www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
50
Alıcılarının tələbini ödəmək istəyən yapon balıqçıları
daha uzaq məsafələrə üzməyə başlayırlar. Lakin uzaqlara
getdikcə geriyə dönmək daha çox vaxt almağa başlayırdı.
Səfərin bir-iki gündən artıq sürməsi isə tutulmuş balıqların
təzəliyinə təsir edirdi. Yaponlar isə təzəliyi itmiş balıqların
dadını xoşlamırdılar.
Bu problemi həll etmək üçün balıqlçılar gəmilərə
soyuducu yerləşdirdilər. Beləcə onlar çox uzaqlara gedəcək,
tutduqları balıqları isə soyuducularda donduraraq, saxlaya
biləcəkdilər.
Yapon xalqı isə təzə balıqla donmuş balığın dadı
arasındakı fərqi yaxşı hiss edir və donmuş balıqlara pul
ödəmək istəmirdi. Bu dəfə balıqçılar gəmilərə akvarium
qoymaq qərarına gəldilər. Düzdür, akvariumda balıqlara darlıq
olur, hətta balıqlar bir-birinə dəyərək bir az keyləşirdilər.
Ancaq yenə də canlı qala bilirdilər.
Əhali canlı olmalarına baxmayaraq, akvarium balıqları
ilə digər balıqlardakı dad fərqini yaxşı anlayırdı. Hərəkətsiz
halda günlərcə yol gələn balığın dadı canlı və hərəkətli
balıqdan, əlbəttə fərqli olacaqdı. Təzə və dadlı balıq
Yaponiyaya necə gətiriləcəkdi?
Yaponlar bu məsələni də həll etdilər. Onlar
balıqları yenə gəmilərlə və yenə akvariumda gətirdilər. Ancaq
akvariumun içinə kiçik bir köpək balığı atdılar. Balıqların bir
qismi köpək balıqları tərəfindən yeyildi, lakin geridə təzə və
hərəkətli balıqlar qalırdı.
Qolu güclü olan birinə üstün gələr, ağlı güclü olan
çoxuna.....
“EUROVİSİON”-un
final
mərhələsinin
səhəri
Azərbaycanda çox ağır bir qətl hadisəsi ilə açıldı. Final
mərhələsinin keçirildiyi gecə (26 may, 2012) Rəvan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
51
Məmmədov adlı paytaxt sakininin qətlə yetirildiyi məlum
oldu. Qətlə yetirilən şəxs - Rəvan Məmmədov isə nəinki
Azərbaycanda, həmçinin dünya miqyasında tanınmış bir
idmançı idi. O, ağır atletika üzrə dəfələrlə Azərbaycan
çempionu, Dünya və Avropa birinciliklərinin qalibi olmuşdu.
27 may 2012-ci ildə səhər saatlarında Rəvan
Məmmədov şəxsi
idman salonunda (trenajor zalında) qətlə yetirilmiş halda
tapıldı.
Cəsədin tapıldığı gün səhər saatlarında Nəsimi rayonu
22-ci polis bölməsinə qətl hadisəsi ilə bağlı zəng daxil olur.
Cinayətin törədildiyi yerə gələn polis bölməsinin əməkdaşları
qətlə yetirilən şəxsin həm respublikada, həm də dünya
miqyasında tanınmış ağır atletika çempionu Rəvan
Məmmədov olduğunu öyrənirlər.
Ailəsinin verdiyi məlumata görə idmançı hər gecə ona
məxsus olan trenajor zalına gələrək burda məşq edirmiş. Məhz
elə cinayət törədildiyi gecə də idmançı özünə məxsus olan
trenajor zalına gələrək məşq edirmiş. İçəridə heç kimin
olmamasını müşahidə edən cinayətkar da, yaranmış
vəziyyətdən istifadə edib. Trenajor zalına daxil olan naməlum
şəxs içəridə yerləşən ağır idman alətləri, ştanq daşları,
həmçinin qantellər vasitəsilə idmançının qol-qabırğsaını
sındıraraq onu qətlə yetirir.
Cəsədin tapıldığı yerə gələn daxili işlər və prokurorluq
orqanlarının nümayəndələri, həmçinin ekspertlər müəyyən
edirlər ki, qətlə yetirilən şəxsin bədənində bir dənə də salamat
sümük qalmamışdır. Amma hələlik qətlin kim tərəfindən və
hansı səbəbdən törədildiyi məlum deyildi.
Cəsəd daxili və xarici müayinə üçün Nəsimi rayon
Tibbi ekspertiza və Potoloji Anotomiya idarəsinə yollanır. Baş
vermiş cinayət işinin istintaqı isə Bakı şəhəri, Nəsimi rayon
prokurorluğuna həvalə olunur.
Əgər bir müddət öncə qəssablıqla məşğul olan
Bahadurun vəhşicəsinə öldürülməsi xəbəri elə də ciddi səs-
küyə səbəb olmamışdısa, bu cinayət aktında məşhur