MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
59 
Bahaduru  qətlə  yetirdikdən  və  Rəvan  da  Avropadan 
qayıdıb  trenajor  zalında  öz  məşqlərini  davam  etdirməyə 
başladığı  andan  bu  izləmə  də  yenidən  bərpa  olunur.  Lazımi 
məqamın  yetişdiyini  hiss  edən  cinayətkar  ətrafda  heç  kimin 
olmadığını müəyyən etdikdən sonra trenajor zalına daxil olur 
və haqqında bəhs edilən cinayəti törədir. Öz qatili tərəfindən 
vurulana  qədər  mərhum  ondan  belə  bir  hərəkətin  olacağını 
gözləmirmiş.  Çünki  Rəvan  bundan  az  da  olsa  şübhələnsəydi 
ən  azından  arxasında  oturduğu  trenajor  alətinin  arxasından 
qalxardı. O, isə bunu etməmişdi. Deməli, hər şey sübut edirdi 
ki,  birinci  cinayətdə  olduğu  kimi  ikinci  cinayət  zamanı  da 
mərhumlar  qatillərindən  özlərinə  qarşı  belə  bir  hərəkət 
gözləmirlərmiş.  Bütün  bunlar  isə  ona  dəlalət  edirdi  ki,  ola 
bilsin,  hər  iki  qətlə  yetirilən  şəxs  qatili  lap  yaxından 
tanıyırlarmış. 
İstintaq zamanı ortaya çıxan bir kiçik fakt da  yenidən 
hər  iki  cinayətin  eyni  qatil  tərəfindən  törədildiyinə  bir  işarə 
oldu.  Müəyyən  olundu  ki,  cinayətkar  mərhum  Rəvan 
Məmmədovu  vurub  təhlükəsiz  vəziyyətə  gətirdikdən  sonra 
birinci cinayət aktında olduğu kimi indi də onun telefonundan 
valideyninə  eyni  məzmunlu  mesaj  göndərmiş  və  həmin 
mesajın mətnində qeyd olunmuşdu ki, EUROVİSİON-un son 
günü  ilə  əlaqədar  o,  şəhərə  gəzməyə  çıxacaq  və  evə  gec 
gələcək.  Evdəkilər  də  Rəvanın  bu  mesajından  sonra  səhər 
açılana  qədər  nə  ona  zəng  vurublar,  nə  də  ki,  axtarıblar. 
Cinayətkar da trenajor zalında öz işini rahatçılıqla görüb. 
Bütün  bu  istintaq  faktları  toplanıldıqdan  sonra  Səbael 
və  Nəsimi  rayon  prokurorlarının  razılıqları  əsasında  11  iyun 
2012-ci il tarixində öldürülən iki gəncin (Bahadur və Rəvanın) 
valideynləri  Kərim  və  İbrahim  Səbael  rayon  prourorluğuna 
çağırıldılar.  Burada  əsas  məqsədlər  bu  iki  ailə  arasında 
düşmənçiliyin olub-olmamasını ortaya çıxarmaq və əgər belə 
bir problem yoxdursa, cinayət işinin üstünü açmaqda yardımçı 
olan digər faktları toplamaqdan ibarət idi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
60 
Müəyyən  olunmuş  tarixdə  Kərim  və  İbrahim  Səbael 
rayon  prokurorluğuna  gəldilər.  Təşkil  olunan  görüş  zamanı 
onlarla  birlikdə  işi  araşdıran  müstəntiqlər  Tərlan  və  Raminlə 
yanaşı hər iki rayonun prokurorları, həmçinin bir psixoloq da 
iştirak edirdi. 
Prokurorlar  əvvəlcə  hər  iki  şəxsə  övladlarının  faciəli 
qətli ilə bağlı baş sağlığı verdilər. Eyni zamanda cinayətkarın 
tezliklə  tapılaraq  istintaqa  cəlb  olunacağına  söz  verdilər. 
Cinayətkarın tez bir zamanda tapılması üçün isə valideynlərin 
verdikləri  məlumatların  zəruri  olacağını  bildirdilər.  Eyni 
zamanda  ilk  qətlə  yetirilən  şəxsin,  yəni  Bahadurun  atası 
Kərim  hələ  də  övladının  qatilinin  tapılmamasına  görə 
narahatlığını  dilə  gətirdi.  Bundan  sonra  isə  kənarda  duran 
müstəntiqlər istintaqla bağlı suallarını verməyə başladılar. 
-  Hörmətli  valideynlər,  əgər  kömək  eləsəniz  yəqin  ki,  çox 
yaxın  vaxtlarda  hər  iki  cinayət  aktının  üstünü  açmağa 
müvəffəq olacağıq. 
 
Bu zaman Ramin də söhbətə qoşulur. 
-  Aparılan  tibbi  ekspertiza  və  istintaq  faktları  sübut  edir  ki, 
sizin  övladlarınız  çox  güman  eyni  şəxs  tərəfindən  qətlə 
yetiriliblər.  Həmin  cinayətkar  isə  sizin  övladlarınızı  çox 
yaxından  tanıyırmış.  Onların  nə  ilə  məşğul  olduqlarını,  hara 
gedəcəklərini,  nə  ilə  məşğul  olduqlarını  dəqiq  bilirmiş. 
Sonuncu  dəfə  sizin  övladlarınız  nə  vaxt  bir  yerdə  olublar  ? 
Yaxud  da  sonuncu  dəfə  onların  bir-biri  ilə  nə  vaxt  və  nəyə 
görə əlaqə saxladıqları haqqında hansısa məlumatınız varmı ? 
 
Verilən  suala  cavabında  İbrahim  bildirdi  ki,  iki  il 
öncəyə,  yəni  onların  Səbaeldəki  evlərini  sataraq  Nəsimi 
rayonu ərazisinə köçdüyü vaxta kimi övladları daim bir yerdə 
olublar.  Hətta  bundan  sonra  da  imkan  düşdükcə  görüşüblər. 
Hər  dəfə  ad  günü  və  ya  digər  tədbirlər  olduqda  keçmiş  sinif 
yoldaşları, məhəllə uşaqları və dostlardan bəzilərinin bir yerə 
toplandığını  da  qeyd  elədi.  Kərim  isə  övladı  Bahadurun  hər 
dəfə idman yarışında yer tutduqdan sonra Rəvana zəng edərək 
onu  təbrik  elədiyini  bildirdi.  Bu  fikri  İbrahim  də  təsdiq  etdi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
61 
Hətta  İbrahim  onu  da  bildirdi  ki,  ölümündən  bir  neçə  gün 
əvvəl Rəvanın idman yarışı ilə əlaqədar Avropaya gedəcəyini 
bilən Bahadur zəng edərək ona uğurlar arzulamışdı. 
 
Deyilən  bu  fikirlər  onu  sübut  edirdi  ki,  keçmiş  sinif 
yoldaşları  arasında  düşmənçilik  olmayıb.  Əksinə  onlar  çox 
yaxın dost olmuşdular. Deməli gənclərin qətli tamamilə başqa 
şəxs tərəfindən törədilmişdi. Bu zaman söhbətə Səbael  rayon 
prokuroru özü şəxsən qoşulur: 
-  Sizlərdən  hər  hansı  biriniz  övladınızdan  eşitmisiniz  ki,  nə 
vaxtsa  onun  kiminləsə  ciddi  bir  problemi  olub.  Yaxud  da 
kiminsə onunla haqq-hesabı var ? 
 
Hər  iki  valideyn  prokurorun  bu  sualına  “Xeyr” 
cavabını  verirlər.  Bundan  sonra  söhbətə  Nəsimi  rayon 
prokuroru qoşulur və valideynlərə sual verir. 
-  Öyrəndiyimizə  görə  sizin  övladlarınız  subay  olublar.  Belə 
bir  sual  ortaya  çıxır  ki,  bəlkə  onların  “qız  məsələsi”nə  görə 
problemləri  olub.  Özünüz  bilirsiniz  ki,  bura  Azərbaycandı. 
Belə  şeylərə  görə  ölümlə  nəticələnən  cinayət  aktlarına  rast 
gəlinir. Ona görə də övladlarınızın birlikdə və ya təklikdə belə 
bir  məsələyə  görə  probleminin  olması  barədə  məlumatınız 
olubmu ? 
Prokurorun  bu  sualından  sonra  İbrahim  “deyin  ki, 
əlimizdən heç nə gəlmir. Buna görə də bizi get-gələ salmayın” 
cavabını  verir.  İbrahimin  belə  cavab  verməsi  isə  həm 
müstəntiqləri,  həm  prokurorları  bərk  əsəbiləşdirir.  Nəsimi 
rayon prokuroru yenidən söhbətinə davam edir: 
-  Niyə  hər  hansı  Əlinin,  Vəlinin,  Məmmədin  oğlunu  yox, 
məhz  sənin  oğlunu  öldürürlər.  Deməli,  sənin  övladının  nə 
vaxtsa zibil işi olub ki, buna görə də onu qətlə yetiriblər. Bizə 
də  boş  oturmamışıq.  Törədilən  hər  iki  cinayət  aktının  üstü 
açılsın deyə əlimizdən gələni edirik. Özü də lap artıqlaması ilə 
edirik.  Siz  bizə  kömək  etsəniz,  həmin  cinayətkarı  tezliklə 
taparıq.  İndi  isə  bayaq  verdiyim  suala  cavab  verin  görək  – 
“qız məsələsi” ilə bağlı övladlarınızın kiminləsə və kimlərləsə 
problemi olubmu ? 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə