MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
62 
 
Cavabında  Kərim  bildirdi  ki,  özü  heç  kimi 
şübhələndirmədən  öz  məhəllərində  və  küçələrində  yaşayan 
oğlunun  tanışlarından  bu  məsələ  ilə  bağlı  maraqlanıb.  O,  da 
əvvəlcə oğlunun belə bir şeyə görə öldürüldüyünü zənn edib. 
Amma oğlunun  sırf bu məsələyə  görə kiminləsə probleminin 
olduğunu heç kimsə söyləməyib. 
Bir qədər öncə prokurora verdiyi cavabdan məyus olan 
İbrahim  də  eyni  şeyləri  təkrar  elədi.  Eyni  zamanda  İbrahim 
onu da əlavə etdi ki, oğlum olsa da Rəvan idmançı olduğuna 
görə  uşaqlığından  bəri  bir  az  saymazyana,  özünü 
başqalarından  üstün  tutan  uşaq  olub.  O,  dəfələrlə  Rəvana 
artıq-əksik hərəkətlər etməməsini tapşırsa da, oğlu hətta onun 
sözlərinə  də  məhəl  qoymayıb.  İbrahim  oğlu  Rəvanın  məhz 
özünün  hansısa  səhvi  ucbatından  öldürüldüyünü  bildirdi. 
Amma  bu  səhvin  digər  ailənin  övladına  nə  kimi  aidiyyatının 
olduğunu isə bilmədiyini etiraf etdi. 
 
Həmin  gün  prokurorluqdakı  istintaq  söhbəti 
uzun  müddət  davam  elədi.  Amma  tərəflərdən  heç  biri  yekdil 
bir  fikrə  gələ  bilmədilər.  Bundan  sonra  müstəntiqlər 
valideynləri – Kərim və İbrahimi yola saldılar. Prokurorlar və 
istintaq iclasında iştirak edən psixoloq isə söhbətin aparıldığı 
zalda  qalmışdılar.  Bundan  sonra  hər  iki  müstəntiq  geri 
qayıdaraq zaldakı söhbəti indi öz aralarında davam etdirdilər. 
İlk öncə Səbael rayon prokuroru psixoloqa tərəf çevrilərək: 
-  Siz  necə  düşünürsünüz  ?  Törədilən  cinayətləri  qisas 
zəminində bu 2 ailə bir-birinə qarşı törətməyiblər ki,? 
-  Xeyr,  cənab  prokuror.  Mən  hər  iki  prokurorluğa  daxil  olan 
istintaq  faktları,  cəsədlərin  ekspertizası  və  bir  müddət  öncə 
öldürülən 
gənclərin 
valideynlərinin 
dediklərini 
ümumiləşdirərək  belə  nəticəyə  gəldim    ki,  bu  cinayətləri 
ailələr bir-birinə qarşı törətməyiblər. Bu tipli cinayətlər ancaq 
bir psixopat və ya manyak tərəfindən törədilə bilər. Yaxud da 
bu  2  şəxs  bir  başqasını  gör  nə  qədər  incidiblər  ki,  onun 
heysiyyatına nə dərəcədə toxunublarsa həmin şəxs də bunları 
beləcə qətlə yetirməklə bunlardan qisas almış olub. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
63 
-  Bəs    aparılan    istintaq    işi    ilə    bağlı    sizin    nəsə    bir  
məsləhətiniz varmı ? 
-  Qətlə  yetirilənlədən  biri  Səbaeldə,  digəri  isə  Nəsimidə 
yaşayırdı.  Əgər  digər  faktları  bilməsəydik,  qətllərin 
təsadüfdən  baş  verdiyini  deyərdim.  Amma  onlar  həm  qonşu, 
həm  yaxın  dost,  həm  də  sinif  yoldaşları  olublar.  Qatil 
psixologiyasında  isə  belə  təsadüflər  olmur.  Mütləq  hər  iki 
qətli  hansısa  səbəb  birləşdirir.  Yəqin  ki,  sizin  müstəntiqlər 
həmin  oğlanların  dost-tanışları  müəyyən  qədər  söhbət 
aparıblar. Amma onların oxuduğu məktəblərdə olublarmı ? 
Prokurorların  hər  ikisi  “XEYR”  cavabını  verdi. 
Psixoloq isə yenidən söhbətinə davam etdi. 
- Sizin müstəntiqlər 1 müddət sonra keçmiş sinif yoldaşlarının 
dost-tanışlarını  bura toplayacaqlar. Əgər həmin istintaq işi də 
öz lazımi nəticəsini verməsə, məsləhətim budur ki, bir müddət 
sonra  müstəntiqləriniz  həmin  adları  keçən  şəxslərlə  əlaqə 
saxlamaqla  bərabər,  keçmiş  sinif  yoldaşlarının  təhsil  aldığı 
məktəbə də getsinlər. Sinif rəhbəri, məktəb direktoru, direktor 
müavinləri,  müəllimləri,  ümumiyyətlə,  həmin  məktəbdən 
onları  tanıyan,  yadda  saxlayan  hər  kim  varsa  onlarla  bir-bir 
söhbət  aparsınlar.  Ola  bilsin  ki,  bu  uşaqların  məktəbdə 
oxuduğu illərdə kiminləsə və kimlərləsə ciddi bir problemləri 
olub.  Ola  bilər  ki,  kiminsə  şərəf  və  ləyaqətinə  toxunublar. 
Həmin  şəxs  də  gözləyib,  gözləyib,  gözləyib...  və  hər  şeyin 
yaddan çıxdığını və eyni zamanda qətl üçün lazımi məqamın 
yetişdiyini hiss edərək cinayətləri törətməyə başlayıb. 
- Məntiqli fikirdi – deyə Nəsimi rayon prokuroru cavab verdi. 
Sonra isə müstəntiqlərə bu məsələ haqqında da göstəriş verdi. 
“Əgər  mərhumların  dost-tanışları  ilə  aparılan  istintaq  işi 
lazımi  nəticəni  verməsə,  hər  ikiniz  mülki  geyimdə  həmin 
məktəbə gedərsiniz və lazımi adamlarla söhbət apararsınız.” 
 
Ardınca prokurorlar qərara aldılar ki, istintaqla 
əlaqədar  olaraq  müstəntiqlər  hələ  ki,  bir  vaxtlar  Bahadur  və 
Rəvanın  yaşadıqları  ərazidə  onları  tanıyan  dost-tanışları 
arasında  təhqiqat  apararaq  əlavə  məlumatlar  toplasınlar. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
64 
Lazımi  məlumatlar  toplandıqdan  sonra  iyun  ayının  25-də 
prokurorluqda  həmin  adları  keçən  dost-tanışların  iştirakı  ilə 
istintaq  iclası  təşkil  edilsin.  Tərlan  və  Ramin  prokurorlarının 
göstərişi  ilə  2  həftə  ərzində  həmin  adları  keçən  şəxslər 
haqqında lazımi məlumatları topladılar. Eyni zamanda həmin 
şəxslərin  iştirakı  ilə  yuxarıda  qeyd  olunan  tarixdə  yenidən 
istintaq  toplantısı  keçirildi.  Amma  yenə  də  Bahadur  və 
Rəvanın hansı səbəbdən öldürüldüyü müəyyən edilmədi. Eyni 
zamanda  həmin  şəxslərin  verdiyi  ifadələr  qatil  müəyyən 
etməyə  imkan  vermədi.  Törədilən  cinayətlərə  görə  konkret 
olaraq kimdənsə qəti olaraq şübhələnmək olmurdu. 
Qərara alındı  ki,  istintaq işinin  əhatə dairəsi  bir qədər 
də  genişləndirilsin.  Bu  dəfə  müstəntiqlər  psixoloqun  verdiyi 
təklifə  uyğun  olaraq  Bahadur  və  Rəvanın  keçmiş  sinif 
yoldaşları haqqında məlumat toplamağa başladılar. 
Həmçinin,  qərara  alındı  ki,  bu  dəfəki  istintaq 
toplantısında  isə  qətlə  yetirilən  oğlanların  valideynləri  ilə 
bərabər,  həmin  oğlanların  digər  oğlan  sinif  yoldaşları  və 
onların valideynlərinin də iştirakı təmin edilsin. Müstəntiqlərə 
tapşırıldı  ki,  göstərilən  tarixə  qədər  həmin  sinifdə  oxumuş 
digər  oğlanlarla  əlaqə  saxlasınlar  və  onlara  istintaqı  aparılan 
cinayət işi ilə əlaqədar olaraq təyin olunmuş vaxtda – yəni 10 
iyul 2012-ci il tarixində Səbail rayon prokuroluğuna gəlmələri 
tapşırılsın.  
Bunun  üçün  əvvəlcə  Səbael  rayon  prokuroru  həmin 
məktəbin rəhbərliyi ilə əlaqə saxladı. Məktəb rəhbərliyi orada 
vaxtilə  həmin  uşaqlara  dərs  deyən  müəllimlərlə  və  digər 
lazımi  şəxslərlə  əlaqə  saxlamaqda  müstəntiqlərə  köməklik 
etməli  idilər.  Telefonla  həmin  məktəbin  direktoru  ilə  əlaqə 
saxlayan  prokuror  müstəntiqlər  üçün  lazımi  razılığı  aldı. 
Sabah  müstəntiqlər  səhər  tezdən  mülki  geyimdə  həmin 
məktəbə yollanmalı idilər. 
Tərlan  və  Ramin  səhəri  gün  bir  vaxtlar  Bahadur  və 
Rəvanın təhsil aldığı orta məktəbə yollandılar. Direktor onları 
məktəbin foyesində qarşıladı və daha sonra söhbət direktorun 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə