23
Bakı nəqliyyat qovşağı respublikanın ən iri nəqliyyat mərkəzi kimi sahil
ərazisində müxtəlif nəqliyyat növlərinin yerləşdirilməsi üçün əlverişli şərait
yaratmışdır. Sahil ərazisinə paralel Astara-Yalama dəmiryol və şose xətləri
potensial rekreantların sahil ərazilərinin istənilən yerində istirahət və asudə vaxt
keçirmələrinə imkan yaradır.
Quru nəqliyyatından fərqli olaraq dəniz nəqliyyatı rekreasiya təsərrufatına
hələ ki cəlb olunmamışdır. Dəniz nəqliyyatı başlıca olaraq yükdaşıma istiqamətinə
yönəldilib. Halbuki Orta və Cənubi Xəzərdə dəniz nəqliyyatı vasitəsilə turist
kruizlərinin təşkili, zənnimizsə, çox cəlbedici ola bilər. Təəccüb doğuran odur ki,
belə sahilyanı səyahətlər nəinki dövlətlərarası, hətta bir dövlət daxilinqdə sahil
akvatoriyası üzrə də hələ ki yoxdur. Bütün Xəzərin sahil zonası üzrə dəniz
kruizinin təşkili isə ilk növbədə region dövlətləri arasında əməkdaşlığın inkişafına
təkan verər və qonşu bölgələr haqqında biliklərin artmasına yardımçı olar.
Azərbaycanın sahil ərazilərinin şərti olaraq üç regiona ayırmaq olar.
Respublikamızın aparıcı iqtisadi rayonu olan Abşeron eyni zamanda ölkəmizin
əsas kurort-istirahət zonası kimi tanınır. Abşeron yarımadasının sahəsi 2,1 min
km
2
-dir. Rekreasiya məqsədi ilə istifadə olunan sahil ərazilərinin sahəsi ildən-ilə
artmaqdadır. Uzunmüddətli icarəyə götürülən sahil ərazilərində müasir tələblərə
cavab verən çimərlik servisi yaradılır. Artıq Abşeron rayonu ərazisində istirahət
mərkəzləri sahəsinin xüsusi çəkisi təxminən 30% təşkil edir. Təəssüf ki, yeni
yaradılan istirahət ocaqlarında bəzi hallarda ətraf mühitin mühafizəsi məsələlərinə
lazımi diqqət vermirlər. Belə ki, məişət tullantıları birbaşa sahil ərazilərinə
tullanılır, əmələ gələn çirkab təmizlənmədən dənizə axıdılır. Nəticədə də zahirən
kifayət qədər müasir görünən istirahət mərkəzləri ekoloji baxımdan təhlükəli
zonaya çevrilir.
Abşeron rayonunun sahil ərazilərində əsas kurort-istirahət mərkəzləri
Bilgəh, Buzovna, Mərdəkan və Pirşağıda yerləşdirilmişdir. Mütəxəssislərin
fikrincə, bu zonada 800 min nəfərlik (o cümlədən, 200 min nəfərin uzun müddətli
24
istirahəti üçün) iri istirahət zonası yaradılması mümkündür. Lakin bunun həyata
keçirilməsi üçün böyük həcmdə investisiyalar tələb olunur.
Abşeron rayonunda rekreasiya təsərrüfatının geniş inkişaf imkanlarından
tam istifadə olunmamasının əsas səbəblərindən biri xidmət sahələrinin bütövlükdə
lazımi tələblərə cavab verməməyidir. Yalnız yeni yaradılan istirahət mərkəzlərində
bu problem, demək olar, həll edilmişdir. Lakin həttə bu mərkəzlərin yerləşdiyi
sahil bölgələrində dəniz suyunun vəziyyəti də əksər hallarda sanitar-gigiyenik
tələblərə cavab vermir.
Rekreasiya baxımından respublikanın sahil ərazilərində əhəmiyyətcə ikinci
rayon Yalama-Nabran zonasıdır. Sahəsi 665 km
2
olan bu rayon Samur-Dəvəçi və
Şollar düzünü əhatə edir. Meşə zolağının bəzi yerlərdə terras üzərində birbaşa
dənizsahili qumluğa çıxması burada təkrarolunmaz landşaftlar yaradır.
Rayonun əlverişli təbii iqlim şəraiti və zəngin rekreasiya ehtiyatları burada 5
istirahət evinin, 2 turist bazasının və müxtəlif təşkilatların tabeliyində olan çoxsaylı
istirahət mərkəzlərinin yaradılmasına imkan vermişdir. Bunlardan əlavə, son illər
müasir tələblərə cavab verən özəl istirahət yerləri də istifadəyə verilmişdir. Onların
sayı artıq 15-i örtmüşdür. Məhz belə yerlərin fəaliyyəti sayəsində Azərbaycanın
digər bölgələrindən (əsasən Bakıdan) qısamüddətli istirahət üçün Nabrana
rekreantların axını artmışdır.
Uzunluğu 24 km və eni 7-9 km olan Nabran sahil zonası nadir meşə və bitki
örtüyü ilə fərqlənir. Belə təbii şərait bura hər il 100 min nəfərdən çox rekreantı cəlb
edir. Lakin istirahət mərkəzlərinin sahibləri ətraf mühitin mühafizəsi məsələlərinə
barmaqarası baxırlar. Tullantıların yığılması və utilisə edilməsi təmin olunmadığı
üçün burada hər il 600-800 m
2
çirkab suları Xəzərə axıdılır. Eyni zamanda, ildə 25
min tondan çox bərk tullantıları meşələrə atılır və təbiətin bu gözəl guşələri ekoloji
baxımdan yararsız vəziyyətə salınır.
Azərbaycanın sahil ərazilərində istirahət üçün çox əlverişli üçüncü rayon
Lənkəran-Astara zonasıdır. Ərazisi əsasən Lənkəran ovalığını əhatə edən bu bölgə
özünəməxsus landşaftı ilə digər sahilyanı zonalardan fərqlənir. Talış dağları
25
yamaclarının lap sahil zonasına kimi yaxınlaşması təbiətin rəngarəngliyini daha da
artırır. Hirkan milli parkı, Xanbulançay, İstisu meşəlikləri və digər təbiət abidələri
bura gələn turistləri heyran edir.
Lənkəran-Astara zonasının sahil zolağı əsasən qum və çaydaşlarından
ibarətdir. Sahilin bəzi yerlərində subasma nəticəsində çimərlik sahələrinin eni 5-10
metrə qədər azalmışdır. Dəmiryol xəttinin dənizə yaxınlaşdığı yerlərdə yolun
mühafizəsi üçün iri çağdaşları düzülmüşdür. Təəssüf ki, bu cür gözəl yerlərdə
servis məsələsi arzu olunan səviyyədə həll edilməyib. Buna görə bölgənin dəyərli
çimərlikləri hələ ki tam istifadə olunmur.
Turistlərin regiona cəlb edilməsi üçün marketinq işlərinin də böyük
əhəmiyyəti var. Bu məsələnin həlli üçün Azərbaycan hökuməti BMT-nin İnkişaf
Proqramı ilə birgə Bakıda Turizm İnformasiya Mərkəzi və Turizmin İnkişafına
Dəstək İB yaradılmışdır. Layihəni həyata keçirmək üçün artıq 240 min ABŞ dolları
ayrılmışdır. Bakı şəhəri ilə yanaşı, turizm informasiya mərkəzləri respublikanın
daha 7 rayonunda təşkil olunacaq. Xəzərin sahil zonasında isə belə mərkəzlərin
Lənkəran və Xaçmazda da yaradılması nəzərdə tutulmuşdur.
2004-cü ildən bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizə
gələn xarici turistlərin sayı xeyli artmışdır. Həmin il respublikamızda 1,35 mln.
nəfər turist,2014-cü ildə isə 2,5 mln.nəfər turist olmuşdur. Bu, 2003-cü ilə nisbətən
33% çoxdur. Belə artıma ölkəmizdə turizm servisinin intensiv inkişafı təsir
etmişdir. Yalnız son üç il ərzində bu sahədə fəaliyyət göstərən kompaniyaların sayı
yeddi dəfə artımşdır. Eyni zamanda, respublikamızda 52 yeni mehmanxana
kompleksi istifadəyə verilmiş və 20-də tikinti işləri tamamlanmaq üzrədir. Əfsuslar
olsun ki, bu mehmanxanaların çox hissəsi hələ də Abşeron rayonunda yerləşir.
Abşerondan kənarda, sahil ərazilərində ekoturizmin inkişafına şərait vardır.
Belə ki, nisbətən zəif mənimsənilmiş və ekoloji baxımdan «təmiz» olan Dəvəçi
Siyəzən və Qızılağac-Kürdili bölgələri ekoturizmin təşkili üçün yararlı hesab edilə
bilər.
Dostları ilə paylaş: |