilərin ovlanması, müvafiq şəkildə: İrana – 500 ton, Rusiyaya – 258 ton,
Qazaxıstana – 195 ton, Azərbaycana – 92 ton icazə verilmişdir.
Xəzəryanı dövlətlərə qara kürünün eksportu üzrə ayrılmış kvotalar
(2003-2006-cı illərdə)
Ölkələr
2003
2006
Tonla
%-lə
Tonla
%-lə
İran
75,7
54
50,5
44,8
Rusiya
31,3
22,3
39,0
34,6
Qazaxıstan
25
17,9
13,2
11,7
Azərbaycan
4,5
3,2
6,5
5,7
Türkmənistan
3,6
2,6
3,5
3,2
Cəmi
140,1
100
112,7
100
2003-cü ildə İran xaricə 65 ton qara kürü ixrac etmişdir. Əgər nəzərə alsaq
ki, dünya bazarında 1 kq qara kürünün qiyməti 750 ABŞ dollarıdır, onda aydın olar
ki, İranın qara kürü satışından gəliri 50 mln. ABŞ dollarına yaxın olmuşdur. Şimali
Amerikada isə 1 kq bölgə (ağbalıq) kürüsünün qiyməti 3 min ABŞ dolarına çatır.
19
Bütün bunlarla yanaşı, «qara bazar»da yüzlərcə ton qanunsuz ovlanmış nərə
balıqlarının və qara kürünün alveri davam etməkdədir. Bu səbəbdən də bir çox
beynəlxalq təşkilatlar nərəkimilərin yox olması təhlükəsini gördükləri üçün bu
balıqların ovuna müvəqqəti qadağa qoyulması təklifini irəli sürmüşlər. Belə ki,
ABŞ-ın «Təhlükə altında olan növləri aktı»na əsasən (US.Endangered Akt) ağbalıq
da yox olmaqda olan balıqlar siyahısına daxil edilib. Eyni zamanda, müvafiq
təşkilatlar 2004-cü ildə Xəzəryanı ölkələrin dünya bazarına qara kürü
çıxarmalarına məhdudiyyət qoymuşlar.
CITES təşkilatının məlumatlarına görə, hər il Xəzərdə tutulan nərəkimilərin
70%-dən çoxu qanunsuz ovlanır. Məsələnin ən dəhşətli cəhəti ondan ibarətdir ki,
qanunsuz tutulan balıqların əsas həcmi nərəkimilərin kürütökmə dövrünə düşür.
Daha çox qara kürü əldə etmək üçün «başabəla balıqçılar» minlərlə dişi balıqları
məhv edir və beləliklə, dənizin bioloji aləminə bərpa olunmayacaq ziyan vururlar.
Xəzəryanı dövlətlərə nərəkimilərin ovlanması üzrə
ayrılmış kvotalar (2003-2006-cı illərdə)
Ölkələr
2003
2006
Tonla
%-lə
Tonla
%-lə
İran
671
45,2
500
45,9
Rusiya
417
28,1
258
23,7
Qazaxıstan
226
15,2
195
17,9
Azərbaycan
109
7,3
92
8,4
Türkmənistan
63
4,2
44,4
4,1
Cəmi
1486
100
1089,4
100
Yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün bütün Xəzəryanı
dövlətlər dənizin balıq ehtiyatlarını mühafizə etmək sahəsində əməkdaşlığı
gücləndirərək müvafiq tədbirlər planı həyata keçirməlidirlər. Yalnız birgə və