____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
27
ELMĠ TAPINTILARLA ZƏNGĠN ƏSƏR
Prof. Kamran Əliyevin 1998-ci ildə “Yazıçı” nəşriyya-
tında çapdan buraxılan “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”
kitabında indiyə qədər Mirzə Fətəli Axundov, Cəlil Məmməd-
quluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Ab-
dullabəy Divanbəyoğlu, Səid
Səlmasi, Məhəmməd Hadi,
Abdulla Sur, Abdulla Şaiq,
Abbas Səhhət, Cəfər Cabbar-
lı, Hüseyn Cavid haqqında
tədqiqatçıların diqqətini cəlb
etməyən cəhətlər araşdırma
obyektinə çevrilir.
Kitaba müəllifin XIX-
XX əsrdə yaşayıb yaratmış
Azərbaycanın görkəmli sə-
nətkarının həyat və yaradıcı-
lığından bəhs edən 21 məqa-
ləsi daxil edilmişdir. “Hacı
Qara obrazı “Təmsilat”ın bə-
dii sistemində” məqaləsində
prof. K.Əliyev ədəbiyyatşü-
naslığımızda M. F. Axundo-
vuн filosof kimi, tənqidçi kimi, yazıçı və dramaturq kmi öy-
rənildiyini, onun bütün hallarda yeni ədəbiyyatın banisi hesab
edldiyini göstərir və oxucunun diqqətini ciddi və əhəmiyyətli
faktlarla dolu olan bu mütəfəkkirin yaradıcılığının hələ də
öyrənilməyən, araşdırıcılar tərəfindən tədqiqata cəlb edilməyən
cəhətlərinə yönəldir. Alim doğru olaraq yazır ki, bədii yara-
dıcılığın belə bir sirli-sehrli əlaməti Mirzə Fətəli sənətinin bədii
cəhətlərinin hələ öyrənilmədiyinə, eyni zamanda tədqiqata cəlb
olunmasına tam əsas verir. Yalnız dramaturq kimi onun yara-