MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

 

50

Korporasiyanın  nizamnamə  kapitalının  50%-i  İslam  İnkişaf    Bankına,  qalan 



hissəsi bankın 51 üzv ölkəsindən 30-na məxsusdur. 

İslam  İnkişaf    Bankına  üzv  ölkələr  arasında  təcrübə  mübadiləsi  üzrə 

qısamüddətli  layihələri  maliyyələşdirməklə,  texniki  korporasiyanın  inkişafını 

dəstəkləyir.Bu  proqramlar,  o  cümlədən  ətraf  mühitin  mühafizəsi  və  bank 

fəaliyyətinin inkişafı məsələlərini əhatə edir. 

Bankın  Direktorlar  Şurası  ticarətin  maliyyələşdirilməsi  fəaliyyətini  bankın 

əsas istiqamətlərindən biri hesab edir.İslam İnkişaf Bankının nizamnaməsində də 

bu  məsələ  önə  çəkilmiş,  üzv  ölkələr  arasında  ticarət  əməliyyatlarının 

maliyyələşdirilməsi  mühüm  vəzifə  kimi  qeyd  olunmuşdur.  İslam  İnkişaf 

Bankının  mənfəətinin  əsas  mənbələrindən  biri  xarici  banklardakı  faizli 

depozitlərdir.  Məsələ  ondadır  ki,bank  islam  ölkələri  ilə  digər  ölkələr  arasında 

vasitəçilik missiyasını yerinə yetirir. 

İslam  İnkişaf  Bankı  islam  prinsipləri  əsasında  investisiya  portfelinin 

yaradılmasını,  idxal  və  uzunmüddətli  ticarət  əməliyyatlarını  maliyyələşdirir. 

Bankın tədqiqatçıları daim yeni maliyyələşdirmə formaları axtarıb tapır. 

Üzv  ölkələrin  ticarət  tərəfdaşlığının  inkişaf  etdirilməsi  üçün  informasiya 

mübadiləsinin  intensivləşdirilməsinə  xüsusi  diqqət  yetirilir.  İslam  İnkişaf  bankı 

geridə  qalmış  ölkələrə  öz  malını  beynəlxalq  sərgilərdə  nümayiş  etdirməkdə,  bu 

malların 

və 


müşaiyətedici 

heyətin 


hərəkəti 

ilə 


əlaqədar 

xərclərin 

maliyyələşdirilməsinə yardım edir. 

İslam  bank  sisteminin  fəaliyyət  göstərməsi  ilə  islam  dövlətlərinin  maliyyə-

inteqrasiya  əlaqələri  xeyli  genişlənmişdir.İslam  İnkişaf  Bankının  nizamnamə 

kapitalı  2  milyard  islam  dinarına  bərabərdir  və  bu  kapitalın  həcmini  direktorlar 

şurasının  səs  çoxluğu  ilə  artırmaq  olar.  İslam  İnkişaf    Bankını  nizamnamə 

kapitalının ən böyük payçıları neft ixrac edən Ərəb ölkələridir. 

İslam İnkişaf Bankının əsas layihə və proyektləri aşağıdakılardır: 

1)  Əməliyyatlar  prinsipi  –  İslam  İnkişaf    Bankı  müasir  şəraitlə  uyğunlaşan 

bank əməliyyatlarına uyğun Şəriət qanunları ilə səmərəli fəaliyyət göstərməlidir; 

2) Maliyyə strategiyası proyektləri; 




 

51

3) Maliyyə alətləri; 



4) Fondların maliyyələşdirilməsi; 

5) Həyat səviyyəsi aşağı olan ölkələrdə vəziyyətin yaxşılaşdırılması; 

6) Elm,təhsil və səhiyyə ocaqlarının tikintisi və s. 

Bu bank verdiyi kreditlərin əvəzində faiz tələb etmir, ancaq “müştəri xidməti 

payı”  adı  altında  bir  qarşılıq  tələb  edir.  İslam  İnkişaf    Bankı  üzv  ölkələrin 

gerçəkləşdirmək  istədikləri  səmərəli  investisiya  lahiyələrinə  maliyyə  dəstəyi 

verir,  lizinq  yolu  ilə  iqtisadi  və  sosial  infrastruktur  sahələrə  qoyulan 

investisiyaları dəstəkləyir. 

Düzdür,  hazırda  40-a  qədər  İslam  Bankı  qurulmuş  və  fəaliyyət 

göstərməkdədir.  Bunların  əksəriyyəti  müsəlman  ölkələrində,  yalnız  8-i  qeyri-

müsəlman  ölkələrində,  İsveçrədə,  Lüksemburqda,  Danimarkada,  İngiltərədə, 

Filippində  yerləşir.  Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  dünyanın  55 

müsəlman ölkəsinin heç də hamısında islam mənşəli banklar yoxdur. Bura təkcə 

keçmiş SSRİ məkanından olan 6 müsəlman dövləti deyil, eyni zamanda ənənəvi 

olaraq  islam  dini  əqidəsinin  fəaliyyət  göstərdiyi  ölkələr  də  daxildir.  Məsələn, 

Əfqanıstan,  Suriya,  İraq,  Yəmən  və  s.  kimi  ölkələrdir  ki,  onların  da  sayı  32-yə 

çatır. 

İİB-nin  əsas  fəaliyyəti  İslam  Konfransı  Təşkilatının  (İKT)  (1969-cu  ildə 



Rabatda yaradılmışdır) üzvü olan və zəif inkişaf etmiş ölkələrə iqtisadi və sosial 

tərəqqi  istiqamətində  infrastruktur  sahələrinin  yaradılması  və  formalaşdırılması 

üçün  borc  verməkdir.  Ümumiyyətlə,  bankın  20-dən  yuxarı  fəaliyyət  istiqaməti 

mövcuddur. İslam İnkişaf Bankının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 

1.  Yerli və xarici valyuta ilə hesab açmaq; 

2.  Təminat məktubu vermək; 

3.  Müxtəlif tapşırıq və transfer işlərini görmək; 

4.  İdxal və ixracla bağlı maliyyə əməliyyatları; 

5.  Əmlak və mülk alqı-satqısını aparmaq ; 

6.  İcarə və kirayə işlərini görmək; 

7.  Ticarət və sosial-mədəni istiqamətli şirkətlər yaratmaqdan və s. 



 

52

İslam  İnkişaf  Bankı  islam  prinsipləri  əsasında  investisiya  proqramlarını 



gerçəkləşdirir  və  bankın  marketinq  bölməsi  daim  yeni  maliyyələşmə  formaları 

axtarıb tapır. 

 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

53

 



2.3.  Azərbaycanda  İslam  bank  fəaliyyətinin  formalaşması  və  inkişafı 

problemləri  

 

 



Bütövlükdə  İslam  bankinqi  MDB  ölkələrində  geniş  inkişaf  etməyib,  bu  da 

həm  tarix  boyunca  formalaşmış  iqtisadi  agentlərin  üstünlükləri,  həm  də 

müştərilərin,  bankirlərin  və  dövlət  hakimiyyəti orqanlarının  islam  maliyyə sistemi 

haqqında yaxşı məlumatlandırılmaması ilə bağlıdır.   

 

Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər davam edir: makro və mikro 



iqtisadi  idarəetmə  sistemlərindən  tutmuş  müasir  maliyyə-kredit  siyasətinin  bütün 

aspektlərinədək  dərin  və  zəruri  islahatlar  baş  vermişdir.  Azərbaycan 

Respublikasının  müasir  bank  sistemi  və  onun  idarəedilməsi,bank  resurslarının 

təşkili  və  istifadəsi,  bank  menecmenti  və  marketinqi  kimi  məsələlər  bugünkü 

günümüzdə xüsusi aktuallıq kəsb edir. 

İslam  prinsipləri  ilə  işləyən  banklar  Azərbaycanda  qeyri-neft  sektorunun 

inkişafına  yönəldilən  kreditlər çərçivəsində Azərbaycanın bir sıra  nüfuzlu, etibarlı 

bankları ilə əməkdaşlıq edir. Azərbaycan kommersiya bankları  hal-hazırda bir çox 

beynəlxalq  maliyyə  institutları  ilə  əməkdaşlıq  edirlər.Bunlara  İslam  İnkişaf 

Korporasiyası,  Beynəlxalq  Maliyyə  Korporasiyası,  Avropa  Yenidənqurma  və 

İnkişaf Bankı və s. göstərmək olar.      

İslam  İnkişaf  Bankı  ilə  Azərbaycan  Respublikası  bir  sıra  layihələrin 

gerçəkləşməsində  yaxından iştirak etmişdir.  Azərbaycan  İslam  İnkişaf  Bankının 

üzvüdür  və  bank  islam  münasibətləri  prinsipi  çərçivəsində  Azərbaycan 

kommersiya  bankları  ilə  bir  sıra  layihələri  gerçəkləşdirməkdədir.  İslam  İnkişaf 

Bankı  hal-hazırda  Azərbaycanın  7  kommersiya  bankına  öz  dəstəyini  davam 

etdirir. Bunlara aşağıdakılar daxildir: 

1.  Azərbaycan Beynəlxalq Bankı 

2.  Kövsərbank 

3.  Unibank 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə