34
bölünməsində bərabərliyi yumşaltmaq məqsədilə əmək haqqı ödəmələrinə nəzarətin
əhəmiyyətli gücləndirilməsi ilə bərabərsizliyin dərinləşməsinin qarşısını aldı.
Əvvəldə qeyd etdiyimiz kimi bazar iqtisadiyyatına keçidin ilk illərində
Azərbaycanda da kəskin iqtisadi böhran baş verdi və bu əhalinin həyat səviyyəsinin
aşağı düşməsinə, gəlirlərin bölgüsündə bərabərsizliyin dərinləşməsinə səbəb oldu.
Belə ki, 1991-1993-cü illərdə ölkədə baş verən hiperinflyasiya Ümumi Daxili Məh-
sulun real həcminin və əhalinin pul gəlirlərinin kəskin azalmasına təsir göstərdi. Bu
illərdə respublikada əhalinin adambaşına düşən pul gəlirləri 66,5 dəfə, istehlak mal-
ları qiymətinin və xidmət tariflərinin məcmu indeksi isə 200 dəfədən çox artmışdır.
Həmçinin 1990-cı ildə yoxsulluq həddində yaşayanlar əhalinin 33%-ni təşkil etdiyi
halda, 1993-cü ildə bu 90%-ə çatmışdır.
Bu böhranın aradan qaldırılması üçün xalqımızın Ümummilli Lideri H.Ə.Əli-
yev 1994-cü ildə dünyanın aparıcı dövlətləri və neft şirkətləri ilə ―əsrin müqaviləsini‖
bağladı. Bu müqavilə qısa vaxta, yəni 1995-ci ildən başlayaraq öz təsirini göstərdi və
iqtisadi böhranın qarşısını aldı. Beləliklə, müstəqillik illərinin ilk iqtisadi artımı
müşahidə olundu. Sonralar mərhum prezident H.Əliyev öz çıxışlarının birində qeyd
edirdi ki, «1991-1994-cü illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti
dayanmış və öz gücünün 15-20%-i səviyyəsində işləmişdir, həmin illərdə sənayedə
illik geriləmə 20-24%-ə, kənd təsərrüfatında 15-20%-ə, kapital qoyuluşunda isə
40 %-ə çatmışdır.
Sonrakı illərdə, yəni 1995-2014-cı illərdə ölkəmizin neft müqavilələrindən əldə
etdiyi gəlirlər (bonus, mənfəət neftinin satışı, tranzit gəlirləri) iqtisadiyyatın dinamik
inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Beləliklə, 1995-2014-cı illərdə öl-
kənin durumu əhəmiyyətli dərəcədə yaxşılaşmış və əsas makroiqtisadi göstəricilərin
dinamik artımı davam etmişdir.
Sözsüz ki, burada dünya iqtisadiyyatında baş verən inkişaf və dünya neft
bazarlarındakı sürətli qiymət artımı Azərbaycana böyük həcmli neft gəlirlərinin daxil
olmasına və ölkənin maliyyə imkanlarının genişlənməsinə təsiri heç də az deyildir.
Bu nailiyyətlər əhali gəlirlərinin tənzimlənməsi istiqamətində müsbət dəyişikliklərin
baş verməsinə səbəb olmuşdur. Lakin dünya təcrübəsindən məlumdur ki, böyük
35
həcmli neft gəlirlərinin iqtisadi dövriyyəyə daxil olmasının üstünlükləri ilə yanaşı
mənfi tərəfləri (Holland və ya Afrika sindromları) də vardır. Hesab edirik ki,
Azərbaycana daxil olan neft gəlirləri dövlətin ciddi nəzarətinə götürüldüyündən neft
gəlirlərinin mənfi nəticələrinin qarşısı alınır. Lakin buna baxmayaraq bu gəlirlər
inflyasiyanın əvvəlki illərlə müqayisədə sürətlənməsinə təsir göstərmişdir. Belə ki,
əgər əvvəlki illərdə inflyasiya 1,8,-2,2% arasında tərəddüd edirdisə 2012 bu 6,7%-ə
2013-ci ildə 9,6%-ə, 2014-cı ildə isə 8.3% olmuşdur.
Təbii ki, bütün yuxarıda sadalanan inkişaf templəri son illərdə əhali gəlirlərinin
artmasına səbəb olmuş və gəlirlərin tənzimlənməsində müsbət irəliləyişlər əldə
edilmişdir. Bu da öz növbəsində bərabərsizliyin əvvəlki illərlə müqayisədə nisbətən
azaldılmasına təsir göstərmişdir.
2014-cı ildə həyata keçirilən iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərin-
ləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin
yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin
olunmasına yönəlmişdir. Bu siyasətə uyğun olaraq, 2014-cı ildə sosial-iqtisadi inkişaf
sahəsində əldə olunmuş nailiyyətlərə aşağıdakıları aid etmək olar:
1.
makroiqtisadi sabitliyin qorunub saxlanılması və dinamik iqtisadi inkişafın
təmin edilməsi;
2.
real sektorun potensialının gücləndirilməsi və strukturunun yenidən qurul-
masının sürətləndirilməsi hesabına milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəl-
dilməsi, o cümlədən neft sektorunun dinamik inkişafı ilə yanaşı, qeyri-neft sektoru-
nun inkişafının təmin olunması;
3.
investisiya fəallığının artırılması və investisiya mühitinin yaxşılaşdırılması
hesabına ümumilikdə ölkədə, o cümlədən ayrı-ayrı regionlarda sahibkarlığın, istehsal,
sosial və bazar infrastruktur sahələrinin inkişafının sürətləndirilməsi;
4.
əhəmiyyətli sayda yeni iş yerlərinin yaradılması və məşğulluq səviyyəsinin
yüksəldilməsi;
5.
dövlət idarəetmə sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırıl-
masının sürətləndirilməsi;
6.
əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, o cümlədən əhalinin aztəmi-
36
natlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı yardım sisteminin for-
malaşdırılması və yoxsulluğun azaldılması;
7.
milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndiril-
məsi.
Yuxarıda göstərdiyimiz kimi məqsədyönlü neft siyasəti və eləcə də dünya ba-
zarındakı əlverişli (neftin qiymətinin artması) şərait ölkə iqtisadiyyatında sürətli in-
kişafı təmin etmişdir. Azərbaycan Respublikası DSK-nın məlumatlarına görə Ümumi
Daxili Məhsulun artımının 78,4%-ni neft sənayesi, 4%-ni digər sənaye sahələri, 4%-
ni kənd təsərrüfatı, 13,6 %-ni xidmət sahələri təşkil etmişdir. İstehsal olunmuş əlavə
dəyərin 66,7%-i istehsal sahələrində əldə edilmiş və bu 2012-cü ilin müvafiq gös-
təricisindən 37% çox olmuşdur. 2014-cı ildə Ümumi Daxili Məhsulun 51.6%-i neft
və qaz sənayesinin, 6.9%-i kənd təsərrüfatı ovçuluq və meşəçiliyin, 5.3%-i isə emal
sənayesinin payına düşmüşdür. 2014-cı ildə xidmət sahələrində əvvəlki illə müqayi-
sədə 726.6 milyon manat çox əlavə dəyər yaranmasına baxmayaraq, onun Ümumi
Daxili Məhsuluda xüsusi çəkisi 25,0%-dən 21.4%-ə qədər azalmışdır. 2014-cı ildə
bütün maliyyə mənbələri üzrə investisiyaların həcmi 2013-ci illə müqayisədə 10.1%
artmaış, 2009-ci illə müqayisədə 2014-cı ildə investisiyaların həcmi 5.7 dəfə, o
cümlədən daxili investisiyaların həcmi isə 6.3 dəfə artmışdır. Göründüyü kimi son
illərdə daxili investisiyaların artım tempi ümumi investisiyaların artım tempini
üstələmişdir. Bu da həm dövlətin gəlirlərinin artması, həm də əhalinin gəlirlərinin
artması ilə əlaqədar olaraq baş vermişdir.
Ümumiyyətlə 2010-2014--cı illərdə Azərbaycan Respublikasının Prezidenti
İ.Əliyevin imzaladığı çoxsaylı fərman və sərəncamları büdcə təşkilatlarında əmək
haqlarının, ölkədə pensiya və müavinətlərin, müharibə veteranlarına və əlillərə
verilən ödənişlərin, fəxri adlara, elmi dərəcələrə görə verilən əlavələrin, artırılmasına,
ayrı-ayrı sahələrin və sahibkarlığın inkişaf proqramlarına aid edilmişdir ki, bu
əhalinin xeyli hissəsinin pul gəlirlərinin yaxşılaşdırılmasına və gəlirlərin bölgüsündə
bərabərsizliyin nisbətən də olsa aradan qaldırılmasına təsir göstərmişdir. Lakin bütün
bunlara baxmayaraq ölkədə gəlirlərin bölgüsündə sosial ədalətsizlik hələ də qalmaq-
dadır. Düzdür, gəlirlərin bərabərsizliyinə obyektiv və subyektiv amillərin təsiri var-
Dostları ilə paylaş: |