Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   26   27   28   29   30   31   32   33   34

 
 
 
 
təşkilatların  maliyyəsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Kommersiya  müəssisələrinin 
maliyyəsi maliyyə sistemində əsas həlqə olmaqla ümumi daxili məhsulun bölgüsü və 
yenidən  bölgüsündə  artan  iştirak  edir.  Müəssisələrin  maliyyəsi  təsərrüfat 
subyeklərinin  sahibkarlıq  fəaliyyəti  üçün  məqsədli  pul  vəsaiti  fondlarının 
yaradılması,  bölgüsü  və  istifadəsi  ilə  əlaqədar  olaraq  meydana  gələn  pul 
münasibətləridir.  Bu  prosesdə  müəssisələrin  maliyyə  resuslarının  formalaşması  və 
istifadəsi  dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondlarının  təşkilinə  də  fəal  təsir 
göstərir. 
Müəssisələrin  maliyyə  resurslarına  xüsusi  və  ona  bərabər  tutulan  vəsaitləri, 
maliyyə bazarından əldə etdiyi maliyyə resursları, bank və maliyyə sistemindən daxil 
olan  maliyyə  resursları  aiddir.  Maliyyə  resursları  fəaliyyət  göstərən  müəssisələrdə 
mənfəət, amortizasiya ayırmaları, satılmış məhsulun dəyəri və s. hesabına yaranır. 
Azərbaycanın  maliyyə  sistemində  dövlət  krediti  mühüm  rol  oynayır.  Dövlət 
krediti  müəssisələrin,  əhalinin  sərbəst  pul  vəsaitlərinin  dövlət  tərəfindən  geri 
qaytarmaq  şərtilə  cəlb  edilməsi  və  dövlət  büdcəsi  üzrə  xərclərin  maliyyələşdirilməsi 
üçün istifadə olunan dövlət borclarından ibarətdir ki, bu zaman borc alan dövlət, borc 
verən kimi hüquqi və fiziki şəxslər çıxış edirlər. 
Dövlət  krediti  həm  daxili,  həm  də  xarici  dövlət  borcu  formasında  özünü 
göstərir. Daxili borclar daxili maliyyə mənbələri hesabına alınır. Daxili bazarda borc 
almaq imkanı olmadıqda dövlət xarici mənbələrdən borc almaq məcburiyətində qalır. 
Ümumiyyətlə,  dövlət  kreditindən  istifadə  edərkən,  daxili  borclara  üstünlük 
vermək daha məqsədəuyqundur. Çünki daxili borclar alınarkən daha tez bir zamanda 
pul vəsaiti əldə edilir və bu vəsait də büdcə xərclərini ödəməyə yönəldilir. 
Daxili  borclardan  geniş  istifadə  etmək  üçün  respublikada  maliyyə  bazarını 
inkişaf  etdirmək  lazımdır.  Daxili  maliyyə  bazarını,  yəni  qiymətli  kağızlar  bazarını 
inkişaf etdirmək məqsədilə fond birjalarının inkişafına stimul yaradılmalıdır. 
Xarici borclara meyl etmək heç də məqsədəuyğun sayılmamalıdır, çünki xarici 
dövlət  borcları  zamanı  borc  verən  ölkə  öz  şərtlərini  diktə  edir,  ölkənin  iqtisadi 
inkişafı  xarici  ölkənin  təsiri  altına  düşür.  Ona  görə  də  ölkəyə  iqtisadi  islahatlar  həm 


 
 
 
 
də  daxili  maliyyə  bazarının  inkişafına  şərait  yaratmalıdır.  Bu  da  ölkənin  qiymətli 
kağızlar bazarının inkişafına təkan verərdi. 


100 
  
Ədəbiyyat siyahısı 
 

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995. 

«Büdcə  sistemi  haqqında»  Azərbaycan  Respublikasının  2  iyul  2002-ci  il  
Qanunu. 

Azərbaycan Respublikasının Dövlət borcu haqqında Qanunu 2007 

Azərbaycan Respublikasi Mərkəzi Bankının illik hesabatları (2009-2013) 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi,  (Dəyişikliklər  və  əlavələrlə 
birlikdə) Bakı, 2009. 

D.A.Bağırov,  M.X.Həsənli    “Maliyyə”  dərs  vəsaiti  (ikinci  buraxılış)  Bakı-
2011. 383 səh.  

D.A.Bağırov,  M.X.Həsənli,  R.N.Quşxani.  “Korporativ  maliyyə”  Dərs 
vəsaiti. Bakı 2011. 

M.X.Həsənli, L.T.Mehdiyeva, T.T.Qurbanova «Maliyyə», Bakı 2006 
 
 
 
M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010 

S.M.Məmmədov. «Maliyyə», Bakı, 1997. 
10 
Ş.Ş.Bədəlov,  R.  B.Məhərrəmov,  F.Ə.Qurbanov  «Büdcə  sistemi»,  Bakı, 
2003. 
11 
 
 
N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
12 
B.A.Xankişiyev “Büdcə təşkilatlarında uçot və hesabat”, Bakı 2012 
13 
www.bankreferatov.ru
 
14 
www.referat.com.ru
 
15 
referat.come.net 
16 
www.azstst/gov/az
 
17 
www.maliyye.gov.az
  
18 
www.nba.az
  
 
 


 
 
 
 
 
Magistrant:  Mərdanova Oksana Rəşad qızı  
 
REFERAT
 
Dövlət  özünün  funksiyalarını  həyata  keçirmək  üçün  müxtəlif  mənbələrdən 
pul  vəsaitlərini  səfərbərliyə  alır.  Lakin  dövlət  öz  xərclərini  fasiləsiz  və  kəsirsiz 
maliyyələşdirmək  üçün  bəzi  hallarda  dövlət  büdcəsində  mövcud  gəlirlər  kifayət 
etmir. Ona görə də  müəssisələrin, habelə əhalinin sərbəst pul  vəsaitini cəlb etməli 
olur.  Müəssisələrin,  əhalinin  sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsinin  əsas 
formalarından  biri  də  dövlət  kreditidir.  Deməli,  dövlətin  gəlirləri  xərclərini 
ödəmədikdə və büdcə kəsiri əmələ gəldikdə dövlət borc almalı olur. Ölkə daxilində 
dövlət  kredit  əməliyyatlarını  həyata  keçirərkən  dövlət  borc  alan  kimi  müəssisə, 
təşkilatlar və əhali kreditor, yəni borc verən kimi çıxış edirlər. 
Dövlət  borcları  və  ya  dövlət  krediti  dedikdə  ölkənin  bütün  borcları  deyil, 
dövlətin borcları nəzərdə tutulur. 
Dövlətin  borcu  mahiyyətcə  gələcəkdə  əldə  ediləcək  gəlirlər  hesabına  ödənilən 
kreditləridir.  Borclar  müsbət  hal  kimi  qiymətləndirilməsə  də,  həmin  borcların 
alınması  zərurət  kimi  özünü  göstərir.  Dövlət  kreditinin  əsas  səbəbi  dövlətin 
xərclərinin tam maliyyələşdirilməsi zəruriliyidir. 
Bildiyimiz  kimi,  kredit  münasibətlərinin  prinsiplərindən  biri  də  müddətlilik 
prinsipidir.  Bu  prinsipə  uyğun  olaraq  borc  vəsaitini  əldə  edən  subyekt  müqavilədə 
göstərilən  müddət  başa  çatdıqdan,  sonra  həmin  borc  vəsaitini  geri  qaytarmalıdır. 
Belə  ki,  kreditor  bir  müddət  vəsaitinin  yığımı  ilə  məşğul  olur,  sonra  isə  həmin 
sərbəst  pul  vəsaitini  borc  alana  təqdim  edir.  Borc  alan  da  bu  vəsaiti  öz  fəaliyyət 
istiqamətinə  yönəldir.  Bu  zaman  kredit  müqaviləsi  müəyyən  müddəti  əhatə 
etdiyindən,  borc  alan  subyekt  bu  vəsaiti  həmin  müddətə  qaytarmalı  olduğundan, 
həmin  vəsaiti  səmərəli  şəkildə  istifadə  etməyə  məcbur  olur.  Düzdür,  əgər  dövlət 
krediti  münasibətlərində  ssuda  vəsaitinin  dövr  etmə  müddəti  nə  qədər  uzun 
olursa,  səmərəlilik  bir  o  qədər  artmış  olur.  Ona  görə  ki,  borc  alan  ssuda  məbləğini 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə