MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
1   ...   5   6   7   8   9   10   11   12   13

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

44 



 

 

Yəsna 47-ci Hat, 



“İspentəmyədqat” 

 

 



1.  Sipəndmanioya  doğru  dinə  qarşı  uğurlu 

düşüncəli,  əməlli  və  danışıqlı  olduqda 

Məzda Əhura bizə mükafat olaraq yetkinlik 

və  əbədiliklə  yanaşı  bacarıq  və  sarsılmaz 

inam bağışlayacaqdır. 

2.  Bu  müqəddəs  ,  pak  ruh  üçün  uğurlu 

düşüncəyə  müvafiq  danışıqla,  dindarlıq 

üzrə  əməllərdə  ən 

yaxşı  fəaliyyət 

göstərməlidir. Yaradanı tanımaq belədir. O, 

- Məzda doğruluğun atasıdır. 

3.  Bu  Manionun  pak  atası  sənsən  ki,  ey 

Məzda,  o  bizim  üçün  sevinc  gətirən 

heyvanlar  yaratdı  və  uğurlu  davranış 

friştəsi  ilə  danışıqdan  sonra  Sipəndarmuz 

onun  əkini  abad  olmaq  üçün  yardım 

göstərdi. 

4. 


Yalanpərəstlər 

Sipəndmanionun 

göstərdiklərindən 

boyun 


qaçırdılar. 

Doğruluq  tərəfdarları  isə  başqa  cür  rəftat 

etdilər: hər kəs istər yoxsul , ya varlı olsun 

doğruluq  tərəfdarına  qarşı  mehriban, 

yalanpərəstə qarşı amansız olmalıdır. 

5. 


Ey 

Məzda 


Əhura,  sən  doğru 

tərəfdarlarına  Sipəndarmuz  vasitəsilə  ən 

yaxşı  şeyləri  vəd  etdin.  Sənin  istəyin 

olmadan  yalanpərəst öz çirkin davranışı ilə 

yaşayan, o nemətlərdən bəhrələnəcəkdirmi? 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

45 


6.  Ey  Məzda  Əhura,  Sipəndmanionun 

vasitəsilə  sən  hər  iki  qrupun  payını 

Sipəndarmuz  və  Ordubehiştin  yardımı  ilə 

verəcəksən.  Bir  çox  adamlar  dinə  rəğbət 

göstərmək  üçün  bu  haqda  eşitmək 

istəyirlər. 

 

                  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

46 



 

Yəsna, 48-ci Hat 

“İspentəməydqat” 

 

1. Son hesab günündə qabaqcadan xəbər 



verildiyi kmi yalanpərəstlər, divlər və 

günahkar adamlar doğru tərəfdarları 

vasitəsilə məğlubiyyətə uğrayacaqlar. O 

zaman, ey Əhura, sənə sitayiş edən sənin 

rəhmətinlə yüksələcəkdir. 

2. Ey Əhura, bildiyin hər şeydən məni agah 

et.  Ey  Məzda,  doğru  tərəfdarı  yalanərəsti 

məğlub  etməzdən  əvvəl  sənin  düşündüyün 

cəza  yerinə  yetiriləcəkdirmi?  Şübhəsiz 

aydındır  ki,  bu,  dünya  üçün  yaxşı,  xoş 

xəbərdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

47 


3.  İndi  ağıllı  adama  üçün  ən  yaxşı  bilik 

odur  ki,  xeyirxah  Əhura,  sənin  kimi  pak 

olan kimsə , ey Məzda , ona doğru din üzrə 

bilik versin ki, müqəddəs ruhu ağlı ilə gizli 

dünya qanunlarından da xəbərdar olsun. 

4.  Ey  Məzda,  gah    uğurlu,  gah  uğursuz 

düşünən,  eləcə  də  dinini  ,  əməlini  və 

danışığını  öz  həvəsinə,  istəyinə  və  biliyinə 

tabe edən adam son gündə tək qalacaqdır 

5.  Yaxşı  hökmdarlar  uğurlu  dinə  uyğun 

əməlləri ilə şahlıq etməlidirlər. Olmasın ki, 

pis  hökmdarlar  bizə  şahlıq  etsinlər.  Ey 

Sipəndarmuz,  insanlar  üçün  gələcəkdə  ən 

yaxşı  pak  həyat,  heyvanlar  üçün  otlaq 

hazırla və onları bizim qidamız üçün bəslə. 

6. O ulu Bəhmən bizim üçün yaxşı  yaşayış 

yerləri hazırladı, sarsılmazlıq və  güc verdi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

48 



Məzda 

Əhuranın 

ilk 

yaranışında 



Ordubehişt vasitəsilə göyərtiləri yaratdı.  

7.    Qəzəb  aradan  getməlidir.  Dostu  pak 

şəxsiyyət  olan  doğru  din  vasitəsilə 

müqəddəs  ruhun  mükafatına  nail  olmaq 

istəyənlər  zülmü  özünüzdən  uzaqlaşdırın. 

Ey  Əhura,  davranış  sahibləri  sənin 

sarayında olacaqlar. 

8.  Ey  Məzda,  sənin  uğurlu  ölkənin 

hədiyyəsi  nədir?  Sənin,  məhz  sənin  mənə 

verəcəyin  mükafat  nədən  ibarətdir,  Ey 

Əhura?  Dindarlar  gözlədiyi  doğruluq 

vasitəsilə  açıq  mühakimə  və  uğurlu 

davranış  köməyilə  əməllərin  yoxlanması 

necədir? 

9.  Ey  Məzda,  ey  Ordubehişt,  mən  nə  vaxt 

biləcəyəm  ki,  siz  mənə  əzab  verənə, 

hədələyənə 

qarşı  hər  kəsdən  artıq 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

49 


güclüsünüz, bu, mənə deyilməlidir. Uğurlu 

davranışın elçisi olan xilaskar bilməlidir ki, 

ona necə mükafat veriləcəkdir. 

10.  Ey  Məzda,  dini  başçlar  nə  vax  qəbul 

edəcəklər?  Bu  içkini  ki,  onun  vasitəsilə 

karapanlar öz düşüncələri üzrə ədavət üçün 

ölkələrin  pis  hökmdarlarını  aldadırlar,  nə 

vaxt aradan aparacaqsan? 

11. Ey  Məzda, doğruluqla dindarlıq,  yaxşı, 

yaşıl,  abad  ölkə  nə  vaxt  görünəcəkdir? 

Qaniçən  yalanpərəstlərə  qarşı  kimlər 

qayğıkeşlik edəcəklər? Müqəddəs davranışı 

tanıyacaq adamalr kimlər olacaqlar? 

12.  İndi  ölkələrə  nicat  verən  bunlardır  ki, 

sənin dinini çiçəkləndirmək uğrunda uğurlu 

düşüncə,  uğurlu  davranış  və  doğruluq 

yolunu  izləyirlər,  ey  Məzda,  çünki  qəzəbi 



Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə