www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
48
48
azərbaycançılıq ideyası altında özünü bütün azərbaycanlıların
həyatında göstərə bilmişdir. Bünün nəticəsidir ki, yeni dövrdə
milli azadlıq və milli dövlətçilik ideyasının reallaşmasında
Azərbaycan türkləri ilə yanaşı, başqa etnik qruplar da
yaxından iştirak etmişdir.
AXC-nin varlığı bütün dünyaya bəyan edildikdən sonra, Milli
Şuranın qərarı ilə Cümhuriyyətin ilk hökümətini təşkil etmək
şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. Həmin
gün Fətəli xanın təklif etdiyi Nazirlər Şurasının tərkibi təsdiq
edildi: «Nazirlər Şurasının sədri və daxili işlər naziri-
F.X.Xoyski, hərbi nazir- Xosrov bəy Sultanov, xalq maarifi və
maliyyə naziri – Nəsib bəy Yusifbəyli, xarici işlər naziri -
Məmməd Həsən Hacınski, poçt-teleqraf və yollar naziri-
Xudadat bəy Məlikaslanov, əkinçilik və əmək naziri- Əkbər
ağa Şeyxülislamov, ədliyyə naziri- Xəlil bəy Xasməmmədov,
ticarət və sənaye naziri- Məmməd Yusif Cəfərov, dövlət
naziri- Cəmo bəy Hacınski» (113, 16).
Müvəqqəti hökumət ilk gündən öz proqramında açıq şəkildə
elan etmişdir ki, hökumət başlıca olaraq işçi və kəndli
insanlara istinad etməli və Azərbaycan azadlıq ölkəsi
olmalıdır. Bu məsələ ilə bağlı M.Ə.Rəsulzadə yazır: «…
Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaş-
larının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu.
Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı
olduğu üçün hüququ saxlanırdı. Kişi-qadın, müsəlman-
xristian, türk-türk olmayan, cins və milliyyət fərqi qoymadan
varlı-kasıb, sahibkar-işçi, torpaq sahibi-muzdur, öyrətmən-
tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə,
nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar girmək
haqqına da sahib idilər. Burada bir sinif digər sinfə hakim
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
49
deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə
haqsız görünürdü» (47, 40). AXC dövründə insan hüquq və
haqlarının qorunmasına xüsusi diqqət yetirilirdi. «Vicdan,
mətbuat, yığıncaq azadlığına, həmkarlar azadlıqlarına təminat
verilirdi ki, bu da, əlbəttə, hüquqi demokratik dövlətin əsasını
təşkil edirdi» (12, 145).
AXC-nin yaranışının ilk dövrlərində bəzi daxili ziddiyyətlər
mövcud idi. İlk vaxtlarda «… Nuru paşa Azərbaycanın Milli
Şurasına və hökumətinə etimadsızlıq göstərərək onlara şübhə
ilə yanaşır. Azərbaycanın müstəqilliyi «olum və ya ölüm»
dilemması qarşısında qalır. Belə bir tarixi-siyasi və hərbi
şəraitdə Nuru paşanın müşaviri, əslən azərbaycanlı, XX əsrin
görkəmli fikir və siyasət adamı Əhməd bəy Ağaoğlunun
vasitəçiliyi ilə aparılan gərgin danışıqlardan sonra Milli Şuranın
buraxılması və bütün hakimiyyətin Fətəli Xan Xoyskinin
rəhbərliyi ilə yenidən təşkil edilən Müvəqqəti Milli Hökumətə
verilməsi şərti ilə müvafiq razılığa gəlmək mümkün olur» (39,
49).
M.Ə.Rəsulzadə isə vəziyyətdən çıxış yolu axtarırdı: «Bu gün
firqə ehtiraslarını, şəxsi qərəzləri və bütün bu kimi vətən və
millət qayəsi qarşısında səqit qalan qərəzlər atılmalı, vətən
qayğısı millət duyğusu hər şeydən yüksək tutulmalıdır» (39,
57). Bu ideyaları irəli sürən və onun gerçəkləşməsi yolunda
milli istiqlal savaşına, milli qurtuluş mücadiləsinə başçılıq
edənlər
Ə.Hüseynzadə,
Ə.Ağaoğlu,
Ə.Topçubaşov,
M.Ə.Rəsulzadə və başqaları idi (39, 69).
Azərbaycanın müstəqilliyi ilə bağlı bir sıra əcnəbi
professorların o zaman yazdıqları da diqqəti cəlb edir.
Professor Qothard Coske «28 mayısın mənası» məqaləsində
yazır: «28 mayıs 1918-ci ildə elan olunan Azərbaycan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
50
50
istiqlaliyyəti, türk və Azərbaycan düşməni, bəzi bədxah
zümrələrin «isbata» çalışdıqları kimi, təsadüfi bir hadisə və ya
işin içindən çıxa bilmək üçün verilmiş məcburi bir qərar
deyildir və uzun müddətdən bəri inkişaf etməkdə olan təbii bir
təkamül seyrinin son mərhələsi və nöqtəsidir!» (90, 12).
Professor Berd Fon Mendenin «28 mayıs ölkəsi yaşamaq-
dadır» məqaləsində isə deyilir ki, «bu tarix bilavasitə onunla
bağlı olan zümrə xaricindəkiləri əlaqədar edən böyük bir
günün tarixidir. Çünki bu, sadəcə, Qafqasiyadakı milli
dövlətçilik inkişafı üçün mühüm bir təməl daşı olmaqla
qalmayıb, eyni zamanda Rusiya imperatorluğunda başlayan
siyasi hadisələrin seyrində milliyyət prinsipinin hakim rol
oynamağa başladığı bir günün tarixidir» (96, 15).
Professor Herbet Duda isə «Azərbaycanlı dostlarıma»
məqaləsində yazır: «Həqiqi milliyyətçiliyin lüzumu ilk öncə
Azərbaycanda qavrandı və bütün türk irqdaşlarını kültür
baxımından birləşdirmək məfkurəsinə orada çalışıldı» (91,
14). Professor Tadeuş Svyatoçovski isə yazır: «İndiyə qədər
coğrafi bir ölkənin adı olan Azərbaycan, artıq iki milyonluq
bir dövlətin adı idi. Tatarlar, Transqafqaziya müsəlmanları və
Qafqaziya türkləri kimi dəyişik isimlərlə anılan xalq artıq
rəsmən azərbaycanlı olmuşdu» (111, 177). K.Arran isə yazırdı
ki, Rusiya əsarəti altında yaşayan türk xalqları arasında
azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan oldu və 28
may «azadlığa qovuşan bir insan kütləsinin hürriyyəti,
simvolu»na çevrildi (89, s.4).
Müasir dövrümüzün tanınmış şəxsiyyətlərindən olan Heydər
Əliyev də AXC-nin varlığını çox yüksək dəyərləndirib: «…
Azərbaycan Demokratik Respublikası qısa müddətdə böyük
işlər görmüş və Azərbaycanın gələcəkdə də müstəqil olması
Dostları ilə paylaş: |