72
investisiya layihəsi üzrə mənfəətin yaxud zərərin maliyyələşdirən bankla investor-
borcalan
(operator)
arasında
birgə
bölüşdürülməsi
əsasında
səhmdar
maliyyələşdirməsi və pay iştirakı üzrə əməliyyatlar bank tərəfindən kifayət qədər
mürəkkəb düsturların və riyazi hesablamaların istifadəsi yolu ilə həyata keçirilir.
İslam banklarının istifadə etdiyi düsturlar müxtəlif növ bazar maliyyə aktivləri ilə
bankın əmanətçilərin
vəsaitinin konkret
müştəri-borcalanın
(operatorun)
investisiya layihəsinə qoymaqla əldə etdiyi mənfəət arasında əlaqəni
(korrelyasiyanı) müəyyən edirlər.
Üçüncüsü, maliyyələşdirmə, bir qayda olaraq, xüsusi növ müqavilələrdən
və eyni vaxtda, bilavasitə olaraq səhmdar maliyyələşdirmə, pay iştirakı və
sonradan mənfəətin yaxud zərərin birgə bölüşdürülməsi prinsipinə əsaslanmayan,
bir sıra tranzaksiyaların bağlanmasından istifadə edilməklə həyata keçirilir. Onların
sırasına təcrübədə bank-kreditor üçün maliyyə (investisiya) əməliyyatının
keçirilməsi riskinin minimal dərəcəsini şərtləndirən lizinq və təkrar satış daxildir.
İslam bank sisteminin təhlili zamanı yaranan ciddi problemlərdən biri bütün
sahə haqqında etibarlı statistik məlumatın olmamasıdır. Islamic Research &
Training Institute, Islamic Development Bank Islamic Financial Services Board
31
qurumlarının birgə işində hal-hazırkı islam maliyyə sistemini tədqiq edən müxtəlif
tədqiqatçıların əldə etdiyi bəzi nəticələr ümumiləşdirilib. İslam bank sistemi
haqqında yeganə rəsmi məlumat mənbəyi “Council for Islamic Banks and
Financial Institutions” (CIBAFI) təşkilatıdır. Hesabatda verilmiş məlumata əsasən
2005-ci ildə 38 dünya ölkəsində 284 islam maliyyə təşkilatı fəaliyyət göstərirdi.
Onların aktivləri təxminən 250 milyard dollar təşkil edirdi. Lakin təqdim olunmuş
statistikada adi banklar tərəfindən açılan islam bank “pəncərələrinin” əməliyyatları,
həmçinin qeyri-bank maliyyə təşkilatların, təkafüllərin və investisiya şirkətlərinin
əməliyyatları nəzərə alınmır. Xüsusilə CIBAFI apardığı qiymətləndirməyə əsasən
adi banklarda xüsusiləşdirilmiş islam “pəncərələrinin” əməliyyatlarının həcmi
2005-ci ildə 200 milyard dollar təşkil edirdi.
Ekspert qiymətləndirmələrinə görə islam banklarının məcmu depozitləri Fars
körfəzi ölkələrinin, Misirin və İordaniyanın bütün banklarının depozitlərinin
73
ümumi məbləğinin minimum 20-25% təşkil edir. Digər ərəb ölkələrinin, xüsusilə
Şimali Afrika dövlətlərinin kredit-bank sektorunda bu istiqamətdə baş verən
dönüşlər əsasən siyasi xarakterli amillərdən asılı olacaqlar. Kifayət qədər dinamik
şəkildə inkişaf edən təsərrüfata və xarici iqtisadi sektora malik olan müsəlman
ölkələrində - Türkiyə və Malayziyada islam bank strukturlarının sürətli inkişafı
nəzərdə tutulur
Mahiyyət etibarilə, dünyada yalnız üç ölkə: İran, Pakistan və Sudan -
təcrübədə həqiqətən tam olaraq nəzəri konseptual vəziyyəti, müasir islam iqtisadi
doktrinanın tələblərini reallaşdırmış və şəxsi milli kredit-bank sistemlərini
tamamilə islamlaşdırmışdılar. Təcrübə və müvəffəqiyyətli presedentlərə malik
olmayaraq, onlar kredit-bank sektorunda mahiyyətcə çətin olan qəti tədbirlər
görərkən, çox vaxt sınaqlar və səhvlər ilə hərəkət edərək təcrübə etməyə məcbur
olmuşdurlar, həm də olduqca qısa müddətdə (məsələn İrandakı kimi).
Makroiqtisadi səviyyədə kredit faizi istifadəsindən onun istənilən formasından
imtina çox da az sual yaratmır, hansına ki, hələdə birmənalı əsaslı cavab yoxdur.
Əhəmiyyətli olmayan problemlərdən biri də, həmçinin bu ölkələrin əhalisinin
müəyyən hissəsinin kredit-bank sahəsi və maliyyə təsərrüfatına tam
islamlaşmasına mənfi münasibət qalır. Məsələn, Pakistanda bəllidir ki, əhalinin
daha varlı təbəqəsi, bank islahatları ilə razı deyil və ölkənin bütün iqtisadi
həyatının əsas islamlaşması üzrə gələcək ölçülərdən qorxurlar. Bu haqda
banklardan əmanətçilərin müsadirə edilməsi, ölkədən valyuta kapitalının
dayanaqlı qaçışı, səhmlərin dəyərsiz qiymətlər üzrə satışı, işgüzar fəaliyyətin
ümumi aşağı düşməsi sübut edir. Xaricdə işləyən Pakistanlılar islamlaşmadan
ehtiyat edirlər. Müsəlman vergilərinin tətbiqi, valyuta hesabı açılması üçün yeni
qanunların istifadəsi, və islam bank işi çərçivəsində depozit əməliyyatların
keçirilməsinin girişi obyektiv olaraq onların vətənlərinə pul köçürmə cəhdlərini və
xüsusi ilə vəsaitləri cari depozit ayırmağa və ən əvvəl islam banklarında investisiya
hesabını və həmçinin onlar üçün investisiya kapitalına daimi real stabil gəlirləri
təmin edə bilməyən öz valyuta kapitallarını və digər dövlət qiymətli vərəqlərini
dövlət korporasiya səhmlərinə qoymağı məhdudlaşdırmışdır.
74
İslam bankinqinin həyata keçirilməsinin baş verdiyi ölkələrdəki nəzarət
orqanları iki əsas funksiyaları icra etmək iqtidarındadır: ənənəvi prudensial
nəzarətin təmin edilməsi, həmçinin islam bank industriyasının inkişafı.
Fikrimcə, islam bank sektorunun inkişafına yardım islam maliyyə
institutlarına müxtəlif imtiyazlar və üstünlüklərin verilməsini deyil, müvafiq
normativ-hüquqi bazasının yaradılmasını ifadə etməlidir ki, onun çərçivəsində
islam bankları iqtisadi agentlərin irəli sürən tələblərə müvafiq olaraq, öz
fəaliyyətini həyata keçirə bilərdi. Beləliklə, islam maliyyə institutlarının inkişafının
zəruriliyinin tanınması təqdirdə, nəzarət orqanları aşağıdakılarına hazır
olmalıdırlar:
İslam banklarının işləmə prinsiplərinin düzgün anlaması ilə təmin
etmək;
Bütün əqdlərin tənzimləmə qaydalarını işlənib hazırlamaq;
İslam banklarının müştərilərinə ənənəvi bankların müştərilərinə
olduğu kimi eyni müdafiə səviyyəsi ilə təmin etmək.
Bu
məqsədlərə
nail
olmaq
üçün
tənzim
edən
orqanlarının
nümayəndələrindən və islam maliyyə industriyasının nümayəndələrindən ibarət
olan işçi qrupunun yaradılması faydalı ola bilərdi.
Bu kimi işçi qrupları islam banklarının rast gəldiyi problemlərin aşkara
çıxarılmasına imkan yaradacaq və müvafiq olaraq islam banklarının inkişafı üçün
lazımi tənzimləmə üsullarını hazırlaya biləcəklər. Bank sistemini lazımi şəkildə
fəaliyyət göstərməsi üçün müəyyən infrastrukturun mövcud olması zəruridir ki, bu
infrastruktur bank sisteminin normal fəaliyyət göstərməsinə imkan yaradır. Bu
hissədə həmin problemin üç əsas aspektinə baxılacaqdır: Bank əmanətlərinin
sığortalanması sxemi, banklararası kreditləşmə bazarı, həmçinin dövlət qiymətli
kağızlar bazarı bank sisteminin likvidliyinin idarə edilməsi vasitəsi kimi.
İslam maliyyə institutlarının gələcəkdə inkişaf etdikcə pul-kredit tənzimləmə
və nəzarət orqanları qarşısında istər-istəməz həmin təşkilatların ölkənin maliyyə
sisteminə inteqrasiyası məsələsi duracaq. Belə ki, ümumiyyətlə maliyyə sisteminin
inkişafının sabitliyinin təmin edilməsi üçün tək qanunvericiliyi uyğunlaşdırmaqla
75
yanaşı, həmdə islam maliyyə təşkilatlarının maliyyələşdirilməsi üçün müvafiq
bank infrastrukturası ilə təmin etmək lazımdır.
Bundan əlavə, islam maliyyə institutlarına onların işini dəstəkləmək üçün
lazım olan şəriətə uyğun proseduraların təqdim edilməsini təmin etmək lazımdır.
Bu cür proseduralara aiddir:
1. Son instansiya kreditoruna müraciət etmək imkanı;
2. İslam banklarının işinin spesifikasını nəzərə alan kapitalın kifayət etməsi
üzrə tələblər;
3. Şəriətin tələblərinə riayət etməklə islam banklarının mütləq ehtiyatlarının
istifadəsi;
4. Şəriətin qəbul etdiyi dövlət qiymətli kağızların mövcudluğu;
5. İslam bank fəaliyyətinin qanunvericilik səviyyəsində qəbul edilməsi.
76
NƏTİCƏ VƏ TƏKLİFLƏR
XX əsrin axırı və XXI əsrin ilk illərində Azərbaycan iqtisadiyyatında köklü
dəyişikliklər dövrü olmuşdur.Yeni makro və mikro iqtisadi idarəetmə
sistemlərindən tutmuş müasir maliyyə-kredit siyasətinin bütün aspektlərinədək
dərin və zəruri islahatlar baş vermişdir.
Azərbaycan Respublikasının müasir bank sistemi və onun idarəedilməsi,
bank resurslarının təşkili və istifadəsi, bank menecmenti və marketinqi kimi
məsələlər bugünkü günümüzdə xüsusi aktuallıq kəsb edir.
Azərbaycanda hal-hazırda İslam bankçılığının müştəri seqmenti var. Buna
tələbat da Azərbaycanda çoxdur. Bunun bir sıra səbəbləri vardır ki,bunlar da
aşağıdakılardır :
1. Azərbaycan müsəlman ölkəsidir.
2. Böhran başlanandan sonra Qərbin həm iş adamları, həm də adi
müştərilər izlədilər ki, İslam bankçılığının bu böhrana qarşı bir
immuniteti var. Nəyə görə? Ona görə ki, bütün əməliyyatlar, işlər süni
xarakterli deyil. Hamısının təminatında ya mal var, ya da hansısa bir
məlum ticarət işi var.
3. Azərbaycanın hal-hazırdakı investisiya mühiti çox inkişaf edir.
Azərbaycan bazarının beynəlxalq maliyyə investisiyalarına həm
ehtiyacı var, həm də Azərbaycan özü bir bazar kimi onlara çox
maraqlı bir bazardır. Ona görə də İslam bankçılığının inkişafının
imkanları da Azərbaycanda çox böyükdür: əvvəla, investisiyalar axını,
ikincisi də müştəri bazası hazırdır. Biz həm cəlb edə bilərik, həm də
bəhrələnə bilərik.
İslam bankları islam dəyərləri çərçivəsində fəaliyyət göstərdiyindən, onların
işlək mexanizmi bir çox ölkələrin iqtisadiyyatı üçün eyni mahiyyət daşımır. Çünki
iqtisadiyyatlarında faizin mövcud olduğu ölkələrdə islam bank vəsaitlərinin tətbiqi
müəyyən məhdudiyyətlərlə üzləşir. Bu vəsaitlər elə sahələrə tətbiq olunmalıdır ki,
77
onlar gəlir forması kimi faizlə cəlb olunan sahələr olmasın. İslam kredit və
maliyyə,
həmçinin
ayrı-ayrı
əməliyyatlarının
özünəməxsusluğu,
İslam
bankçılığının fəal və qeyri-fəal sahələrində mühasibat uçotunun tətbiqi, İslam
prinsipləri
çərçivəsində
beynəlxalq
standartların
tətbiqinə
Azərbaycan
Respublikası Milli Bankı tərəfindən hüquqi normativ aktlara salınmalı və
Azərbaycan Respublikasında bu haqda qanun işlənib hazırlanmalıdır. İslam
bankçılığının Azərbaycanda geniş fəaliyyət göstərməsi üçün əlverişli mühit
mövcuddur:
- birincisi, əhalisinin çoxu müsəlmandır və bir çox insanlar öz dini
etiqadlarına görə klassik banklarda faiz olduğuna üçün demək olar ki,klassik
banklardan yetərincə istifadə etmirlər;
- ikincisi, islam bankçılığında bütün əməliyyatların, işlərin təminatında ya
konkret bir mal var,ya da hansısa bir məlum ticarət işi;
- üçüncüsü, böhran başlanandan sonra həm iş adamları, həm də adi müştərilər
izlədilər ki, İslam bankçılığının bu böhrana qarşı bir immuniteti var;
- Azərbaycanın hal-hazırdakı investisiya mühiti çox inkişaf edir. Azərbaycan
bazarının beynəlxalq maliyyə investisiyalarına həm ehtiyacı var, həm də
Azərbaycan özü bir bazar kimi onlara çox maraqlı bir bazardır. Ona görə də İslam
bankçılığının inkişafının imkanları da Azərbaycanda çox böyükdür: əvvəla,
investisiyalar axını, ikincisi də müştəri bazası hazırdır.Bununla da biz həm cəlb edə
bilərik, həm də bəhrələnə bilərik.
İslam bankçılığında əsas məsələ budur ki, faiz məsələsi, riba yoxdur. Amma
bizdə, bizim bank sistemlərimizin əsas göstəriciləri belədir ki, pullar faizlə cəlb
olunur və mənfəət əldə edilməsi üçün faizə verilir. Lakin İslam bankçılığı
çərçivəsində elə layihələr, elə məhsullar var ki, onları bizim qanunvericiliyə
uyğunlaşdırmaq olar.Bunlara daxildir :
1. Lizinq əməliyyatları,
2. banklarda hesabların açılması,
3. qiymətli kağızların buraxılması- sukuklar kimi və s.
78
Əgər Azərbaycanda hər hansı bir bank elan etsə ki,öz daxilində İslam
bankçılığı fəaliyyəti göstərən bir şöbə açır, o xaricdən çox böyük investisiyalar
əldə edə biləcəkdir. İslam bank işi müsəlmanların iqtisadi fəaliyyətini aktivləşdirən
sahə kimi, onların bir sıra ehtiyaclarının ödənilməsi mənbəyi kimi fəaliyyət
göstərir. İslam bankçılığı islam mənəvi dəyərlər meyarı saxlanmaqla, islam bank
sisteminin fəaliyyətində iqtisadi artım, milli iqtisadiyyat, məcmu tələb, inflyasiya,
işsizlik, sabit qiymət səviyyəsi və s. yüksək səviyyədə tənzimləyir.
İslam iqtisadiyyatı və bankçılığı ötən əsrin 70-ci illərindən nəzərəçarpacaq
yüksəlişə nail olub və indi də bu sahədə davamlı inkişaf dinamikası müşahidə
olunur. İslam maliyyə sistemində təkcə İslam Maliyyə İnstitutları deyil, həmçinin
onların bazarda özünəməxsus yer tutan müqavilələr üzrə tərəfdaşları da yaxından
iştirak edir. Bundan başqa, bir çox müsəlman ölkələri iqtisadi və maliyyə
qurumlarını İslam maliyyə əsaslarına tam uyğunlaşdırılmış şəkildə transformasiya
olunurlar.
79
ƏDƏBİYYAT
1.
Məmmədov Z.F. Keçmiş Sovet İttifaqı ölkələrində İslam Bankçılıq
modelinin tətbiqi problemləri // Azərbaycanda islam maliyyə bazarının inkişaf
perspektivləri. Beynəlxalq simpozium. 25- 26 sentyabr 2012, Bakı, Azərbaycan.
2.
Абдулаева К.К. Особенности исламской экономики // Вестн.
Волж. ун-та им. В.Н. Татищева. Сер. Юриспруденция. – Тольятти, 2002. –
Вып. 21. – С. 1 47–154.
3.
Автурханов Э.М. Исламский банкинг // Деньги и кредит. – 2008.
– № 6. – С. 73.
4.
Автурханов Э. М. Страхование инвестиционных рисков,
специфика
контрактных
отношений
и
роль
исламской
системы
инвестирования // Менеджмент в России и за рубежом. – 2007. – № 2. – С.
41–45.
5.
Бадов А. Исламские банки выдвигают альтернативу западной
модели финансирования экономики // Россия и мусульманский мир. – 2000. –
№3. – С. 124–130.
6.
Бадов А., Чернов М. Восходящий полумесяц: Исламский мир
делает первые шаги к экономической интеграции // Эксперт. – 2000. – № 46
(4 дек.). – С. 52.
7.
Бахмутская А.А. Исламский банкинг // Банковские услуги. –
2006. – № 6. – С. 2–9.
8.
Баяхметова Л.Т. Исламский банкинг: финансирование по
принципам шариата // Банки Казахстана. – Алматы, 2008. – № 7. – С. 9–10.
9.
Беккин Р.И. Закят: налог или религиозная обязанность? //
Финансы. – 2008. – № 11. – С. 35–39.
10. Журавлев А.Ю. Теория и практика исламского банковского дела
// РАН. Ин–т востоковедения. – М., 2002. – 243 с.
80
11. Заманбеков Д.Ш. Религиоведческие основы функционирования
исламского банкинга и исламской экономики в целом // Вестник
университета «Кайнар». – Алматы, 2008. – № 4/2. – С. 18–21.
12. Зубченко Л.А. Экспансия исламских банков // Банки: мировой
опыт. – 2006. – № 3. – С. 54–57.
13. The
Institute
of
Islamic
Banking
and
Insurance,
http://www.islamicbanking
. Com
14. UNCTAD (2006): Islamic Finance and Structured Commodity
Finance Techniques: Where the Twain Can Meet.
15. United Bank Ltd., Glossary of Islamic Banking Terminology,
https://www.ubl.com.pk/ameen/pdf/Glossary_Islamic_Banking.pdf
.
16. University Islamic Financial Corp.,
http://www.university-bank.com
.
17. Wolosky S. (2003): Statement to the National Commission on
Terrorist
Attacks
Upon
the
United
States,
NCTA,
http://www.9-
11commission.gov.
18. Yaquby N. (2005): Shariah Requirements for Conventional Banks //
Journal of Islamic Banking and Financ. Vol. 22. No. 3. July-Sept.
19. Akçan A., 1997, Özel Finans Kurumlarının Türk Finans Sektöründeki
Konumu ve Gelecegi, Doktora Tezi.
20. Malatya Akçaoglu E., 1998, Financial Innovation in Turkish Banking,
SPK Publication Number 127, Ankara.
21. Akın C., 1986, “Islam Bankacılık ve Kalkınma”, Kayıhan Yayınları,
Istanbul.
81
Xülasə
Azərbaycanda bütün iqtisadi institutlarda geniş miqyaslı və əsaslı bazar
dəyişiklikləri aparılmaqda, özəlliklə də Azərbaycan maliyyə bazarında islam
bankinq sisteminin tətbiqi ictimai müzakirə mövzusudur. İslam bankinq sisteminin
tətbiqi mövzusu rəsmi və elmi mətbuatda müzakirə mövzulardan biri olmasına
baxmayaraq, hələ də elmi - akademik dairələrdə bu sahə üzrə kompleks və geniş
miqyaslı tədqiqat həyata keçirilməmişdir. Faizsiz bankçılıq fəaliyyətinin təhlili ilə
bağlı xarici ölkələrdə çoxsaylı tədqiqatlar və ali məktəblərin iqtisad profilli
məktəblərində “alternativ maliyyə təşkilatı” fənni tədris edildiyi halda,
Azərbaycanda hələ də belə bir fənn müstəqil tədris edilmir. Lakin bu tədqiqat
sahəsinə Azərbaycanda istər maliyyə dairələrində, istərsə də əhali tərəfindən
böyük maraq kəsb edir.
Dostları ilə paylaş: |