MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə4/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   2   3   4   5   6   7   8   9   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

14 


tarixini  və  nailiyyətlərini  öyrənmədən,  onlara  qarĢı  tolerant 

münasibət,  onların  nümayəndələrinə  hörmət  mümkün  deyil, 

qarĢılıqlı  anlaĢma,  mədəniyyətlərin  və  sivilizasiyaların  dialoqonu 

qurmaq mümkün deyil. 

 

Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilmə 

səbəbləri 

 

Avropa  və  bəzi  qərb  dövlətləri  multikulturalizmi  idarə  etməyin 



kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan 

imtina  etmiĢlər.  Bəzi  xalqların  nümayəndələri  bu  və  ya  digər 

dövlətlərin  milli  mədəniyyətinə  nə  assimilyasiya,  nə  inteqrasiya 

olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada ―Homo 

sapiens‖  tipli  insandan  ―Homo  culturalies‖  tipli  insana  keçid 

beynəlxalq  proqramının  bütün  dünyada  iĢlənib  hazırlanması  və 

tətbiq  edilməsi  zəruridir.  Olsun  ki,  Azərbaycan  multikulturalizm 

ənənəvi siyasətinin çox yaxĢı modelidir. 

 

Cəmiyyətdə multikulturalizm əhəmiyyəti 

 

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan 



düĢünülmüĢ  multukulturalizm  siyasəti  olmadan  sabit  inkiĢaf  edə 

bilməzlər.  Bunun  sübutlarından  biri  Azərbaycan  Respublikasının 

inkiĢafıdır  ki,  burada  Azərbaycanın  milli  mədəniyyətinə 

müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri 

harmonik  inkiĢaf  edirlər.  Multikulturalizmdən  imtina  etmək  yaxĢı 

heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan 

anlaĢılmazlığa,  fobiyaya,  qarĢıqoymaya  və  qarĢıdurmaya,  milli  və 

dini münaqiĢələrə aparıb çıxaran yoldur. 

 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

15 

MULTĠKULTURAL AZƏRBAYCAN 

MƏDƏNĠYYƏTĠ MĠLLĠLĠK VƏ 

ÜMUMBƏġƏRĠLĠYĠN VƏHDƏTĠ KĠMĠ 

 

 



 

ÜmumbəĢərilik  prоblеmi  tariхilik  və  müasirlik  kоntеkstində  bütün 

хalqlara  və  mədəniyyətlərə  хas  оlsa  da,  burada  daha  çох 

Azərbaycanın  mədəni-mənəvi  rеallıqlarında  milliliyin  inikasından 

söhbət  gеdir.  Azərbaycanın  milli-mənəvi  dəyərləri  təkcə 

ümumdünya,  ümumbəĢəri  mədəniyyətinin  dеyil,  türk-müsəlman 

mədəniyyətinin  də  tərkib  hissəsidir.  "Türkdilli  хalqlar  qədim, 

çохəsrlik tariхi bоyu Avrasiya qitəsinin böyük hissəsində yaĢayaraq 

dünya,  bəĢər  mədəniyyətinə  böyük  töhfələr  vеrmiĢ,  оnu 

zənginləĢdirmiĢlər…Türk  хalqlarının  mədəniyyətləri,  о  cümlədən 

Azərbaycanı  milli  mədəniyyəti  nəsillərdən-nəsillərə  хalqımızı 

özünəməхsus  milli-mənəvi  dəyərlər,  о  cümlədən  ümumbəĢəri 

dəyərlər  əsasında  tərbiyə  еtmiĢ,  hazırlamıĢ,  vətənpərvərlik,  Vətənə 

sədaqət hisslərini daim gücləndirmiĢdir" [4, 468].  

Türkdilli  хalqların,  ölkələrin  mədəniyyəti,  ədəbiyyatı  ХХ  əsrdə 

ziddiyyətli, еyni zamanda çох Ģərəfli bir yоl kеçmiĢdir. Bir tərəfdən 

bizim  mənəviyyatımızı,  mədəniyyətimizi,  ədəbiyyatımızı  bir-

birindən  ayırmaq,  parçalamaq,  milliliyin  qarĢısını  almaq  cəhdləri 

çох güclü оlmuĢ, digər tərəfdən yaranmıĢ ictimai-siyasi vəziyyət və 

хalqlarımızın cürbəcür imkanlardan istifadə еdib dünya mədəniyyəti 

ilə  daha  da  sıх  əlaqələr  qurması  nəticəsində  ədəbiyyatımız, 

mədəniyyətimiz çох inkiĢaf еtmiĢdir.  

Göründüyü  kimi,  türkdilli  хalqların,  о  cümlədən  Azərbaycan 

mədəniyyətinin  zənginləĢməsi  və  inkiĢafında  milli  və  ümumbəĢəri 

dəyərlərin vəhdəti əsas rоl оynamıĢdır.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

16 


Azərbaycan mədəniyyətinin daхili strukturunda оnun əsas nüvəsini 

məhz  milli  və  ümumbəĢəri  dəyərlər  təĢkil  еdir.  Milli-mənəvi 

dəyərlər  хalqımızın  tariхən  fоrmalaĢdırdığı  fеnоmеndirsə, 

ümumbəĢəri  dəyərlər  –  müхtəlif  еtnоslar,  хalqlar  və  millətlərin 

fоrmalaĢdırdığı mədəni-sivil sərvətlərdir.  

Azərbaycan milli mədəniyyəti bəĢəriyyətin bütövləĢməsi prоsеsində 

qlоballaĢmanın  təsiri  ilə  ümumdünya  mədəniyyətinə  intеqrasiya 

оlunur.  Bu  prоsеs  ictimai-siyasi,  iqtisadi  və  mədəni  sahələrin 

vəhdəti prоsеsidir.  

ÜmumbəĢəri  dəyərləri  mənimsəməklə  vahid  dünya  mədəniyyəti 

sistеminə  qоvuĢan  Azərbaycan  mədəniyyəti  bu intеqrativ  prоsеsdə 

həmin  dəyərləri  əxz  edərək  müхtəlif  dini,  sоsial-mədəni  dəyərlərə 

tоlеrant münasibət bəsləyir. Artıq хalqların "özündən məmnunluq", 

"özünə  vurğunluq"  hissindən  imtina  edərək  ümumi  əmin-amanlıq, 

həmrəylik,  barıĢ  Ģəraitində  yaĢamağı  tariхi  zərurətə  çеvrilir.  Bu 

mənada  mənəviyyatın  və  dəyərlərin  milli  və  ümumbəĢəri 

kоntеkstdə  öyrənilməsi  оlduqca  mühüm  əhəmiyyət  kəsb  еdir.  Bu 

gün 


Azərbaycanda 

mədəniyyətlərarası 

dialоq, 

tоlеrantlıq, 

multikulturalizm  və  ümumbəĢəri  vəhdət  idеyası  əsas  yеr  tutur. 

Azərbaycan  milli  mədəniyyəti  ümumbəĢəri,  оrtaq  mədəniyyətin 

tərkib hissəsidir.  

Fəlsəfi  ədəbiyyatda  millilik  və  ümumibəĢəriliyin  qarĢılıqlı 

münasibətlərini  dərindən  öyrənmək  üçün  millət  və  bəĢəriyyətin 

əlaqələrini  dərk  еtməyin  zəruriliyi  göstərilir.  Burada  millətçilik  və 

kоsmоpоlitizm anlayıĢları da оrtaya çıхır. Millətsiz bəĢəriyyət qеyri 

– mümkündür. Millət bəĢər tariхində yaranan dəyərli bir sərvətdir. 

BəĢəriyyətin  milli  varlıq  fоrmalarında  mövcudluğu  humanizm, 

harmоnik inkiĢaf və vəhdətə söykənir. 

"Millətin  arхasında  əbədi  оntоlожi  əsas  və  əbədi  dəyərli  məqsəd 

durur.  Millət  varlığının  iеrarхik  pilləsindən  biri,  insanın  və  ya 

bəĢəriyyətin  fərdiliyindən  fərqli  baĢqa  pillə,  baĢqa  dairədir"  [7]. 

Millətdə insanlar arasında mükəmməl qardaĢlıq bərqərar оlur, insan 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə