MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə8/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   4   5   6   7   8   9   10   11   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

27 

həmin  mədəni,  linqvistik,  etnik  rəngarəngliyin  qorunmasına 



yönəldilən  və  uğurla  həyata  keçirilən  dövlət  siyasəti 

multikulturalizm  sahəsində  əsrlərdən  bəri  toplanmıĢ  böyük  tarixi 

təcrübənin  xüsusi  qayğı  ilə  əhatə  olunmasını,  zənginləĢdirilməsini, 

cəmiyyətdə  bu  istiqamətdə  qazanılmıĢ  unikal  nailiyyətlərin 

beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.  

 

Multikulturalizmin  həyat  tərzinə  çevrildiyi  Azərbaycanın  dünyaya 



tolerantlıq  nümunəsi  olaraq  daha  geniĢ  tanıdılmasının  vacibliyi, 

eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas 

fəlsəfi,  sosial,  siyasi  və  digər  aspektlərin  Azərbaycan  reallığında 

təhlili  və  təĢviqinin  əhəmiyyətini  nəzərə  alaraq  Bakı  Beynəlxalq 

Multikulturalizm  Mərkəzi  yaradıldı.  Əlbəttə,  belə  bir  Mərkəzin 

yaradılması  multikulturalizmin  Azərbaycanda  əsrlərdən  bəri 

formalaĢan,  eyni  zamanda,  bədii,  psixoloji-mənəvi  müstəvidən 

kənara  çıxmayan  dəyərlər  toplusu  kimi  mövcud  olduğunu 

göstərirdi.  

 

Ümummilli  lider  Heydər  Əliyevin  siyasi  iradəsi  nəticəsində 



Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikultu¬ralizm 

ənənələrini  hüquqi  və  siyasi  müstəvidə  yenidən  bərpa  etdi.  Ulu 

öndər  Azərbaycanın  gələcək  uğurlu  inkiĢafı  üçün  dəqiq  ideoloji 

hədəf  seçdi  və  müdrik  siyasəti  ilə  əsrlər  boyu  formalaĢan  çox 

mədəniyyətlilik  ənənəsini  inkiĢaf  etdirərək  onu  keyfiyyətcə  yeni 

mərhələyə  qaldırdı.  Onun  rəhbərliyi  ilə  Azərbaycan  xalqının 

multikultural  ənənələrinin  qorunması  sahəsində  həyata  keçirilən 

siyasi  istiqamət  hazırda  Prezident  Ġlham  Əliyev  tərəfindən  uğurla 

davam etdirilir.  

 

 



 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

28 


 

Multikulturalizm Mərkəzi niyə yaradıldı 

və yaxud da bir ilin HESAB VAXTI... 

 

Azərbaycanı  dünyada  multikultur  ölkə  kimi  tanıtmaq  məqsədilə 



Prezident  Ġlham  Əliyev  tərəfindən  yaradılan  Bakı  Beynəlxalq 

Multikulturalizm 

Mərkəzi 

qısa 


zamanda 

Azərbaycan 

multikulturalizminin  elmi  əsaslarla  öyrənilməsi  və  dünyada  təbliği 

ilə  bağlı  bir  sıra  mühüm  iĢlərin  icrasına  baĢladı.  Əvvəlcə  Dövlət 

müĢaviri, 

Bakı 


Beynəlxalq 

Multikulturalizm 

Mərkəzinin 

Himayəçilik  ġurasının  sədri  Kamal  Abdullayevin  ideya  və 

təĢəbbüsü  ilə  ―Multikulturalizmə  giriĢ‖  və  ―Azərbaycan 

multikulturalizmi‖  fənləri  yaradıldı  və  hər  iki  fənn  üzrə  tədris 

proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olundu. 

Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  imkanları  hesabına 

xarici  ölkə  universitetləri  ilə  bu  fənlərin  tədrisi  haqda  danıĢıqlar 

aparıldı  və  ilkin  mərhələdə  10-a  yaxın  universitet  təklifi  müsbət 

qarĢıladı. 

Tədrisinə  baĢlanacaq  fənlər  yeni  olduğundan  bu  fənləri  tələbələrə 

çatdıracaq  müəllimlərin  hazırlığını  da  öz  üzərinə  götürən  Mərkəz 

ölkəmizin tanınmıĢ alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə 

birgə  müntəzəm  treninqlərə  baĢladı.  Treninqlər  zamanı 

mütəxəssislər 

dinləyicilərə 

―Multikulturalizmə 

giriĢ‖ 

və 


―Azərbaycan  multikulturalizmi‖  fənlərinin  tədris  proqramlarının 

əsasında  mühazirələr  oxuyur,  onları  lazımi  dərs  materialları  ilə 

təmin  edir  və  sonda  imtahanda  onların  biliklərini  yoxlayırlar. 

Ġmtahandan  uğurla  keçənlərə  Bakı  Beynəlxalq  Multikulturalizm 

Mərkəzi 

tərəfindən 

sertifikat 

verilir. 

Treninqlərdə 

―Multikulturalizmə  giriĢ‖  və  ―Azərbaycan  multikulturalizmi‖ 

fənlərini  tədris  edəcək  müəllimlərin  hazırlanması  bu  sahədəki 

hazırkı tələbatı müəyyən dərəcədə qarĢılaya bilib. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

29 

Hazırda 


xarici 


ölkə 

universitetində 

―Azərbaycan 

multikulturalizmi‖ fənni tədris olunur. Bu ali məktəblər Müqəddəs 

Kliment Oxridski adına Sofiya Universiteti, Ġvan CavaxiĢvili adına 

Tbilisi  Dövlət  Universiteti,  Ural  Federal  Universitetinin 

Yekaterinburq  filialı  (Yekaterinburq,  Rusiya  Federasiyası),  Litva 

Pedaqoji 

Universiteti, 

Praqa 


Karlov 

Universiteti 

(Çex 

Respublikası),  Roma  Sapienza  Universiteti  (Ġtaliya)  və  Belarus 



Dövlət Universiteti var. 

 

Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinə  ―Azərbaycan 



multikulturalizmi‖  fənninin  tədris  olunması  ilə  bağlı  rəsmi 

müraciətlərə  əsasən  növbəti  tədris  ilinin  I  semestrində  dərslərə 

baĢlamaq  üçün  Vürsburq  Universiteti  (Almaniya),  Frayburq 

Universiteti  (Ġsveçrə),  Sakarya  Universiteti  (Türkiyə),  Doğu 

Akdeniz Universiteti (ġimali Kipr Türk Respublikası), Lutsk Milli 

Texniki  Universiteti  (Ukrayna)  rəsmi  müraciətlərini  göndərib. 

Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza 

Universiteti  (Ġtaliya),  Auqsburq  Universiteti  (Almaniya)  və 

ĠNALCO  Universiteti  (Dövlət  ġərq  Dilləri  və  Sivilizasiyaları 

Ġnstitutu, Fransa) ilə bu istiqamətdə danıĢıqlar aparır. 

―Multikulturalizmə  giriĢ‖  və  ―Azərbaycan  multikulturalizmi‖ 

fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və 

magistr pillələrində də tədris edilməyə baĢlanılıb. 

 

Azərbaycanın  dünyaya  baĢqa  bir  rakursdan  təqdimatına  xidmət 



edən  bu  fənlərin  tədrisinin  coğrafiyasının  geniĢlənməsi  akademik 

səpkidə  daha  bir  addımın  atılmasını  zəruri  edib.  Belə  ki,  Bakı 

Slavyan  Universitetinin  Elmi  ġurasının  üzvü  Kamal  Abdullayevin 

təĢəbbüsü  ilə  universitetin  Elmi  ġurasında  ―Azərbaycan 

multikulturalizmi‖  kafedrasının  yaradılması  haqqında  qərar  qəbul 

edilib.  

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə