“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

50 

 

Cədvəl 2.2 



Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları (ilin axırına, mln. manat) 

  

1995  2000  2005  2006  2007  2008  2009 



2010 

2011 

2012 

2013 

2014 

İqtisadiyyata 

kredit 

qoyuluşları    

289,8  466,4 1 440.92 362.74 681.87191,3 8 407.5 9 163,4 9 850,3  12243,7  15422,9  18542,6 

          onlardan: 

 

 

 



 

 

 



 

 

 



 

 

 



qısa müddətli 

253,0  336,4 

913,2  1 142 1 649.52 295.92 360.0 2 567.1 2 951,2  3508,3 

3335,5  3931,4 

yekuna görə, 

faizlə 


87,3  72,0 

63,4 


48,3 

35,2 


32,1 

28,1 


28,0 

30,0 


28,7 

21,6 


21,2 

uzun müddətli 

36,8  130,0 

527,7 1 220.73 032.34895,4 6 047.5 6 596.3 6 899,1  8735,4  12087,5  14611,2 

yekuna görə, 

faizlə 


12,7  28,0 

36,6 


51,7 

64,8 


67,9 

71,9 


72,0 

70,0 


71,3 

78,4 


78,8 

 

Bank  kreditlərinin  investisiyanı  maliyyələşdirilməsində  və  istehlak 



kreditlərinin  isə  istehlakın  maliyyələşdirilməsində  payı  artdıqca  iqtisadi 

fəallığın  tənzimlənməsinə  faiz  dərəcəsinin  səviyyəsinin  də  təsiri  artır.    Təhlil 

göstərir  ki,  ölkədə  faiz  dərəcəsinin  səviyyəsi  qeyri-neft  sektorunun  inkişafını 

stimullaşdırmaq  səviyyəsində  deyildir.  Belə  ki,  qeyr-neft  sektorunun  əksər 

sahələrində  istehsalın  səmərəliliyi  aşağıdır.  Belə  ki,  2003-2005-ci  illərdə 

verilmiş kreditlərin orta  faiz dərəcəsi 15,6  faizə bərabər olmuşdur. Qeyd etmək 

lazımdır  ki,  kredit  faizlərinin  səviyyəsinə  dövlət  tərəfindən  verilən  güzəştli 

kreditlər əhəmiyyətli dərəcədə təsir  göstərir. Belə ki, dövlət tərəfindən 2003-cü 

ildə sahibkarlığın inkişafına 7 faizlə 10 mln. manat, 2004-cü ildə 20 mln. manat, 

2005-ci  ildə  isə  40  mln.  manat    həcmində  kredit  yönəldilmişdir.  Bu  kreditlərin 

faiz  dərəcəsinin  aşağı  olması  ümumi  kreditlərin  orta  faiz  dərəcəsinin  aşağı 

düşməsinə  təsir  göstəmişdir.  Təhlil  göstərir  ki,  kommersiya  banklarını  3  ildən 

yüxarı  müddətə  verilən  kreditlərinin  faiz  dərəcəsi  25  faizə  bərabərdir.  Belə 

yüksək  faizə  dərəcəsi  investisiya  qoyuluşlarının  maliyyələşdirilməsində  bank 

kreditlərindən istifadəni məhdudlaşdırır.  

Ölkədə  investisiya  qoyuluşlarının  maliyyələşdirilməsində  dövlət  büdcəsi  və 

büdcədənkənar fondlar əhəmiyyətli rol oynayırlar. Bu da son illərdə ölkədə iqtisadi 

inkişfın  sürətlənməsi  nəticəsində  dövlət  büdcəsinin  gəlirlərinin  artması  ilə 

əlaqədardır.  Qeyd  etmək  lazımdır  ki,  dövlət  büdcəsi  ölkədə  investisiyanın 

maliyyələşdirilməsində rolu artmaqdadır.  




51 

 

Son  illərdə  ölkədə  investisiya  qoyuluşlarının  strukturunda  sənayenin  payı 



kəskin  şəkildə  artmışdır  (Cədvəl  2.3).  Belə  ki,  əsas  kapitala  investisiya  qoyu-

luşlarının ümumi həcmində sənayenin payı 1990-cı ildə 37,4 faizdən, 1995-ci ildə 

isə 46,4 faizdən 2000-ci ildə 68,2 faizə, 2005-ci ildə 72,3 faizəqədər artmış, 2014-

cı  ildə  isə  68,9  faizə  bərabər  olmuşdur.  Bu  artım  əsasən  xam  neft  və  təbii  qaz 

hasilatı sahəsi ilə əlaqədar olmuşdur. Belə ki, 2000-ci ildə əsas kapitala investisiya 

qoyuluşlarının  49,7  faizi,  sənayeyə  investisiya  qoyuluşlarının  72,9  faizi,  2005-ci 

ildə  isə  müvafiq  olaraq  64,7  faizi  və  89,4  faizi,  2006-cı  ildə  isə  müvafiq  olaraq 

54,3  faizi  və  78,8  faizi  bu  sahənin  payına  düşmüşdür.  1995-2005-ci  illərdə  ölkə 

iqtisadiyyatına  yönəldilmiş  cəmi  investisiya  qoyuluşlarının  76  faizi  neft 

sənayesinin  payına  düşmüşdür.  Bu  da  ölkə  iqtisadiyyatında  bu  sahənin  payının 

artmasına  gətirib  çıxarmışdır.  Belə  ki,  xam  neft  və  təbii  qaz  hasilatı  (kəşfiyyat 

işlərindən başqa), neft və qaz hasilatı ilə əlaqədar xidmətlər sahəsinin ümumi daxili 

məhsulda payı 2000-ci  ildə 27,6  faizdən 2004-ci  ildə 29,0 faizə, 2005-ci ildə 39,3 

faizə, 2006-cı  ildə  isə 50,8 faizə qədər artmışdır. Sənaye  məhsulunda  xam  neft və 

təbii  qaz  hasilatı  sahəsinin  payı  1990-cı  ildə  4,8  faizə,  2000-ci  ildə  53,4  faizə, 

2005-ci  ildə  isə  67,3  faizə  bərabər  olmuşdur.  2000-2006-cı  illərdə  ölkədə  neft 

hasilatı 14 mln. tondan 32,3 mln. tona qədər artmışdır ki, bu artımın da əsas hissəsi 

2005  və  2006-cı  illərdə  baş  vermişdir.  Azəri-Çıraq-Günəşli  yataqlarının  tammiq-

yaslı  işlənməsinin  “Faza-1”  (Mərkəzi  Azəri)  layihəsi  üzrə  tikinti  işləri 

tamamlanmış  və  hazırda  neftin  çıxarılması  həyata  keçirilir.  2006-2008-ci  illərdə 

Azəri-Çıraq-Günəşli  yataqlarının  “Faza-2”  (Qərbi  və  Şərqi  Azəri),  2008-2010-cu 

illərdə  isə  “Faza-3”  (“Günəşli”-nin  dərin  hissəsi)  layihələri  həyata  keçiriləcəkdir. 

Bu layihələrə ümumi məbləği 10-12 milyard ABŞ dolları həcmində sərmayə qoyu-

luşu  gözlənilir.  2006-cı  ildə  Bakı-Tbilisi-Ceyhan  Əsas  Ixrac  Boru  Kəməri 

istifadəyə  verilmiş  və  bu  yataqlardan  çıxarılan  neft  əsasən  Bakı-Tbilisi-Ceyhan 

Əsas Ixrac Boru Kəməri vasitəsilə ixrac edilir. Nəticədə, ölkənin ixracında neft və 

neft  məhsullarının  payı  1990-cı  ildə  13  faizdən  az  olduğu  halda,  2005-ci  ildə  bu 

göstərici 86,5  faizə bərabərdir. Proqnozlar  göstərir ki,  ölkədə  neft  hasilatı  2007-ci 

ildə 41,7 mln. tona, 2008-ci ildə isə təqribən 50 mln. tona bərabər olacaqdır.  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə