“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

54 

 

III FƏSIL   



QLOBALLAŞMA ŞƏRAİTİNDƏ IQTISADI ARTIM VƏ GENİŞ TƏKRAR 

İSTEHSALIN İNVESTİSIYA PROBLEMLƏRİNİN  

HƏLLİ YOLLARI 

 

3.1.  Qloballaşma şəraitində iqtisadi artımın və geniş təkrar istehsalin vəzifələri 



və iqtisadi sabitliyinin təmin olunmasının əsas istiqamətləri 

 

Bazar  iqtisadi  sisteminə  keçid  iqtisadi  artım  probleminə  yeni  baxımdan 



yanaşmanı  tələb  edir.  Bu  cəmiyyətin  daha  harmonik  inkişafı  və  onun  müxtəlif 

tərəflərinin inkişafa öz təsirini göstərməsinin nəticəsidir. Bununla yanaşı, bu proses 

daxilində  təzahür  edəcək  müxtəlif  fərqləri  də  nəzərə  almaq  lazımdır.  Buraya 

aşağıdakıları  daxil  edə  bilərik:  ölkədə  iqtisadi  artımın  xüsusiyyətləri  və  əsaslı 

sosial-iqtisadi  məqsədlərin  artırılması;  iqtisadiyyatın  intensivləşdirilməsi  bazası 

əsasında kompleks inkişafı; ölkənin elmi-texniki tərəqqiyə bütöv qoşulması; sosial 

inkişafın sürətləndirilməsi və s.  

Əgər  qeyd  etdiyimiz  problemlər  uğurla  həyata  keçirilərsə,  bu  məsələlərin 

həllinə  nail  ola  bilərik.  Lakin  iqtisadi  artım  tempinin  seçilməsi,  bizim  fikrimizcə, 

arternativliyə  əsaslanmalıdır.  Belə  bir  əsaslanma  seçim  probleminin  fərqlən-

dirilməsi  ilə  səviyyəvidir.  Məlumdur  ki,  iqtisadi  artım  kəmiyyət  və  keyfiyyət 

amilləri  ilə  əlaqədardır.  Burada  belə  bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  istehsal 

olunan məhsulun kəmiyyət artımını onun keyfiyyət artımı ilə eyniləşdirmək olmaz. 

Çünki  əgər  adambaşına  maddi  və  mənəvi  nemətlər  artırsa,  bu  yeni  tələbatın 

meydana  gəlməsinə  səbəb  olur.  Belə  bir  şəraitdə  iqtisadi  artım  yeni  keyfiyyət 

halına düşür və bu da öz növbəsində yeni təklifi ödənilməsinə stimul yaradır. 

Kəmiyyət  dəyişiklikləri  hər  bir  şəraitdə  iqtisadi  artımın  dinamikasını 

xarakterizə  etməlidir.  Ancaq  istehsal  münasibətləri  sistemində  olan  dəyişikliklər 

nəzərə  alınmasa,  istehsalın  son  nəticəsinin  mahiyyəti  də  öz  əhəmiyyətini  itirmiş 

olar. Deməli, əgər cəmiyyətdə tələbata daxil olmaya külli miqdarda məhsul istehsal 

edilmişsə,  resurslardan  tam  istifadə  olunmuşsa,  əhalinin  məşğuliyyəti  təmin 



55 

 

olunmuşdursa,  bu  hələ  o  demək  deyildir  ki,  ölkənin  iqtisadi  artım  sürəti 



yüksəlmişdir.  Belə  bir  vəziyyət  müəyyən  hadisələrlə  əlaqədar  da  ola  bilər.  Ona 

görə  də  iqtisadi  artıma  nail  olmaq  üçün  mütləq  onun  kəmiyyət  tərəfi  ilə  yanaşı 

keyfiyyət  tərəfini  də  nəzərə  almaq  lazımdır.  Qeyd  etmək  lazımdır  ki,  istehsal 

olunan  məhsullar  əgər  adamların  həyat  səviyyəsini  keyfiyyətcə  yaxşılaşdırmırsa, 

onda  iqtisadi  artımın  məzmunu  əks  etdirmir.  Bizim  respublikamız  təbii  və  əmək 

resursları  ilə  zəngin  olduğu  üçün  müasir  texnologiya  əsasında  və  xərclərin 

artırılması  yolu  ilə  resursların  səmərəli  bölgüsü  problemini  həll  etmək  olar.  Bu 

problemin  həlli  üçün  dövlətin  iqtisadi  həyatda  oynayacağı  rolun  gücləndirilməsi 

olduqca  vacibdir.  Belə  bir  vəziyyətdə  əsas  məsələ  dövlətin  bu  çətin  situasiyadan 

düzgün və effektli istifadə etməsidir. Eyni zamanda təbii təmayüllərin pozitiv təsiri 

sürətləndirilməlidir.  Hal-hazırda  xüsusi  sektor  maliyyə  imkanı  problemi  ilə 

üzləşdiyinə görə bütün resurslardan tam və effektli istifadə etmək mümkün deyil. 

Iqtisadi  artımın  məhdudlaşmasına  bir  sıra  amillər  təsir  göstərir.  Bu  amillərə 

aşağıdakılar daxildir:  

  müxtəlif istehsal sahələrinin aşağı rentabelli olması;  

  real sektorun inkişafı üçün daxili investisiyadan istifadənin məhdud olması; 

  kapitalın müxtəlifliyinin və investisiya resurslarının modelliyini təmin edən 

bazar iqtisadiyyatıın inkişaf etməməsi;  

  texniki inkişaf səviyyəsinin aşağı olması; ixtisas hazırlığının artım sürəti ilə 

əhalinin artım sürəti arasındakı nisbətin qeyri-proporsianallığı və s.  

Bu  amillər  iş  qüvvəsinə  təsir  göstərməklə  iqtisadi  artımın  mühüm  göstəricisi 

kimi ölkənin iqtisadi inkişaf proqramının öncül tərəflərindən biridir. 

Qeyd  etdiyimiz  məsələlərlə  yanaşı  iqtisadi  artımla  əlaqədar  olaraq 

Azərbaycanda  məşğulluq  probleminə  də  diqqət  yetirmək  lazımdır.  Istehsal 

imkanlarından tam istifadə edilməyəndə işsizlik baş verir. Bildiyimiz kimi, ölkənin 

milli  məhsulunun  və  ya  ümumi  gəlirinin  artımının  xeyli  hissəsi  əsaslı  vəsait 

qoyuluşunun  yüksəlməsi  hesabına əldə olunur.  Amma burada əsas problem  daxili 

investisiya  mənbələrinin  cəlb  edilməsinin  stimullaşdırılmasıdır.  Məlumdur  ki, 

işçinin  əmək  məhsuldarlığı  vaxt  yüksəlir  ki,  o  vaxt  vahidi  üzərində  o,  daha  çox 



56 

 

əsas  kapitaldan  istifadə  etmiş  olsun.  Bunun  da  əsasında  istehsal  prosesinə  daha 



səmərəli  və  faydalı  nəticə  verə  bilən  investisiya  cəlb  edilməsi  dayanır.  Əsl 

həqiqətdə iqtisadi artıma nail olmaq məqsədilə köhnə əsas vəsaitlər – daha təkmilli 

və qısa müddətdə xeyli çox fayda verə biləcək vəsaitlərlə əvəz olunmuş olsun. 

Qeyd  edək  ki,  iqtisadiyyata  dinamizm  gətirən  mexanizmlər  iqtisadi  sistemin 

yeni  keyfiyyət  halının  formalaşmasına  təsir  edən  alət  və  vəsaitlərin  məcmusudur. 

O,  iqtisadi  artıma  təsir  edən  alətlərin  sistemi  fəaliyyətini  nəzərdə  tutur.  Burada 

iqtisadi  artımı  təmin  etmək  məqsədilə  mümkün  variantlardan  ən  əlverişlisini 

seçmək müstəsna əhəmiyyət kəsb edir. 

Bu gün iqtisadiyyata dinamizm gətirən mexanimzlərin daha intensiv işlənməsi 

təmin edilməlidir. Bizim fikrimizcə, bunun əsasında “modernləşdirmə” dayanır.  

Hazırkı  dövrdə  modernləşdirmə,  təkcə  yeni  müasir  istehsal  güclərinin  işə 

salınması deyildir. O, başlıca olaraq, respublikamızın dünya ölkələrindən texnoloji 

asılılığını  aradan  qaldırmağı  dünya  iqtisadi  inteqrasiyasına  daha  intensiv 

qovuşmağı,  rəqiblərimizə  nisbətən  isə  elmi-texniki  nailiyyətlərdən  daha  səmərəli 

istifadə edilməsini tələb edir. 

Bu  ayrı-ayrı  rəqabət  qabiliyyətli  məhsullar  istehsalını  artırmaqdan  çox, 

proqram-informasiya  təminatlı  çevik  texnoloji  sistemlərə  keçilməsini  tələb  edir. 

Modernləşdirmə  iqtisadi  fəaliyyətin  miqyasını  genişləndirməyi  dünyanın  aparıcı 

ölkələrinin deyil, ən əvvəl  texnoloji  və sosial dəyişiklərə  yeni, daha  fəal stimullar 

yaradan faktorlara əsaslanmalıdır. 

Modernləşdirmə  yeni  şəraitdə  təkcə  istehsalın  texniki  iqtisadi  cəhətləri  ilə 

məhdudlaşdırılmamalı,  o,  bütövlükdə  sosial-iqtisadi  sistemi  əhatə  etməli,  iqtisadi 

fəaliyyətin  bütün  sahələrində  ardıcıllıq  elementlərinin  inkişafını,  ən  başlıcası  isə 

özünün inkişafı üçün daxili stimulları gücləndirən sahibkarlığa və rəqabətə meydan 

açmağı nəzərdə tutmalıdır. 

Dünya    ölkələrinin  təcrübəsi    göstərir    ki,  iqtisadiyyatın  modernləşdirilmə-

sində  dövlət  mühüm  rol  oynamışdır.  Bir  sıra  ölkələrdə,  misal  üçün  Almaniyada, 

Yaponiyada,  Fransada    və  s.  dövlətin  iqtisadiyyatın  modernləşdirilməsində 

oynadığı mühüm rolu xüsusilə qeyd etmək lazımdır.  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə