52
Təhlil göstərir ki, neft və qaz hasilatı sahəsində yaradılan əsas fondlar isti-
fadəyə verildikcə, bu sahənin ölkə iqtisadiyyatında payı daha artacaqdır. Belə ki,
iqtisadi artım əsasən əlavə istehsal güclərinin yaradılması hesabına baş verir. Əlavə
istehsal gücləri isə əsas fondların istifadəyə verilməsi nəticəsində yaranır. Həyata
keçirilən investisiya qoyuluşlarının əsas hissəsi neft və qaz hasilatının payına
düşdüyündən, bu sahədə gələcəkdə əlavə istehsal güclərinin istifadəyə verilməsi
gözlənilir.
Cədvəl 2.3.
Iqtisadiyyat üzrə əsas kapitala yönəldilmiş investisiya qouluşlarının həcmi (mln manat)
2000
2005
2010
2011
2012
2013
2014
Əsas kapitala yönəldilmiş vəsaitlər,
cəmi
967,8
5769,9
9905,7
12799,1
15407,3
17850,8 17618,6
Kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq
6,5
40,7
431,0
437,3
648,8
574,3
363,9
Sənaye
670,1
4176,0
4276,2
5369,8
6039,9
7499,6
7639,5
Mədənçıxarma sənayesi
481,1
3730,3
2951,9
3244,5
3857,2
5095,2
5947,9
Emal sənayesi
80,1
115,8
510,2
847,9
861,2
888,9
644,6
Elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı
83,9
299,9
422,6
768,9
565,8
489,4
423,8
Su təchizatı; tullantıların
təmizlənməsi və emalı
25,1
30,1
391,5
508,5
755,7
1026,1
623,3
Tikinti
3,4
46,1
113,8
225,9
499,0
707,8
2221,7
Ticarət; nəqliyyat vasitələrinin təmiri
32,3
83,2
235,1
307,9
544,1
517,3
586,6
Nəqliyyat və anbar təsərrüfatı
44,1
517,2
2449,1
2515,7
2621,1
3570,0
2440,6
Nəqliyyat
44,0
515,5
2434,8
2509,4
2610,3
3559,7
2432,4
Poçt və kuryer fəaliyyəti
0,1
1,7
14,3
6,3
10,8
10,3
8,2
Turistlərin yerləşdirilməsi və ictimai
iaşə
3,6
2,7
221,0
303,7
138,2
68,5
120,5
İnformasiya və rabitə
45,3
158,0
212,0
310,8
329,5
200,7
157,5
Maliyyə və sığorta fəaliyyəti
0,1
1,5
14,2
38,7
77,2
15,5
19,6
Daşınmaz əmlakla əlaqədar
əməliyyatlar
110,6
561,7
825,4
944,8
1390,8
1206,0
11,8
Peşə, elmi və texniki fəaliyyət
0,2
1,8
11,3
17,1
27,8
57,1
34,0
İnzibati və yardımçı xidmətlərin
göstərilməsi
3,6
28,6
81,9
230,5
261,7
254,1
293,3
Dövlət idarəetməsi və müdafiə;sosial
təminat
6,5
61,4
381,1
761,4
1067,6
1370,6
1198,4
Təhsil
3,5
39,2
140,9
295,3
794,3
770,9
507,4
Əhaliyə səhiyyə və sosial
xidmətlərin göstərilməsi
29,2
15,5
167,8
309,2
254,4
365,9
323,7
İstirahət, əyləncə və incəsənət
sahəsində fəaliyyət
6,7
26,3
334,9
723,6
691,4
619,1
1645,1
Digər sahələrdə xidmətlərin
göstərilməsi
2,0
9,9
9,9
7,4
21,5
53,6
54,9
Son illərdə ölkədə həyata keçirilən investisiya qoyuluşlarının əsas hissəsi
yeni tikintiyə yönəldilir. Məsələn, investisiya qoyuluşlarının əsas hisssəsinin
yönəldiyi sənayedə 2014-cı ildə fondların yeniləşmə əmsalı 13,2-ə bərabər olduğu
53
halda, sıradan çıxma əmsalı 0,4-ə bərabər olmuşdur. Bu da əsasən neft və qaz
hasilatı sahəsi hesabına olmuşdur. Belə ki, bu sahədə illik yeniləşmə əmsalı 2005-
2014-cı illər ərzində 29,4-dən 15,5 arasında, sıradan sıxma əmsalı isə 0,1 və 0,2
arasında dəyişmişdir. Bunun nəticəsində də 2014-cı ildə bu sahədə əsas fondların
dəyəri 2005-ci ilə nisbətən 4,2 dəfə artmış və əsas sənaye istehsal fondlarının
strukturunda neft və qaz hasilatı sahəsinin payı qeyd edilən dövürdə 51 faizdən 74
faizə yüksəlmişdir.
Son illərdə infrastruktur sahələrə, o cümlədən elektrik enerjisi istehsalına
investisiya qoyuluşlarının artması qeyri-neft sektorunun inkişafına müsbət təsir
göstərəcəkdir. Bununla belə, sənayenin qeyri-neyt sektorunun son 15 il ərzində
lazımi səviyyədə maliyyələşməməsi və bu sahəyə investisiya qoyuluşlarının
məhdud olması nəticəsində istehsalın bərpa edilməsi nisbətən uzun müddət tələb
edəcəkdir. Çünki ölkə sənayesinin əsasən elmtutumlu və emallıq dərəcəsi yüksək
olan sahələrində istehsalın kəskin şəkildə azalmış, bu sahədə mövcud
kommersiya, istehsal və texnoloji biliklərin böyük hissəsi ya itirilmiş, ya da
köhnəlmişdir.
Investisiya qoyuluşlarının ərazi strukturu məhsuldar qüvvələrin yerləşdiril-
məsinin optimallığına bilavasitə təsir göstərir. Hazırda ölkədə istehsalın əsas
hissəsi Bakı şəhəri və onun ətrafında cəmləşmişdir və həyata keçirilən investisiya
qoyuluşlarının ərazi strukturu göstərir ki, bu meyil yaxın gələcəkdə də davam
edəcəkdir.
Dostları ilə paylaş: |