MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   16   17   18   19   20   21   22   23   24

 

57

($11.0 milyon) və Azərbaycan Hökuməti ($19.8 milyon) xərclərin digər hissəsini 



ödəyəcəkdir. 

İslam  İnkişaf  Bankının  Azərbaycanda  həyata  keçirəcəyi  digər  bir  böyük 

layihə  Azərbaycanın  Qaradağ  rayonunda yeni neft terminalının inşasında iştirak 

etməkdir.

 

İlkin  mərhələdə  terminaldakı  anbarların  həcmi  200  min  kubmetrə 



bərabər  olacaq.  Sonradan  bu  göstərici  600  min  kubmetrə  çatdırıla  bilər.  Dəmir 

yolu ilə ildə 25 mln. ton neft göndərmək mümkün olacaq. Boşaldıb-yükləmə isə 

ildə  50  mln.  ton  təşkil  edəcək.  Terminal  Bakı-Tbilisi-Ceyhan  boru  kəməri  ilə 

bağlantıya malik olacaq, eyni zamanda  bu  xətlə  nəql  üçün ildə  30 mln. ton  neft 

verə biləcək.Layihənin dəyəri 100 milyon dollara bərabər olacaqdır. 

İslam  İnkişaf  Bankı  (İİB)  2012-ci  ilə  qədər  Azərbaycanda  Aqrar  Sənaye 

Kompleksi (ASK), maliyyə sektoru, nəqliyyat, sosial, energetika sahələrində 10-

dan  çox  layihəni  maliyyələşdirmək  niyyətindədir.  Bu  sahədə    2009-2011-ci 

illərdə  Azərbaycan  höküməti  və  İslam  İnkişaf  Bankı  arasında  əməkdaşlıq 

proqramına  dair  niyyət  memorandum  imzalanıb.  İslam  İnkişaf  Bankı 

Azərbaycanın  qeyri-neft  sektorunun  inkişafına  böyük  önəm  verir  və  bununla 

əlaqədar İİB-lə əməkdaşlığın genişləndirilməsi ildən –ilə təkmilləşdirilir.  

İİB Azərbaycanın bir neçə bankına kredit xətti açmış və rəqabətin inkişafı 

üçün Respublikada fəaliyyət göstərən nəinki iri, həm də kiçik banklara da kredit 

verməyi planlaşdırmışdır. Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondu ilə də 

əməkdaşlığın qurulması İslam İnkişaf Bankının planları çərçivəsindədir. 

Verilən  məlumata  görə,İslam  İnkişaf  Bankı  özəl  sektorun  inkişafı  üzrə 

İslam Korporasiyası  vasitəsilə Azərbaycan banklarına $17 mln. həcmində kredit 

verib. 

İslam  İnkişaf  Bankı  1992-ci  ildən  Azərbaycanda  $250  mln.  dəyərində  26 



layihə maliyyələşdirib.  

Azərbaycan  müxtəlif  investisiya  layihələrinin  həyata  keçirilməsi  üçün 

kreditlər verən İslam İnkişaf Korporasiyasının üzvüdür. İlk bu cür layihələrdən biri 

Azərbaycan 

Beynəlxalq  Bankı  tərəfindən  2003-2004-cü 

illərdə 


həyata 

keçirilmişdir.  Layihənin  maliyyələşdirilməsi  üçün  mənbə  İslam  İnkişaf 




 

58

Korporasiyasının  Azərbaycan  Beynəlxalq  Bankı  üçün  açdığı  4,5  milyon  dollar 



məbləğində  kredit  xətti  olmuşdur.    1989-cu  ildə  təsis  edilmiş  “Kövsər  Bank” 

(2003-cü  ildən  bank  İslam  Bankları  Assosiasiyasının,  o  cümlədən  islam  maliyyə 

institutlarının  əməliyyatlarının  uçotu  və  auditi  üzrə  Təşkilatların  üzvü) 

Azərbaycanda  şəriət  qaydalarına  uyğun  fəaliyyət  göstərən  yeganə  kredit  təşkilatı 

idi. İranın özündə şəriət qaydaları  ilə  işləyən “Melli” İran bankının  Azərbaycanda 

filialı fəaliyyət göstərir.  

Azərbaycanda  isə  islam  bankları  yalnız  ayrı-ayrı  filialları  ilə  təmsil  olunub, 

əməliyyatların  bir  çox  növləri  isə  islam  banklarının  ənənəvi  əməliyyatları 

formasında və qanunvericiliyin yol verdiyi səviyyədə həyata keçirilir. 2008-ci ildə 

Azərbaycanın  dövlət  investisiya  şirkəti  və  İslam  İnkişaf  bankı  qrupunun  üzvü  – 

Özəl sektorun inkişafı üzrə İslam korporasiyası tərəfindən İslam maliyyələşdirməsi 

prinsipləri  əsasında  fəaliyyət  göstərən  Xəzər  beynəlxalq  investisiya  şirkəti  təsis 

edilmişdir.  Şirkətin  əsas  məqsədi  iqtisadiyyatın  qeyri-xammal  sektoruna  xarici 

investisiyaların  cəlb  edilməsidir.

2

  Bundan  başqa,  1988-ci  ildən  ölkədə  bank 



əməliyyatlarını  şəriət  qaydalarına  əsasən  həyata  keçirən  “Kövsər  bank”  fəaliyyət 

göstərir. 

Beləliklə, 

İslam 


maliyyələşdirmə 

prinsiplərinin 

Qırğızıstanda, 

Qazaxıstanda  və  Azərbaycanda tətbiqi edilməsi təcrübəsi  İslam  maliyyələşdirməsi 

sisteminin postsovet məkanında uğurla işləyə biləcəyini göstərmişdir.  

 İİB-nin  həyata  keçirdiyi  investisiyalara  AYİB  (Avropa  Yenidənqurma  və 

İnkişaf  Bankı)  ilə  birlikdə  Mingəçevir  Enerji  Layihəsinin  maliyyələşdirilməsi 

(bunun  üçün  12,5  milyon  ABŞ  dolları  məbləğində  kredit  ayırmışdır)  daxildir.  Bu 

layihəyə Mingəçevir Su Elektrik Stansiyasının avadanlıqlarla təchizatı, habelə 110 

kv-lıq ötürücü xəttin və yeni stansiyanın qurulması daxildir. 

Azərbaycanın  ən  yüksək  reykinqə  malik  banklarından  olan  Azərbaycan 

Beynəlxalq  Bankı islam prinsipləri çərçivəsində  İslam İnkişaf  Bankı ilə artıq bir 

çox  layihələrdə  fəal əməkdaşlıq edir. Xatırladaq ki,  hələ  2011-ci  ildə   Beynəlxalq 

Bankda islam bank məhsul və xidmətlərinin tətbiqi üzrə müvafiq konsepsiya qəbul 

olunub.  Həmçinin  bank  islam  bankçılığının  tətbiqi  çərçivəsində  2009-cu  ildə 

                                                

2

 http://www.ciic.az/view/default.phtml?sectionid=21 




 

59

"İslam  pəncərə"  bölməsinin  açılmasına  dair  xüsusi  işçi  qrupu  yaradıb.  Elə  o  vaxt 



da  məlum  olmuşdu  ki,  konsepsiya  çərçivəsində  qüvvədə  olan  qanunvericilik 

əsasında  işlərin  başlanması  və  qanunvericiliyə  müvafiq  dəyişikliklərin  edilməsi 

üzrə  təkliflər  hazırlanıb.  Artıq  Beynəlxalq  Bank  islam  bank  işi  sahəsində 

ixtisaslaşan yeni strukturu fəaliyyət göstərir.  

Bundan  başqa  Azərbaycan  kommersiya  banklarından  Kövsər  Bank  islam 

bank  aləti  sukuk  (istiqraz  vərəqələri)  –dan  istifadə  etməyi  nəzərdə  tuturdu.  Bu 

başlıca  olaraq  xarici  investorlar  üçün  nəzədə  tutulmuşdur  və  Qiymətli  Kağızlar 

üzrə  Dövlət  Komitəsi  tərəfindən  qeydə  alınmış  emissiya  prospektinə  əsasən 

qiymətli  kağızların  yerləşdirilməsi  Bakı  Fond  Birjası  vasitəsilə  həyata 

keçiriləcəkdi.İslam  istiqraz  vərəqələrinin  emitetləri  investorlara  ənənəvi  faizləri 

ödəmək  əvəzinə  kommersiya  fəaliyyətindən  əldə  olunan  gəlirdən  istifadə  edərək 

ödəmələr edir. 

Rabitəbank  İslam  İnkişaf  Korporasiyası  ilə  yeni  kredit  sazişi  imzalayıb. 

Rabitəbank    ASC  və  İslam  İnkişaf  Korporasiyası  (ICD)  arasında  1  milyon  dollar 

həcmində  kredit  xəttinin  ayrılmasına  dair  yeni  kredit  sazişi  imzalanmışdır.  Yeni 

kredit xəttinin müddəti birinci ili güzəştli dövr olmaqla 6 il təşkil edəcək və ölkədə 

kiçik  və  orta  sahibkarlığın  maliyyələşdirilməsinə  yönələcək.  Bununla  da  İslam 

İnkişaf  Korporasiyası  (İCD)  tərəfindən  banka  ayrılmış  kreditin  ümumi  həcmi  2,1 

mln. dollara çatmışdır. 

Azərbaycan  iqtisadiyyatının  inkişafı  məqsədi  ilə  TuranBank  tərəfindən 

uzunmüddətli  kredit  sazişi  Özəl  Sektorun    İnkişafı  üzrə  İslam  İnkişaf 

Korporasiyası  (ICD  –  İslam  İnkişaf  Bankının  törəmə  qurumu)  ilə  imzalanmışdır. 

İslam İnkişaf  Koorporasiyası ilə  TuranBank  arasında imzalanmış bu kredit sazişi, 

bankın  Azərbaycan  maliyyə  sektorunda  islam  bankçılığı  prinsipləri  ilə  KOS-ın 

kreditləşdirilməsi üçün yaradılan rəqabət qabiliyyətli bir addım oldu. İslam İnkişaf 

Korporasiyası  (İCD)  ilə  1mln.  ABŞ  dolları  məbləğində  imzalanmış  kredit 

müqaviləsi,  ilk  1  ili  güzəşt  şərti  olmaqla  6  illik  dövrü  əhatə  edərək  KOS-ın 

kreditləşdirilməsinə  istiqamətlənib. ICD  ilə imzalanmış ilk kredit sazişinin  faydalı 

və  məhsuldar  prinsiplər  üzərində  qurulması,  kredit  xəttinin  tam  implementasiyası 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə