MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə97/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   92   93   94   95   96   97   98   99   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
296 
296 
M.Əmin  bu  dəfə  aktyorlardan  razı  qaldığını  yazır:  «Hamısı 
vəzifələrini hüsnlə ifa etdilər. Sarabski, aşiq rollarını oynamaq 
üçün  xəlq  olunmuşudr,  -  nəzərə  elə  gəlirdi  ki,  o  ancaq 
Məcnunu  yaxşı  oynayır,  görüldü  ki,  Kərəmdə  də  müvəf-
fəqiyyəti  tamdır.  Padşah  rolundakı  Qoca  Mahmudov  da  yer-
ində idi. Keşiş rolunu ifa edən Tanrıquliyevin gözəl və dəyərli 
surətdə ifayi-vəzifəsi deyə bili 
yoram ki, müvəffəqiyyət-
in  canlı  bir  nümunəsidir.  Tanrıquliyev  tam  bir  aktyordur,  rus 
səhnələrində  gördüyümüz  iqtidarlı  aktyorlardan»  (50,  307). 
Bununla  yanaşı,  o,  yenə  də  xordan,  səhnədəki  mənzərə  və 
aktyorların qiyafələrindən narazıdır: «Xor həmişə və hər yerdə 
olduğu  kimi  burada  da  gözləndiyi  qədər  mükkəməl  deyildi. 
Hələ  arvad  xoru  çox  zəif  idi.  Çünki,  məlum  səhnəmiz  bu 
xüsusda  naqisdir…  Mənzərə  və  qiyafələrə  gəlincə  yenə 
şikayət edəcəyəm.  İsfəhan  padşahının müqərrəbi olan keşişin 
bağında qoyulan Roma heykəlləri artıq idi.  Bağ dəxi vaxt və 
vəqəəyə uymayacaq dərəcədə müasir idi. Erməni deyə ortaya 
çıxarılan  kəndlilərin  nədənsə  hamısı  saqqallı  idi.  İçərisindən 
biri  çaşıb  da  saqqal  qoymamış  və  yaxud  təsadüfən  aralarına 
müsünni birisi girmişdi» (50, 307).  
M.Ə.Rəsulzadə 
böyük 
bəstəkar, 
mütəfəkkir 
Üzeyir 
Hacıbəyovun  bu  dövrdə  səhnələşdirdiyi  operaları  həm  tənqid 
edir,  həm  də  bunun,  müsbət  tərəflərinə  toxunur.  O,  Üzeyir 
bəyin  «Leyli və Məcnun» operasının xalqın mənəvi əxlaqında 
böyük  rol  oynadığını  yazır:  ««Leyli  və  Məcnun»  ilk  opera 
olmağından  keçəndən  sonra  yeganə  məziyyəti  varsa,  məncə, 
haman  xalq  arasında  mütədavil,  ona  görə  də  milli  ruha  aşina 
nəğmələrin ahəngdar bir məcmuəsi olmağıdır» (50, 301).  
Mütəfəkkir  qeyd  edir  ki,  milli  mədəniyyəti  inkişaf  etlirmək 
üçün  Üzeyir  bəy  kimi  mütəxəssislərə  ehtiyac  var:  «Zənn 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
297 
edirəm  ki,  möhtərəm  musiqarımız  Üzeyir  bəyin  milli 
nəğməxanalarımız olan saz aşıqları ilə milli romanlarımız olan 
aşıq hekayələrini daha ziyadə tədqiq edəcək olurlarsa, əsil türk 
aləmində  payidar  ola  biləcək  əsərlərini  bundan  sonra 
yazacaqlardır.  Bunun  üçün  əlbəttə  lazımıdır  ki,  lazım  gələn 
elmlərlə silahlandıqdan sonra Peterburqu tərk ilə Qafqasiyaya 
gələnlər  və  burada  kəndləri  gəzmək  surətilə  millət  ruhu  və 
millət  musiqisinə  aşina  olsunlar.  Əlbəttə  ki,  böylə  də 
edəcəklərdir» (50, 306-307). 
O,  Ü.Hacıbəylinin  «Arşın  mal  alan»  opperetasını  isə 
görmədən  arvad  almaq  məsələsi  baxımından  aktual  və  ciddi 
mövzu  hesab  edirdi.  Onun  fikrincə,  «görmədən  evlənmək» 
ictimai bir bəladır ki, Üzeyir bəy bunu çox yaxşı anlamışdı.  
M.Ə.Rəsulzadə  Ü.Hacıbəylinin  «Şah  Abbas  və  Xurşidbanu» 
operasının  tamaşasından  isə  narazı  qaldığını  gizlətmir: 
«Bilməm  nə  vaxta  qədər  qiyafə  və  mənzərələrdən  şikayətçi 
olacağam.  Qiyafələr  İran  qiyafəsindən  ziyadə  Qafqasiya 
qiyafəsinə  bənzəyrdi.  Gərək  Müstavirin  və  gərək  sair 
əsgərlərlə əhalinin sərpuşları qədim qafqasiyalı hacısının uzun 
və qiyqac börkü ilə indiki qoçu papağına bənzər börklər deyil, 
külah  nəmədi  olmalı  idi.  Sonra  İranda  şəhər  əhalisinin 
əksəriyyətinin  əbası  olar.  Əlbəsə  də  rəngarəng  olar.  Halbuki, 
mövzunu  təşkil  edən  operadakı  qiyafələr  Şah  Abbas, 
Xurşidbanu və vəzirlərdən başqa hamısı qap qara idi. Bunlara 
nə üçün qara geydirilmişdir-bilinmiyor» (50, s.312). 
«Qaçaq  Kərəm»  pyesinin  tamaşasından  yazarkən  Rəsulzadə 
qeyd edir ki, H.Ərəblinski həqiqətən artistdir. Oyunda mühüm 
bir mövqeyə sahib olan Ərəblinski, ancaq kiçik xətalara da yol 
verib.  O  yazır:  «Bir  az  əcələ  edib  tələsməsi  və  bundan  hasil 
olan  təkrarları  ilə  qızışıb  da,  nə  özünə,  nə  də  səhnəyə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
298 
298 
yaraşmayan  "bir  kəlmə"ni  işlətməsi  olmasaydı  yeddi  ildən 
bəri itirmiş olduğum dramanı bu kərə tapmış olacağdım» (50, 
395).  Rəsulzadə  tamaşadakı  qadın  rolunun  ifaçısı  Gülsabah 
xanımdan  isə  razılıqla  yazır:  «Gülsabah  xanım  Bakı  türk 
səhnəsində  ilk  dəfə  görünüyorlar.  Bu  xanım  gərək  artistanə 
ətvari  və  gərək  ustadanə  rəftarı  ilə  bütün  nəzərləri  cəlb 
ediyordu.  Bu  bəlkə  də  birinci  xanımdır  ki,  türkcə  şiyveyi-
təkəllümü bir türk xanımının şiyvəsindən çox az fərq ediyor. 
Bu  vaxta  qədər  Azərbaycan  türk  səhnəsinə  çıxan  qeyri-türk 
xanımların  demək  olar  ki,  hamısı  bu  cəhətdən  ləngiməkdə 
idilər.  Gülsabah  xanım  bu  nöqsanı  izalə  etmiş  kimi  oluyor» 
(50, 395). 
Əhməd  bəy  Məlikovun  «Rüstəm  və  Zöhrab»  pyesinin  eyni 
adlı tamaşasından yazan Rəsulzadə deyirdi ki, pyesin özündə 
bəzi  qüsurlar  var:    «Əsaslı  bir  qarışıqlıq  əsərin  məzmununu 
tərtibilə  anlamağa  mane  olduğu  kimi,  pyesə  də  bollu  olan 
bunca  sükutlar  (pauzalar),  bundan  hasil  olan  təkrarlamalar, 
canlı  artistlərin  drama  tamaşası  göstərməsindən  ziyadə 
tamaşanı bir elektro-bioqraf mənəzərəsinə bənzədir. Bu cəhət 
zavallı  artistləri  dəxi  olduqca  sıxıb  əzişdirir.  Oynamağa  rol 
yox, söyləməyə söz az» (30, 419). 
Rəsulzadə onu da qeyd edir ki, pyes yaxşı bir dildə yazılmayıb 
və  mənzərələr  də  qənaətbəxş  deyil.  Tamaşaya  gəlincə 
Rəsulzadə  yazır:  «Məşhur  həqiqət  bu  kərə  də  isbat  edildi  ki, 
iqtidarsızca  yazılmış  olan  bir  əsər  ən  iqtidarlı  artistləri  də 
məhv  edər.  Ərəblinski  də  bu  gecə  böylə  bir  şeyə  giriftar 
olmuşdu. Fəqət bunda müqəssir olan başqası deyil, özüdür… 
Rejissor  özü  olduğu  üçün  Ərəblinski  cümə  axşamındakı 
müvəffəqiyyətsizliyin  günahını  da  ancaq  özü  dəröhtə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə