MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə99/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   92   93   94   95   96   97   98   99   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
302 
302 
və  tamaşaların  oynanılması    və  s.  cəlb  olunmasında  müstəsna 
rol  oynamışdır.  AXC  dövründə  elm,  təhsil,  mətbuat  və 
maarifləndirmə  işi  ilə  bağlı  parlamentdə  qəbul  olunmuş 
qanunlarda 
Rəsulzadə, 
lideri 
olduğu 
"Müsavat"ın 
nümayəndələri  ilə  birlikdə  böyük  fədakarlıqlar  göstərmiş, 
1919-cu 
ildə  Bakı  Dövlət  Universitetinin  təməlinin 
qoyulmasında müstəsna rol oynamışdır. Onun redaktoru olduğu 
mətbu orqanlar ("Təkamül", "İrani-nov", "Tərəqqi" "Açıq söz", 
"Odlu  Yurd",  "Azəri-Türk",  "Qurtuluş"  və  s.),  bu  qəzetlərdə 
yazdığı yüzlərlə məqaləsi yeni Azərbaycan nəslinin yetişməsinə 
mühüm  təkan  vermişdi.  Bu  gün  də  həmin  məqalələr  elmi-
fəlsəfi,  ictimai-siyasi,  dini,  etik,  estetik  və  s.  sahələrdə  öz 
aktuallığını  qoruyub  saxlamaqda,  yeni  nəsil  üçün  mühüm 
əhəmiyyət kəsb etməkdədir. 
M.Ə.Rəsulzadənin yaradıcılığında ən çox diqqəti çəkən məsələ-
lərdən  biri  də,  erməni  vəhişiliyinin  ifşası  olmuşdur.  Bolşevik, 
şovinist  ruslarla  erməni  daşnaklarının,  terrorçularının  iş 
birliyini  vaxtında  anlayan  və  onların  iç  üzünü  hələ  ötən  əsrin 
əvvəllərində  açmağa  başlayan  Rəsulzadə,  bütün  yaradıcılığı 
boyu  bu  məsələyə  zaman-zaman  toxunmuşdur.  Eyni  zamanda 
Rəsulzadə  ermənilərin  yalnız  Azərbaycan  türklərinə  deyil, 
Türkiyə  türklərinə,  bütövlükdə  isə  türk  dünyasına  qarşı 
apardıqları  terrorçu,  barbar  siyasəti  bir  çox  məqalələrində 
qələmə  almışdır.  O,  ermənilərin  ötən  əsrin  əvvəllərində  və 
AXC-nin  süqutundan  sonra  Azərbaycan  türklərinə  qarşı 
etdikləri soyqırımları konkret faktlarla sübut etmişdir. 
O,  SSRİ-nin  əsl  simasının  açılmasında  da  böyük  rol 
oynamışdır.  Sovet  Rusiyasının  indiki  MDB-yə    daxil  olan 
xalqlara,  o  cümlədən  Azərbaycan  türklərinə  qarşı  həyata 
keçirdiyi  işğalçı  siyasəti  vaxtında  görən  Rəsulzadə,  bütün 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
303 
varlığı  ilə  buna  qarşı  çıxmış,  dünya  ictimaiyyətinin  diqqətini 
buna  yönəltməyə  çalışmışdı.  M.Əmin  Stalin  rejiminin  əsil 
mahiyyətini  ifşa  etməkdən  nəinki  çəkinmiş  əksinə,  bunu, 
məqalələrində,  sosial-siyasi  fəaliyyətində  açıq  şəkildə  büruzə 
vermişdir.  SSRİ-nin  əsas  ideologiyası  olan  bolşevizm, 
sosializm  və  kommunizmin  mahiyyətini  bəşəriyyətə  çatdıran 
Rəsulzadənin  özü  isə,  marksizmə  söykənən  sosial-demokrat 
ideyalarının yalnız sosial bərabərlik tərəfini qəbul edib. 
Azərbaycanda  milli-siyasi  partiyaların  yaranmasında  da 
Rəsulzadənin  rolu  danılmazdır.  O,  Azərbaycan  tarixində  ilk 
siyasi  partiyanın  –  «Hümmət»in  qurucularından  biridir.  Milli 
ideologiyanın daşıyıcısı olan  «Müsavat» partiyasının  lideri və 
ideoloqu  kimi  Rəsulzadə  Azərbaycanda  çoxpartiyalılığın 
tərəfdarı, parlamentli ölkənin ideya daşıyıcısı olmuşdur. Onun 
bu ideyaları müasir dövrdə mövcud olan partiyaların əsas təməl 
prinsiplərini təşkil edir. 
Rəsulzadə  müasir  Azərbaycan  dövlətinin  başlıca  ideyalarını 
təşkil  edən  ideologiyanın  yaradıcısı  və  qurucusudur.  Bu  gün 
Azərbaycan  dövlətinin  əsas  atributlarından  olan  bayrağımızın 
simvolları  - türkçülük,  çağdaşlıq və  islamçılıq,  eyni zamanda 
aypara  və 
səkkizguşəli  ulduz  M.Əminin  ideyalarının 
nəticəsidir.  Rəsulzadənin  yaradıcılığında  türkçülüyün  çox 
böyük  fəlsəfi-siyasi  anlamı  var.  Türkçülük  -  bu  yalnız  bir 
millətin  azadlığı  uğrunda  mübarizəsi  ilə  məhdudlaşmayıb, 
bütün  azərbaycanlılar  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Eləcə 
də  Azərbaycan  dövlətinin  dilinin  türk  (indi  Azərbaycan  dili) 
dili olması, milli bayrağın qəbul olunması, parlamentə seçkilər, 
milli  ordunun  yaranması  və  s.  məsələlər  AXC  hakimiyyəti 
dövründə  qəbul  olunmuş  ən  mühüm  qərarlardan  yalnız  bir 
neçəsidir.  Şübhəsiz  ki,  Rəsulzadə  bu  işlərdə  aparıcı  rollardan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
304 
304 
birini  oynamış,  AXC-nin  birmənalı  şəkildə  lideri  olmuşdu. 
1917-1920-ci  illərdə  Azərbaycan  cəmiyyətinin  siyasiləşmiş  və 
siyasətdən uzaq olan bir çox təbəqələri tərəfindən qəbul edilən 
M.Ə.Rəsulzadə, bu dövrdə yeganə siyasi xadim, şəxsiyyət olub 
ki,  sollar,  sağlar  və  mərkəzçi  qüvvələrin  əksəriyyəti  də  onun 
cəmiyyətdəki  mövqeyini,  nüfuzunu,  öndərliyini  qəbul  ediblər. 
Buna səbəb isə Rəsulzadənin türkçülüyü, sosial-demokratiyanı, 
islamı  və  çağdaşlığı  tam,  bütöv  şəkildə  götürməsi  olub.  Bu 
baxımdan o, hamı tərəfindən qəbul edilən milli-demokrat, siyasi 
lider,  xalqın  öndəri  idi.  Belə  olmasaydı,  Rəsulzadəni 
bolşeviklər,  menşeviklər,  eserlər,  bitərəflər,  millətçilər  və  b. 
Azərbaycan  Milli  Şurasına  sədr  seçməzdilər.  Azərbaycanın 
müstəqilliyni  bütün  dünyaya  bəyan  edən  də  Rəsulzadənin 
başçılıq etdiyi Milli Şura olub. AXC-nin qurulmasında və onun 
fəaliyyətində  Rəsulzadənin  xüsusi  yeri,  rolu  olub.  O,  AXC-ni 
qurmaqla xalqın özünə olan inamını bir daha bərpa edib, Şərq, 
müsəlman  və  türk  dünyasında  ilk  demokratik  cümhuriyyət 
qurulmasının  nümunəsini  göstərib.  Demokratik  cümhuriyyətin 
ideologiyasının  nəzəri  və  praktik  banilərinin  başında  duran 
Rəsulzadə  sübut  edib  ki,  müstəqillik  yalnız  zorakılıq,  inqilab 
yolu  ilə  deyil,  irəli  sürülən  siyasi-ideoloji,  elmi-fəlsəfi 
prinsiplərin, aparılan düzgün siyasətin nəticəsində də əldə edilə 
bilər.  Qeyd  edək  ki,  Rəsulzadə  və  onun  silahdaşlarının 
Cümhuriyyət  üçün  müəyyənləşdirdiyi  daxili  və  xarici  siyasət, 
bu  gün  mövcud  olan  Azərbaycan  Respublikasının  yerinə 
yetirdiyi  daxili  və  xarici  siyasi  prinsiplərindən  demək  olar  ki, 
fərqlənmir.  Onun  banisi  olduğu  AXC,  bugünkü  Azərbaycan 
Respublikasının  birmənalı  şəkildə  varisidir.  Bu  varislik  isə 
yalnız mənəvi deyil, həm də siyasi-hüquqi xarakter daşıyır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə