«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 

40

əks  etdirmir.  Qeyd  etmək  lazımdır  ki,  aktivlərin  cari  qiyməti  bazar  konyukturası  ilə 



müəyyən olunur və o inflyasiya şəraitində uçot qiymətindən fərqlənə bilər. 

Xarici  və  ölkə  təcrübəsində  müəssisənin  əmlak  vəziyyəti  aşağıdakı  üsulların 

köməyi ilə təhlil edilir və qiymətləndirilir: 

1)  maddələrin  tərkibini  qabaqcadan  dəyişmədən  təhlilin  bilavasitə  balans-netto 

üzrə aparılması; 

2)  tərkib  etibarı  ilə  eyni  adlı  maddələrin  birləşdirilməsi  və  müqayisəli  analitik 

balansın tərtib edilməsi; 

3)  maddələri  zəruri  mövqedə  birləşdirməklə  sonradan  balansın  təkrar 

təmizlənməsi. 

Məlumdur  ki,  praktikada  müəssisənin  maliyyə  vəziyyətinin  dinamikasını 

qiymətləndirmək  məqsədilə  balans  maddələri  likvidlik  dərəcəsinə  və  öhdəliklərin 

təcililiyi  əlamətinə  görə  ayrı-ayrı  spesifik  qruplarda  birləşdirilir.  Ümumiləşdirilmiş 

formada  həmin  qruplaşdırmanı  aşağıdakı  qaydada  həyata  keçirmək  məqsədəuyğun 

sayılır (bax cədvəl 2.5). 

Cədvəl 2.5 

Müəssisənin əmlakı və onun əmələ gəlmə mənbələrinin qruplaşdırılması 

Aktiv  


Passiv  

I. Müəssisənin əmlakı 

   1.İmmobil (yayındırılmış) aktivlər 

   2. Mobil dövriyyə aktivləri: 

        a) Ehtiyatlar və məsrəflər 

        b) Debitor borcları 

        v) Pul vəsaitləri və qiymətli kağızlar 

I. Əmlakın əmələ gəlmə mənbələri 

    1.Xüsusi kapital 

    2.Borc kapitalı: 

        a) Uzunmüddətli öhdəliklər 

        b) Qısamüddətli kredit və borclar 

        v) Kreditor borcları 

 

Beləliklə,  analitik  balansdan  istifadə  etməklə  müəssisənin  maliyyə  vəziyyətini 



xarakterizə  edən  bir  sıra  göstəriciləri  hesablamaq  olar.  Həmin  göstəricilərə 

aşağıdakılar aiddir: 

1. Müəssisənin əmlakının ümumi dəyəri = balansın valyutası və ya yekunu; 

2. İmmobil aktivlərin və ya daşınmaz əmlakın dəyəri = balansın aktivinin birinci 

bölməsinin yekunu; 

3. Dövriyyə (mobil) aktivlərinin  dəyəri =  balansın aktivinin  II  və  III bölmələrin 

yekununun cəmi: 



 

41

4.  Material  dövriyyə  vəsaitlərinin  dəyəri  =  balansın  aktivinin  II  bölməsinin 



yekunu; 

5.  Debitor  borclarının  həcmi  (malgöndərən  və  podratçılara  verilmiş  avanslar 

daxil eilməklə) = balansın aktivinin III bölməsinin 199-260-cı sətirləri; 

6. Sərbəst  pul  vəsaitlərinin  məbləği (qiymətli kağızlar  və qısa  müddətli  maliyyə 

qoyuluşları daxil edilməklə) = balansın aktivinin III bölməsinin 270-310-cu sətirlər; 

7. Xüsusi kapitalın  həcmi = balansın passivinin I bölməsi  və II bölməsinin  725-

750-ci sətirlərinin cəmi; 

8.  Borc  kapitalının  həcmi  =  balansın  passivinin  II  bölməsinin  cəmi  (725-750-ci 

sətirlər istisna olmaqla); 

9.  Uzunmüddətli  kredit  və  borcların  həcmi  =  balansın  passivinin  II  bölməsinin 

500-510-cu sətirləri; 

10.  Dövriyyə  aktivlərinin  tamamlanması  üçün  qısamüddətli  kredit  və  borcların 

həcmi = balansın passivinin II bölməsinin 600-620-ci sətirləri; 

11. Kreditor borclarının həcmi = balansın passivinin 630-720 və 760-cı sətirləri; 

725-750-ci sətirlər  müəssisənin özü-özünə olan borclarını əks etdirir və təhlil zamanı 

həmin sətirlər üzrə məbləğ onun xüsusi kapitalı ilə cəmlənir. 

12.  Dövriyyədə  olan  xüsusi  vəsaitlərin  həcmi=balansın  passivinin  və  aktivinin  I 

bölmələrinin  yekunlarının  fərqi;  beləliklə,  müəssisənin  əmlak  vəziyyətini  xarakterizə 

edən  göstəricilər  bu  qayda  ilə  sistemləşdirildikdən  sonra  fəaliyyətini  təhlil  etdiyimiz 

«Azərkimyamaş»  açıq  tipli  səhmdar  cəmiyyətinin  maddələrinin  (aktiv)  dinamikasnın 

və strukturunun qiymətləndirilməsi obyektiv zərurətə çevirilir (bax cədvəl 2.6). 



 

42

Cədvəl 2.6 



Əmlakın strukturunun analitik xarakteristikası 

 

 

Aktivlərin (vəsaitlərin) növləri 

İlin əvvəlinə   İlin sonuna 

Xüsusi çəkisi 

İlin 

əvvəlinə 



İlin 

sonuna 


Mütləq ifadədə

I.Əsas vəsaitlər və dövriyyədənkənar aktivlər, 

o cümlədən 

9420494 


35276762 

65,25 


71,24 

25856268


1. Əsas vəsaitlər 

8773374 


28390144 

60,77 


57,33 

19616770


2. Kapital qoyuluşları 

544201 


6462660 

3,84 


13,05 

5908459


3. Uzunmüddətli maliyyə qoyuluşları 

2800 


302800 

0,02 


0,61 

300000


II. Dövriyyə-vəsaitləri, o cümlədən 

5016283 


14241960 

34,75 


28,76 

9225677


4. Material dövriyyə vəsaitləri 

2074549 


6067358 

14,37 


12,25 

3992809


5. Hesablamalarda olan vəsait 

2629164  

7593662 

18,21 


15,33 

4964498


6.  Pul    vəsaitləri  və  qısa  müddətli  maliyyə 

qoyuluşları 

312570 

580940 


2,17 

1,17 


268370

7. Zərərlər 





-

Əmlakın cəmi 



14436777 

49518722 

100,00 

100,00 


35081945


 

43

2.6.  saylı  cədvəlin  məlumatlarından  göründüyü  kimi,  fəaliyyətini  öyrəndiyimiz 



müəssisədə  əmlakın  dəyəri  müqayisə  olunan  dövr  ərzində  35081945  min  manat 

(243%)  artmışdır.  Bu  zaman  immobil  vəsaitlər  və  dövriyyə  aktivləri  üzrə  artım 

müvafiq  olaraq  258562268  min  manat  (274,7%)  və  92256677  min  manat  (183,91%) 

təşkil  etmişdir.  Eyni  zamanda,  təhlil  işi  aparılan  dövrdə  müəssisənin  immobil  və 

dövriyyə  aktivlərinin  nisbətində  struktur  dəyişiklikləri  baş  vermişdir.  Belə  ki,  həmin 

müddət  ərzində  dövriyyədənkənar  aktivlərin  xüsusi  çəkisi  65,25%-dən  71,24%-ə 

(artım  5,99%)  və  dövriyyə  aktivlərinin  xüsusi  çəkisi  34,75%-dən  28,76%-ə  (azalma 

5,99%)  dəyişmişdir.  Vəziyyətin  analoji  qaydada  davam  etməsi  çətin  reallaşdırılan 

aktivlərin xysüsi çəkisinin daim artmasına və təcili öhdəliklərin örtülməsi üçün zəruri 

olan  likvid  vəsaitlərin  (nəğd  pul  və  qiymətli  kağızlar)  qıtlığana  səbəb  olmaqla 

müəssisənin ödəmə qabiliyyətinə mənfi təsir göstərə bilər. 

2.6  saylı  cədvəldən  göründüyü  kimi,  immobil  aktivlərin  tərkibində  əsas 

vəsaitlərin  xüsusi  çəkisi  3,44%  punktu  azalaraq  ötən  ildəki  60,77%-dən  57,33%-ə 

enmişdir.  Bu  halda  müəssisənin  əmlakının  ümumi  dəyərinin  artımını  təmin  edən 

maddələrin  aşkara  çıxarılması  aktual  bir  problemə  çevrilir.    Fikrimizcə,  bu  problemi 

həll  etmək  üçün  immobil  vəsaitlərin  tərkibini  ətraflı  nəzərdən  keçirtmək  və 

dövriyyədənkənar  aktivlərin  hər  bir  maddəsinin  struktur  nisbətini  hesablamaq 

kifayətdir (bax cədvəl 2.7). 

Cədvəl 2.7. 

«İmmobil vəsaitlər» maddələrinin analitik qruplaşdırılması 

Göstəricilər  

İlin əvvəlinə 

İlin sonuna 

Min 

manatla 


Yekuna 

nisbətən,

%-lə 

Min manatla 



Yekuna 

nisbətən,%

-lə 







1.Qeyri-maddi aktivlər 

1314 


0,03 

60504 


0,17 

2.Əsas vəsaitlər 

8773374 

93,13 


28390144 

80,48 


3.Quraşdırılası avadanlıqlar 

88805 


0,94 

60654 


0,17 

4.Başa çatdırılmamış kapital qoyuluşları 

554201 

5,88 


6462660 

18,32 


5.Uzunmüddətli maliyyə qoyuluşları 

2800 


0,03 

302800 


0,86 

Yekunu  


9420494 

100,00 


35276762 

100,00 


 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə