25
izah edirlər. Hesab edirik ki, bu tərif «gəlir» anlayışını mahiyyətini tam aça bilmir.
Çünki cəmiyyətdə iqtisadi fəaliyyətdə iştirak etmədən və gəlir əldə edənlər (trans-
fertlər, təqaüd və müavinətlər) də vardır.
Bu baxımdan qeyd etdiyimiz kimi «əhali gəlirləri» mürəkkəb sosial-iqtisadi
kateqoriya hesab olunur. Məhz bu səbəbdən iqtisadi nəzəriyyədə «gəlir» anlayışına
baxış da birmənalı deyildir. Ümumiyyətlə gəlirlər problemi iqtisadçılar və sosioloqlar
arasında böyük maraq doğuran və bununla əlaqədar olaraq diqqəti həmişə özünə cəlb
edən problemlər sırasına aid edilir. Gəlirlər həmçinin alınma mənbələrinə, növlərinə,
müntəzəmliyinə, növbəliliyinə və s. görə fərqləndirilir.
O.Y.Mamedovun fikrincə, «gəlir - ailəyə istehsal amillərinin (əmək, torpaq,
kapital, sahibkarlıq fəaliyyəti) mübadiləsi nəticəsində daxil olur ».Bunun nəticəsi
olaraq iqtisad elmində gəlirlər alınma mənbələrinə görə amilli və qeyri-amilli
gəlirlərə bölünür. Bu gəlir mənbələrinə fərqli təriflər verilsə də, son olaraq hər bir
istehsal amili şəxsi gəlirlərin müəyyən növünə aid edilir.
İstehsal amilləri üzrə gəlirlərə: təbii resurslar (torpaq və digər təbii resurslar);
kapital; əmək; sahibkarlıq fəaliyyəti daxil edilir .
Qeyd edilənlərə əsaslanaraq gəlirlərin aşağıdakı sxemini qurmaq olar.
Gəlirlər
Əmək haqqı
Sahibkarlıq fəaliyyətindən
Kənd təsərrüfatı.
məhsullarının satışından
Qiymətli kağızlar, kapi-
taldan, dividentlərdən
Pensiya, müavinət vıə təqaüdlər
Maliyyə sistemindən daxilolmalar: o
cümlədən
Sığorta ödəmələrindən;
Yaşayış evlərnin tikintisi və digər məqsədlər
üçün alınan ssudalar;
Faiz gəlirləri
İstiqraz ödəmələri və uduşları
Lotereya uduşları və s
Xarici valyutanın satışından
və pul
köçürmələrindən
Şəkil 1.2. Gəlirlərin mənbələri
.
26
Sadalanan hər bir amil üzrə gəlirlər əmək haqqı, renta, faiz, sahibkarlıq
mənfəəti formasında olur. İstehsal amilləri üzrə pul gəlirinin alınması faktının özü
hər hansı şəxsin cəmiyyətin iqtisadi həyatında iştirakının obyektiv sübutu, gəlirin
ölçüsü isə bu iştirakın miqyas göstəricisi kimi çıxış edir. Əmək amilinə görə ödə-
mənin inkişaf meyllərinin təhlili göstərir ki, bu gəlir növü uzunmüddətli perspektivdə
pul gəlirlərinin formalaşmasının ümumi həcmində özünün aparıcı rolunu qoruyur.
Lakin keçid dövrü əhali gəlirlərinin strukturunda dəyişikliklərin baş verməsi, xüsusi
ilə əmək haqqının əhali gəlirlərində payının aşağı düşməsinə səbəb oldu. A.Smitin
«əmək haqqı» nəzəriyyəsində çox düzgün olaraq yüksək əmək haqqını milli sərvətin
artımının təbii əlaməti və qaçılmaz, zəruri nəticəsi kimi qiymətləndirir və onu sər-
vətin artmasının gələcək nəticələrinə, bununla yanaşı əhalinin artmasına səbəb
olduğunu qeyd edir. K.Marks göstərirdi ki: «iş qüvvəsinin dəyəri-işçinin və ailəsinin
mövcudluğu üçün zəruri vasitələrin dəyəridir».
Əhalinin pul gəlirlərinin müxtəlifliyinə baxmayaraq əmək haqqından,
sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən, həmçinin sosial transfertlərdən daxil olan
gəlirlər gəlirlərin başlıca tərkib hissəsi kimi çıxış edir.
Əhalinin pul gəlirlərinin dinamikası və səviyyəsini qiymətləndirərkən nominal,
sərəncamda qalan və real gəlir göstəricilərindən istifadə olunur.
Sxem 1.1
Əhali gəlirlərinin təsnifatı
Alınma forması
üzrə
Vergi ödəmələri
və qiymətə
münasibətdə
İstehsal amilləri
üzrə
Alınma üsulu üzrə
monetar-(Pul)
nominal
əmək haqqı
(nominal, real)
formal iqtisa-
diyyatdan
gəlir
qeyri-formal
iqtisadiyyatdan
gəlir
qeyri monetar
sərəncamda qalan
real
renta (təbii рesurs-
lar, torpaq, kapital)
gizli
iqtisadiyyat
Sahibkarlıq
fəaliyyəti
Məlum olduğu kimi, nominal gəlir müəyyən dövr ərzində əldə edilən pulun
məbləğidir. Əvvəldə də qeyd olunduğu kimi əhalinin nominal pul gəlirləri müxtəlif
mənbələrdən formalaşır. Onların sırasına: istehsal amilləri üzrə gəlirləri, dövlətin yar-
dım proqramları xətti ilə daxil olan pul gəlirlərini, maliyyə sistemindən güzəşt daxil-
27
olmalarını (banklardan, əmanət kassalarından, sığorta idarələrindən və s.) və s. bu ki-
mi gəlir mənbələrini daxil etmək olar. Nominal gəlir – müəyyən dövr ərzində şəxslər
tərəfindən alınan pulun məbləği, həmçinin vergi ödəmələrinin məbləğindən asılı
olmayaraq pul gəlirlərinin səviyyəsini xarakterizə edir. Natural gəlirlərə hər şeydən
əvvəl ev təsərrüfatlarında şəxsi istehlak üçün istehsal olunan məhsullar daxildir.
Nominal pul gəlirlərinə: məşğul əhalinin əmək ödənişindən; sahibkarlıq fəaliy-
yətindən; kənd təsərrüfatı məhsullarının satışından; pensiya, müavinət, təqaüd, və
başqa sosial transfertlərdən; sığorta, kredit və ssudadan; mülkiyyətdən, faiz forma-
sında qoyulan vəsaitdən, qiymətli kağızlardan, dividentlərdən gəlirlər; xarici valyuta
satışından; saldo (köçürmə ilə alınan pullar) və s. gəlirlər daxildir.
Nominal gəlirlərin strukturuna:
əmək gəlirləri (əmək haqqı, mükafat və s.)
mülkiyyətdən, torpaq və sahibkarlıq fəaliyyətindən gəlirlər;
şəxsi təsərrüfatdan gəlirlər;
transfertlər – pensiya, aztəminatlı ailələrə və işsizliyə görə müavinət, uşağa
görə kompensasiya;
maliyyə kredit sistemindən gəlirlər - dövlət və özəl sığortadan, bank ssudala-
rından, səhmlərin qiymətinin artmasından, əmanət qoyuluşundan faiz, lotereya
uduşları, kompensasiya və s. daxildir.
Yuxarıda qeyd olunan gəlirlərin əhalinin həyat səviyyəsinə təsirinin qiymətlən-
dirilməsində onların real dəyərinin hesablanması mühüm əhəmiyyət kəsb edir. Real
gəlirlər – müəyyən vaxt çərçivəsində sərəncamda qalan gəlirlərlə, qiymət dəyişməsini
nəzərə almaqla məhsul və xidmətlərin kəmiyyəti kimi çıxış edir (46, s. 442-454). Da-
ha aydın ifadə etsək real gəlirlər nominal gəlirlərin qiymət və tariflərin dəyişməsinə
əsaslanaraq hesablanır. Başqa sözlə, real gəlirlər nominal pul gəlirlərinin (əmək haq-
qı, pensiya və müavinətlərin) inflyasiyadan müdafiə olunmasıdır. Məlumdur ki,
inflyasiya baş verərkən pul gəlirlərinin real həcmi azalır və bu pulun alıcılıq qabiliy-
yətinə təsir göstərir. Tədqiqat dövründə istehlak qiymətləri indeksinin dəyişməsi ilə
sərəncamda qalan pul gəlirləri reallığa əsaslanaraq hesablanır.
Əhalinin real pul gəlirlərinin göstəricisi G sərəncamda qalan pul gəlirlərinin