16
Üfüqi ox üzərində bütünlükdə ailələrin (20%-lik bölgü üzrə ailələrin payı)
payını, şaquli ox isə ailələrin məcmu gəlirlərdə (20 %-lik bölgü üzrə) payını göstərir.
Bu qrafikdə 20% ailənin gəliri 3,8%, 40% ailənin gəliri 10,1%, 60% ailənin gəliri
21,0%, 80% ailənin gəliri 42,8% təşkil edir. Bu onu deməyə əsas verir ki, 80%
ailənin gəliri məcmu gəlirlərin 42,8%-ni, 20% ailənin gəliri məcmu gəlirlərin yarıdan
çoxunu, yəni 57,2%-ni əldə edir.
Lorens əyrisi OE düz xəttindən nə qədər çox uzaqlaşarsa bərabərsizlik bir o
qədər çoxalır. Başqa sözlə, əyrinin mütləq OE düz xəttinə yaxınlaşması bərabərsiz-
liyin aradan qaldırılması, uzaqlaşması isə bərabərsizliyin dərinləşməsini göstərir.
Əgər gəlirlər bərabər bölünürsə onda hər bir ailə qrupu onun xüsusi çəkisinə
uyğun olaraq gəlir əldə etməli və bu mütləq bərabərlik kimi xarakterizə olunmalıdır.
Mütləq qeyri-bərabərlik isə o vaxt baş verir ki, 1% ailə gəlirlərin 100%-ni əldə edir.
Yerdə qalanlar isə heç nə əldə etmir. Bu isə təcrübi olaraq qeyri-mümkündür.
Bütün keçid iqtisadiyyatı ölkələrində gəlirlərin bölgüsündə ciddi bərabərsizlik
müşahidə olunur. Qeyd edək ki, Rusiyada 10% yoxsul əhalinin payına gəlirlərin
cəmi 2%-i düşür, eyni vaxta 10% varlı təbəqənin payına gəlirlərin 40%-i düşür.
Braziliya, Çili, Meksikada da 10% yoxsul əhaliyə gəlirlərin 1,5%, 10% varlıya düşən
gəlirlər isə 47,6% təşkil edir.
Gəlirlərin konsentrasiyası indeksi (Cini əmsalı) K
c
gəlirlərin faktiki
bölgüsündən fərqli olaraq əhalinin bərabər qruplar üzrə bərabər ölçüdə bölünməsinə
xidmət edir (əhalinin gəlirlərinin paylanmasının qeyri-bərabərlik dərəcəsi). Bu
indeks aşağıdakı formul üzrə hesablanır.
)
)(
(
1
1
1
1
i
i
n
i
i
i
c
S
S
L
L
K
(1.1.)
Burada L
i
, L
i-1
– hər intervaldakı əhalinin payı; S
i
, S
i-1
– məcmu gəlirlərin payı
(i- intervalların başlanğıcı və sonu).
Əgər gəlirlərin bölgüsündə mütləq bərabərsizlik (EF) baş versəydi, onda digər
ailələr məhv olardı. Əgər gəlirlər bərabər bölünsə idi, onda mütləq bərabərlik yəni
(OE) düz xətti alınardı. Bu isə o deməkdir ki, gəlirlərin 20%-ni əhalinin 20%, 40%--
ni əhalinin 40%-i, 60%-ni əhalinin 60%-i, 80-ni isə əhalinin 80%-i mənimsəyir.
17
Lakin insanların, ailələrin gəlir əldə etmək imkanlarının, qabiliyyətinin, mülkiyyətə
sahibliyinin, fiziki və əqli sağlamlığının və s. bu kimi amillərin təsirini nəzərə alsaq
gəlirlərin qeyri-bərabər bölgüsünə təbii proses kimi baxmaq olar.
Gəlirlərin bölgüsünün səviyyəsini ölçən digər üsul Aktinson indeksidir. Bu
indeks gəlirlərin qeyri-bərabər bölgüsü nəticəsində itirilən sosial rifahı müəyyən edir.
Qeyd edilən üsulla faktiki göstəricilərin ümumiləşdirilməsi müxtəlif zaman
mərhələlərində, müxtəlif ölkələrdə və ya əhali qrupları arasında qeyri-bərabərlik
dərəcəsini ölçmək (qiymətləndirmək) üçün istifadə olunur.
Sosial gərginliyin artmasına təsir göstərən əlavə amil gəlirlərin sosial qruplar
və regionlar arasında qeyri-bərabər bölünməsidir. Gəlirlərin bölgüsündəki qeyri-
bərabərliyin obyektiv, subyektiv və spesifik səbəbləri vardır. Gəlirlərin qeyri
bərabərliyinin obyektiv səbəbi ümumilikdə məşğulluğun faydalılığına, əmək haqqının
ərazi, sahə, peşələrarası diferensiasiyasına, təhsil səviyyəsinə, mülkiyyətə sahibliyin
qeyri-bərabərliyinə əsaslanır. Subyektiv səbəbinə gəldikdə isə bu şəxsiyyətin
xarakteri (uğur, əlaqə, risk, avantüristlik, diskriminasiya və s.) ilə bağlıdır.
Amerika iqtisadçısı S.Kuznets 1955-ci ildə ilk dəfə olaraq iqtisadi inkişafla
bərabərsizlik arasında bağlılıq olması məsələsinə diqqət yetirdi. O göstərdi ki, iqtisadi
inkişaf başlanğıcda bərabərsizliyə aparır, sonra da bu bərabərsizlik azalır. Bu asılılıq
Kuznets əyrisi adını almışdır. Rovallion Çen 1981-1994-cü illərdə 67 inkişaf etməkdə
olan və keçid iqtisadiyyatı ölkəsinin ev təsərrüfatlarının tədqiqini apararaq
bərabərsizliyin dəyişməsi ilə iqtisadi inkişaf arasında nisbi asılılığı tapdı. Oxşar
nəticəni Mişel P. Keane və Esvard S. Prasad 2001-ci ildə 14 keçid iqtisadiyyatı
ölkəsində keçid dövrünün ilk 8 ilini tədqiq edərək əldə etdi. Əvvəllər hesab edilirdi
ki, bərabərsizlik iqtisadi artımı stimullaşdırır. Bunu onunla izah edirdilər ki, ilkin
bərabərsizlik varlıların kapital yığmasına şərait yaradır və yığılan kapital hesabına
iqtisadi inkişaf stimullaşdırılır. Sonralar bərabərsizliyin azaldılmasının iqtisadi
inkişafa müsbət təsir göstərməsi fikirləri də öz yerini tutmağa başladı.
Dünya təcrübəsinə nəzər salsaq görərik ki, yüksək bərabərsizlik olan ölkələrdə
adətən şöhrətpərəst tədbirlərə, abadlıq, təmir-tikinti işlərinə meyl artır. Bundan başqa
yüksək bərabərsizlik olan ölkələrdə ədalətsizlik, cəmiyyətdə bir sinif və ya ictimai
18
qrup tərəfindən başqa sinif və ya ictimai qrupun mülkiyyətinin zorla əlindən alınması
hallarının genişlənməsi yığıma marağı zəiflədir, kapital qoyuluşuna və əməyə stimulu
azaldır, iqtisadi artımı zəiflədir, siyasi vəziyyətin kəskinləşməsinə və ciddi
qarşıdurmaya gətirib çıxarır.
Hazırda gəlirlərinin bölünməsində bərabərsizliyi qiymətləndirərkən ev təsərrü-
fatları üzrə statistik göstəricilərdən istifadə edərək az və ya çox gəlirlilər arasında
balansın gözlənilməsi vacibdir. Lakin bəzən cəmiyyətdəki mövcud bərabərsizliyi süni
azaltmaq (yəni göstəricilərdə) üçün varlı ev təsərrüfatlarının sorğuya cəlb edilməməsi
gəlirlərdə bərabərsizliyin qiymətləndirilməsinə imkan vermir.
Aparılan tədqiqat işlərində növbəti addım sosial-demoqrafik xarakteristikanın
əhali gəlirlərinə və eləcə də gəlirlərin bölgüsünə təsirinin qiymətləndirilməsidir.
Bunlara: demoqrafik (ev təsərrüfatı başçısının yaşı, cinsi, təhsili, məşğulluq statusu)
və məşğulluğun strukturunda dəyişikliklər, işsizlik, ev təsərrüfatının yaşadığı ərazi,
sakinlik növü və s. aid edilir.
Məlum olduğu kimi, yoxsulluq gəlirlərin və əmlakın qeyri-bərabər bölgüsü,
yüksək inflyasiya şəraitində gəlirlərin indeksasiya olunmaması, məşğulluq səviyyə-
sinin aşağı olması, siyasi qeyri-sabitlik və s. məsələlərlə birbaşa bağlıdır. Bu zaman
gəlirləri, yenidən bölgüsü ilə bağlı olan funksiya heç də az əhəmiyyət kəsb etmir.
Çünki gəlirlərin bölgüsünü təmin edən konkret mexanizmin olmaması sosial
təbəqələşməni və yoxsulluğu dərinləşdirir. Xüsusilə insanların özündən asılı olmayan
xəstəlik, əlillik, qocalıq və s bu kimi hallar yoxsulluğa əsas yaradır. Bu halda dövlət
yığılan vergilərin yenidən bölgüsünü aparmaqla (sosial müdafiə, tibbi yardım, təhsil,
müavinət) yardım göstərir.
Beləliklə, əhali gəlirləri və onun dinamikası ölkədə makroiqtisadi proseslərin
həyata keçirilməsində, iqtisadi fəaliyyətin tənzimlənməsində və həyat səviyyəsinin
qiymətləndirilməsində əhəmiyyətli yerlərdən birini tutur. Bu baxımdan indiki bazar
münasibətləri şəraitində əhali gəlirlərinin formalaşması mənbələrinin, strukturunun,
eləcə də həyat səviyyəsi ilə qarşılıqlı əlaqəsinin həm nəzəri, həm də praktiki olaraq
öyrənilməsi tələb olunur.
Dostları ilə paylaş: |