MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
39 
gözəli əslində yeddi xanım kimi qəbul olunmamalıdır. Burada 
yeddi  gözəl  Bəhramın  bir-bir  keçdiyi  7  mənəvi  inkişaf 
qatlarının  obrazlaşdırılmış  nümunələridir.  Onun  ―Sənsiz 
―rədifli qəzəlinə fikir verək. Orda deyilir:           
                   
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz. 
 Hər nəfəs çəkdim hədər, getdi o saət sənsiz. 
 
Burada söhbətin nədən getdiyini anlayırsanmı? Burda ―gecə‖ 
sutkanın  yarısı  yox,  insan  daxili  aləminin,  psixoloji 
məqamının  qaranlıq  məqamını  göstərir.  Böyük  Şeyx  o 
məqamdan  çıxa  bilmir,  o  Sən  dediyi  qüvvəyə yəni  İlahi 
məqamın  astanasına  qədəm  qoya  bilmir.  Odur  ki,  aşiqin 
həyatı,  hər  saatı  bir  növ əzab-əziyyətlə keçir.  Oğlum,  bayaq 
səndən  soruşdum  ki,  müdrik  qoca  harda  səyahət  edir. 
Çöllərdə gəzir cavabını verdin. Amma o çölün məhz öz daxili 
aləminin,  sənin  timsalında əksər  adamların  ruhi  aləmi 
olduğunu anlamadın. Anlamadın ki, ruhun o çöl kimi boşdur. 
Nə yaxşı ki, o qoca kimi müdrik adamlar həmin ruhda gəzirlər 
və açdığı  şifrələrlə oranı  gözəlləşdirirlər.  O  qoca  bilirsənmi 
kim idi? 
- Xeyr, bilmirəm. 
- O, Şeyx Nizami idi... 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
40 
40 
Şagird  duruxdu.  Nə deyəcəyini  bilmədi,  sonra  bütün  gücünü 
toplayaraq: 
- Şeyx Nizami həqiqətən də böyük koddur... 
Cavabında 
isə ancaq 
müəllimin 
mehriban 
gülüşünü 
gördü....                 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
41 
 
Mövlanə dərgahından əsintilər 
 
 
Mövlanə  Cəlaləddin  Rumi  bəşəriyyətin  təfəkkür  tərzini, 
düşüncə  parametrlərini  dəyişdirən  beş  böyük  şəxsiyyət 
sırasındadır.  Hazırda  dünyada  ən  çox  satılan  kitablar  məhz, 
 bu  böyük  türk  şairi  və  filosofunundur.  Hətta  İngiltərədə 
Şekspirdən  də  çox  mütaliə  olunan  Mövlanə  Cəlaləddin 
Rumidir. 
Qərb  alimlərindən  olan  M.Barresin  belə  bir  fikri  var 
―Mövlanəni  tanıyandan  sonra   Hüqo,  Höte  və  Şekspirdə 
nəyin  çatışmadığını  dərhal  anladım‖.  Mövlanə  insanları 
ayırmır  onları  ümumi  mənəviyyat  və  sevgi  komponentləri 
altında birləşməyə çağırırdı. 
Bu  yazıda  da  Mövlanənin  eşq  fəlsəfəsinin  bəzi 
nüanslarından  və   insanın  yüksək  psixoloji  gərginlikdən, 
xaosdan, vakuumdan yəni boşluqlardan uzaqlaşaraq mənəvi 
yola  qədəm  qoyması  və  sonda  ruhi  rahatlıq  tapması  üçün 
Kamilliyə, Allaha doğru dəvətindən danışılacaq və bu dəvət 
bütün insanlar üçündür… 
“Gəl, gəl, hər nə olursan ol, gəl! 
İnancsız da, bütpərəst də olsan, gəl! 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
42 
42 
Burası ümidsizlik dərgahı deyil, 
Yüz kərə pozsan da tövbəni yenə gəl  
Mövlanə  Cəlaləddin  Rumi  insanı  nurlu  bir  körpü  üzərində 
gedən  görür.  Elə  bir  körpü  ki,  insan  ürəyindən  Allah 
dərgahına  doğru  uzanır.  İnsan  onu  öz  içində  tapır  və  daim  
hərəkət edə bilir. Bu hərəkət insanın öz gəldiyi yerə yenidən 
qayıtmaq  istəyini  özündə  əks  etdirir.  Əvvəlki  yerinə  yəni 
başlanğıc  halına  qayıtmaq  həvəsi  ―nur  körpüsü‖  timsalında 
tam bir dövretmə prosesini xatırladır ki, bu da ―insan kainata 
bərabərdir‖  aksiomasını  bir  daha  təsdiqləmiş  olur.  ―Axı 
kainat da dövr edir‖, ―Axı dünya fırlanır‖(B.Vahabzadə) 
Mövlanənin  ―Məsnəvisi‖ndəki  ilk  hekayət  də  məhz,  bunu 
xatırladır. Ney nə üçün həmişə ah-nalə çəkir? sualına cavab 
axtaran  Mövlanə  öz  məna  xəzinəsinin  köməyilə  bunun 
səbəbini  açıqlayır.  Vurğulayır  ki,  öz  səltənətindən 
(qamışlıqdan) ayrı düşən ney ora yenidən qayıtmaqdan ötrü 
bu cür fəryad  qoparır. Ah-nalə etməsi  üçün isə onun qamış 
halından  ney  halına  gəlməsi  lazımdır.  Sırf  insan  üçün 
nəzərdə tutulan bu rəvayətdə qamış cahil,  yəni  sirlərə vaqif 
olmayan, ney isə cilalanıb, dünyanı dərk edən kamil insanın 
ümumiləşdirilmiş  simvoludur. Yəni  qamışdan  neyə  gedən 
yol adamdan insana gedilən yola bərabərdir. Neylə qamışın 
arasındakı fərq isə deməyə dəyməz. 
Mövlanənin  yaradıcılığından  ana  xətt  kimi  keçən  ilahi  eşq 
kompanenti  cahildən  kamil  insan  yaradan  bir  iksirdir. 
Mövlanəyə  görə,  insanın  ideal  mahiyyətini  tapan  və  onun 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
43 
idrakında  olan  adam  həm  ―aşıq‖  həm  də  ―məşuqdur‖,  yəni 
həm  Allahı  sevən,  həm  də  Allahın  sevdiyi  bir  şəxs  olur. 
Burada  Mövlanənin  eşq  fəlsəfəsi  özünü  tam   olaraq  əks 
etdirir. 
İdeal insan (kamil insan) bu eşqi bütün mənliyində tapan və 
yaşayan adamdır. Dolayısıyla insan öz canında Onu tapacaq 
və orada Gerçək Dostuna qovuşacaq bir varlıqdır. Aşağıdakı 
misralarla fikrini tamamlayır… 
“Hər şeyi aramadıqca bulamazsın; 
Ancaq bu dost başqa; 
Onu bulmadan arayamazsın.” (Fihi-ma fih-əşyaların təbiəti) 
Mövlanənin  eşq  fəlsəfəsi  insanı  fiziki  aləmdən  metafizik 
aləmə  aparan  bir  yoldur  (əvvəldə  dediyimiz  körpü).  İnsan 
gövdə,  ağıl  və  ruhun  birləşməsindən  ibarət  bir  varlıq 
olduğundan  ondakı  bu  üç  ünsürün  əlaqədə  olması 
məqsədəuyğun haldır. Lakin bəzi məqamlarda insanın yalnız 
bir  komponentinə  yəni  gövdəyə  qulluq  etməsi  onun  ruhunu 
məhv  etmiş  olur.  Ağıl  ona  görə  insanda  mövcuddur  ki, 
bədənlə  ruhun  yəni  maddiyyətlə  mənəviyyatın  arasındakı 
fərqi  ona  nümayiş  etdirsin.  Burada  o  birincinin  ikinciyə 
keçməsi  üçün  zəmin  yaratmış  olur.  Fiziki  aləmdən  də 
Metafizik aləmə keçid məhz burdan başlanır. 
Yazını  körpü  konsepsiyası  ilə  başladıq.  Yəni  insandakı 
insanlıq  mahiyyətindən  yaranıb  onun  ilkin  çağına  aparan 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə