«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 

26

material  və  hazır  məhsul  qalıqlarının  dəyişməsi  mənfi  kəmiyyət  təşkil  edir. 



Fikrimizcə,  auditor  yuxarıda  qeyd  olunan  bu  cür  qeyri-adi  nisbətin  səbəbini  istehsal 

tsiklinin dəyişməsinə görə və onu istehsal sahəsi ilə əlaqələndirə bilər. Eyni zamanda, 

auditor,  təcrübədə  bir  qayda  olaraq  istehsal  prosesi  mərhələlərinin  uçotda  qeyri-

düzgün  əks  etdirilməsi  riskini  təxmin  edir  və  bəzi  hesablar  üzrə  qalıqların  xüsusi 

çəkisinin  dəyişməsi  səbəblərinin  aydınlaşdırılmasını  yoxlamanın  fərdi  obyekti  kimi 

nəzərdə tutur. Aydındır ki, yoxlamanın gedişi həmin fərdi obyektin planlaşdırmasının 

effektliyini  göstərir.  Məhz  buna  görə  də  yoxlamanın  sonrakı  mərhələsində  il  ərzində 

bitməmiş istehsalın kalkulyasiyası metodikasının əsassız olaraq dəyişdirilməsi istehsal 

tsiklində  faktiki  iştirak  etməyən  xammal  və  material  qalıqlarının  onun  tərkibinə 

edilməsi və hazır məhsulun mədaxilinin gecikdirilməsi səbəbləri diqqətlə araşdırılır. 

2.1.  saylı  cədvəldən  göründüyü  kimi,  fəaliyyətini  yoxladığımız  müəssisədə 

xüsusi və borc vəsaitlərinin nisbəti əmsalının dinamikası (artım meyli) 0,42-dən 0,76-

ya  qədər  dəyişir.  Bu  isə,  öz  növbəsində,  auditora  vəsait  mənbələrinin  müəssisə 

öhdəliklərinin artımı istiqamətində kifayət qədər aktiv surətdə yenidən bölüşdürülməsi 

haqqında  obyektiv  fikir  söyləməyə  imkan  verir.  Lakin,  təhlil  işi  apardığımız 

müəssisədə  həmin  vəsait  mənbələrinin  artımı  dövriyyədən  kənar  aktivlərin  adekvat 

(eynigüclü,  bərabər)  artımı  ilə  müşahidə  olunmur.  Bizim  fikrimizcə,  müəssisənin 

artan  öhdəliklərinin  əsas  hissəsi  dövriyyə  vəsaitlərinin  artım  mənbələrini  təşkil 

etdikdə belə bir vəziyyət özünü biruzə verir. Məxrəcdə bankın qısamüddətli kreditləri 

və  qısamüddətli  öhdəlikləri  əks  etdirilmiş  likvidlik  əmsalları  da  bunu  təsdiq  edir. 

Deməli, bazar münasibətləri şəraitində müəssisənin dövriyyə vəsaitlərinin artımı onun 

digər təşkilatlar qarşısında olan öhdəliklərin artımına tam uyğun gəlir. 

Məlumdur  ki,  yoxlamaların  planlaşdırılmasının  növbəti  mərhələsində  maliyyə 

(mühasibat) hesabatlarının mütləq və nisbi göstəriciləri  müqayisə edilməklə mümkün 

risk  zonaları  müəyyən  olunur.  Bu  məqsədlə,  auditor  tərəfindən  maliyyə  (mühasibat) 

hesabatlarının  ayrı-ayrı  göstəricilərinin  xüsusi  çəkisi  hesablanılır  və  onların  köməyi 

ilə  balansın  eyni  adlı  maddələr  qrupunun  yoxlanılmasına  sərf  olunan  vaxtın  miqdarı 

bölüşdürülür.  Lakin,  fəaliyyətini  araşdırdığımız  müəssisənin  balansının  ativində 

dövriyyəsindən  kənar  aktivlərin  böyük  xüsusi  çəkiyə  malik  olması  yoxlamanın 



 

27

ardıcılığını  və  metodikasını  dəyişir.  Belə  ki,  müəssisənin  mühasibat  balansından 



göründüyü  kimi,  hesabat  ilinin  əvvəlinə  əsas  fondlar  bütün  aktivlərin  28,33%-ni 

bitməmiş kapital qoyuluşları isə 30,53%-ni təşkil edir. 




 

28

Cədvəl 2.2. 



01.01.2014 tarixə müəssisənin müqayisəli analitik balansı  

(aktiv maddələri üzrə) 

Balansın 

aktiv 

maddələrinin 



sətir kodu 

İlin 


əvvəlinə 

İlin sonuna 

Madələrin xüsusi çəkisi 

Kənarlaşma (+;-) 

İlin 

əvvəlinə 



İlin sonuna 

Mütləq 


ifadədə 

Xüsusi çəki 

etibarı ilə 





012 



7911075 

7099212 


28,33 

14,87 


-811863 

-13,46 


022 

12963 


33699 

0,05 


0,07 

+20736 


+0,02 

040 


8936724 

14660003 

32,00 

30,70 


+5723279 

-1,30 


050 

5516 


5516 

0,02 


0,01 

-0,01 



080 

16866278 

21798430 

60,40 


45,65 

+4932152 

-14,75 

100 


3492396 

7010997 


12,51 

14,68 


+3518601 

+2,17 


122 

79223 


168231 

0,28 


0,35 

+89008 


+0,07 

130 


148511 

697199 


0,53 

1,46 


+548688 

+0,93 


140 

92853 


745623 

0,33 


1,56 

+652770 


+1,23 

150 


1158179 

2399564 


4,15 

5,03 


+1241385 

+0,88 


175 

851004 


1294026 

3,05 


2,71 

+443022 


-0,34 

180 


5822166 

12315640 

20,85 

25,79 


+6493474 

+4,94 


199 

707109 


893780 

2,53 


1,87 

+186671 


-0,66 

200 


620027 

1867508 


2,22 

3,91 


+1247481 

+1,69 


220 

1781 


1781 

0,01 


0,01 



250 

1643665 


2935831 

5,89 


6,15 

+1292166 

+0,26 

260 


1280957 

3787130 


4,59 

7,93 


+2506173 

+3,34 


280 

1355 


852 

0,01 


0,01 

-503 


290 


829229 

828789 


2,96 

1,73 


-440 

-1,23 


300 

3203936 



6,71 


+3203936 

+6,71 


310 

149609 


114081 

0,54 


0,24 

-35528 


-0,30 

330 


5233732 

13633688 

18,75 

28,56 


+8399956 

+9,81 


360 

27922176 

47747758 

100,00 


100,00 

+19825582 



 

Fikrimizcə,  dövriyyədən  kənar  aktivlərin  böyük  xüsusi  çəkiyə  malik  olması 

materialtutumu və fondtutumu yüksək olan maddi istehsal sahələri üçün adi hal sayıla 

bilər. Məhz buna  görə də, auditor optimal  nəticəyə  nail olmaq  üçün  maddi aktivlərin 

formalaşması sahəsində aparılan yoxlamaların dövriyyələrinin artırılması barədə qərar 

qəbul  edir.  Yoxlamanın  gedişində  auditor,  ilk  növbədə  daha  bahalı  əsas  fond 

obyektlərinin  əldə  edilmə  şəraitini  və  bitməmiş  istehsala  məsrəflərin  xarakterini 

araşdırır.  Hesabat  məlumatlarından  göründüyü  kimi,  fəaliyyətini  təhlil  etdiyimiz 

müəssisədə  xərclərin  böyük  hissəsini  yoxlanılan  dövrə  qədərki  müddətdə  əldə  edilən 

əsas  vəsaitlərin  köhnəlmə  məbləği  təşkil  edir  və  bunu  auditor  risk  sahəsi  kimi 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə