“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

34 

 

müharibə nəticəsində Azərbaycan iqtisadiyyatı digər MDB ölkələrinin iqtisadiyyatları 



ilə müqayisədə daha çox problemlərlə üzləşmişdi [66].  

Sovet  İttifaqının  süqutu  nəticəsində  keçmiş  müttəfiq  respublikalar  arasında 

iqtisadi əlaqələrin qırılması, bütün postsovet ölkələrində olduğu, kimi  Azərbaycanda 

da  sənaye  istehsalının  tənəzzülü,  investisiya  və  innovasiyaların  çatışmazlığı, 

qiymətlərin və işsizliyin artması, əhalinin rifah halının pisləşməsi ilə müşayiət olunan 

dərin böhranla nəticələndi [71].  

O dövrdə ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan sosial gərginliyi 

azaltmaq  məqsədilə  əmək  haqqının  və  sosial  ödənişlərin  yüksəldilməsi  cəhdləri  və 

çoxsaylı  güzəştlərin  tətbiqi    inflyasiya  prosesinin  daha  da  sürətlənməsinə  və 

hiperinflyasiyaya  çevrilməsinə  səbəb  oldu.  Birmənalı  qeyd  etmək  olar  ki,  iqtisadi 

inkişafın  birinci  mərhələsində  aparılmış  zəif  islahatlar  və  kosmetik  iqtisadi  tədbirlər 

nəticəsində  bütün  iqtisadi  indikatorlarda  neqativ  meyllər  müşahidə  olunmuşdu.  Belə 

ki, 1991-ci ildə ÜDM 2,7 milyard manat olmuş, 1991-1995-ci illər ərzində  hər il 13-

20% azalaraq  53% aşağı düşmüşdü. 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı 

ilə  nisbətən  2,07  dəfə  artdığı  halda,  növbəti  illərdə  bu  artım  bir  neçə  dəfə  çox 

olmuşdu.  1992-ci  ildə  istehlak  qiymətləri  1991-ci  ilə  nisbətən  10,12  dəfə,  1993-cü 

ildə  1992-ci  ilə  nisbətən  12,3  dəfə,  1994-cü  ildə  1993-cü  ilə  nisbətən  17,65  dəfə 

artmışdı [65].  

Müstəqillik  əldə  ediləndən  sonra  ölkə  iqtisadiyyatında  başlayan  böhranın 

qarşısını  yalnız  1996-cı  ildə  almaq  mümkün  oldu.1997-ci  ildən  etibarən  isə  ölkə 

iqtisadiyyatında  müəyyən  irəliləyişlərə  nail  olundu.  İqtisadi  inkişafın  ikinci 

mərhələsində ölkədə əsasən aşağıdakı üç istiqamət üzrə tədbirlər həyata keçirilib: 

1. liberal-demokratik yönlü bazar prinsiplərinə əsaslanan  iqtisadiyyatın 

yaradılması;  2.  ölkənin    neft-qaz  yataqlarının  işlənməsi;  3.  dünya  iqtisadiyyatı  ilə 

qlobal və regional səviyyədə inteqrasiyanın gücləndirilməsi. 

Bu  dövrdə  iqtisadiyyatda  islahatlar  həyata  keçirilməyə  başlanmış,  xarici  ticarət 

və  iqtisadi  proseslər  liberallaşdırılmış,  yeni  neft  yataqlarının  işlənməsi  üçün  xarici 

şirkətlərlə  müqavilə  imzalanaraq,  ölkəyə  xarici  investisiyaların  cəlb  edilməsi  üçün 

iqtisadi qanunvericilik yenidən işlənilmişdi.  



35 

 

1995-ci  ildən  başlayaraq  Azərbaycanda  iqtisadi  inkişaf  modeli  formalaşmağa 



başlamış  və  bu  model  üzrə  həyata  keçirilən  siyasət  tez  bir  zamanda  ölkə 

iqtisadiyyatında  əsaslı  keyfiyyət  dəyişikliklərinə  səbəb  olmuşdu.  Bu  dəyişikliklər 

nəticəsində  ölkədə  makroiqtisadi  sabitliyə  nail  olunmuş,  1997-ci  ildən  başlayaraq  

dinamik  iqtisadi  inkişafın  təməlini  qoymaq  mümkün  olmuşdu.  Belə  ki,  1996-cı  ildə 

ÜDM-in artım sürəti 1,3%, 1997-ci  ildə 5,8%, 1998-2004-cü  illərdə  isə orta  hesabla 

10%  təşkil  etmişdi.  Digər  tərəfdən,  2001-2005-ci  illər  ərzində  ÜDM-in  artımı  orta 

hesabla  13  faiz  təşkil  edirdisə,  qeyri-neft  ÜDM-in  artımı  orta  hesabla  11  faiz 

olmuşdu. 2005-ci ildə Azərbaycanda əhalinin adambaşına gəliri Atlas üsulu ilə 1260 

ABŞ  dolları,  AQP  (alıcılıq  qabiliyyəti  pariteti)  üsulu  ilə  isə  4010  ABŞ  dolları  təşkil 

etmişdi.    1998-ci  ildə  Rusiyada  maliyyə  böhranının  baş  verməsinə  və  1998-1999-cu 

illərdə  neft  qiymətlərinin  kəskin  aşağı  düşməsinə  baxmayaraq,  Azərbaycanda 

makroiqtisadi  və  maliyyə  sabitliyini  qorunub  saxlamaq  mümkün  olmuşdur.  1996-

2006-cı illər ərzində ÜDM-in orta illik artım tempi təxminən 11 faiz, o cümlədən neft 

və qaz sektoru üzrə 22% təşkil edərək iqtisadi artımın yaradılmasında əsas rola malik 

olmuşdu. 1990-cı illərin əvvəllərində inflyasiya üçrəqəmli səviyyədən 1990-cı illərin 

sonuna  birrəqəmli  göstəriciyə  düşmüşdü.  1994-1997-ci  illərdə  büdcə  kəsiri 

əhəmiyyətli dərəcədə azalaraq qeyri-neft sektoru üzrə ÜDM-in 12 faizindən 2 faizinə 

qədər azalmışdı. 2000-ci ildə yüksək neft qiymətləri hesabına büdcədə  kiçik profisit 

qeydə alınmışdı.  1995-ci ildən sonra iqtisadiyyatda hər il baş verən artım nəticəsində  

2005-ci ildə ÜDM istehsalı 1990-cı il səviyyəsinə çatmışdı. (Cədvəl 2.1.)   

Azərbaycanda  iqtisadi  inkişafın  üçüncü  mərhələsi  2005-ci  ildən  sonrakı  dövrü 

əhatə edir. 2005-ci  ilin  yekunları onu  göstərdi ki, Azərbaycanda  makroiqtisadiyyatın 

bütün  göstəriciləri  üzrə  əsaslı  artım  baş  verib.  ÜDM-in  fiziki  həcm  indeksi  26,5 

artmış və 2006-cı ildə  iqtisadi artım 34.5 təşkil etmişdi.  Bu,  dünya ölkələri arasında 

iqtisadi artım tempinə görə ən yüksək nəticə idi. Adambaşına düşən ÜDM-in artması 

hesabına  beynəlxalq  maliyyə  təşkilatlarının  təsnifatında  Azərbaycan  aşağı  gəlirli 

ölkələr (low income) siyahısından çıxarılaraq orta gəlirdən aşağı gəlirli (lower middle 

income)  ölkələr  qrupuna  aid  edilmişdir  [85].  İqtisadiyyatda  aparılan  islahatlar  və 

hökumətin  yerinə  yetirdiyi  iqtisadi  layihələrin  nəticəsi olaraq,  Azərbaycanda  iqtisadi 



36 

 

artımı  xarakterizə  edən  digər  əsas  göstəricilər  -  sənaye  və  kənd  təsərrüfatı 



məhsullarının  istehsalı,  tikinti,  nəqliyyat,  əsas  kapitala  qoyulan  investisiya 

qoyuluşları,  əhalinin  real  pul  gəlirləri,  pərakəndə  ticarət  dövriyyəsi  və  digər 

göstəricilər əvvəlki illə müqayisədə artmışdı. 

Cədvəl 2.1. 

 

İstehsalın bərpa olunma səviyyəsi



 

  

ÜDM 1995=100 



Sənaye istehsalı 

1995=100 

Kənd təsərrüfatı 

istehsalı 

1995=100 

Kapital qoyuluşu   

1995=100 

1995 


100 

100 


100 

1996 



128,1 

135,1 


127,3 

1997 



148,0 

154,9 


117,4 

1998 



161,2 

145,4 


126,8 

100 


1999 

176,9 


162,7 

136,1 


84,2 

2000 


221,1 

205,5 


153,1 

87,8 


2001 

249,1 


212,8 

170,9 


106,2 

2002 


284,1 

226,9 


184,8 

191,1 


2003 

334,9 


281,3 

199,6 


343,5 

2004 


399,8 

336,6 


216,4 

446,5 


2005 

586,9 


525,6 

253,8 


523,4 

2006 


878,5 

877,7 


291,1 

565,5 


2007 

1329,1 


1270,2 

401,6 


677,7 

2008 


1881,0 

1681,1 


482,4 

902,0 


2009 

1668,5 


1274,1 

523,6 


700,7 

2010 


1990,1 

1579,8 


533,5 

898,5 


2011 

2440,8 


1977,8 

622,6 


1161,0 

2012 


2565,5 

1951,7 


666,6 

1397,6 


2013 

2726,7 


1914,1 

721,6 


1619,2 

2014 


2764,0 

1813,1 


719,0 

1598,2 


 

2005-ci  ildə  ÜDM  istehsalının  bərpa  olunmasına  baxmayaraq,  sənaye  istehsalı 

1990-cı  ilin  səviyyəsinə  ancaq  2009-cu  ildə  çatmışdır.  Son  illər  hasilat  sənayesində 

baş  verən  sürətli  artım,  ümumilikdə  sənaye  istehsalını  böhrandan  əvvəlki  səviyyəyə 

çatdırsa da, bu digər sahələrə nisbətən daha zəif olmuşdur. Bunun əsas səbəbi, böhran 

illərində  digər  sahələrə  nisbətən  sənayenin  daha  çox  iflasa  uğramasıdır.  Kənd 

təsərrüfatı  istehsalı  isə  2008-ci  ildə  bərpa  olunmuşdur.  ÜDM-in  bərpa  olunmasında  

bütün  mənbələr  hesabına  iqtisadiyyata  qoyulan  kapital  qoyuluşları,  əsasən  də  xarici 

investisiyalar əsas rol oynamışdır.  

 Son  illərdə  ÜDM-in  həcmi  böhrandan  əvvəlki  səviyyəyə  çatsa  da  

Azərbaycanın  iqtisadi  inkişaf  göstəriciləri  dünya  ölkələrindəkindən    hələ  də  kəskin 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə