31
FƏSİL 2. MÜASIR DÖVRDƏ AZƏRBAYCANDA ƏHALİNİN HƏYAT
SƏVIYYƏSININ VƏ GƏLİRLƏRİNİN TƏNZİMLƏNMƏSİNİN TƏHLİLİ
2.1. Qlobal maliyyə böhrani şəraitində gəlirlərin tənzimlənməsində baş verən
dəyişikliklərin təhlili
Əvvəlki fəsildə qeyd etdiyimiz kimi, bazar münasibətləri şəraitində əhali
gəlirləri və onların ədalətli bölgüsü və yenidən bölgüsü dövlətin sosial-iqtisadi
siyasətinin ən mühüm tərkib hissəsi kimi çıxış edir. Bazar iqtisadiyyatının inkişaf
etdiyi ölkələrdə, xüsusilə Qərbi Avropa ölkələrində gəlirlərin bölgüsü və yenidən
bölgüsündə sosial ədalət prinsiplərinə riayət olunması sosial bərabərsizliyin nisbətən
azaldılmasına, insan potensialının inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə təsir
göstərmişdir. Bu ölkələrdə yüksək səviyyədə həyata keçirilən sosial müdafiə sistemi
və əhali gəlirlərinin tənzimlənməsi əhalinin rifah halının yaxşılaşmasına və həyat
səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Təcrübə gəlirlərin formalaşması və bölgüsünə çoxsaylı obyektiv və subyektiv
amillərin təsir etdiyini göstərir. Gəlirlərin formalaşmasına təsir göstərən obyektiv
amillər bütün dünyada bu və ya digər dərəcədə mövcuddur. Bunlara yaş, cins, peşə-
ixtisas, bilik və peşəkarlıq səviyyəsi, iş yeri, vəzifə və s. bu kimi amillər daxildir.
Subyektiv amillərə ölkənin sosial-iqtisadi vəziyyəti, dövləti quruluşu və s. daxildir.
Sözsüz ki, bu amillər əhali gəlirlərinin tənzimlənməsinə təsir göstərir.
Qeyd etmək lazımdır ki, Sovetlər Birliyi dövründə əhali gəlirlərinin
tənzimlənməsi mərkəzləşmiş şəkildə birbaşa dövlət tərəfindən inzibati üsullarla
tənzimlənirdi. Məsələn, inzibati-amirlik sistemində əmək haqqı əməyin bölgüsü aləti
kimi çıxış edə bilmirdi, çünki dövlət istehsal edilən məhsulun kəmiyyət və
keyfiyyətindən asılı olmayaraq, onu direktiv qərarlarla müəyyən edirdi (27, s. 18).
Digər sahələrdə də bütün iqtisadi fəaliyyətlər inzibati üsullarla tənzimlənirdi. Birlik
dağıldıqdan sonra Birlik ölkələrinin sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş
verdi və bu da əhali gəlirlərinin formalaşmasına və tənzimlənməsinə təsir göstərdi.
Bunların sırasına:
iqtisadiyyatın böhran vəziyyətinə düşməsini;
32
müstəqilliyin ilk illərində yaranmış boşluqdan istifadə edərək vəzifədən sui-
istifadə hallarının sürətlənməsi və dövlət əmlakının kiçik bir qrup tərəfindən mənim-
sənilməsini;
rüşvətxorluq və korrupsiya hallarının çoxalmasını;
büdcə gəlirlərinin real həcminin azalmasını;
dövlətin sosial müdafiə və sosial təminat gücünün zəifləməsini;
inflyasiyanın sürətlənməsi və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsini;
qeyri-formal təsərrüfat gəlirlərinin payının əhəmiyyətli дяряжядя çox olma-
sını;
əhalinin pul gəlirlərində əmək haqqının payının azalmasını;
əmək haqqı artımı ilə istehlak qiymətləri indeksi arasında kəskin fərqin
olmasını;
sahələrarası əmək haqqı fərqlərinin dərinləşməsini və s. daxil etmək olar.
Dünya təcrübəsi göstərir ki, əhalinin gəlirlərinin tənzimlənməsində ciddi prob-
lemlər, eyni zamanda gəlirlər üzrə bərabərsizliyin dərinləşməsi əsasən iqtisadi cəhət-
dən zəif inkişaf edən ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə baş verir. Məlum
olduğu kimi bazar münasibətlərinin formalaşmasının ilk mərhələsində Azərbaycanda
da həyat səviyyəsi kəskin aşağı düşmüş, əhalinin gəlirlərinin tənzimlənməsində ciddi
problemlər meydana çıxmış və bunun da nəticəsi olaraq əhali qrupları arasında
bərabərsizlik dərinləşmişdir.
Onu da qeyd edək ki, gəlirlərin bərabərsizliyinə obyektiv amillərlə yanaşı sub-
yektiv amillər də təsir göstərmişdir. Lakin bu məsələlərlə bağlı statistik materiallar
olmadığından indiki şəraitdə bunların təsir dairəsinin ölçülməsi çətindir. Buna bax-
mayaraq əhali gəlirlərinin tənzimlənməsində baş verən dəyişikliklərin, eləcə də gə-
lirlərin bərabərsizliyinə təsir göstərən obyektiv və subyektiv amillərin əhatə dairə-
sinin müəyyən edilməsinə çalışacağıq.
Əvvəlki fəsildə gəlirlərin tənzimlənməsinin birbaşa bölgü və yenidən bölgü
mexanizmindən asılı olmasını nəzəri olaraq təhlil etmişdik. Yeri gəlmişkən qeyd edək
ki, iqtisadi nəzəriyyədə gəlirlərin bölgüsü və yenidən bölgüsü bir-birindən fərqlən-
dirilir. Gəlirlərin ilkin bölgüsü nəticəsində istehlakçıların hər birinin istehsal olunmuş
33
milli gəlirdə payı müəyyən olunur. Başqa sözlə, istehsal olunmuş milli gəlir əvvəlcə
onun yaradılmasında bilavasitə iştirak edənlər, yəni istehsal amillərinin mülkiyyət-
çiləri arasında bölüşdürülür. Sözsüz ki, hər bir istehsal amili gəlirlərin
tənzimlənməsinə və bərabərsizliyinə müxtəlif səviyyələrdə təsir göstərir. Lakin isteh-
sal amilləri üzrə gəlirlər - əhali gəlirlərinin tənzimlənməsinə imkan vermir. Çünki gə-
lirlərin makrosəviyyədə tənzimlənməsi daha çox nisbi xarakter daşıyır. Ona görə də
makrosəviyyə ilə yanaşı mikrosəviyyədə də tənzimləmə siyasətinin aparılması tələb
olunur. Əvvəlcə onu bildirək ki, hazırda gəlirlərin dövlət tənzimlənməsi mexanizmi
minimum əmək haqqı, yaşayış minimumu, Vahid Tarif Cədvəli, indeksasiya, Ünvanlı
Sosial Yardım, müavinətlər və s. üsullarla həyata keçirilir. Bu üsullarla ÜDM-in
adambaşına düşən həcmi, büdcə gəlirləri və xərcləri, orta aylıq əmək haqqı, əhalinin
pul gəlirləri, inflyasiya, məşğulluq və s bu kimi makroiqtisadi göstəricilər tənzim-
lənir. Bundan başqa, əhali gəlirlərinin tənzimlənməsində üçtərəfli əməkdaşlığın
(dövlət, həmkarlar və sahibkarlar arasında bağlanan Baş Saziş) böyük rolu vardır.
Onu da qeyd edək ki, gəlirlərin tənzimlənməsində baş verən dəyişikliklərdən
danışarkən ilk növbədə əhali gəlirlərinin makro və mikrosəviyyədə quruluş və
dinamikasına baxılması, eləcə də gəlirlər üzrə bərabərsizliyin yaranma səbəblərinin
müəyyən edilməsi tələb olunur. Makrosəviyyədə tənzimləmə və qiymətləndirmə daha
çox ümumilikdə ölkədə iqtisadi inkişafı və həyat səviyyəsini müəyyən edərkən tətbiq
olunur. Bu ölkədə əhalinin həyat səviyyəsini qiymətləndirməyə imkan verir. Bu
zaman ÜDM-in adambaşına düşən həcmi göstəricisindən istifadə olunur.
Qeyd etmək lazımdır ki, gəlirlərin tənzimlənməsi və əhali gəlirlərində
bərabərsizlik səviyyəsi keçid iqtisadiyyatlı ölkələrin özündə də bir-birindən fərqlənir.
Bunun səbəbi islahatların və özəlləşdirmənin fərqli şəkildə həyata keçirilməsidir.
Məsələn, Polşa, Sloveniya, Macarıstan və Çexiyada həyata keçirilən islahatlar Sovet
Иttifaqı respublikalarında həyata keçirilən islahatlardan fərqlənirdi. Bu baxımdan
onların nəticələri də fərqli olmuşdur. Belə ki, islahatların ilk dövrlərində İttifaq
respublikalarından fərqli olaraq bu ölkələrdə bərabərsizlik nəzərəçarpacaq dərəcədə
artmadı. Qısa vaxtda Ümumi Daxili Məhsulun həcmi keçid dövrünə qədərki
səviyyəyə çatdı və hətta bir qədər onu üstələdi. Bu ölkələrdə hökumət milli gəlirin
Dostları ilə paylaş: |