61
tənzimlənməsi istiqamətində bir sıra problemlərin olduğunu göstərir. Bu problemlərin
aradan qaldırılması ilk növbədə gəlirlərin tənzimlənməsi mexanizminin təkmilləş-
dirilməsini tələb edir. Təcrübə gəlirlər siyasətinin tənzimlənməsi və onun konkret
işləmə mexanizminin müxtəlif ölkələrdə fərqli olduğunu və bir-birinin eyni olan gəlir
siyasəti mövcud olmadığını göstərir.
Ümumiyyətlə dünya təcrübəsi göstərir ki, islahatların sistemli koordinasiyasını
əhali gəlirlərinin tənzimlənməsi mexanizmindən təcrid olunmuş halda aparmaq
mümkün deyil. Burada hər şeydən əvvəl problemin sistemli xarakter daşıması və
onların bir-biri ilə qarşılıqlı əlaqədə olduğu nəzərə alınmalı, ölkənin makroiqtisadi
siyasətində dəyişikliklər aparılmalıdır.
Son 10 ərzində Azərbaycanda adambaşına düşən pul gəlirlərində baş verən
dəyişikliklərə diqqət etdikdə bunun əvvəlki dövrlərdən fərqləndiyini görmək olar.
Ümumiyyətlə dövlət əhali gəlirlərinin tənzimlənməsinə aşağıdakı üsullarla
təsir göstərə bilər.
Təhsil səviyyəsinin artması;
Əmək haqqının, müavinət və təqaüdlərin artırılması;
Sağlamlığının qorunması;
Məşğulluğunun təmin olunması;
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi;
Vergi sistemi
Antiniflyasiya tədbirləri və s;
Qərbi Avropa ölkələrində bir qayda olaraq əhali gəlirlərinin bütün əsas kateqo-
riyaları üzrə bilavasitə məhdudlaşdırılmış siyasət həyata keçirilir. Gəlirlərin bölgüsü
istehsal amili mülkiyyətçilərinin gəlirlərinin formalaşmasına, nominal gəlirlərin fərdi
bölgüsü isə yenidən bölgünün nəticəsi kimi təzahür edir. Bu ailə büdcəsindən
keçməklə adambaşına düşən gəlirlərdən, onların strukturundan və sayından asılı olur.
Real gəlirlərin artması isə inflyasiya prosesindən asılı olur. Gəlirlərin yenidən
bölgüsünün başlıca kanalı yenidən bölgünün dövlət tərəfindən tənzimlənməsidir.
Gəlir siyasətinin tənzimlənməsində əsas istiqamətlərdən biri əmək haqqı siyasətidir.
Vergi sistemi, dövlət transfertləri, sosial təminat və sığorta sistemi və s. də gəlirlərin
62
tənzimlənməsində əhəmiyyətli yer tutur.
Ümumiyyətlə gəlirlərin tənzimlənməsində əsas ağırlıq dövlətin üzərinə düşür.
Dövlət tənzimlənməsi, o cümlədən sosial tənzimləmə maddi, institusional və konsep-
tual tərkibdən ibarət olur. Qeyd etmək lazımdır ki, sosial tənzimləmə təkcə sosial
imtiyazlarla və gəlirlərin yenidən bölgüsü ilə tamamlanmır. Burada həyat səviyyə-
sinin digər göstəriciləri olan ətraf mühitin qorunması və istehlakçı hüquqlarını
müdafiəsi də əhəmiyyət kəsb edir.
Gəlirlərin tənzimlənməsi bir qayda olaraq milli istehsalın həcmindən, dövlət
büdcəsinin gəlirlərindən və bu gəlirlərin mərkəzləşdirilmiş şəkildə yenidən bölgü-
sündə sosial ədalətin təmin olunmasından asılıdır. Bir qayda olaraq yenidən bölgü
prosesinin təşkili və uyğun təşkilatların fəaliyyəti dövlət tənzimlənməsinin konsep-
tual əsasını təşkil edir.
Məlumat üçün bildirək ki, gəlirlərin qeyri-bərabərliyi və gəlirlərin tənzimlən-
məsində yol verilən nöqsanlar, eləcə də ölkənin düşdüyü sosial-iqtisadi böhran
yoxsulluq səviyyəsinin yüksəlməsinə, təbəqələşmənin dərinləşməsinə təsir göstərmiş-
dir. Mütəxəssislər yoxsullara təkcə aşağı gəlirli insanları deyil, eləcə də cəmiyyətin
qanunları ilə yaşayan, lakin vacib istehlak standartlarından məhrum olan insanları da-
xil edirlər. Məlum olduğu kimi yoxsulluq problemi dünyanın bütün ölkələrində vardır
və onun səviyyəsi ictimai istehsalın inkişaf səviyyəsindən, fərdin imkanlarından və
əhalinin həyat şəraitindən asılıdır.Yoxsulluğun azaldılması isə ilk növbədə əhali
gəlirlərinin tənzimlənməsinin dəqiq mexanizminin işlənməsini tələb edir. Bunu
nəzərə alaraq beynəlxalq təşkilatlar yoxsulluğu ümumbəşəri problem kimi qiymətlən-
dirir və onun aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tövsiyə
edirlər. Yoxsul ölkələr əhali gəlirlərinin tənzimlənməsi istiqamətləri və mexanizm-
lərinin işlənilməsi zamanı beynəlxalq təşkilatların təklif və tövsiyələrini nəzərə
alırlar.
Dünya praktikası və eləcə də Azərbaycanın real vəziyyətinin təhlili göstərir ki,
yoxsullara əsasən uşaqlı ailələr, valideynlərdən biri olmayan ailələr və aşağı
məvaciblə işləyənlər, işsizlər, bir üzvü əlil olan ailələr, yalnız bir gəlir mənbəyi (tələb
olunan istehlak minimumundan az) olan yaşlılar və bir çox hallarda gənc ailələr daxil
63
edilir. Bir sözlə, yoxsulluq gəlir səviyyəsi ilə qiymətləndirilir.
2003-cü ildə beynəlxalq təşkilatların tövsiyəsini nəzərə alaraq əhali gəlirlərinin
tənzimlənməsi və sosial bərabərsizliyin azaldılması məqsədilə «Yoxsulluğun azal-
dılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı» qəbul edilmişdir. Bu Proqramda
ümumi məqsədlərə nail olunması üçün: gəlir əldə etmək imkanlarının genişləndi-
rilməsi üçün əlverişli şəraitin yaradılması; iqtisadi sabitliyin qorunub saxlanması;
əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin və onlardan istifadə imkanlarının
təkmilləşdirilməsi; infrastrukturun yaxşılaşdırılması; mövcud sosial müdafiə siste-
mində islahatların aparılması; qaçqın və məcburi köçkün əhalinin yaşayış səviyyəsi
və imkanlarının yaxşılaşdırılması və s. məsələlərin həlli nəzərdə tutulub.
Ölkə iqtisadiyyatının sürətli inkişafı, dövlətin maliyyə imkanlarının genişlən-
məsi məşğulluğun təmin edilməsi istiqamətində zəruri addımların atılmasına imkan
vermişdir. Bunun nəticəsi kimi son illərdə makro göstəricilərlə ifadə olunan əhali
gəlirlərində (adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi, əhalinin son
istehlakına yönələn hissəsi, adambaşına pul gəlirləri, orta aylıq nominal əmək haqqı,
minimum əmək haqqı, orta aylıq pensiya və s.) əhəmiyyətli artım tempi müşahidə
olunmaqdadır.
Əhali gəlirlərinin tənzimlənməsində əhalinin peşə və ixtisasa yiyələnməsi,
başqa sözlə, təhsil siyasəti mühüm əhəmiyyətə malikdir. Təhsil və peşəkarlıq
səviyyəsinin yüksək olması insanların gəlirlərinə nəzərəçarpacaq dərəcədə əhəmiy-
yətli təsir göstərir. Odur ki, dövlət bu gün əldə edilən gəlirlərin, xüsusilə neft
gəlirlərinin, istehsal sferası ilə yanaşı insan amilinə də (insan kapitalına) investisiya
qoyulması istiqamətində ciddi tədbirlər həyata keçirməlidir. Çünki qeyd olunduğu
kimi peşə və ixtisasa sahib olma, peşəkarlıq bilavasitə əmək haqqının və ya əmək
gəlirlərinin artmasına təsir göstərir və əhali gəlirlərində bərabərsizliyin azalmasında
müsbət rol oynayır. Neft gəlirlərinin birinci növbədə insan kapitalının formalaş-
masına, xüsusilə təhsil və səhiyyə sahələrinə qoyulması əhalinin daha böyük
təbəqəsinin bu gəlirlərdən yararlanması üçün zəruridir (24, s.191).
Əhali gəlirlərinin tənzimlənməsinə təsir göstərən mühüm vasitə kimi beynəl-
xalq təcrübədə tətbiq edilən sosial doktrinanın qəbul edilməsini göstərmək olar.
Dostları ilə paylaş: |