«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 

34

Halbuki,  əksər  müəssisələr  qabaqcadan  ödəniş  əsasında  alınmış  pul  vəsaitlərini 



gələcək istifadə üçün qanunsuz olaraq mövcud olmayan müqavilələrə və kontraktlara 

konvertasiya edir (çevirir).  Bundan başqa, auditor  mürəkkəb  məntiqi düşüncə tərzinə 

və çıxarılmış nəticələrə əsaslanaraq yuxarıda göstərilən fərdi yoxlama obyektlərindən 

əlavə,  əsas  fondların  sıradan  çıxması,  onların  yenidən  qiymətləndirilməsi  və  bu 

hesaba  əlavə  kapitalın  artması  səbəblərinin  araşdırılması  xüsusi  diqqət  yetirməyi 

məqsədəuyğun sayır. Fikrimizcə, bu qayda ilə fərdi yoxlama obyektlərinin siyahısının 

davam  etdirmək,  gözlənilən  risklərin  tam  mənzərəsini  əldə  etmək,  maliyyə 

hesabatlarının təhlili metodikasını və hesablamaların alqoritmini seçmək olar. 

 

2.2. Auditin yekun mərhələsində tətbiq edilən analitik proseduralar və onların 

yaxşılaşdırılması problemləri 

 

Məlumdur  ki,  auditor  yoxlamaların  son  mərhələsində  maliyyə  hesabatları 



haqqında konkret  fikir söyləmək üçün onların  xülasəsini aparır  və  müəyyən olunmuş 

formada  rəy  tərtib  edir.  Lakin,  həmin  xülasəni  müstəqil  test  hesab  edilən  analitik 

prosedura  ilə  qarışdırmaq  nəzəri  və  praktiki  cəhətdən  düzgün  deyildir.  Bu  zaman 

auditior  rəyi  ayrı-ayrı  elementlərə  deyil,  bütövlükdə  mühasibat  və  maliyyə 

hesabatlarına  aid  edilir.  Fikrimizcə,  auditin  son  mərhələsində  auditor  öz  qarşısına 

mövcud  kənarlaşmaların  səbəblərinin  tədqiq  edilməsi,  həmin  göstəricilərin  həm 

məbləğ  və  həm  də  məzmun  etibarı  ilə  qiymətləndirilməsi  məqsədini  qoya  bilər.  Bu 

zaman,  auditor  maliyyə  əmsallarından  istifadəni  məqsədəuyğun  sayır  və  onların 

qarşısında qoyulan tələbləri aşağıdakı kimi formalaşdırır: 

1.  Maliyyə  əmsallırının  kritik  hədləri  normativ  sənədləri  və  sahə  təlimatlarına 

müvafiq  olaraq  müəssisənin  özü  tərəfindən  etalon  (optimal  səviyyə)  kimi  müəyyən 

edilir. 


2.  Xalis  aktivlərin  hesablanması  qaydası  «Mühasibat  uçotu  haqqında» 

Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir. 

3. Ödəmə qabiliyyətinin bərpa edilməsi və itirilməsi əmsalları mühasibat balansı 

əsasında  3,6,9  və  12  ay  üçün  hesablanır.  Cari  likvidlik  və  xüsusi  vəsaitlə  təmin 




 

35

olunma  əmsallarından  birinin  səviyyəsi  müəyyən  olunmuş  kritik  həddən  (müvafiq 



olaraq 2 və 0,1) aşağı olduqda, ödəmə qabiliyyətinin bərpası əmsalı  müəyyən olunur. 

Bu  zaman,  ödəmə  qabiliyyətinin  bərpa  dövrü  kimi  6  ay  götürülür.  Praktikada, 

balansın  strukturunun  qeyri-qənaətbəxş  olması  əlamətləri  müşahidə  edildikdə  ödəmə 

qabiliyyətinin  itirilməsi  əmsalı  hesablanılır.  Ölkə  və  xarici  təcrübədə  ödəmə 

qabiliyyətinin mümkün itirilmə dövrünün müddəti 3 ay həddində qəbul olunur. 

4.  Dövriyyə  kapitalından  istifadəni  xarakterizə  edən  bir  sıra  göstəricilərin  kritik 

səviyyəsi sivilizasiyalı bazar iqtisadiyyatına malik ölkələrdə qəbul edilmiş hədlərə (1. 

ehtiyatların dövranı əmsalı – ildə 3 dövr; 2. debitor borclarının dövranı əmsalı – ildə 5 

dövr) tam uyğun gəlir. 

Məlumdur ki, bazar iqtisadiyyatı şəraitində hər bir  müəssisənin sahə xüsusiyyəti 

və  mülkiyyət  münasibətləri  nəzərə  alınmaqla  dövriyyə  kapitalından    istifadəni 

xarakterizə  edən  əmsalları  normativləri  hazırlanır  və  tətbiq  olurun.  Fikrimizcə, 

göstəricilərin  təklif  olunan  qiymətinə  müəssisənin  fəaliyyət  sferasının  və  kapitalın 

dövranının  xüsusiyyətlərini  əlavə  etməklə  daha  optimal  kriteriyaya  yaxınlaşmaq 

mümkündür.  Çünki,  bəzi  hallarda  kommersiya  tsiklinin  uzunluğu  ilə  kreditor 

borclarının  silinmə  müddəti  üst-üstə  düşmür,  və  cari  aktivlərlə  müqayisədə  xüsusi 

dövriyyə vəsaitlərinə tələbat az olur. 

Qeyd  etmək  lazımdır  ki,  idarəetmənin  ən  mühüm  funksiyalarından  biri  sayılan 

auditin  təşkili  prosesində  mühasibat  balansının  oxunması  və  təhlili  problemlərinə 

geniş  yer  verilir.  Çünki,  auditor  «konkret  iqtisadi  təhlil  nəticəsində  əldə  olunmuş 

informasiyalardan 

istifadə 

etməklə 

təsərrrüfat 

subyektlərinin 

mənfəətinin 

dinamiyasını  və  dəyişmə  perspektivlərini,  müəssisənin  sərəncamında  olan  resursları 

və  onlardan  istifadənin  səmərəliliyini  qiymətləndirə  bilər».  Belə  bir  şəraitdə 

mühasibat  və  maliyyə  hesabatlarının  təhlilinin  detallaşdırılmış  şəkildə  aparılması 

məqsədəuyğun  sayılır.  Məlumdur  ki,  nəzəriyyə  və  praktikada  ekspres-təhlil 

çərçivəsində  məhdud  sayda  əsas  göstəricilərin  hesablanması,  qiymətləndirilməsi  və 

onların  dinamikada  təhlili  həyata  keçirilir.  Bunun  əksinə  olaraq  daha  çox 

əməktutumlu  sayılan  dərinləşdirilmiş  maliyyə  təhlili  prosesində  bir  sıra  iqtisadi 

göstəricilərin  hesabalnması  və  qiymətləndirilməsi  ilə  yanaşı  biri-biri  ilə  qarşılıqlı 




 

36

əlaqədə  olan  cədvəllər  sistemi  qurulur.  Fikrimizcə,  təcrübədə  determinləşdirilmiş 



amilli təhlilinin sahə modellərindən də istifadə edilə bilər. 

Məlumdur  ki,  maliyyə  təhlilinin  ölkə  təcrübəsində  «qarşılıqlı  əlaqəli  analitik 

cədvəllər  sisteminin  qurulması;  balansın  ayrı-ayrı  maddələrinin  detallaşdırılmış 

təhlili; determinləşdirilmiş modellər sisteminin köməyi ilə amilli təhlil» kimi analitik 

metodlar  geniş  tətbiq  edilir.  Bundan  başqa,  auditor  arayışının  hazırlanması 

mərhələsində  aşağıdakı  analitik  proseduralardan  istifadə  olunur:  1)  mühasibat 

hesabatlarının faktiki göstəriciləri ilə sifarişçi tərəfindən müəyyən edilmiş biznes-plan 

göstəricilərinin  müqayisə  edilməsi;  2)  maliyyə  əmsallarının  hesablanması  və  onların 

dinamikasının  təhlili;  3)  nisbi  əmsalların  keçmiş  dövrün  göstəriciləri  ilə  müqayisə 

olunması.  Fikrimizcə,  audit  prosesində  daha  optimal  nəticəyə  nail  olmaq  üçün 

maliyyə  vəziyyətinin  və  maliyyə  nəticələrinin təhlili  metodikası  müxtəlif  mərhələləri 

əhatə etməklə işlənib hazırlana bilər: 



I mərhələ: Müəssisənin əmlakı və  onun  əmələ gəlmə mənbələrinin təhlili  və 

qiymətləndirilməsi;  Məlumdur  ki,  bazar  münasibətlərinə  keçidlə  əlaqədar  sahə 

mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq yeni mühasibat hesabatı 

formaları  tətbiq  edilir  və  onun  tərtibi  qaydası  dəyişilir.  Yeni  hesabat  bazar 

münasibətlərinə  əsaslanır  və  müəyyən  dərəcədə  mühasibat  uçotunun  beynəlxalq 

standartlarının  tələblərinə  cavab  verir.  Aydındır  ki,  mühasibat  hesabatının  məzmunu 

və  tərtibindəki  yeniliklər  həmin  hesabatdakı  informasiyanın  oxunmasını  və  onların 

əsasında aparılan maliyyə münasibətlərinin təhlilini çətinləşdirir. 

Məlumdur ki, mühasibat balansı hesabat dövrünün əvvəlinə nisbətən müəssisənn 

maliyyə  və  əmlak  vəziyyətinin  dəyişməsini  xarakterizə  edir.  Lakin,  eyni  balans 

forması «xüsusi dövriyyə vəsaitlərinin artıqlığı (çatışmazlığı)» göstəricisindən istifadə 

etməklə  müəssisənin  əmlak  vəziyyətinin  analitik  cəhətdən  qiymətləndirilməsini 

çətinləşdirir.  Aydındır  ki,  müasir  şəraitdə  mühasibat  balansı  investorlar,  kreditorlar, 

tərəfdaşlar  və  payçılarda  müəssisənin  sabit  əmlak  və  maliyyə  vəziyyətinə  malik 

olmasına əminlik yaradan zəruri informasiya daşıyıcısı hesab olunur. 

Göründüyü  kimi,  mühasibat  uçotunun  beynəlxalq  standartlarının  tələblərinə 

müvafiq  tərtib  edilən  mühasibat  hesabatları  maliyyə  təhlilinin  yeni  metodikasından 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə