MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   16   17   18   19   20   21   22   23   24

 

72

investisiya layihəsi üzrə  mənfəətin yaxud zərərin maliyyələşdirən bankla investor-



borcalan 

(operator) 

arasında 

birgə 


bölüşdürülməsi 

əsasında 

səhmdar 

maliyyələşdirməsi  və  pay  iştirakı  üzrə  əməliyyatlar  bank  tərəfindən  kifayət  qədər 

mürəkkəb  düsturların  və  riyazi  hesablamaların  istifadəsi  yolu  ilə  həyata  keçirilir. 

İslam banklarının  istifadə etdiyi düsturlar  müxtəlif  növ bazar  maliyyə aktivləri  ilə 

bankın  əmanətçilərin 

vəsaitinin  konkret 

müştəri-borcalanın 

(operatorun) 

investisiya  layihəsinə  qoymaqla  əldə  etdiyi  mənfəət  arasında  əlaqəni 

(korrelyasiyanı) müəyyən edirlər.  

Üçüncüsü,    maliyyələşdirmə,  bir  qayda  olaraq,  xüsusi  növ  müqavilələrdən 

və  eyni  vaxtda,  bilavasitə  olaraq  səhmdar  maliyyələşdirmə,  pay  iştirakı  və 

sonradan  mənfəətin  yaxud  zərərin  birgə  bölüşdürülməsi  prinsipinə  əsaslanmayan, 

bir sıra tranzaksiyaların bağlanmasından istifadə edilməklə həyata keçirilir. Onların 

sırasına  təcrübədə  bank-kreditor  üçün  maliyyə  (investisiya)  əməliyyatının 

keçirilməsi riskinin minimal dərəcəsini şərtləndirən lizinq və təkrar satış daxildir. 

İslam bank sisteminin təhlili zamanı yaranan ciddi problemlərdən biri bütün 

sahə  haqqında  etibarlı  statistik  məlumatın  olmamasıdır.  Islamic  Research  & 

Training  Institute, Islamic Development Bank  Islamic  Financial Services Board

31

 



qurumlarının birgə işində hal-hazırkı islam maliyyə sistemini tədqiq edən müxtəlif 

tədqiqatçıların  əldə  etdiyi  bəzi  nəticələr  ümumiləşdirilib.  İslam  bank  sistemi 

haqqında  yeganə  rəsmi  məlumat  mənbəyi  “Council  for  Islamic  Banks  and 

Financial Institutions” (CIBAFI) təşkilatıdır. Hesabatda verilmiş məlumata  əsasən 

2005-ci  ildə  38  dünya  ölkəsində  284  islam  maliyyə  təşkilatı  fəaliyyət  göstərirdi. 

Onların aktivləri təxminən 250  milyard dollar təşkil edirdi. Lakin təqdim olunmuş 

statistikada adi banklar tərəfindən açılan islam bank “pəncərələrinin” əməliyyatları, 

həmçinin  qeyri-bank  maliyyə  təşkilatların,  təkafüllərin  və  investisiya  şirkətlərinin 

əməliyyatları  nəzərə  alınmır.  Xüsusilə  CIBAFI  apardığı  qiymətləndirməyə  əsasən 

adi  banklarda  xüsusiləşdirilmiş  islam  “pəncərələrinin”  əməliyyatlarının  həcmi 

2005-ci ildə 200 milyard dollar təşkil edirdi.  

Ekspert qiymətləndirmələrinə görə islam banklarının məcmu depozitləri Fars 

körfəzi  ölkələrinin,  Misirin  və  İordaniyanın  bütün  banklarının  depozitlərinin 



 

73

ümumi  məbləğinin  minimum  20-25%  təşkil  edir.  Digər  ərəb  ölkələrinin,  xüsusilə 



Şimali  Afrika  dövlətlərinin  kredit-bank  sektorunda  bu  istiqamətdə  baş  verən 

dönüşlər əsasən siyasi  xarakterli amillərdən asılı olacaqlar. Kifayət qədər dinamik 

şəkildə  inkişaf  edən  təsərrüfata  və  xarici  iqtisadi  sektora  malik  olan  müsəlman 

ölkələrində  -  Türkiyə  və  Malayziyada  islam  bank  strukturlarının  sürətli  inkişafı 

nəzərdə tutulur 

Mahiyyət  etibarilə,  dünyada  yalnız  üç  ölkə:  İran,  Pakistan  və  Sudan  - 

təcrübədə  həqiqətən  tam  olaraq  nəzəri  konseptual  vəziyyəti,  müasir  islam  iqtisadi 

doktrinanın  tələblərini  reallaşdırmış  və  şəxsi  milli  kredit-bank  sistemlərini 

tamamilə  islamlaşdırmışdılar.  Təcrübə  və  müvəffəqiyyətli  presedentlərə  malik 

olmayaraq,  onlar  kredit-bank  sektorunda  mahiyyətcə  çətin  olan  qəti  tədbirlər 

görərkən,  çox  vaxt  sınaqlar  və  səhvlər  ilə  hərəkət  edərək  təcrübə  etməyə  məcbur 

olmuşdurlar,  həm  də  olduqca  qısa  müddətdə  (məsələn  İrandakı  kimi). 

Makroiqtisadi  səviyyədə  kredit  faizi  istifadəsindən  onun  istənilən  formasından 

imtina  çox  da  az  sual  yaratmır,  hansına  ki,  hələdə  birmənalı  əsaslı  cavab  yoxdur. 

Əhəmiyyətli  olmayan  problemlərdən  biri  də,  həmçinin  bu  ölkələrin  əhalisinin  

müəyyən  hissəsinin    kredit-bank  sahəsi  və  maliyyə  təsərrüfatına  tam 

islamlaşmasına  mənfi  münasibət  qalır.  Məsələn,  Pakistanda  bəllidir  ki,  əhalinin 

daha  varlı  təbəqəsi,    bank  islahatları  ilə  razı  deyil  və  ölkənin  bütün  iqtisadi 

həyatının  əsas  islamlaşması  üzrə  gələcək  ölçülərdən  qorxurlar.  Bu  haqda 

banklardan  əmanətçilərin  müsadirə  edilməsi,  ölkədən    valyuta  kapitalının 

dayanaqlı  qaçışı,  səhmlərin  dəyərsiz  qiymətlər  üzrə  satışı,  işgüzar  fəaliyyətin  

ümumi  aşağı  düşməsi  sübut  edir.  Xaricdə  işləyən  Pakistanlılar  islamlaşmadan 

ehtiyat  edirlər.  Müsəlman  vergilərinin  tətbiqi,  valyuta  hesabı  açılması  üçün  yeni 

qanunların  istifadəsi,  və  islam  bank  işi  çərçivəsində  depozit  əməliyyatların 

keçirilməsinin girişi  obyektiv olaraq onların vətənlərinə pul köçürmə cəhdlərini və 

xüsusi ilə vəsaitləri cari depozit ayırmağa və ən əvvəl islam banklarında investisiya 

hesabını  və  həmçinin  onlar  üçün    investisiya  kapitalına  daimi  real  stabil  gəlirləri 

təmin  edə  bilməyən  öz  valyuta  kapitallarını  və  digər  dövlət  qiymətli  vərəqlərini 

dövlət korporasiya səhmlərinə qoymağı məhdudlaşdırmışdır. 



 

74

İslam  bankinqinin  həyata  keçirilməsinin  baş  verdiyi  ölkələrdəki  nəzarət 



orqanları  iki  əsas  funksiyaları  icra  etmək  iqtidarındadır:  ənənəvi  prudensial 

nəzarətin təmin edilməsi, həmçinin islam bank industriyasının inkişafı. 

Fikrimcə,  islam  bank  sektorunun  inkişafına  yardım    islam  maliyyə  

institutlarına  müxtəlif  imtiyazlar  və  üstünlüklərin  verilməsini  deyil,  müvafiq 

normativ-hüquqi  bazasının  yaradılmasını  ifadə  etməlidir  ki,  onun  çərçivəsində 

islam  bankları  iqtisadi  agentlərin  irəli  sürən  tələblərə  müvafiq  olaraq,  öz 

fəaliyyətini həyata keçirə bilərdi. Beləliklə, islam maliyyə institutlarının inkişafının 

zəruriliyinin  tanınması  təqdirdə,  nəzarət  orqanları  aşağıdakılarına  hazır 

olmalıdırlar: 

 

İslam  banklarının  işləmə  prinsiplərinin  düzgün  anlaması  ilə  təmin 



etmək; 

 

Bütün əqdlərin tənzimləmə qaydalarını işlənib hazırlamaq; 



 

İslam  banklarının  müştərilərinə    ənənəvi  bankların  müştərilərinə 

olduğu kimi eyni müdafiə səviyyəsi ilə təmin etmək. 

Bu 


məqsədlərə 

nail 


olmaq 

üçün 


tənzim 

edən 


orqanlarının 

nümayəndələrindən  və  islam  maliyyə  industriyasının  nümayəndələrindən  ibarət 

olan işçi qrupunun yaradılması faydalı ola bilərdi. 

Bu  kimi  işçi  qrupları  islam  banklarının  rast  gəldiyi  problemlərin  aşkara 

çıxarılmasına  imkan  yaradacaq  və  müvafiq  olaraq  islam  banklarının  inkişafı  üçün 

lazımi  tənzimləmə  üsullarını  hazırlaya  biləcəklər.  Bank  sistemini  lazımi  şəkildə 

fəaliyyət göstərməsi üçün müəyyən infrastrukturun mövcud olması zəruridir ki, bu 

infrastruktur  bank  sisteminin  normal  fəaliyyət  göstərməsinə  imkan  yaradır.  Bu 

hissədə  həmin  problemin  üç  əsas  aspektinə  baxılacaqdır:  Bank  əmanətlərinin 

sığortalanması  sxemi,  banklararası  kreditləşmə  bazarı,  həmçinin  dövlət  qiymətli 

kağızlar bazarı bank sisteminin likvidliyinin idarə edilməsi vasitəsi kimi. 

İslam maliyyə institutlarının gələcəkdə inkişaf etdikcə pul-kredit tənzimləmə 

və  nəzarət  orqanları  qarşısında  istər-istəməz  həmin  təşkilatların  ölkənin  maliyyə 

sisteminə inteqrasiyası məsələsi duracaq.  Belə ki, ümumiyyətlə maliyyə sisteminin 

inkişafının  sabitliyinin  təmin  edilməsi  üçün  tək  qanunvericiliyi  uyğunlaşdırmaqla 



 

75

yanaşı,  həmdə  islam  maliyyə  təşkilatlarının  maliyyələşdirilməsi  üçün  müvafiq 



bank infrastrukturası ilə təmin etmək lazımdır.  

Bundan  əlavə,  islam  maliyyə  institutlarına  onların  işini  dəstəkləmək  üçün 

lazım  olan  şəriətə  uyğun  proseduraların  təqdim  edilməsini  təmin  etmək  lazımdır. 

Bu cür proseduralara aiddir: 

1.  Son instansiya kreditoruna müraciət etmək imkanı; 

2.  İslam banklarının işinin spesifikasını nəzərə alan kapitalın kifayət etməsi 

üzrə tələblər; 

3.  Şəriətin tələblərinə riayət etməklə islam banklarının mütləq ehtiyatlarının 

istifadəsi; 

4.  Şəriətin qəbul etdiyi dövlət qiymətli kağızların mövcudluğu; 

5.  İslam bank fəaliyyətinin qanunvericilik səviyyəsində qəbul edilməsi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

76

 



NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

XX əsrin axırı və XXI əsrin ilk illərində Azərbaycan iqtisadiyyatında köklü 

dəyişikliklər  dövrü  olmuşdur.Yeni  makro  və  mikro  iqtisadi  idarəetmə 

sistemlərindən  tutmuş  müasir  maliyyə-kredit  siyasətinin  bütün  aspektlərinədək 

dərin və zəruri islahatlar baş vermişdir. 

Azərbaycan  Respublikasının  müasir  bank  sistemi  və  onun  idarəedilməsi, 

bank  resurslarının  təşkili  və  istifadəsi,  bank  menecmenti  və  marketinqi  kimi 

məsələlər bugünkü günümüzdə xüsusi aktuallıq kəsb edir. 

Azərbaycanda  hal-hazırda  İslam  bankçılığının  müştəri  seqmenti  var.  Buna 

tələbat  da  Azərbaycanda  çoxdur.  Bunun  bir  sıra  səbəbləri  vardır  ki,bunlar  da 

aşağıdakılardır : 

1.  Azərbaycan müsəlman ölkəsidir.  

2.  Böhran  başlanandan  sonra  Qərbin  həm  iş  adamları,  həm  də  adi 

müştərilər  izlədilər  ki,  İslam  bankçılığının  bu  böhrana  qarşı  bir 

immuniteti var. Nəyə görə? Ona görə ki, bütün əməliyyatlar, işlər süni 

xarakterli  deyil.  Hamısının  təminatında  ya  mal  var,  ya  da  hansısa  bir 

məlum ticarət işi var.  

3.  Azərbaycanın  hal-hazırdakı  investisiya  mühiti  çox  inkişaf  edir. 

Azərbaycan  bazarının  beynəlxalq  maliyyə  investisiyalarına  həm 

ehtiyacı  var,  həm  də  Azərbaycan  özü  bir  bazar  kimi  onlara  çox 

maraqlı  bir  bazardır.  Ona  görə  də  İslam  bankçılığının  inkişafının 

imkanları da Azərbaycanda çox böyükdür: əvvəla, investisiyalar axını, 

ikincisi  də  müştəri  bazası  hazırdır.  Biz  həm  cəlb  edə  bilərik,  həm  də 

bəhrələnə bilərik. 

İslam  bankları  islam  dəyərləri  çərçivəsində  fəaliyyət  göstərdiyindən,  onların 

işlək mexanizmi bir çox ölkələrin iqtisadiyyatı üçün eyni mahiyyət daşımır. Çünki 

iqtisadiyyatlarında faizin mövcud olduğu ölkələrdə islam bank vəsaitlərinin tətbiqi 

müəyyən  məhdudiyyətlərlə üzləşir. Bu  vəsaitlər elə sahələrə tətbiq olunmalıdır ki, 




 

77

onlar  gəlir  forması  kimi  faizlə  cəlb  olunan  sahələr  olmasın.  İslam  kredit  və 



maliyyə, 

həmçinin 

ayrı-ayrı 

əməliyyatlarının 

özünəməxsusluğu, 

İslam 


bankçılığının  fəal  və  qeyri-fəal  sahələrində  mühasibat  uçotunun  tətbiqi,  İslam 

prinsipləri 

çərçivəsində 

beynəlxalq 

standartların 

tətbiqinə 

Azərbaycan 

Respublikası  Milli  Bankı  tərəfindən  hüquqi  normativ  aktlara  salınmalı  və 

Azərbaycan  Respublikasında  bu  haqda  qanun  işlənib  hazırlanmalıdır.  İslam 

bankçılığının  Azərbaycanda  geniş  fəaliyyət  göstərməsi  üçün  əlverişli  mühit 

mövcuddur: 

-  birincisi,  əhalisinin  çoxu  müsəlmandır  və  bir  çox  insanlar  öz  dini 

etiqadlarına  görə  klassik  banklarda  faiz  olduğuna  üçün  demək  olar  ki,klassik 

banklardan yetərincə istifadə etmirlər; 

-  ikincisi,  islam  bankçılığında  bütün  əməliyyatların,  işlərin  təminatında  ya 

konkret bir mal var,ya da hansısa bir məlum ticarət işi; 

- üçüncüsü, böhran başlanandan sonra həm iş adamları, həm də adi müştərilər 

izlədilər ki, İslam bankçılığının bu böhrana qarşı bir immuniteti var; 

-  Azərbaycanın  hal-hazırdakı  investisiya  mühiti  çox  inkişaf  edir.  Azərbaycan 

bazarının  beynəlxalq  maliyyə  investisiyalarına  həm  ehtiyacı  var,  həm  də 

Azərbaycan özü bir bazar kimi onlara çox maraqlı bir bazardır. Ona görə də İslam 

bankçılığının  inkişafının  imkanları  da  Azərbaycanda  çox  böyükdür:  əvvəla, 

investisiyalar axını, ikincisi də müştəri bazası hazırdır.Bununla da biz həm cəlb edə 

bilərik, həm də bəhrələnə bilərik. 

İslam bankçılığında əsas məsələ budur ki, faiz məsələsi, riba yoxdur. Amma 

bizdə,  bizim  bank  sistemlərimizin  əsas  göstəriciləri  belədir  ki,  pullar  faizlə  cəlb 

olunur  və  mənfəət  əldə  edilməsi  üçün  faizə  verilir.  Lakin  İslam  bankçılığı 

çərçivəsində  elə  layihələr,  elə  məhsullar  var  ki,  onları  bizim  qanunvericiliyə 

uyğunlaşdırmaq olar.Bunlara daxildir :  

1.  Lizinq əməliyyatları,  

2.  banklarda hesabların açılması,  

3.  qiymətli kağızların buraxılması- sukuklar kimi və s.  




 

78

Əgər  Azərbaycanda  hər  hansı  bir  bank  elan  etsə  ki,öz  daxilində  İslam 



bankçılığı  fəaliyyəti  göstərən  bir  şöbə  açır,  o  xaricdən  çox  böyük  investisiyalar 

əldə edə biləcəkdir. İslam bank işi müsəlmanların iqtisadi fəaliyyətini aktivləşdirən 

sahə  kimi,  onların  bir  sıra  ehtiyaclarının  ödənilməsi  mənbəyi  kimi  fəaliyyət 

göstərir.  İslam  bankçılığı  islam  mənəvi  dəyərlər  meyarı  saxlanmaqla,  islam  bank 

sisteminin  fəaliyyətində  iqtisadi artım,  milli  iqtisadiyyat,  məcmu  tələb,  inflyasiya, 

işsizlik, sabit qiymət səviyyəsi və s. yüksək səviyyədə tənzimləyir. 

İslam  iqtisadiyyatı  və  bankçılığı  ötən  əsrin  70-ci  illərindən  nəzərəçarpacaq 

yüksəlişə  nail  olub  və  indi  də  bu  sahədə  davamlı  inkişaf  dinamikası  müşahidə 

olunur.  İslam  maliyyə  sistemində  təkcə  İslam  Maliyyə  İnstitutları  deyil,  həmçinin 

onların  bazarda  özünəməxsus  yer  tutan  müqavilələr  üzrə  tərəfdaşları  da  yaxından 

iştirak  edir.  Bundan  başqa,  bir  çox  müsəlman  ölkələri  iqtisadi  və  maliyyə 

qurumlarını İslam  maliyyə əsaslarına tam  uyğunlaşdırılmış şəkildə transformasiya 

olunurlar. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

79

ƏDƏBİYYAT 



 

1. 


Məmmədov  Z.F.  Keçmiş  Sovet  İttifaqı  ölkələrində  İslam  Bankçılıq 

modelinin  tətbiqi  problemləri  //  Azərbaycanda  islam  maliyyə  bazarının  inkişaf 

perspektivləri. Beynəlxalq simpozium. 25- 26 sentyabr 2012, Bakı, Azərbaycan. 

2. 


Абдулаева  К.К.  Особенности  исламской  экономики  //  Вестн. 

Волж.  ун-та  им.  В.Н.  Татищева.  Сер.  Юриспруденция.  –  Тольятти,  2002.  – 

Вып. 21. – С. 1 47–154. 

3. 


Автурханов Э.М. Исламский банкинг //  Деньги и  кредит. – 2008. 

– № 6. – С. 73. 

4. 

Автурханов  Э.  М.  Страхование  инвестиционных  рисков, 



специфика 

контрактных 

отношений 

и 

роль 



исламской 

системы 


инвестирования  //  Менеджмент  в  России  и  за  рубежом.  –  2007.  –  №  2.  –  С. 

41–45. 


5. 

Бадов  А.  Исламские  банки  выдвигают  альтернативу  западной 

модели финансирования экономики // Россия и мусульманский мир. – 2000. – 

№3. – С. 124–130. 

6. 

Бадов  А.,  Чернов  М.  Восходящий  полумесяц:  Исламский  мир 



делает первые шаги к экономической  интеграции  //  Эксперт. – 2000. –  № 46 

(4 дек.). – С. 52.  

7. 

Бахмутская  А.А.  Исламский  банкинг  //  Банковские    услуги.  – 



2006. – № 6. – С. 2–9. 

8. 


Баяхметова  Л.Т.  Исламский  банкинг:  финансирование  по 

принципам шариата // Банки Казахстана. – Алматы, 2008. – № 7. – С. 9–10. 

9. 

Беккин  Р.И.  Закят:  налог  или  религиозная  обязанность?  // 



Финансы. – 2008. – № 11. – С. 35–39. 

10.  Журавлев  А.Ю.  Теория  и  практика  исламского  банковского  дела 

// РАН. Ин–т востоковедения. – М., 2002. – 243 с. 



 

80

11.  Заманбеков  Д.Ш.  Религиоведческие  основы  функционирования 



исламского  банкинга  и  исламской  экономики  в  целом  //  Вестник  

университета «Кайнар». – Алматы, 2008. – № 4/2. – С. 18–21. 

12.  Зубченко  Л.А.  Экспансия  исламских  банков  //  Банки:  мировой 

опыт. – 2006. – № 3. – С. 54–57. 

13.  The 

Institute 

of 

Islamic 


Banking 

and 


Insurance, 

http://www.islamicbanking

. Com 

14.  UNCTAD  (2006):  Islamic  Finance  and  Structured  Commodity 



Finance Techniques: Where the Twain Can Meet. 

15.  United  Bank  Ltd.,  Glossary  of  Islamic  Banking  Terminology, 

https://www.ubl.com.pk/ameen/pdf/Glossary_Islamic_Banking.pdf

16.  University Islamic Financial Corp., 



http://www.university-bank.com

17.  Wolosky  S.  (2003):  Statement  to  the  National  Commission  on 



Terrorist 

Attacks 


Upon 

the 


United 

States, 


NCTA, 

http://www.9-

 

11commission.gov. 



18.  Yaquby  N.  (2005):  Shariah  Requirements  for  Conventional  Banks  // 

Journal of Islamic Banking and Financ. Vol. 22. No. 3. July-Sept. 

19.  Akçan A., 1997, Özel Finans Kurumlarının Türk Finans Sektöründeki 

Konumu ve Gelecegi, Doktora Tezi.  

20.  Malatya Akçaoglu E., 1998, Financial Innovation in Turkish Banking, 

SPK Publication Number 127, Ankara. 

21.  Akın  C.,  1986,  “Islam  Bankacılık  ve  Kalkınma”,  Kayıhan  Yayınları, 

Istanbul. 

 

 

 



 

 

 



 


 

81

 



Xülasə 

 

Azərbaycanda  bütün  iqtisadi  institutlarda  geniş  miqyaslı  və  əsaslı  bazar 



dəyişiklikləri  aparılmaqda,  özəlliklə  də  Azərbaycan  maliyyə  bazarında  islam  

bankinq sisteminin tətbiqi ictimai müzakirə mövzusudur. İslam  bankinq sisteminin 

tətbiqi  mövzusu  rəsmi  və  elmi  mətbuatda  müzakirə    mövzulardan  biri  olmasına 

baxmayaraq,  hələ  də  elmi  -  akademik  dairələrdə  bu  sahə  üzrə  kompleks  və  geniş 

miqyaslı tədqiqat  həyata keçirilməmişdir.  Faizsiz bankçılıq  fəaliyyətinin təhlili  ilə 

bağlı  xarici  ölkələrdə  çoxsaylı  tədqiqatlar  və  ali  məktəblərin  iqtisad  profilli 

məktəblərində  “alternativ  maliyyə  təşkilatı”    fənni  tədris  edildiyi  halda, 

Azərbaycanda  hələ  də  belə  bir  fənn  müstəqil  tədris  edilmir.  Lakin  bu  tədqiqat 

sahəsinə  Azərbaycanda  istər  maliyyə  dairələrində,  istərsə  də  əhali  tərəfindən  

böyük maraq kəsb edir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə