www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
81
avtomobilimi işə salmaq üçün açara da ehtiyac qalmır.
Qalanını artıq siz özünüz də bilirsiniz. Ümumiyyətlə, həmin
şəxs mənim avtomobilimdə hansı naqillərin siqnalizasiya
sisteminə, hansı naqillərin isə mühərrikə getdiyini çox yaxşı
bilirmiş. Qatil bu tipli avtomobilə çox yaxından bələd imiş.
- Bəs, avtomobilinizin markası nə idi?
- RANGE ROVER
- Telefonla danışanda sizə deməmişdim. Məhz burda - Bakıda
qətlə yetirilən oğlanları da onların məşğul olduqları sahəyə
uyğun qətlə yetirmişdilər. Məsələn, Bahadur atası ilə birlikdə
qəssablıqla məşğul olurdu və onu özünün işlətdiyi qəssab
baltası ilə qətlə yetirmişdilər. Rəvan ağır atletika üzrə
çempion idi və onu da trenajor zalında özünün istifadə etdiyi
ağırlıq qaldırma alətləri ilə qətlə yetirmişdilər. Yəqin ki, bu
cinayətkar sizin və oğlunuzun da avtomobil satışı ilə məşğul
olmağınızı bilirmiş və törətdiyi qətli də məhz buna uyğun
planlaşdırıb.
- Deməli, mənim oğlumu da digər oğlanları qətlə yetirən qatil
öldürüb.
- Bu aydın məsələdir.
İbrahim əli ilə Tərlanı prokurora göstərə-göstərə
qəhərdən boğulmuş şəkildə sözünə davam etdi:
- Yoldaş müstəntiq, mənə zəng edəndə bu işi o qədər də
ciddiyətə almadım. Hətta dedim ki, mənim uşaqlarıma
barmağını toxunduran heç anasından olmayıb. Çox böyük bir
səhvə yol verdim. Hətta, mənə zəng edən müstəntiqinizin
üzünə telefonu belə söndürdüm. Kimə pislik elədim ? Əlbəttə
ki, özümə. İndi sizin hər ikinizdən bir xahişim var - tez bir
zamanda həmin qatili tapıb layiqli cəzasını verin. Nə mənim
balamın, nə də ki, digər uşaqların qanını yerdə qoymayın.
Cavabında prokuror bildirdi ki, 9 aydır ki, onların
idarəsi bu cinayət işinin üzərində işləyir.
Eyni zamanda Səbael
rayon prokurorluğundan əlavə Nəsimi rayon prokurorluğu və
bir neçə polis bölməsi də baş vermiş cinayət işlərinin istintaqı
ilə bağlı təhqiqat aparırlar. Uzun müddətdir ki, çalışmaqlarına
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
82
baxmayaraq
qatilin
şəxsiyyətini hələ də müəyyən
edilməmişdir. Prokuror sonuncu olaraq qətlə yetirilən
İbrahimin atası Rasimi əmin etdi ki, məhz onun köməyi ilə
çox yaxın zamanlarda həmin cinayətkarı taparaq layiqli
cəzasını verəcəklər. Prokuror eyni zamanda bildirdi ki, lazım
gəlsə onların idarəsi Rusiyadakı həmkarları ilə də əlaqə
saxlayacaq və hər necə olursa-olsun bu cinayət aktının üstünü
açacaqlar. Bunun üçün Rasimin bir müddət Bakıda qalması
vacibdir.
Rasim cavabında bildirdi ki, o bir müddət Bakıda
qalacaq və əgər istintaqla bağlı onu prokurorluğa çağırsalar o,
istənilən vaxt, istənilən yerə gəlməyə hazırdır. Təki həmin
cinayətkar tapılsın. Daha sonra Rasim öz nömrəsini Tərlana
təqdim etdi. Bundan sonra Rasim Səbael rayon
prokurorluğunun binasını tərk elədi. Kabinetdə qalan Tərlan
və prokuror isə söhbətlərini davam etdirdilər. Əvvəlcə söhbətə
prokuror başladı.
- Allahverdiyev, törədilən cinayətlər barədə psixoloqun və
sizin təxmininiz düzgün çıxdı. Qətlə yetirilənlər bir vaxtlar
məktəbdə oxuduğu vaxtlarda nə eləyiblərsə, etdiklərinin
günahlarını indi çəkirlər. Əgər ilk qətlə yetirilənlər Bahadur
və Rəvan məktəbi bitirdikdən sonra da bir-biri ilə görüşüb
əlaqə saxlamışdılarsa, bu sonuncu qətlə yetirilənin məktəbi
bitirdikdən sonra sinif yoldaşları da daxil olmaqla Bakıdakı
heç kimlə əlaqəsi olmayıb. Amma hər necə olursa-olsun artıq
bu qatili saxlamaq lazımdır. Mən cənab baş prokurora zəng
vurub xahiş edəcəm ki, Rusiya Federasiyasındakı
həmkarlarımızla, eyni zamanda Rusiyanın Daxili İşlər
Orqanları ilə əlaqə saxlamaqda bizə yardımçı olsun. Əlaqəli
çalışsaq, tez bir zamanda bu işin üstünü açarıq.
- Cənab prokuror, mümkündürsə həm AZAL-nan, həm Dövlət
Dəmir Yolu idarəsi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi,
həm də
yenidən Dövlət Gömrük Xidməti ilə də əlaqə saxlayardınız.
Mütləq respublikaya gələn və gedən bütün insanların siyahısı